Şair üçün
nə qocalıq, nə ölüm var
XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələrindən
olan Adil Babayev (1925-1977) şeirlərinin birində belə
deyir "Şair üçün nə qocalı, nə ölüm var".
Sonetlərinin
biri bu misrayla başlayır: " Təzədən doğulur
şair ölən gün".
Vəfatından qırx il keçsə də daim hörmətlə yad edilən
son dərəcə təvazökar insanın, gözəl qələm
sahibinin özünə də şamil etmək olar. Əgər
vəfatından sonra şairin 10 kitabı nəşr olunubsa, əsərləri
səhnəyə qoyulubsa, sözlərinə yazılan nəğmələr
daim tele-radio efirlərində səslənirsə, mətbuat səhifələrində
şeirləri, haqqında xatirələr, məqalələr
dərc olunursa, demək Adil Babayev üçün də
"nə qocalıq, nə ölüm var". Adil Babayevin
yaradıcılığı barədə Səməd Vurqun,
Mehdi Hüseyn, Mirzə İbrahimov, Məmməd Cəfər,
Abbas Zamanov kimi söz, sənət xiridarları, Osman Sarıvəlli, Bəxtiyad
Bababzadə, Nəbi Xəzri, Qabil, Nəriman Həsənzadə
və başqa qələm dostları dəyərli fikirlər
söyləmişlər. Hələ 1945-ci ildə
böyük ustad Səməd Vurğun iyirmi yaşlı Adilə "Mənim arzum" adlı
şeir ithaf etmiş və həmin şeiri "Kommunist"
qəzetində çap etdirmişdi. Şeir bu misralarla
başlayır:
Şair,
nə incədir rübabın sənin.
Uçurtdu
ruhumu çaldığın bu saz,
Vətən
torpağında bitən gülşənin.
Yarpağı
saralıb, çiçəyi solmaz.
Adil Babayev Azərbaycanda poeziyasında
sonet janrının yaradıcılarından biridir. Onun sonetləri, həyat və yaradıcılığı,
dramaturji fəalıyyəti
barədə təkcə
publisistik məqalələr,
resenziyalar deyil, ayrıca elmi əsərlər də yazılıb. Müxtəlif tədqiqatçılar tərəfindən 5 namizədllik
dissertasiuası müdafiə
edilib.
Adil Babayevin "Dağlar qızı" və "Qaçqınlar"
pyesləri Milli Dram teatrnda, "Mənim məhəbbətim", və
"Ən xoşbaxt adam" əsərləri
Sumqayıt dövlət
teatrında, "Yarımçıq
şəkil" dramı
Gənc tamaşaçılar
və Naxçıvan
teatrında, "Qız
görüşə tələsir"
isə Musiqili komediya teatrında müxtəlif illərdə
müvəffəqiyyətlə tamaşaya qoyulub.
Adil Babayevnin
tərcümə yaradıcılığı
çox geniş və əhatəlidir. Milli
Dram teatrında vaxtilə
onun tərcüməsində "Hind gözəli",
""Tufan", "Darıxma, ana" , Musiqili komediya teatrında "Tbilisi nəğməsi"
əsərləri uğurlu
səhnə həllini
tapıb. s Əşrəf Quliyeyn quruluşçu-rejissoru olduğu
"Hind gözəli" tamaşası
dram teatrının səhnəsində 1.000 dəfə
oynalıb. Bu rekord göstəricidir. Dram əsərləri
ilə yanaşı, Adil Babayev Rabindranat
Taqor, Qarsiya Lorka, Lermontov, Nekrasov və bir çox
görkəmli şairlərin
əsərlərini öz
ana dilində oxuculara təqdim edən mahir tərcüməçi kimi
də tanınır.
Göründüyü kimi, yaradıcılıq irsi poeziya, dramaruqgiya, publisistika,
elmi nəzəri sahələri əhatə
edən Adil Babayev mədəniyyət
və incəsənət
tariximzin inkişafında
olduqca böyük əhəmiyyət kəsb
edən 1960-1970-ci illər
qaynar ədəbi prosesinin ən fəal iştirakçılarından idi.
Nigar
Olaylar.- 2017.- 28-30 yanvar.- S.12.