Oğuz - türk tarixi: Bəylərbəyi
Rəvan
xandan İrəvan qala - şəhər
yadigarı
Problemə tarixi zəmində aydınlıq gətirmək üçün haqqında söhbət gedəcək "Aza ölkəsi"nin əhalisi, tarixi coğrafiyası və onun B. B. Piotrovskinin "yerli əhali" dediyi sakinlərinin etnomənsubiyyətləri barədə söyləyəcəyimiz qısa fikir Azərbaycan türklərinin Ön Qafqaz tarixi üçün elmi dəyərə malikdir.
Azərbaycan türklərinin Anamayasıda iştirak etmiş bəzi türk tayfalarının adları qədim mənbələrdə qeydə alınmışdı. Bu sıradan Urmiyə gölü ətrafında ta qədimdən məskun olmuş "Maday","Maq, "Mar" və "Su" adlı tayfaların dünya tarixində özərinə məxsus yazdıqları parlaq səhifələr məlumdur.
Daha yaxın ərazidə iç-içə yaşamış Mar və Su əhalisinin izdivacından törəmiş yeni nəsil "Sumar" adı ilə m.ö. min illiklərdə Zaqor dağ silsiləsini aşaraq, Böyük Köçlə İrakın şimalından İkiçayarasına (Mesopotamiyaya) gəlib yerləşmişdir.Bu barədə qaynaqlarda və tarix ədəbiyyatında kifayət qədər məlumatlar var. Bunların arasında məşhur ingilis arxeoloqu və linqvisti Henri Paulinsonun 1837-ci ildə Boqıstan ("Tanrılar məskəni") qayalarında "Sumar" tayfalarının "Babilə gedən qədim yol" abidəsini kəşf etməsi bu barədə mənbələrdə qeydə alınmış fikirlərin mötəbərliyini sübut etmiş oldu.
"Sumar"lar yeni məskəndə sonrakı nəsllərin işlək leksik-semantik dil xüsusiyyətlərinə uyğun olaraq,ədəbiyyatda "Sumer"lər adıyla tarixləşmişlər. Akkaddilində "S" və "Ş" hərflırinin əvəzləşməsinə görə, semitdilli qaynaqlarda "Sumer" tayfaları "Şumer" adıyla qeydə alınmışlar. (Ətraflı bax: Əjdər Tağıoğlu. Moisey Xorenatsi anonim keşiş müəllifdir. Bakı - "Elm və təhsil", 2016.s.99 - 103)
Mar, Maday və Maq tayfaları Ön Asiyada və Ön Qafqazda ayrı-ayrı adlar altında qədimdən məskun olmuş qohum türk tayfalıarını bir hərbi ittifaqda birləşdirərək yunanların "Midiya" adlandırdıqları "Maday imperiyası"nı əsasını qoymuşlar. İmperiyanı qüdrətli çarı Kiaksarın ikinci adla mənbələrdə "Mar Varbak"/"Mar Arbak", onun oğlu imperiyanın son çarı Astiyaqın "Mar Astiyaq" adlarında nəsl səcərəsi ilə qeydə alınması onların etnomənşəcə hansı tarixi kökdən olduqlarına sübutdur.
Marların bir nəsl budağı da "Urmiyə" gölü sahilindən köç edərək Kiçik Asiyada qədim Tavr dağ silsiləsindən mənbə alan Fərad çayının yuxarı axarında hündür dağlıq əraziyə yerləşmişdir. Bu ölkəni işğal edən assuriyalılar ona "Şupria" demişlər. Biaini çarları "Şupria"nı ələ keçirdikdən sonra ölkənin hündür dağ zirvəsində yerləşdiyini nəzərə alaraq,ona öz dillərində "Arme",yəni "Hündür ölkə" adı vermişlər. Bununla da Mar tayfaları Biaini daş yazılaında dəfələrlə adı çəkilən "Arme" ölkə əhalisi kimi tarixə çevrilmişdir.
Məsləni uzatmamaq üçün xatırladaq ki, kiçik ərazidə yerləşmiş "Arme" ölkəsi yunan-selevkid hökmdarı olan III Antioxun (m.ö.223 - 187-ci illər) dövründə "Suriya carlığı"nın tərkibində olmuşdur. Antiox Strabonun "Artaksi" (m.ö.188-145-ci illər) adı ilə tarixə nişan verediyi öz komandanını ("strateqini") "Arme"yə vali təyin etmişdir. Kilsə M.Xorenatsinin dili ilə onu Atarpaten çar nəsl sülaləsindən olduğuna görə "Atarpaten əsilzadəsi", tayfa mənsubiyyətinə görə "Mar Artaşes" adlandırır. "Artaşes" sözü "Avesta" inanclı əhalinin lekskonunda "Arta" "böyük", ""şes" "hökümdar, yəni "Böyük hökmdar" anlamında işlənmişdir.
