Erməni saxtakarlığının

tarixi faktlarla ifşası

 

Ölkədə idarəçilik sisteminin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etməkdədir. Etiraf edilməlidir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər idarəçiliyin çevikliyini artırmaqla yanaşı, onun keyfiyətinin də yüksəlməsini təmin edir. Elə bu səbədən də ölkədə əqli mülkiyyət hüququnun təmin edilməsi məqsədilə Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb.

Bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında" qərarında əksini tapıb. Nazirlər Kabineti "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi" və "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin strukturu"nu təsdiq edib. İşçilərin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, Mərkəzin yenidən təşkili və ləğv edilməsi də Nazirlər Kabinetinin səlahiyyətinə daxil edilib. Mərkəzin işçilərinin say həddi 13 ştat vahidi müəyyən edilib. Müəllif Hüquqları Agentliyinə Mərkəzin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə,filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizinidaha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi səlahiyyətləri verilib.

Maraqlıdır, Müəllif Hüquqları Agentliyi ötən müddət ərzində üzərinə düşən vəzifənin öhdəsindən gələ bilibmi? Məlumat üçün qeyd edək ki, Agentlik ötən il sərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatı ilə bağlı müvafiq tədbirlər həyata keçirib. Belə ki, hesabat ili ərzində 354 müəllifin 667 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 680 Şəhadətnamə verilib. O cümlədən, "Elektron xidmət" bölməsi vasitəsi ilə müəlliflərin 40 müraciəti əsasında 31 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 31 Şəhadətnamə verilib. Bununla yanaşı, hesabat ilində 7 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə dövlət büdcəsinə 3750 manat vəsait ödənilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib.

Etiraf edilməlidir ki, Agentlik mədəni irsin qorunması və erməni plagiatçılığına qarşı mübarizə sahəsində də əmələ tədbirlər həyata keçirib. Xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüquqi qorunması, xüsusən ermənilər tərəfindən mədəni irsimizin saxtalaşdırılması və mənimsənilməsi cəhdlərinin qarşısının alınması və belə əməllərin ifşa edilməsi istiqamətində fəaliyyət davam etdirilib. Bu çərçivədə 2017-ci ilin aprel ayında "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilib, ermənilərin mədəni irsimizə və maddiqeyri-maddi irs nümunələrimizə iddiaları təkzibedilməz tarixi faktlarelmi dəlillər əsasında ifşa edilib. Bununla yanaşı, Rusiyanın "Telekafe" kanalında yayımlanan "Путешествие за вкусом" verilişinin 2017-ci ilin 08 yanvar tarixində efirə gedən "erməni mətbəxinə" həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin "Sən gəlməz oldun" 10 mahnısının musiqisinin fon musiqisi kimi səsləndirilməsi ilə bağlı şərh hazırlanaraq Agentliyin rəsmi internet saytında yerləşdirilib və KİV-də yayılıb. Həmçinin ermənilər tərəfindən erməni nümunələri kimi qələmə verilən və ya ifa olunan Azərbaycan xalq mahnılarının ("Sarı gəlin", "Süsən sünbül" və s.), milli oyun havaları və rəqslərinin ("Yallı", "Vağzalı", "Köçəri", "Uzundərə", "Mirzəyi" s.) milli mənsubiyyəti və xüsusiyyətləri barədə Agentlik tərəfindən tarixi, elmietimioloji əsaslara söykənən arayışlar hazırlanmış və Agentliyin saytında yerləşdirilib. Həmçinin 21 aprel 2017-ci il tarixində "Sputnik Armeniya" saytında verilmiş ""Сари ахчик" или "Сары гелин". Зри в армянский корень" adlı məqalə ilə bağlı Agentlik tərəfindən şərh hazırlanaraq KİVdə yayılıb. Bundan başqa Almaniyanın Hannover şəhərindəki "Junge Oper Hannover" teatrı tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poeması əsasında hazırlanmış operanın afişalarında onun fars şairi kimi təqdim edilməsi ilə bağlı Agentlik tərəfindən Almaniyadakı səfirliyimiz məlumatlandırılıb, eyni zamanda Nizami Gəncəvi haqqında Agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün Almaniyadakı səfirliyimizə göndərilib. Görülən tədbirlər nəticəsində Teatrın İnternetFacebook səhifələrindəki "Leyli və Məcnun" əsəri ilə bağlı yanlış məlumatlar çıxarılıb. Bu çərçivədə erməni saxtakarlıqlarının ifşa edilməsi istiqamətində fəaliyyət daim diqqət mərkəzində saxlanılıb, erməni saxtakarlıqlarını ifşa edən "Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir", "Об азербайджанской модели мультикультурализма (на основе данных об идентичности)", "Заметки о мультикультурализме", "Армянский геноцид" или армянский террор?", "Моральный террор: против нематериального и материального культурного наследия" və s. kitabçalar, həmçinin "Erməni tarixi uydurmalarının tarixinə giriş", "Öz-özünü təkzib edən "erməniçiliyin müəllif hüququ", "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ" kitabçaları, "Erməni yadelli nağılları" kitabı və "Gəldim, gördüm..., mənimsədim" kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində, "Fövqəladə hallar və əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər" (Azərbaycan və ingilis dillərində) təkrar nəşr edilərək il ərzində Agentliyin keçirdiyi tədbirlərdə xarici qonaqlara, nümayəndələrə və tədbir iştirakçılarına paylanıb. Bununla yanaşı, "Köçəri" rəqsinin beynəlxalq strukturların ikili standartları nəticəsində ermənilərə məxsus nümunə kimi YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil edilməsinin heç bir əsasının olmadığı və həmin rəqsin Azərbaycan xalqına məxsusluğu barədə materiallar hazırlanıb və gələcəkdə bununla bağlı qərarın ləğv edilməsi üçün zəruri addımlar atılmasının vacibliyi göstərilib. İstisna deyil ki, yeni yaradılan qurum da üzərinə düşən vəzifənin icrası istiqaməmində əhəmiyətli addımlar atacaq.

 

Alim

 

Olaylar.- 2018.- 11 aprel.- S.7.