KİV-in müstəqilliyi söz
və fikir
azadlığının təminatıdır
Sirr deyil ki, bu gün Azərbaycanda
söz və fikir azadlığının təminatşısı
kimi çıxış edən qanunvericilik bazası
mövcuddur. Mövcud qanunvericilk bazası kütləvi informasiya vasitələrinin müstəqilliyinin
qarantı olmaqla yanaşı, həm də
söz və fikir
azadlığına şərait yaradır. Bu prosesin
daha da inkişaf
etdirilməsi məqsədlə dövlət
başçısı tərəfindən 2008-ci il avqustun 31-də Azərbaycan
Respublikasının Prezidenti "Azərbaycan
Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası"nın təsdiq olunması haqqında Sərəncam
imzalamışdır.
Etitaf edilməlidir ki, sözügedən Konsepsiya kütləvi informasiya vasitələrinin inkişafına dəstək verməklə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılmasına, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin dərinləşməsinə, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, kütləvi informasiya vasitələrinin xarici təcrübədən faydalanmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramlarının həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına şərait yaradır. Sirr deyil ki, Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir. Elə bu amil nəzərə alınaraq sənəddə qeyd olunur ki, dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir. Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də kütləvi informasiya vasitələrinin inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyi müasir dövrümüzün tələbinə çevrilmişdir. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etmək məqsədi ilə dövlət tərəfindən müəyyən olunan təşkilati-texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmusunu ehtiva edir. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir. Bu konsepsiya həm də vətəndaş cəmiyyətinin tələblərinə uyğun olaraq, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas prinsiplərini, formalarını, vasitələrini və sahələrini, maliyyə vəsaitinin ayrılması şərtlərini müəyyən edir. Konsepsiya həm də kütləvi informasiya vasitələri və dövlətin informasiya siyasətini müəyyən edir. Sənədə əsasən fikir, söz və məlumat azadlığı, sərbəst düşüncə kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlərdir. İnformasiya cəmiyyətinə keçid siyasi və ictimai həyatın demokratikləşməsi ilə bilavasitə bağlıdır. Yeni informasiya mühitinin formalaşdırılması vətəndaşlar üçün məlumatın açıqlığı prezumpsiyasının tanınması və onların məlumat almaq hüququnun təmin edilməsi deməkdir. İnformasiya mühitinin başlıca texnoloji komponentləri (informasiya resurslarının formalaşdırılması, yayılması və istifadəsi sistemləri, informasiya-telekommunikasiya infrastrukturu) informasiyanın azad dövriyyəsinin təmin olunmasına, məlumatın azad şəkildə axtarılması, əldə edilməsi, istehsalı və yayılmasını ehtiva edən konstitusion hüququn həyata keçirilməsinə yönəlmişdir. Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi və siyasi plüralizmin genişlənməsi cəmiyyətdə informasiyaya olan ictimai tələbatı daha da artırır. Məhz bu tələbatın təmin olunması zərurəti kütləvi informasiya vasitələrinin ictimai həyatda xüsusi rolunu şərtləndirir. Kütləvi informasiya vasitələri hakimiyyətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlandırılmasını və ictimai fikrin ifadə olunmasını təmin edən təsirli vasitədir. Kütləvi informasiya vasitələrinin bu xüsusiyyətləri onları dövlətin informasiya siyasətinin mühüm sosial institutlarından birinə çevirir. Dövlətin informasiya siyasəti dedikdə, dövlət orqanlarının informasiya sektorunun inkişafına yönəlmiş tənzimləyici fəaliyyəti başa düşülür. İnformasiya sektoru telekommunikasiya, informasiya sistemlərini və kütləvi informasiya vasitələrini, habelə hər növ (işgüzar, əyləncəli, elmi-tədris, xəbər və sair) informasiyaların yaradılması, mühafizəsi, işlənilməsi, nümayişi, ötürülməsi ilə bağlı istehsalın və münasibətlərin məcmusunu əhatə edir. Müasir kütləvi informasiya vasitələri nəinki dünya hadisələrini çevik işıqlandırır, həm də informasiyanın təhlili ilə məşğul olur, onu süzgəcdən keçirir və məqsədli şəkildə seçərək istifadə edir. Məhz buna görə kütləvi informasiya vasitələri insanların şüuruna güclü təsir göstərir. Onlar həmçinin tədris, maarifləndirmə, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi funksiyalarını yerinə yetirir. Dövlətin informasiya siyasətinin əsas vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlətin maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Elə şərait yaradılmalıdır ki, kütləvi informasiya vasitələri sosial təsisatların və cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını səmərəli yerinə yetirə bilsin. Dövlət orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması da kütləvi informasiya vasitələrinin mühüm vəzifələrindən hesab olunur. Vətəndaşları iqtisadi islahatların gedişi, sosial məsələlərin həlli, ictimai və şəxsi həyatı tənzimləyən normativ hüquqi aktlar haqqında obyektiv informasiya ilə təmin etmək zəruridir. Ona görə də dövlətin informasiya siyasəti ilə ictimai tənzimlənmə arasında tarazlıq yaradılması, informasiya cəmiyyəti və plüralizmin inkişafı xətti daha intensiv həyata keçirilməlidir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin təmin edilməsi müxtəlif üsul və vasitəərlə həyata keçirilir. Bu üsul və vasitələr mən müxtəlif sahələri əhatə edir. Belə ki, kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin təmin edilməsi ilk növbədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsindən keçir. Bundan başqa, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram və layihələrin maliyyələşdirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin inkişafına dəstək fondunun yaradılması kimi vasitə mövcuddur ki, artıq Azərbaycanda 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu belə bir fond fəaliyyətdədir. Digər üsul və vasitələr kütləvi informasiya vasitələri əməkdaşlarının peşəkarlığının artırılması, fikir, söz və məlumat azadlığı sahəsində araşdırmalar aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının informasiya məsələləri üzrə vəzifəli şəxsinin və ya struktur bölməsinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ndan ibarətdir ki, hazırda ölkəmizdə sadalanan məsələlərlə bağlı heç bir problem yoxdur. Həmçinin ictimai-siyasi hadisələrin, dövlət siyasətinin mediada ədalətli, tarazlı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, kütləvi informasiya vasitələrində peşə (etik) davranışı qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya və telekommunikasiya texnologiyalarının tətbiqinə və vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş proqram, layihə və sairin həyata keçirilməsi, fikir, söz və məlumat azadlığı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi və tətbiqi, kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi kimi metodlar mövcuddur ki, onlar Azərbaycan mətbuatında geniş tətbiq olunmaqdadır.
Olaylar.- 2017.- 25 yanvar.- S.15.