"Arme" valisi Artaksi / Mar Artaşes m.ö.190-cı ildə romalıların yunanlara qarşı çaldıqları qələbədən sonra, m.ö. 188-ci ildə valiliyi müstəqil çarlığa çevirmişdir. Artaksinin / Mar Artaşesin döründə Kiçik Asiya və Alban dənizi arasında yerləşmiş geniş coğrafiya "təxminən 200 illik (m.ö.188- m.s. 10) tarixi olan "Arme çarlığı"nın tərkibində olmuşdur. Qədim dünyanın dövlətlərindən olmuş çarlığın "Arme" adı ayrı-ayrı xalqların ədəbiyyatında müxtəlif şəkildə qeydə alındığı kimi, rusdilli ədəbiyyatda da rusların leksik-semantik dil xüsusiyyətlərinə uyğun olaraq "Armeniya" şəklində işlənmişdir. Göründüyü kimi, erməni tarixçilərinin mənsub olduqları millətə yazdıqları "Armeniya tarixi" kitablarının uydurma və saxta olmasını Azərbaycan türklərinin Anamayasında iştirak etmiş Mar tayfalarının "Arme çarlığı"nın tarixi meydana çıxarır.
Mar tayfalarının başqa bir nəsli qohum Maq tayfaları ilə birlikdə "Urmiyə" gölü sahillərindən - Ata yurdundan maldarlıq və əkinçiliklə məşğul olmuş qədim əhalisi Mar və Maq qovmindən olan yarıköçəri qədim Nəxçu elinin Dədədən "Ağrı dağı" adı ilə nişan verilmiş dağın vadisinə doğru uzanan ərazisindən keçərək Pont dənizinin ("Qara dəniz"in) Cənub Şərqinə, Qafqaz dağ silsiləsinin ətəklərinə yayılmışdır.
Ön Qafqazda geniş coğrafi ərziyə yayılmiş marlar və maqlar tarixin müxtəlif çağlarında ayrı-ayrılıqda zəngin mədəniyyət nümunələri yaratmışlar. Mar tayfalarının aşıq rapsodları tərəfindən babalarının şərəfinə düzüb-qoşduqları və nəsl-nəsl yaşatdıqları "Əjdəhalar və Divlər haqqında nəğmələr" əfsanəsində "Ağrı dağı" adı ilə nişan verilən dağın zirvəsində marların böyük hökmdarının ziynətdən işlənmiş taxt-tacının yerləşməsindən və s. bəhs edir. Erməni mifoloqları və tarixçiləri başqa zəngin mədəniyyət nümunələrimiz kimi,bu əfsanəni də "Vipasank" adı ilə "erməniləşdirmişlər." Bu baxımdan S.T.Yeremyanın "Avesta"dan Ahura-Məzdanın Tanrı panteonu əsasında yazdığı "Erməni mifologiyası" erməni saxtakarlığının son nümunələrindəndir.
M.Xorenatsidə
başqa bir maraqlı epizod. Təsadüfü
deyildir ki, Artaksinin / Mar Artaşesin oğlu Artavas "Arme
çarlığı"nın hərbi-inzibati ərazisinə
daxil edilmiş Oğuz Albaniyasının qərb ərazisində - "Şərur
çöllərində" (M. Xorenatsi) "Marakert"
("Mar ölkəsi") şəhərini salır.
Kilsə
anonim keşiş M.Xorenatsinin dilindən "Armeniya
tarixi"ndə
"Qoxtn"/"Qoxten" adlandırdığı
Naxçıvan ölkəsində Mar rapsod
aşıqlarının "Mar Artaşes"in nəvəsi,
Artavasın oğlu Tiqranın şəninə oxunan silsilə
nəğmələri xatırladır.
