Azərbaycan
Əhməd Fərhadlının
"Buta və ya tanrıların anası" kitabından
"Odlar yurdu" kimi tanınan Vətənimizin
adı-Azərbaycan toponimi barədə yadların mətbəxində
qurd yağı ilə qovurulmuş və bizim tədqiqatçıların iştahla əxz edərək elmi
süfrəyə servis etdikləri çeşidli
cızma-qaralar bizə bilməyimiz son dərəcə gərəkli
olan həqiqəti nəinki dadızdırmış, əksinə,ona
ikrah hissi yaratmışdır.Bu azmış kimi
düşüncələrimizi debillik yaradan yad ana
südü ilə mayalandırmaqla birbaşa genetik varisi
olduğumuz,düşmən qonşuları tərəfindən
talan edilib tarixdən silinmiş,yurdunu tərk etmək məcburiyyətində
qalaraq bütün Avroasiya məkanına səpələnmiş,sahibsiz
mədəniyyəti samit,semit və sanskritlərin
pay-püş edib özəlləşdirdiyi qədim Hananey
sivilizasiyasını ignar etməyə öyrətmişlər.
Antik yunan və latın mənbələrində ölkəmizin adı "Atropatena" göstərilmişdir.E.ə.64-24-cü illərdə yaşamış yunan coğrafiyaşünası Strabon isə təxəyyülündən cuşa gələrək ölkə adının Atropatdan aldığı barədə nağıl uydurmuşdur.Buna bənzər nağıllar bütün qədim tarixçi-coğrafiyaşünasların yazılarında səf-səf sıralanır.Çünki səyahət etdikləri ölkələrdə rast gəldikləri və onlara qədər mövcud olmuş tarixi, coğrafi və şəxs adları öz dillərinə yad olduğundan izahlarını sırf mifik etimologiya üzərində qurmuşlar. Pəhləvi dilində "Ātur-patkān" formatına düşmüş bu toponimin "Aturpatın torpaqları" mənasını daşıması barədə uydurma mövcuddur. Güya Atropat-artur - od, pat - keşikçı,yəni "od keşikçisi" deməkdir. Sasanilərin vaxtında vətənimizin adı Adərbadaqan, ərəb mənbələrində Adərbican kimi qeyd olunmuş və bu dilin təsirindən Azərbaycan toponimi qətiləşmiş forma almışdır. Bəs Atropat kim idi?
Atropat (yun. Aτρoπάτης) - Əhəməni (Ağaman-Egemon,yəni rəhbər,başçı,öndər,hakim) satrapı (canişini) olsa da əslən Midiyalı (Madalı) olmuşdur. Məlumatlar əslində bütün Midiyanın Atropatın nəzarətində olması qənaətinə gəlməyə əsas verir.Onun adına ilk dəfə e.ə.331-ci ildə Assuriyanın qədim paytaxtı Nineva yaxınlıqındakı Qavqamela (Qavğa+mer+a,hərfi mənası ölüm-dirim savaşı) çölündə Makedoniyalı İskəndərlə Əhəməni şahı Dara (Darius) arasında baş vermiş döyüşlər barədə məlumatda rast gəlinir.Bu döyüşdə Dara məğlub olur və Atropat Makedoniyalı İsgəndərə tabe olur.Güya bundan sonra müstəqillik qazanan Mada onun adı ilə Atropatena adlanmışdır.Yalandır!Belə ki, Atropatena e.ə.321-b.e.224-cü ilinə kimi mövcud olmuşdur.Halbuki Qavqamela döyüşündən hələ 10 il əvvəl Atropatena vardı.
Müasir dilçi və tarixçilərdən bəziləri isə Azərbaycan adının güya qədimdə mövcud olmuş "Az" tayfa adından götürüldüyünü iddia edirlər.Halbuki bu tayfanın türk olmasına dəlalət edə biləcək bir dənə də olsun leksik sübut yoxdur.
