Akademik Ramiz Mehdiyevin əsərlərində
Azərbaycançılıq
məfkurəsinin tarixi və siyasi əsasları
(Akademikin yubileyi münasibəti ilə)
Əvvəli
ötən sayımızda
Akademik Ramiz Mehdiyevin milli məfkurənin fundamental
əsaslarının işlənib-hazırlanması ilə
bağlı fəaliyyəti haqqında danışarkən onun dövlətçilik tariximizin
sütunları hesab edilən görkəmli
dövlət xadimlərimizin siyasi irsi və şəxsiyyətləri barəsindəki
yazılarını xüsusilə vurğulamaq lazımdır.
Ümumən onu qeyd etmək lazımdır ki, akademikin milli məfkurənin tarixi komponentinə bu qədər həssaslıqla, diqqətlə yanaşması tam təbii və təqdirəlayiqdir. Ən azından ona görə ki, öz keçmişi, dövlətçilik ənənələri və onları formalaşdırmış görkəmli şəxsiyyətlər haqqında məlumatı olmayan, tarixini bilməyən xalqın heç bir məfkurəsi, özünə və gələcəyinə əminliyi ola bilməz. Həmin xalq heç vaxt ona qarşı ünvanlanan hücum və iddialara layiqli şəkildə cavab vermək iqtidarında olmayacaq. Hər bir millətin tarixi şüuru sağlam və obyektiv təməllərə istinad etməlidir və milli məfkurə mütləq bir şəkildə xalqın keçmişi ilə, onun mənəvi irsi ilə qırılmaz tellərlə bağlı olmalıdır.
Çox güman ki, bizim hər birimiz akademik Ramiz Mehdiyevin Səfəvilər dövlətinin banisi, görkəmli dövlət xadimi və sərkərdə, xalqımızın böyük oğlu Şah İsmayıl Xətai ilə bağlı məqalə və kitablarının nəşrinə qədər cəmiyyətimizdə bu mövzuya dair hökm sürən anlaşılmaz, qərəzli və təhrif edilmiş yanaşmaların nə qədər geniş yayıldığını, onların ictimaiyyətin, xüsusilə də gənc nəslin düşüncəsində nə qədər çaşqınlıq yaratdığını yaxşı xatırlayırıq. Kimisi ilk mərkəzləşdirilmiş Azərbaycan dövlətinin banisinə məzhəb təəssübkeşliyi, kimisi ümumtürk həmrəyliyi mövqeyindən yanaşır, siyasi reallıqları və tarixi şəraiti nəzərə almır, onun irsini milli dövlətçilik idealları nöqteyi-nəzərindən qiymətləndirməyin zəruri olduğunu tamamilə unudurdular.
Akademikin "Şah İsmayıl Səfəvi: döyüşçünün və hökmdarın portreti"
kitabının nəşrindən sonra bu mübahisə, tərəddüd və ittihamların bir
çoxuna birdəfəlik son qoyulduğunu əminliklə
və mübaliğəsiz qeyd edə bilərik.
Sözügedən tədqiqatında
akademik xeyli sayda elmi mənbənin
tədqiqata cəlb edilməsi nəticəsində
Şah İsmayıl şəxsiyyətinə münasibətdə
hökm sürən yanlış anlaşılmaların
və təhriflərin
hər birinə əsaslı şəkildə
cavab vermiş, bu istiqamətdə hökm sürən boşluqları birmənalı
şəkildə aradan
qaldırmışdır. Şah İsmayıl
Səfəvinin akademikin
ideya müəllifliyi
və ön sözü ilə işıq üzü görən tarixi-diplomatik
yazışmalarının ana dilimizdə nəşri isə bu istiqamətdə atılmış daha bir tarixi addım
kimi yadda qaldı. Şah İsmayıla, onun
irsinə bu vaxta qədər ancaq ümumi mülahizələr əsasında
münasibət göstərənlər
bu nəşrdən sonra öz fikirlərində
daha ehtiyatlı olmaq məcburiyyətində
qaldılar, onun ünvanına hədyanlar
yağdıranların əksəriyyətinin
səsi isə birdəfəlik batdı.
