Regional proqramlar Qarabağ zonasında
sosial-iqtisadi inkişafı sürətləndirib
Günümüzdə
respublikamızda müşahidə edilən sosial-iqtisadi
inkişaf ölkənin hər bir bölgəsinə, şəhər və rayonuna, hətta ucqar dağ kəndinə belə sirayət edib. Bu gün
ölkəmizin elə bir bölgəsi yoxdur ki, inkişafdan,
tərəqqidən geri qalsın. Təbii
ki, bu inkişafda
2004-cü ildən uğurla həyata
keçirilən Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramlarının da xüsusi
payl və çəkisi var.
Respublikanın hər bir bölgəsində olduğu kimi Yuxarı Qarabağ iqtisadi rayonunda da Dövlət Proqramları uğurla icra edilib və bu gün də icra olunmaqdadır. Düzdür, Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan şəhər və rayonların bir çoxu erməni işğalı altında olsa da, lakin digər rayonlarda inkişaf, tərəqqi əldə edilib və bu inkişafda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının xüsusi payı var. Məlumat üçün qeyd edək ki, Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli, Əsgəran rayonlarını və Xankəndi şəhərini əhatə edir. Yuxarı Qarabağ iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Xankəndidir. İqtisadi rayonun Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl rayonlarının və Xankəndi şəhərinin əraziləri tamamilə, Ağdam (rayonunun hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altındadır. Ağdamın indi yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır) və Füzuli (rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vard ) rayonlarının əraziləri isə qismən erməni işğalı altındadır.
Yuxarı Qarabağ iqtisadi rayonunda Dövlət Proqramının uğurla icra edildiyi rayonlardan biri Ağdam rayonudur. Dövlət Proqramı çərçivəsində Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi sahəsində işlər davam etdirilib. Proqramın icra edildiyi illər ərzində rayonun ərazisində tikinti-quruculuq işləri davam etdirilib, rayon abadlaşıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikintisi nəzərdə tutulmuş, təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuş, ümumi sahəsi 1800 kvadrat metr, 328 nəfərlik zalı, foye, qalereya, qrim və gözləmə otaqları olan, Muğamın təbliğinə və onun yaşadılmasına xidmət edən Muğam Mərkəzinin tikintisi başa çatdırılıb.
Nəhayət, əhalimizin böyük əksəriyyətinin səbirsizliklə gözlədikləri 29 min nəfər əhalini əhatə edən 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 km olan Quzanlı- İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi başa çatırılıb və əhalimizin istifadəsinə verilib.
2018-ci ilin 6 ayı ərzində rayon ərazisində məcburi köçkünlərin yaşadığı 22 evdə təmir işləri aparılıb.
Dövlət Proqramı çərçivəsində yolların təmiri və saxlanılması üçün də kəndarası və qəsəbədaxili yollarda cari təmir işləri aparılıb.
Proqram çərçivəsində əhalinin həyat şəraitinin yaxşılaşdırılamsı, faziləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, göstərilən xidmətlərin genişləndirlməsi və keyfiyyatənin yüksəldilməsi üçün bir sıra tədbirlər görülüb. Ağdam Elektrik Şəbəkəsinin xidməti ərazisində 3 ədəd 110/35/10 kv-luq ümumi gücü (137MVA), 11 ədəd 35/10 kv-luq ümumi gücü(113.4MVA), 1 ədəd 35/6 kv-luq ümumi gücü(3.2MVA) y/st-lar və 1535 ədəd 10/0.4 kv-luq transformator y/st-ları ümumi gücü (179.4MVA) olmaqla fəaliyyət göstərir. 2018-ci ilin 6 ayı ərzində şəbəkə tərəfindən ayrı-ayrı 10 kv-luq hava xətlərində təmir işləri aparılıb. Satış sahəsində 2018-ci ilin 6 ayı ərzində 113781200 kvt/s elektrik enerjisi alınıb ki, bunun da texniki itkisi çıxılandan sonra faydalı enerjisi 102272600 kvt/s olub ki, bu da 8409300 manat dəyərindədir.Əhali və qeyri əhali sektoru üçün satılan faydalı enerjinin dəyəri əhali üzrə 850000 manat təşkil edir.Bu da toplanmış enerji dəyərinin 80.4 faizini təşkil edir.