Təəssüf ki,təfəkkürün iqtidarsızlığından qaynaqlanan belə sadəlöhv izahlar zamanın qum saatından asanlıqla süzülüb keçərək kif basmış kitablarda yuvalamışdır. Bəs, əslində həqiqət necə olmuşdur?
Cavab-Nəinki ölkəmiz adını Atropatın
adından, əksinə,onun özü bir hökmdar kimi
adını Atropatena adından
götürmüşdür."Makedoniyalı İsgəndər"
deyiləndə onun Makedoniya hökmdarı olması başa
düşünüldüyü kimi,Atropat deyiləndə də
Atropatena göz önünə gətirilməlidir.Ta qədimdən
şərqdə məşhurlar doğulduqları, yaxud
qırılmaz bağlılıqları olduğu coğrafi məkan
adlarına istinad edirdilər. Məsələn:Nizami Gəncəvi,Saib
Təbrizi,Mücirəddin Beyləqani,Bizanslı Filon və s.
Bəs,onda Atropatın əsl adı nə idi? Qoy bunu
tarixçilər araşdırsınlar...
Primitiv
fikirlərə vaxt sərf etməkdənsə,mətləbə
keçsək yaxşıdır...
Azərbaycan
adının ən ibtidai formasına Assur (Aşur) gil kitabələrində
"Andarpatianu" formasında rast gəlinmişdir.Bu
sözün "qala" və ya "ərazi" mənasına
gəldiyi barədə dişsiz ehtimallar səsləndirilmişdir.Tədqiqatçıları
azdıran,çaş-baş salan onların məhz qədim
yazılı abidələr üzərindəki işarələri
müasir dillərin qrammatik üslubuna uyğun oxumaq istəklərindən
doğmuşdur.Azı,5 min il əvvəl yazı-pozu ilə məşğul
olan insanlardan səlist qrammatik üslub ummaq nə dərəcədə
məntiqlidir?Ona görə də qədim yazılı mənbələrdə
artıq-əskik və ya təhrif olunmuş işarələrin (səslərin)
olması tez-tez rast gəlinən fonetik təzahürlərdən
idi.
"Andarpatianu"
sözündə "n" samit səsi ibtidai formatda ola bilməzdi.Ona
görə ki,qədim Assur dilində N samitinin D samiti ilə
qaynaq işlək halına ümumiyyətlə rast gəlinmir.Qədim
Şumer dilində andurâru-termininin əsas
ünsürü duro(duro+ar+u) olmaqla mənası "hələ
də duran,qalan,saxlanan, mövcud olan,davam edən,kök
salmış,köhnəlmiş,miras qalmış" deməkdir.Dilimizdə
işlək olan "andır" sözü də eyni qəlibdən
çıxmış termindir.Azərbaycan dilinin izahlı
lüğətində yazılır:"andır-sahibsiz, yiyəsiz
mal, ölən bir şəxsin qohumlarına irs qoyub getdiyi
mal, şeydir".
An-isə
Qədim türk yazılı abidələrində rast gəldiyimiz
"an+u" sözü ilə eyni olmaqla "o" (yəni
anılan) işarə əvəzliyidir."O(A)" sait səs
olduğundan istiqamət,işarə bildirən "i"
saitinə qovuşması üçün tələffüzü
asanlaşdırmaqdan ötrü
aralığa "n" samit səsi pərçimlənmişdir.Bildiyimiz
kimi müəyyənlik bildirən təsirlik hal "kimi,nəyi,haranı"
suallarından birinə cavab verir və isimlər
-ı,i,u,ü (-nı,ni,nu,nü) şəkilçilərini
qəbul edir. Məsələn: Əziz-ı (Sara-nı),sən-i,(o-nu,bu-nu),Bakı-nı,Gəncə-ni,Qusar-ı
və s.
Əndirəbadi
sözünə heç bir lüğətdə rast gəlinməsə
də danışıq dilimizdə tez-tez istifadə edirik.Bu
söz məhz "Andarpatianu" termininin cilalanmış
formatıdır. Əsasən sirli,əsrarəngiz,möcüzəli,tanış
olmayan,mübhəm, qədim, uzaq keçmişə aid olan
keyfiyyətləri bildirmək üçün işlədilir.