Haqqında danışdığım toplunun timsalında Azərbaycanı, onun tarixini sevən və öyrənmək istəyən hər bir kəs isə
qiymətli məxəz,
tutarlı sübutlar qazanmış oldu. Eyni sözlər biz Azərbaycan
xalqının digər
görkəmli oğlu,
Qərb tarixçilərinin
"Şərqin Napoleonu"
adlandırdıqları, böyük
fateh Nadir Şah Əfşarın irsinə
münasibətdə də
keçərlidir. Sirr deyil
ki, Azərbaycanın dövlətçilik tarixində
ərazisi etibarı ilə ən böyük imperiyanın təməli qoymuş
Nadir şah Əfşara
münasibətdə də
cəmiyyətimizdə heç
zaman birmənalı fikir mövcud olmayıb. Bu xoşagəlməz hal əsas etibarı ilə məlumatsızlıqdan,
bu böyük şəxsiyyətin zəngin
irsinə ədalətli
tarixi və siyasi qiymətin verilməməsindən qaynaqlanırdı.
2015-ci ildə akademik Ramiz Mehdiyevin elmi redaktorluğu və ön sözü ilə işıq üzü görən "Nadir şah:
diplomatik yazışmalar"
kitabı bu məsələnin də müsbətə doğru
həllində həlledici
əhəmiyyətə malik
oldu. Nadir şahın
ana dilimizdə ilk dəfə işıq üzü görən yazışmalarına yazdığı
ön sözdə akademik tərəfindən
bu böyük dövlət xadimi və sərkərdənin
şəxsiyyətinə layiqli
siyasi qiymətin verilməsi tarixşünaslığımız,
həmçinin də
milli şüurumuz üçün mühüm
əhəmiyyət kəsb
edir. Sözügedən
sənədlərdə əksini
tapmış çoxsaylı
qiymətli faktlara, həmçinin digər tarixi mənbələrə
və tədqiqatlara istinadən akademik Ramiz Mehdiyev Nadir şahın irsini hər vəchlə mənimsəməyə çalışanlara
və əksinə, onu ilk imkanda doğma xalqına yadlaşdırmaq istəyənlərə
kəsərli, arqumentləşdirilmiş
cavab verməyi bacardı. Eyni dəsti-xətti və prinsipial yanaşmanı
biz Ramiz müəllimin
ideya müəllifliyi
ilə bu yaxınlarda tanınmış
ingilis şərqşünası
Maykl Aksvörtinin ana dilimizdə işıq üzü görmüş "Nadir şah"
kitabına yazılmış
geniş ön sözdə də açıq-aydın müşahidə
edirik. Akademik bu səfərdə mövzuya ümumi mülahizələrə deyil,
ancaq və ancaq tarixi faktlara,
mötəbər qaynaqlara
söykənərək yanaşır,
Nadir şahın şəxsiyyətinə
qarşı ünvanlanan
ittiham və iradları dövrün, tarixi şəraitin kontekstində təhlil edərək, aydınlaşdırır,
onların bir çoxunun əsassız olduğunu məntiqi dəlillərlə sübuta
yetirir. Ön sözdə həmçinin
Nadirin Azərbaycanın
dövlətçilik tarixində
oynadığı rol
və tutduğu mövqe cəsarətlə
dilə gətirilir, onun irsinin öyrənilməsi
və təbliği istiqamətində tarixçilərimizə
çağırış edilir.
Zaman keçdikcə
Azərbaycan ictimaiyyəti,
hər bir sadə azərbaycanlı akademikin bu xidmətinin
siyasi və ideoloji dəyərini daha da yaxşı
anlayacaq, xalqımızın
bu iki böyük
övladının irsinə
cəsarətlə sahib çıxdığı
üçün ona hər zaman minnətdar olacaqdır. Bəlkə
də, indi bir çoxları bu xidmətin dəyərini layiqincə
qiymətləndirə, onun
dəyərini lazımınca
anlaya bilmir, ancaq vaxt keçdikcə
hər kəs başa düşəcək
ki, həm Şah İsmayılı,
həm də Nadir şahı Azərbaycan xalqına qaytarmaqla akademik Ramiz Mehdiyev əslində, dövlətçiliyimizin mənimsənməkdə,
yadlaşmaqda olan möhtəşəm səhifələrini
gələcək nəsillər
üçün qoruyub
saxlamışdır.
