Regional proqramlar Qubada infrastrukturun

yaxşılaşdırılmasına xidmət edib

 

Artıq 14 ildir ki, uğurla həyata keçirilən Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramları bütün istiqamətlərdə öz müsbət nəticələrini göstərib. Məhz Dövlət Proqramının uğurlum icrası nəticəsində istər iqtisadiyyat, istər sosial, istər mədəni, istərsə də humanitar sahələrdə əsaslı dərəcədə yeniliklər əldə olunub, nailiyyətlər qazanılıb.

Bu gün qətiyyətlə deyə bilərik ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası Azərbaycanda bütün istiqamətlərdə nailiyyətə, uğura səbəb olub.

Rgionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın hər bir bölgəsində olduğu kimi şimal zonasına daxil olan Quba rayonunda da uğurla icra edilib. İstər birinci, istərsə də ikinci Dövlət Proqamı kimi hazırda icrası tamamlanmaqda olan Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramı da Qubada səmərəli şəkildə icra olunaraq müsbət nəticələrlə yada qalıb. Sonuncu, hələlik üçüncü olan bu Dövlət Proqramının ikinci ili ərzində, yəni 2016-cı il ərzində görülən işlər, həyata keçirilən tədbirlərə diqqət yetirdikdə Qubada sözügedən Dövlət Proqramının uöurla icra edildiyini qətiyyətlə deyə bilərik.

Belə ki, hazırda icrası davam etməkdə olan üçüncü Dövlət Proqramının ikinci ili ərəfəsində, yəni 2016-cı il ərzində rayonda tikinti, abadlıq və quruculuq istiqamətində planlaşdırılan işlərin yerinə yetirilməsi, əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli, həmçinin əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, kənd təsərrüfatının və turizmin inkişafı, mədəni-kütləvi tədbirlərin təşkili və digər sahələr üzrə bir sıra işlər görülüb, lazımi tədbirlər həyata keçirilib. 2016-cı il üçün rayon üzrə əsas sosial-iqtisadi göstəricilərə əsasən ümumi məhsul buraxılışının həcmi 301 milyon 809 min 800 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artım) olub.

Sənaye məhsullarının ümumi həcmi 22 milyon 204 min 700 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artım), kənd təsərrüfatı məhsullarının həcmi 140 milyon 241 min 900 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz artım), adambaşına düşən pullu xidmətlər 347 manat 93 qəpik (ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artım) olub. Rayonun cəmi gəlirləri 32 milyon 56 min 700 manata qarşı 31 milyon 600 min 600 manat ya 98,6 faiz icra edilib. Rayonun yerli gəlirləri 12 milyon 737 min manata qarşı 12 milyon 860 min 900 manat ya 101 faiz icra olunub.Rayonun yerli xərcləri isə 32 milyon 56 min 700 manata qarşı 31 milyon 576 min 700 manat ya 98,5 faiz icra olunub.

2016-cı il ərzində rayonda tikinti sektorunda əsas kapitala yönəlik investisiya qoyuluşu 46,6 milyon manat olub ki, bunun da 44,5 milyon manatı dövlət büdcəsindən, 2 milyon manatı isə qeyri-dövlət strukturlarının hesabına olub. Şəhərin 223-cü atıcı diviziyası küçəsində yerləşən "Şəhidlər Xiyabanı" nda başlanmış yenidənqurma işləri başa çatdılıb. Ərazidə aparılan təmir işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib, yaşıllıq zolağı salınmış xiyaban ətrafında səliqə-səhman yaradılıb. Burada aparılan yenidənqurma işləri rayon sakinləri tərəfindən dəstəklənib minnətdarlıqla qarşılanıb.

Heydər Əliyev prospektində "Məhdud fiziki imkanlı insanlar üçün Quba regional informasiya mərkəzi"nin tikintisi başa çatdırılıb. Rayon Mərkəzi Xəstəxanasının 220 çarpayılıq yeni binasının tikintisi davam etdirilib. 100 çarpayılıq Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzinin binasının əsaslı təmiri işləri yekunlaşıb.

Dövlət Proqramı çərçivəsində Quba şəhərində çoxmənzilli binaların bloklarının fasadlarının təmiri ərazilərinin abadlaşdırılması işləri həyata keçirilib, Heydər Əliyev, Əzizbəyov küçələrində sıradan çıxmış "Ağlay" üzlüklər dəyişdirilərək yeniləri ilə əvəz olunub. Mərkəzi meydandakı Heydər Əliyev adına parkdaki fəvvarələr təmir olunaraq işlək vəziyyətə gətirilib, park ərazisindəki üzlük daşları təmir olunub. Səhər ərazisində nəzərdə tutulmuş abadlıq işləri çərçivəsində Sabir, Natəvan küçələrinə, 19-cu, 22-ci, 24-cü, 29-cu 30-cu məhəllələrdə, həmçinin "Qəçrəş yolu" yaşayış massivindəki küçələrə asfalt örtüyü döşənib. Səhərin küçələrində ümumilikdə 28 min 850 kv. metrdən çox asfaltlaşma işləri görülüb.

Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası müddətində Qubada yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində kifayət qədər işlər görülüb, yeni yollar çəkilib, sıradan çıxmış yollarda təmir-bərpa işləri aparılıb yollara asfalt örtüyü çəkilib. Məhz həyata keçirilən tədbirlər nəticəsində Rustov-Xanagah-Girdah, Rustov-Nöydün-Şuduq, Rustov-MəckəXacə Rustov-Bağçalı-Yekdar yolunda tikinti-quraşdırma işləri sürətlə davam etdirilib. Belə ki, Rustov-Bağçəli-Yekdar, Rustov-Məckə Xacə, Cadəri, Hacıağalar, Qam-Qam kəndlərinə aparan yolların tikintisi tamamlanaraq asfalt örtüyü döşənib, Rustov-Xanəgah-Girdah yolunda 10 km məsafədə yol yatağı tikilib, 4 km məsafədə asfalt örtüyü vurulub, körpü keçidləri inşa edilib. Rustov-Nöydün-Şuduq yolunun genişləndirilməsi, yol yatağının hazırlanması işləri başa çatdırılaraq çınqıl döşənib, 2 km məsafədə ikiqat asfalt örtüyü vurulub. Quba-Xaçmaz, Quba-Şabran, Quba-Qusar Quba-Qonaqkənd avtomobil yollarının bir çox hissələrində sıradan çıxmış asfalt örtüyünün bərpası işləri aparılıb. Quba-Amsar-İkinci Nügədi kəndlərinin ərazilərindən keçən avtomobil yolu 8 km məsafədə asfalt vurularaq əsaslı təmir olunub.  Rayonun Məckə-Xacə Əspərasti kəndlərinin hər birində 180 şagird yerlik yeni məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib, Ərməki Çartəpə kəndlərinin hər birində 132 şagird yerlik tam orta məktəb binalarının tikintisi davam etdirilib. Bundan başqa rayonun Zərdabi qəsəbəsindəki valideyn himayəsindən məhrum olmuş internat məktəbində əsaslı təmir işləri əlavə köməkçi binaların inşası tamamlanaraq istifadəyə verilib. Timiryazev qəsəbəsində 60 yerlik uşaq bağçası-körpələr evinin yeni binasının tikintisində tikinti quraşdırma işləri yekunlaşıb.

Dövlət Proqramı çərçivəsində rayon ərazisində olan respublika yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılıb, yolların aşınmasının qarşısının alınması, şəhərdə küçə səkilərin bərpası sahəsində bir sıra işlər görülüb. Rayonun qəsəbə kəndlərində tikinti, abadlıq quruculuq işləri həyata keçirilib. Zərdabi, Barlı, Dəlləkli, Timiryazev, Aşağı-Xuc, İsnov, Kələnov, Qorxmazoba, Amsar, Rustov, Küçeyi, Birinci Nügədi İkinci Nügədi kəndlərində kənddaxili yollara çınqıl döşənərək təmir işləri görülüb avtomobil yollarının kənarları məişət tullantılarından təmizlənib.

Şəhərin Fətəli xan, Sahil Vaqif küçələrindəki, SMU-30 yaşayış massivindəki kommunal yaşayış evlərinin dam örtüklərində təmir işləri aparılıb, su novlarının sıradan çıxmış hissələri dəyişdirilib. Bundan əlavə bəzi kommunal yaşayış binalarının giriş hissələrində təmir təmizlik işləri aparılıb.

Regionların sosial iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət  Proqramı çərçivəsində Qubada əhalinin kommunal problemlərinin həlli, sakinlərə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atılıb, məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, Dövlət Proqramınıən icrası müddətində rayon sakinlərinə kommunal xidmətlərin göstərilməsi sahəsində müəyyən işlər görülüb. Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması məqsədilə lazımi tədbirlər həyata keçirilib. Hesabat dövründə 1813 yeni fərdi yaşayış evi qazlaşdırılaraq məişət qaz sayğacları ilə təmin olunub. Qeyri əhali üzrə isə 41 yeni abonent qeydiyyata alınıb. 523 nəfər əhali abonenti üçün "SMART" tipli sayğac quraşdırılıb.