Qədim
türk yazılı abidələrində rast gəldiyimiz
"antıran,antırdın"(yəni oradan,o vaxtdan,o
zamandan), müasir azərbaycan dilində işlənən
"andırmaq"(yəni unudulmuşu,keçmişdə
qalmışı xatırlatmaq,yadına salmaq) sözləri
bu xatirələri canında daşıyır.
Gəlin
fikrimizi əsas mətləbə fokuslaşdıraq...Nəinki
gil kitabələrindəki ox-yazı işarələrində,Qədim
Misir ieroqliflərində,eləcə də bəşərin
ilk əlifbası hesab edilən finikiya əlifbasında
yalnız 22 samit səs vardı.Yəni sait səsləri
bildirən işarələr yox idi və bu səslər
yalnız tələffüz üçün gərəkli
sayılmaqla mətnləri oxuyanların seçiminə
buraxılmışdı.Tədqiqatçılar istifadə
etdikləri müasir dillərin qrammatik üslubuna uyğun
olaraq bu samit yığnağını sait səslərlə
bəzəyirlər.Bu halda həmin saitlərin samitdən əvvəl
və ya sonra işlənməsinə,yaxud ümumiyyətlə,
işlənməsinə zərurət
olub-olmamadığına ciddi əhəmiyyət verilməmişdir.
Bax beləcə, Fransua Jan-Şanpoleondan tutmuş bu gün
oxşar mövqeyi ilə diqqət çəkən tədqiqatçıların
yol verdikləri və bağışlanması çətin
olan səhv də burada idi.
...Belə
ki,sait səslər nəinki sözlərdə əhəmiyyətsiz
idilər,əksinə, samit səslərin məna
çalarlılığı məhz saitlərdən,onların
samit səslərinin əvvəlinə və ya sonuna
qaynaqlanmasından bilavasitə asılı idi.Gəlin
şumer dilindən ən sadə bir misala diqqət yetirək;
R samitinin əvvəlinə və sonuna U saitini əlavə edək.
Ur -ucalığa, hündürlüyə, yüksəkliyə
doğru olan hərəkəti,Ru isə onun əksini,yəni
göydən yerə,aşağıya olan hərəkəti,
düşüşü bildirir.
İndi
bu nümunələri müxtəlif dillərdəki sözlərin
tərkibində axtaraq:
Ur-
latın dilində urbs,
urbis-şəhərin yuxarı hissəsi,urco-qışqırmaq,
bağırmaq, səsin göyə ucalması,göyə
bülənd olması,uro-yandırıb-yaxmaq, oyandırmaq,
qıcıqlandırmaq, hirsləndirmək,qəzəbləndirmək,ayağa
qaldırmaq, ursa-yer kürəsinin yuxarı, yəni şimal
tərəfi,qədim türk dilində uru (durmaq),yəni
yerindən dik qalxmaq, Ural-dağ,şumer dilində ûru,
urru-günəşin qalxmaslı,ucalması,doğması,
ûru-evin dam örtüyü, urpu-bulud, irnîtu-triumf,qələbə,ucadan
qələbə nərəsi çəkmək, Urartu-dağ
və s.
Ru-latın
dilində ructo[ructus]-vulkanın püskürməsi,rudo-çığırmaq,
qışqırmaq, bağırmaq, uğuldamaq, guruldamaq;
ruina[ruo]-düşüş, düşmə, atılma;
ruinosus[ruina]-1) boş,laxlayan, yıxılmağa meyilli,
uçma təhlükəsi olan 2)
uçan,yıxılan,dağılan,ətrafa səpələnən,
sökülən,üstünə aşıb tökülən;
ruo, rui, rutum-1) dağılan,sökülüb tökülən,yuxarıdan
düşən,yuxarıdan salınmış,
atılmış;rutus [ruo]-dağılmaq, səpələnmək;şumer
dilində rubşu-düşərgə,
ruchr("39")âtu, ruchr("39")utu, rûtu-yerə
tüpürmək, rus dilində рушить,рухнуть-uçurmaq,yerə tökmək və
s.