Təqdirəlayiq haldır ki, akademik dövlət işlərinin çoxluğuna
baxmayaraq müsəlman
Şərqində ilk demokratik
respublika sayılan Azərbaycan Xalq Cümhuriyyətinin bu il qeyd edilən 100 illik yubiley tədbirlərinə
də biganə qalmadı. Onun ideya müəllifliyi və ön sözü ilə işıq üzü görən "ADR-İran
diplomatik münasibətləri
Qafqaz Fövqəladə
Komissiyasının sənədləri
işığında" kitabı elmi ictimaiyyətin yubiley tədbirlərinə verdiyi
ilk reaksiya kimi əlamətdar oldu. Akademik sənədlər toplusuna
yazdığı ön
sözdə ADR-in Azərbaycanın
siyasi tarixində oynadığı rola toxunmuş, bu dövlətin müasir Azərbaycanın dövlətçiliyi
nöqteyinəzərindən malik olduğu dəyərə obyektiv siyasi qiymət vermişdir. Akademik Ramiz Mehdiyevin istər Şah İsmayıl və Səfəvilər dövləti,
istərsə də
Nadir şah və Əfşarlar imperiyası
ilə bağlı ortaya qoyduğu siyasi və elmi mövqe həm də ona görə əhəmiyyətlidir ki,
o, cəmiyyətimizdə Azərbaycan
dövlətçiliyinin 1918- ci ildən başladığına
dair yanlış təsəvvürləri də
darmadağın etmiş
oldu. Müəllif müqayisəli təhlil
metodunu rəhbər tutaraq orta əsrlərdə
Azərbaycan türklərinin
qurduqları qüdrətli
dövlətlərin dünyaya
İran-fars dövləti
kimi tanıdılmasının
tarixi həqiqətlər
və elmi yanaşma baxımından
xətalı və yolverilməz olduğunu isbat etdi. Təəssüf cəmiyyətimizdə bəziləri hələ
də başa düşmək istəmirlər
ki, İran coğrafi anlayışdır
və o etnik, yox məkan məhfumunu ifadə edir. İran ərazisində orta əsrlərdə, daha dəqiq desək, ərəb istilasından sonra yaranmış imperiyaların tarixinə diqqətlə baxsaq, görərik ki, onların əsası farslar tərəfindən
deyil, məhz Azərbaycan-türk tayfaları
tərəfindən qoyulmuş,
Azərbaycan dili bu imperiyaların ictimai-siyasi həyatında,
mədəniyyətində fars dili qədər
böyük təsirə
malik olmuşdur. Bunu həm Şərq tarixçilərinin əsərlərindən,
həm də avropalı səyyahların
qeyd və gündəliklərindən də
anlamaq mümkündür.
Akademik
Ramiz Mehdiyevin dövlətçilik tariximizə məhz bu
tarixi həqiqətlərdən yanaşması və
tarixçilərimizə də bu istiqaməti daha dərindən
işləməyi tövsiyyə etməsi olduqca əhəmiyyətlidir.
Sadalanan yazılarında akademik tarixçilərimizə bütün tarixi-ideoloji məsələlərlə
yanaşı həm də mühüm elmi vərdişi - sənədlərlə, ilkin mənbələrlə işə üstünlük verməyin zəruriliyini
aşılayır. Tarixşünaslığımızın
həqiqətən də bu vərdişə
və iş üslubuna
böyük ehtiyacı var.
Unutmayaq ki, dünya elmi bizim şəxsi istək və xəyallarımıza
deyil, ancaq tarixi sənədlərə, sanballı məlumatlara
istinadən yazılmış əsərləri qəbul etməyə
üstünlük verir.
Bu ilin 17 aprel tarixində
akademik Ramiz Mehdiyev 80 illik yubileyini qeyd edir.
Xalqını, dövlətini sevən, ona sadiq olan
hər kəsin adından hörmətli akademikimizi yubileyi münasibəti ilə təbrik edir, qeyd etdiyimiz və sadalamağa macal tapmadığımız
bütün xidmətlərinə,
tarixşünaslığımıza, ictimai-siyasi fikrimizə bəxş etdiyi qiymətli töhfələrə
görə ona dərin minnətdarlığımızı
bildiririk. Ramiz müəllimə can sağlığı
arzulamaqla yanaşı,
ondan dövlətçiliyimizin
möhkəmləndirilməsi, həmçinin tariximizin qaranlıq, hələ də siyasi qiymətini almamış səhifələrinin işıqlandırılması
istiqamətindəki fəaliyyətində
uğurlar diləyirik.
Ümummilli liderimizin və prezidentimizin sadiq silahdaşı, ad gününüz mübarək!
Cahangir Hüseynov
Sabiq Millət Vəkili, tarixi araşdırmaçı
Olaylar.-2018.- 20 aprel.- S.11.