Ölkədə fikir, söz və məlumat

azadlığının, plüralizmin inkişaf

etdirilməsi üçün hüquqi baza yaradılıb

 

Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilib. Bu məqsədə nail olmaqmüvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqiiqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. İlk dəfə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilib, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilib. Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub.

Təsadüfi deyil ki, kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qazetjurnal, onlarla radioteleviziya şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasiictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır. Azərbaycanda söz, mətbuat azadlığının təmin edilməsi, bu hüquqdan vətəndaşların və dövlətin mənafeyi naminə düzgün, səmərəli istifadə edilməsi sahəsində müəyyən problemlər də mövcuddur ki, onların həlli istiqamətində ardıcıl tədbirlər tələb olunur.

Ölkədə söz, fikir məlumat azadlığının təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri Azərbaycan Respublikasınında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında fərmandır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il, 6 avqust tarixli fərmanına qədər bu sahədə mövcud olan problemlərdən biri Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarənin fəaliyyəti ilə bağlı idi. Bu idarə sovet hökuməti vaxtında - 27 oktyabr 1966-cı ildə yaranmış və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirmişdi. 1990-cı ilə dekabr ayının 5-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə onun yeni əsasnaməsi təsdiq edilsə də, əslində bu idarənin fəaliyyətində heç bir ciddi dəyişiklik baş verməmişdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1992-ci il aprel ayının 12-də prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun fərmanı ilə hərbi senzura tətbiq etmək adı altında bu idarənin mətbuat üzərində nəzarəti daha da gücləndirildi. Bundan sonra 15 aprel 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Əbülfəz Elçibəyin sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək, jurnalistlərin sərbəst informasiya fəaliyyəti tam məhdudlaşdırıldı və idarənin fəaliyyəti daha da sərtləşdirildi. Sonrakı illərdə "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanunu qəbul edilmədiyindən bu idarənin fəaliyyətində əsaslı dəyişiklik baş vermədi. 15 noyabr 1996-cı ildə "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edildikdən sonra idarənin metodlarında ciddi dəyişikliklər aparıldı. Buna baxmayaraq bu idarə öz fəaliyyətini yeni şəraitə uyğun qura bilmədi.

Lakin Azərbaycanda mətbuatın problemi təkcə bu deyildi. Heydər Əliyevin imzalamış olduğu tarixi fərmanda qeyd edilirdi ki, bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi müasir beynalxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarət idi.

Birmənalı olaraq qeyd etmək olar ki, mətbuat televiziya xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, inkişafı geniş ictimaiyyət arasında yayılmasının qayğısına qalmalıdır. Jurnalistlərin peşəkar səviyyəsini artırmaq, vətəndaşlarda kütləvi informasiya vasitələrinə obyektiv münasibət aşılamaq, mətbuatın imkanlarından bacarıq məsuliyyətlə istifadə etmək istiqamətində həm dövlət, həm mətbuat orqanlarının özləri çox işlər görməlidirlər. Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin digər əməkdaşları vətənpərvərliyi yüksək vətəndaşlıq məsuliyyəti, peşə hazırlığı, təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan qanunvericiliyinin tələblərinə, milli mənəviyyatımıza uyğun hüquqi etik normaların gözlənməsi hər bir jurnalist üçün ən vacib vəzifə olmalıdır.

Azərbaycan Respublikasında mətbuata dövlət qayğısını, müstəqil kütləvi informasiya vasitələrinin inkişafını, vətəndaşların fikir, söz məlumat azadlığın təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin insan hüquqlarına dair 1948-ci il 10 dekabr tarixli ümumi bəyannaməsində, mülki siyasi hüquqlar haqqında 1966-cı il 16 dekabr paktında, insan hüquqlarının əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il 4 noyabr tarixli Avropa konvensiyasında Azərbaycan Respublikası Konstitusiyasının 47-ci, 50-ci 71-ci maddələrində elan edilmiş prinsiplərin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə imzalanan fikir məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında fərman bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Fərman əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılırdı ki, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin. Həmçinin Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilirdi ki, müvafiq qanun layihələrinin hazırlanması qanunların qəbul edilməsi zamanı, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya sazişlərdə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan vətəndaşların fikir, söz məlumat azadlığı müddəaları əsas prinsiplər kimi rəhbər tutulsun. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, əlaqədar dövlət orqanları ilə birlikdə: Bir ay müddətində söz, fikir məlumat azadlığının qorunması, kütləvi informasiya vasitələrində dövlət sirlərinin mühafizəsi, hüquqi etik normaların gözlənməsi ilə bağlı beynəlxalq standartlara Azərbaycan Respublikası qanunlarına uyğun mexanizmin yaradılması haqqında Azərbaycan Respublikası prezidentinə müvafiq təkliflər təqdim etsinlər. Həmçinin bir ay müddətində kütləvi informasiya vasitələrinin əlavə dəyər vergisindən azad edilməsi ili bağlı Azərbaycan Respublikasının prezidentinə müvafiq təkliflər təqdim etsinlər.

Həmçinin söz, fikir məlumat azadlığının təmin edilməsini tənzimləyən normativ hüquqi aktların müvafiq beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərin tam səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyət göstərən müvafiq beynəlxalq qurumlarla qeyri-hökumət ictimai təşkilatlarla qarşılıqlı əlaqələrin əməkdaşlığın daha da inkişaf etdirilməsini, beynəlxalq mərkəzlərdə müvafiq tədqiqat təhsil proqramları ilə tanışlıq üçün mütəxəssislərin iştirakının təmin edilməsi fərmanda öz əksini tapırdı. Beynəlxalq konfrans, seminar, simpozium və digər tədbirlərdə müvafiq dövlət orqanlarının və qeyri-hökumət ictimai təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakına şərait yaradılmasını təmin edən müvafiq tədbirlər haqqında təkliflərin iki ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim edilməsi də fərmanda başlıca vəzifə olaraq aarşıya qoyulurdu. Həmçinin Xarici İşlər Nazirliyinə tapşırılırdı ki, əlaqədar dövlət orqanları ilə birlikdə Azərbaycan Respublikasının söz, fikir və məlumat azadlığının qorunması sahəsində müvafiq beynəlxalq sazişlərə qoşulmasının mümkünlüyü məsələsini öyrənsin və iki ay müddətində Azərbaycan Respublikasının prezidentinə təkliflər versin. Respublikanın mərkəzi kitabxanalarını söz, fikir, məlumat azadlığının qorunması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərlə və bu sahədə mövcud olan nəşrlərlə təmin etsin.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 19 yanvar.- S.15.