Bütün
bu deyilənlər, yaxud məqalənin həcminə görə,
deyilməyən gərəkli maddi-mədəniyyət
nümunələri sübut edir ki, B.B.Piotrovski başda olmaqla
siyasi muzdlu rus tarixçiləri və bəzi Avropa alimləri
tərəfindən Ön Asiya,Orta Şərq,Ön Qafqaz
torpaqlarında məskun olmuş əhalinin adları, məqsədli
olaraq çəkilməsə də, aparılmış bir
sıra qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət
sübut edir ki, ayrı-ayrı adlar altında
yaşamış türk tayfaları tarixin sübh
çağından bu coğrafiyanın ən qədim sakinləri
olmuşlar.Bu baxımdan, haqqında söhbət gedəcək
Aza ölkəsinin bir sıra qədim xarabalıqlarını
aşkarlayanda Biaini çarlarının
işğalçı ordusuna qarşı vuruşan Mar
tayfalarının rus və erməni arxeoloqları tərəfindən
tarixi adlarının çəkilməməsinin, onların
mücərrəd "yerli əhali" adı ilə nişan verilməsinin
səbəbi məlum olur. Çünki Ön Qafqaz
coğrafiyasında ən qədim dövr tarixi
yaşamış Aza ölkəsinin Mar əhalisi daha sonralar
"Oğuz türkləri"
adı altında ayrı-ayrı nəm-nişanla nəsl
qollarına şaxələnmiş,
zaman-zaman aşıq rapsodların qoşduqları nəğmələrdə,
əfsanə və rəvayətlərdə
dastanlaşmış qohum tayfaların babalarıdırlar. Bu
məsələnin bir tərəfidir. Məsələnin digər
tərəfinə gəldidə, Biaini daş
yazılarında elmi-tarixi dəyəri olan bir məlumat da
maraqlıdır. Göyçə gölünə doğru
işğaldan danışan yazıların birində
çar deyir ki, " dörd çara gölün sahilində,
on doqquz çara göldən kənarda dağlıq ərazidə,
cəmi iyirmi üç çara mən tək başına
qələbə çaldım."
Aza
ölkəsinin m.ö.VIII əsrdə məğlubiyyətə
uğramış iyirmi üç tayfa sayı ilə Strabonun
xəbər verdiyi oğuzların iyirmi altı tayfa sayı
arasında nəslləri keçib gələn etnokök
bağlılığı şübhəsizdir. Bu baxımdan
"Kitabi-Dədə Qorqud"da alagözlü pəri ilə
sarı çobanın izdivacından adam yeyən
övladın - "Təpəgöz"ün törəməsindən,
dağın övlad verməsi və almasından, ananın
öz südü və dağ çiçəyinin
qarışığından hazırladığı məlhəmi arxadan oxlanaraq
öldürülmüş cavan oğlunun yara yerinə
bağlayıb,onu ölümdən xilas etməsindən,
yırtıcı aslanın qayğısı ilə
böyümüş insan övladının insanı və
mal-heyvanı diri-diri parçalayıb yeməsindən,
ölümlü həyatdan xəbərsiz olan Dəli Domrulun əlində
çomaq Əzrailə meydan oxumasından danışan boylar
bizi Oğuz türklərin soy-kök tarixinin m.ö. ən qədim
çağlarına aparır.
Aza
ölkəsinin siyasi-inzibati coğrafiyası barədə qədim
qaynaqlarda dəqiq məlumat yoxdur. Ancaq ölkənin qərb ərazisinin
kiçik bir parçasında-rusların qanlı tarixi cinayətləri
nəticəsində təşkil edilmiş indiki Erməni
Respublikasının ərazisində aparılmış
arxeoloji qazıntılar, M.Xorenatsidə təsvir edilən rəvayətlərdə
"Qoxten"-Naxçıvan elində Mar aşıq
papsodların nəğmələrində yaşadılan rəvayət
tarixi, bu gün Naxçıvan Muxtar Vilayətinin Ordubad rayonunda olan "Aza"
adında iki kəndin -"Yuxarı Aza" və "Aşağı Aza" kəndlərinin
adı əsrlərdən bəri
Aza ölkəsinin tarixi coğrafiyasının cənub
hüdudlarını yaşadan canlı şahiddir.
M.ö.VIII
əsrdə də Qərblə
Şərqi birləşdirən mühüm ticarət karvan
yolu Aza ölkəsindən keçirdi. Onun strateji əhəmiyyəti
olan coğrafi ərazisi, abadlıqları, zəngin təbiəti,
geniş üzüm bağları, meyvə bağları və
başqa sərvəti Biaini çarlarının daim diqqət
mərkəzində dayanmışdır..