Tərtər RQİİ-nin Ağdam XS 2018-ci ilin 6 ayı ərzində Əhalinin təbii qazla fasiləsiz təmin edilməsi üçün tədbirlər davam etdirilib. Ağdam Xidmət sahəsi üzrə təbii qazdan istifadə edən əhali abonentlərinin sayı 17176-ya çatıb. Qeyri-əhali abonentlərinin sayı isə 81-ə çatıb. 2018-ci ilin 6 ayı ərzində Xidmət sahəsi üzrə 13535974 m3 təbii qaz qəbul olunub və ondan 12511545 m3 istehlakçılara satılıb.Ondan əhaliyə 11801722 m3 qeyri-əhaliyə isə 709823 m3 satılıb. Qazın itgisi 1024429 m3 yəni 7.6 faiz olub. Əhaliyə satılmış qazın dəyərinin 1425034 manatı yığılıb ki, buda 118 faiz təşkil edir. Qeyri-əhaliyə satılmış qazın dəyərinin 108117 manatı ödənib ki, buda 76 faiz təşkil edir. Qeyri-əhali istehlakçılarında yaranmış debitorun çox hissəsi hərbi hissələrin və " Azəristilik Təchizat" təşkilatının hesabına yaranıb.
Əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün də Dövlət Proqramı çərçivəsində bir sıra tədbirlər hazırlanaraq həyata keçirilib. Belə ki, köçkün qəsəbələri ərazisində 18 ədəd nasos təmir olunub və 720 metr boru xətti bərpa edilib. Ağdam Sukanal idarəsi 2018-ci ilin 6 ayı ərzində abonentlərdən və təşkilatlardan istifadə etdikləri suyun dəyərinin ödənişini 95 faiz yerinə yetirib. Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətlərinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, müasir texnologiyanın tətbiqi üçün tədbirlər davam etdirilib, Ağdam Telekommuniukasiya Qovşağında 2018-ci ilin 6 ayı ərzində Əfətli və İmamqulubəyli kəndləri ərazisində rabitə dirəyi basdırılaraq xətt şəbəkəsində təmir işləri aparılıb. Ümumilikdə Ağdam rayonunda 3337 telefon istifadəçisi və 1690 internet istifadəçisi vardır. Ağdam Telekommunikasiya Qovşağında 6 ay ərzində rabitə xidmətlərindən gələn gəlir 184364 manat olduğu halda, 180636 manat pul yığılıb və 3728 manat debitor borc qalıb
Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan rayonlardan olan Tərtər rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra edilib. Ötən illər ərzində Dövlət Proqramı çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər belə deməyə əsas verir. Elə hazırda icrası yekunlaşmaqda olan üçüncü Dövlət Proqramı çərçivəsində də Tərtərdə bir çox tədbirlər həyata keçirilib, infrastuktur yaradılıb, əhalinin sosial problemlərinin həlli istiqamətində müvafiq addımlar atılıb. Elə cari ilin ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. 2018-ci ilin birinci yarısında 15 milyon 966,6 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 935,9 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Tərtər şəhərinin Nicat İsgəndərov, Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində abadlıq və yenidənqurma işləri aparılıb, şəhər 6 nömrəli tam və Qazyan kənd ümumi orta məktəblərin binaları, Qaradağlı kənd tam orta məktəbində 5 sinif otağı əsaslı təmir olunub. Uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun yenidən qurulmasına, Xalça İstehsalı Emalatxanasının tikintisinə, Heydər Əliyev parkında əsaslı təmir işlərinə başlanılıb. Ekoloji tarazlığın qorunması məqsədilə 15 mindən çox müxtəlif növ ağac, 2,5 min gül kolu və 500 min ədəd həmişəyaşıl kollar əkilib. Hazırda Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binasının fasad hissələrinin və giriş bloklarının əsaslı təmiri və həyətlərinin asfaltlanması, 100 yerlik körpələr evi-uşaq bağçasının və Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.