Hesabat dövrü ərzində rayonun Püstəqasım, Dəhnə, Hacıağalar, Qamqam, Cədəri, Kələdağ kəndlərinin təbii qazla təmin olunması işləri başa çatdırılıb. Beləliklə, rayon üzrə 59 yaşayış məntəqəsi (38 faiz) artıq təbii qazla təmin olunub. 2016-cı il ərzində əhali istehlakçıları tərəfindən sərf olunan qaza görə ödəniş 4 milyon 715 min 93 manat olub ki, bu da ümumi yığımın 96 faizini təşkil edir. Qeyri-əhali istehlakçıları tərəfindən sərf olunan qaza görə ödəniş isə 875 min 976 manat olmuşdur ki, bu da ümumi yığımın 94 faizini təşkil edir.

Dövlət Proqramı çərçivəsində əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunması məqsədilə bir sıra işlər görülüb. Belə ki, Afurca kəndi ərazisində 1 ədəd gücü 1,6 MVA olan 35/10 kv-luq "Afurca" yarımstansiyası tikilərək istifadəyə verilib bununla da həmin ərazidə elektrik enerjisinin keyfiyyəti artırılıb. 1960-1964-cü illərdə istismara verilmiş 20 km uzunluğunda 35 kV-luq "Qonaqkənd-Söhüb" hava xətti yenidən istismara verilib. Həmin illərdə istismara verilmiş 14,5 km uzunluğunda 35 kV-luq "Təngəaltı-Qonaqkənd" 35 kV-luq Quba-Alpan hava xəttində, həmçinin 1956-cı ildə inşa olunmuş 35/6 kv-luq Quba yarımstansiyasında yenidənqurma işləri aparılıb. 2016-cı il ərzində 19 ədəd yeni Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Hesabat dövründə istehlakçılar tərəfindən sərf olunan elektrik enerjisinə görə yığım 8 milyon 469 min 999 manat, yəni 85,86 faiz təşkil edib.

Əhalinin içməli suya olan tələbatının tam ödənilməsi məqsədilə Regionların sosial-iqtidsadi inkişafına dair Dövlət Proqramı çərçivəsində müvafiq tədbirlər görülüb. Əsasən rayonun kənd qəsəbələrində əhalinin içməli su ilə bağlı çətinliklərini nəzərə alaraq rayonun Aşağı Atuc, Mirzəqışlaq, Zərdabi, Pirvahid İkinci Nügədi kəndlərinin hər birində 1 ədəd artezian su quyularının qazılaraq əhalinin istifadəsinə verilməsi işləri davam etdirilib. Alpan, Hacıhüseynli, Aşağı Atuc, Birinci Nügədi, Talabıqışlaq, Küpçal, Çiçi, Əlibəyqışlaq, Zizik, Qəçrəş, Gədikqışlaq, Qarxun digər kəndlərdə içməli su təminatının yaxşılaşdırılması məqsədilə lazımi tədbirlər görülüb.

Quba şəhəri ərazisində mövcud olan çoxmərtəbəli kommunal evlərin binadaxili kanalizasiya şəbəkələrinin yeni magistral xətlərə birləşdirilməsi işi başa çatdırılıb. Məkumat üçün qeyd edək ki, Quba Su-kanal İdarəsi tərəfindən 9911 abonentə xidmət göstərilir. Xidmət göstərilən abonenetlərin 9486-sı əhali, 425-i isə qeyri-əhali abonentləridir. Su və kanalizasiya xidməti göstərilən əhalinin ümumi sayı 24 min 176 nəfərdir.

2016-cı təsərrüfat il ərzində istehlakçılara 779 min manatlıq su və kanalizasiya xidməti göstərilib, 617 min 305 manat, yəni 81,77 faiz xidmət haqqı yığılıb.

Dövlət Proqramı çərçivəsində rayonda rabitə xidmətinin yaxşılaşdırılması, internet texnologiyalarının tətbiqi istiqamətində də müəyyən işlər də görülüb. Belə ki, geniş zolaqlı internet xidmətinə olan tələbat nəzərə alınaraq Birinci Nügədi, Dəlləkli, Vəlvələ, Qəcərzeyid, Güləzi, Hacıhüseynli, Küpçal, Rustov, Çiçi, Zərqova, Alekseyevka, Talabıqışlaq, Zərdabi, Vladimirovka və Alpan kənd EATS-lərdə müasir avadanlıqlar quraşdırlmış və əhalinin daha keyfiyyətli telefon və internet xidmətləri ilə təmin edilmələri üçün lazımi tədbirlər görülüb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 16 avqust.- S.15.