Menuanın
oğlu çar I Arqişti (778-750 illər) saysız piyada və
suvari ordu hissələri ilə Araz şayını
keçib, Aza ölkəsinə soxuldu. Ancaq ilk həmlədə
düşmən əhalinin güclü müqaviməti ilə
üz-üzə gəldi. Ancaq Aza əhalisi düşməni
lərzəyə gətirəcək qorxunc hay-harayla sel
axınına bənzər hücumla bütün istiqamətlərdən
ölkənin hüdudlarını aşan biainilərin zərbələrinə
dözə bilmədi. I Arqişti Azanın şəhərlərini,
kəndlərini, qalalarını atəşə verdi, onları yerlə yeksan etdi, hərbi
qənimət olaraq, saysız mal-qara sürüsünü,
yüzlərlə əsir edilmiş
əhalini Arazın o sahilinə keçirdi. Bu barədə
Aza ölkəsinin ayrı-ayrı ərazilərində
aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış Biani daş
yazılarında kifayət qədər
məlumatlar var.
Erməni
arxeoloqu A.A.Martirosyanın əsrlərlə torpaq altında
qalmış xarabalıqlardan meydana çıxardığı
maddi sübutlar da Azada Mar əhalisinin başına gətirilmiş
bu tarixi fəlakəti sübut edir. O, arxeoloji nəticə
olaraq yazır ki, A.A. İvanovskinin dediyi kimi, "Belə
düşünmək olmaz ki, Aza ölkəsi "Arqiştinin əlinə
döyüşsüz keçmişdir." Əksinə, kəskin
müqavimət göstərən əhalinin çox hissəsini
Arqiştinin ordusu məhv etmiş, yüksək mədəniyyətlə
tikilmiş abadlıqları atəşə vermiş, ölkədə
daş üstündə daş qalmamışdır.
I
Arqişti (778-750 ãã.)
işğal etdiyi ölkə əhalisindən qorunmaq və
hücumu davam etdirmək üçün "İrpuni" adında ilk mühafizə
qalasını inşa etdirir. Bu barədə Biaini daş
yazılarında maraqlı məlumatlar var. Arqişti deyir:
"Menuinin oğlu Arqişti (778-750-ci illər) Biaini ölkəsinin adını
göylərə qaldırmaq üçün İrpuni şəhərinin yerini
müəyyənləşdirdim, orada bu qala-iqaətgahı
tikirdim"
Biaini
çarı İrpuni qala - şəhərini inşa etməkdə öz məqsədini daş
yazıda belə tarixləşdrir: "Düşman ölkəni
məhv etmək məqsədi ilə əzəmətli
qala-iqamətgahı ucaltdım, Biaini ölkəsinin
adını göylərə qaldırmaq üçün
İrpuni şəhərini tikdirdim."
Başqa
bir misal.
"Menuinin
oğlu Arqişti (778-750-ci illər) dedu: Düşmən
ölkəni vahiməyə salmaq üçün qüdrətli
Biaini ölkəsinin İrpuni şəhərini mən
ucaltdım."
Erməni
tarixçiləri ilk mənbədə iki türk əhalisinin - biainilərin
və azalıların tarixini "özününküləşdirmək"
üçün açıq saxtakarlığa əl
atırlar, "Biaini" ölkə adını
"Urartu", qala şəhərin "İrpuni"
adını uydurma "Erebuni" namında eybəcərləşdirirlər.
Səbəb ? Onların uydurmalarına görə, guya
"Erebuni" şəhəri 782-ci ildə indiki
"Erevan"ın (tarixi adı "İrəvan"dır) yerində inşa edilmişdir."
Əksinə, erməni arxeoloqlarının "Erebuni"
adıyla saxtalaşdırdıqları "Arın
berd" arxeoloji qazıntı
rayonu İrəvan şəhərindən neçə
kilometrlər aralı məsafədə yerləşir. Buna
baxmayaraq, gəlin şərti qəbul edək ki, tarixdə
"Biaini çarlığı" deyil, erməni və ermənipərəst
muzdlu siyasət tarixçilərinin dedikləri kimi,
"Urartu çarlığı" olmuşdur, onlar da
işğal etdikləri Aza ölkəsində
"İrpuni" adında yox,"Erebuni" şəhərini
tikdirmişlər.
Ardı
var
Əjdər Tağıoğlu,
professor
"Turan Araşdırma Mərkəzi"
ib-nin sədri
Olaylar.- 2018.- 4 aprel.- S.14.