Sevgi yağışı
Bəlkə göz yaşıdır bu, yağış deyil,
Bir sevən aşiqin gözündən gəlir,
Bəlkə bir vəfasız,
bir be
ilqarın,
Səbəbi üzündən tökülüb gəlir.
Bu yağış nə Məcnun, nə dəli deyil,
Eşqin məhəbbətin bədəli deyil,
Məcnun taleyindən
gileyli
deyil,
Sevgi dastanının sözündən gəlir.
Sevgi alovunu söndürməz sular,
Nə sellər, nə çaylar, nə də yağışlar,
Sevgini
HAQQ öyər, HAQQ alqışlayar,
Bu yanğı TANRININ Özündən gəlir.
Əgər, diqqət etsək suyun əslinə,
Onda bilərik ki, onun əsli nə.
Hidrogen birləşib oksigen ilə,
Əmələ gətirdi su adlı gilə.
Hidrogen
- məlumdur ki, o yanandır,
Oksigen -
yanmaya uyğun məkandır.
Hidrogen alışan, oksigen yaxan,
Biri sevən aşiq, birisi canan,
Sevərək birləşib iki növcavan,
Verdilər dünyaya həyat adlı can.
Sevgi
alovunu söndürürməz sular,
Çün elə
sevgiylə
yoğrulmuşdular!
Torpaq sahibini gözləyir
bu gün
Eşitdim kiməsə papaq vermisən,
Papaq
yox, nəyəsə yamaq vermisən,
Düşmənə yurd-yuva, torpaq vermisən,
Bir
dön, keçmişinə
nəzər sal bu gün,
Torpaq sahibini gözləyir bu gün!
Dədəmiz, Babamız itaət etdi
Qurana.
ALLAHA ibadət etdi,
Sənə Qarabağı əmanət etdi,
Ona həmdəm idi toy, nişan, düyün,
Torpaq sahibini gözləyir bu gün!
Müqəddəs sayılar eldə əmanət,
Əmanətə heç vaxt olmaz xəyanət,
Həm
Ana, həm Vətən,
həm də ki, Cənnət
Qarabağ xilaskar gözləyir bu gün,
Torpaq
sahibini gözləyir bu gün!
Zaman
sürəti
ilə öyünür
bu gün,
Hazırlıq bu gündür,
imtahan bu gün,
İnşaallah açılar sehrli düyün,
Tərifi birlikdir
qüvvətin, gücün,
Torpaq sahibini gözləyir bu gün!
Bülbül öz
gülünü tapacaq yəqin,
Sahibi yurduna dönəcək yəqin,
Onunçün bir olun, əl-ələ verin,
Yox
olsun xarları çiçəyin,
gülün,
Torpaq
sahibini gözləyir bu gün!
Müdrik insan, dahi alim
Xudu Məmmədovun xalça
naxışları haqda elmi açıqlaması
Bir insan, bir müəllim,
bir alim-Xudu,
Tapdı naxışlarda kristall kodu.
Kod nə söyləyirdi bizlərə, görək,
Sirli
xəzinələr açılsın gərək.
Gəlin, sadə dildə izahat verək,
Alimin fikriylə, diliylə deyək:
Xalça naxışları saf insanların,
Şirin
xəyalların, xoş arzuların,
Paklığın simvolu kristalların
Simmetrik molekul
quruluşudur,
İlahi gözəllik oluşumudur.
Bəli,
Xalça naxışları çiçək qızların,
Qoçaq gəlinlərin, zirək qızların,
Dişi aslanların - mərd anaların
Əlinin əməyi,
göznün nurudur,
İlqarı, vəfası, həm qürurudur.
Xalça naxışları mərd ataların
Müdrik
babaların - ağsaqqalların
Öyüdü, təmkini, davranışıdır,
Ata Yurdumuzun od
- ocağının
Sönməyən, əbədi bir yanışıdı
Naxışlar şanlı əskər oğulların,
Qeyrətli, hünərli ər oğulların,
Koroğlu nərəli nər oğulların
Tərlan tək
şığıyan bir vuruşudur,
Ulusun, Elatın var oluşudur,
HAQQA xidmət edən bu insanların
HAQQA çathaçatı qurtuluşudur.
Ey əvəzsiz anam, qiymətli Anam,
Zəhmətkeş, cəfakeş, qayğıkeş
Anam
Möhtəşəm İlahi qurluşları
Sən,
Qəlblərdə əbədi yanışları Sən,
HAQQA-ƏDALƏTƏ
çağrışları Sən,
Toxudun ilmələr, arqaşlar ilə,
Nələr yaratmadın naxışlar ilə!!!
İlqar Böyükkişi
oğlu.
Olaylar.- 2018.- 28-30 aprel.- S.11.