Yaxud rus
dilindən başqa misalla samit səsləri eyni şəkildə
sınağa çəkməklə tədqiqatımızı
davam etdirək. T və D samitlərinin qohum olduqları,eyni qəlibdən
çıxdıqları şəksizdir.(Türk dil ailəsinə
mənsub doğma azəri və anadolu türklərinin
leksikonuna baxsaq bunu əyani şəkildə görə bilərik:
dağ,taq, dadmaq, tatmak, doğmaq,toğmak,düşmək,tüşmek
və s.) İndi bu samitlərin əvvəlinə və sonuna
O saitini əlavə edək. От(od) və то(до) alırıq.Rus dilində birinci variant
başlanğıcı,ikincisi isə onun antonimini,yəni
sonluğu bildirir.
Bu hələ
şahmat oyunundakı gediş variantlarına bənzər
çoxsaylı kombinativ məna kateqoriyalarından ən sadəsidir.Əsrlər
ötdükcə,insan kütlələri
qaynayib-qarışdıqca, bəşər dilinin necə
sintezləşdiyinə,ayrı-ayrı elementlərini qurban
verib yenilərini qazandığına, məna ifadə tərzini
cilalayıb təkmilləşdirdiyinə heyrətlənməmək
olmur.
İndi
keçək Artopatena sözünün etimologiyasına...Qədim
Misirdə yer və göyün sahibi sayılan Günəş
tanrısı Asar`a (yunan transkripsiyasında Osiris) sitayiş
edilirdi.Hərfi mənada bu söz As(od)+ar(hərəkət edən)
deməkdir.Sözsüz ki,bu,elə Günəşin
özüdür.
Atropatena-At+ro+pat+ena komponentlərindən yaranmaqla hər biri müstəqil məna kəsb edir."Asar,azar" sözünün fonetik dəyişikliyə uğrayaraq "adar,ader" formasına düşməyi sirr deyildir.ST və ZD səs dəyişikliyi minillər əvvəl Aralıqdənizi hövzəsində cəm olmuş tayfa və qəbilələrin dialektlərinin toqquşması nəticəsi olaraq meydana gəlmiş,Hind-avropa və türk dillərində daimi "vətəndaşlıq" qazanan ilk və ən önəmli transfondur.Hətta XIX əsrin 70-ci illərində Azərbaycan adının Adderbaycan şəklində yazılmasını xatırlasaq,gerçəkliyin izi ilə addım-addım getdiyimizə bir daha əmin olarıq...Rus hərb tarixçisi,general N.Dubrovin yazırdı "...çünki adderbaycan dilində Qarabağ adının mənası qara bağ deməkdir". (Дубровин Н. "История войны и владычества русских на Кавказе". - СПб.,1871, том 1, книга II. Закавказье, с. 325-326).
Başqa bir tarixi xronikada ermənilərin 1828-ci ildə İranın Adderbecan adlandırılan vilayətindən Qarabağa köçürülməsi qeyd olunmuşdu.
At(ad,od)-skandinavların Günəş tanrısı Odinin adındakı "od"-(atəş) komponenti ilə eynidir və Qədim Misir piramidalarının üzərindəki ieroqlifdə birbaşa doğan Günəşin təsviri ilə verilmişdir.Rus dilində "1" rəqəminin "odin",cəhənnəmin "ad" adlanması heç də təsadüfi deyildir."Cəhənnəm odu" deyimini xatırlamaq kifayət edər.Odin, Azar sözü kimi hərəkət edən od,yəni Günəş deməkdir.Axı,Günəş bir dənədir.Dənə(türkcə tane)-sözünün "tan,tana",yəni Qədim Misirlilərin və türklərin dilində "Günəş" mənası daşıdığı elə günəşin özü qədər aydındır.Tanrı sözü də buradan yaranmaqla "tan"+"uru",yəni uca,hündürdəki,yuxarıdakı Günəş,od deməkdir.
Ardı var
Olaylar.- 2018.- 20
aprel.- S.12.