Bu ilin 6 ayında rayonda ümumi məhsul buraxılışının həcmi 95,6 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 16 milyon 911,9 min manat investisiya yönəldilib. 211-i daimi olmaqla, 2108 yeni iş yeri açılıb. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. İlin birinci yarısında kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artaraq 34,2 milyon manat təşkil edib. Onun 62 faizi bitkiçilik, 38 faizi heyvandarlıq sahəsinin payına düşür. Cari ilin məhsulu üçün 26 min 108,5 hektar sahədə kənd təsərrüfatı bitkiləri, o cümlədən 11 min 725,9 hektarda dənli və dənli paxlalı, 5 min 603,9 hektarda texniki, 1 min 514,6 hektarda kartof, tərəvəz və bostan, 7 min 264,1 hektarda yem bitkiləri əkilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, rayonda pambıqçılıq və baramaçılıq inkişaf etdirilir. Belə ki, bu il rayonda ötən illə müqayisədə 2,2 dəfə çox olmaqla, 10 min 228,3 kiloqram barama tədarük edilib. Pambıq əkinləri də 5,7 faiz artırılaraq 3300 hektara çatdırılıb. Rayonda kənd təsərrüfatı məhsulları istehsalı hazırda davam edir. Bu günədək 37 min 273,3 ton taxıl, 72,1 ton dən üçün qarğıdalı, 4 min 840,7 ton kartof, 6 min 790,8 ton tərəvəz, 1660 ton meyvə istehsal edilib.
Xocavənd rayonunda da Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramı çərçivəsində məqsədyönlü
tədbirlər həyata keçirilib. Belə ki, 2018-cı ilin I yarımili ərzində "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramları"nın uğurla davam etdirilməsi nəticəsində bölgələrin,
eləcə də Xocavənd rayonunun hərtərəfli
inkişafı təmin edilib, həyata
keçirilən genişmiqyaslı tədbirlər
ölkənin sosial-iqtisadi inkişaf
strategiyasının mühüm istiqaməti
kimi öz
aktuallığını və önəmliliyini qoruyub saxlayıb. Proqram çərçivəsində
xocavəndli məcburi köçkünlərin sosial vəziyyətinin
yaxşılaşdırılması, problemlərinin öyrənilməsi
və vaxtında həll olunmasının daim
diqqət mərkəzində saxlanılıb. 2018-ci ilin birinci yarısında
xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları 10 rayonda 22 səyyar qəbul
keçirilib. 472 nəfər sakinin iştirak etdiyi görüşlərdə müxtəlif
problemlərlə bağlı 44 məsələ barədə
müraciətlər olunub və
qaldırılmış məsələlər müsbət
həllini tapıb. Bu il ilk dəfə olaraq ipəkqurdu bəsləyən xocavəndli
məcburi köçkünlər 1 ton 47
kiloqram barama tədarük
ediblər. Cari ilin məhsulu üçün
əkilmiş 7881,8 hektar buğda
sahəsindən 16 min 236, 51 ton, 220 hektar arpa sahəsindən 506 ton
məhsul əldə olunub. 97 hektarda pambıq, 70 hektarda
soğan, baramaçılığın
inkişafı məqsədilə 5500 ədəd tut tingi əkilib, 7 hektarda fındıq, 2 hektarda
nar bağları salınıb. Rayonun təsərrüfatlarında 2076 baş iribuynuzlu mal-qara, 18 min 703 baş qoyun və keçi var. Birinci yarımildə
5746 sentner ət, 15
min 211 sentner süd,
151 sentner yun istehsal edilib.
07 aprel 2016-cı il tarixdə Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına
uyğun olaraq Rayon üzrə 10 nəfərə
verilmiş aktivlər
biznes planlarının
həyata keçirilməsindən
1il keçdiyi üçün
onların mülkiyyətinə
verilib. Bununla yanaşı özünüməşğulluğun
təmin olunması sahəsində 6 ay ərzində
Mərkəzin əməkdaşları
və Beynəlxalq Əmək Təşkilatının
təlimçisi ilə
birlikdə Mərkəzə
müraciət etmiş
vətəndaşların həyat
şəraiti ilə yerində taniş olub, aztəminatlı ailələrin özünüməşğulluğunu
təmin olunması ücün kriteryalara uyğun vətəndaşlar
seçim turuna çağırılmış onlardan 64 nəfəri bir aylıq təlim kursunda iştirak etmək hüququ qazanıb. 28 nəfər kursu
başa vurmuş vətəndaşların biznes
planlarının müdafiəsi
başa çatdırılıb
və hazırda 36 nəfər təlim kursunu davam etdirirlər.
Məcburi köçkün
əhalinin məşğulluğunun
təmin edilməsi və maddi-rifah halının yüksəldilməsi
məqsədi ilə
2018-ci ilin I yarım ili ərzində
25 yeni iş yeri açılıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 22-28 avqust.- S.15.