Azərbaycanlı olmağı ilə

fəxr edən böyük azərbaycanlı

 

Bu günlər Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi yüksək hörmət və ehtiramla yad edir. Ümummilli liderin haqq dünyasına qovuşmasından 15 il keçsə də, hələ də Azərbaycan xalqı bu dahi şəxsiyyəti unutmur, onun xalqımız, dövlətimiz üçün misilsiz xidmətlərini hər an yada salır.

 

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə bütün istiqamətlərdə ölkədə inkişafa, tərəqqiyə yol açıb, gördüyü işlər nəticəsində bütün sahələrdə müsbət irəliləyişlər baş verib.  Zamanında ümummilli liderin komandasında çalışan, bu günonun siyasi kursuna sadiq qalan insanlar bu günlərdə Heydər Əliyevlə bağlı xatirələrini bölüşür, onunla söhbətləri, görüşləri barədə danışırlar. MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyir ki, ümummilli lider Heydər Əliyevlə ilk görüşü 1975-ci il iyun ayında olub. Onun sözlərinə görə, həmin vaxt Qax rayonunda Suvarma Sistemleri İdarəsinin rəisi vəzifəsində çalışıb, eyni zamanda, rayon partiya komitəsinin büro üzvü olub: "Bəhs etdiyim tarixdə Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Heydər Əliyevin qəbulunda oldum, təxminən 15 dəqiqə ərzində söhbətimiz oldu. Dahi rəhbər mənə rayonun təsərrüfat həyatı və inkişafı barədə, bu istiqamətdə perspektivlə bağlı müəyyən suallar ünvanladı. Sonra mənim Qax rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə namizədliyimi vermək istədiyini qeyd etdi. Mən bunun olduqca məsuliyyətli və çətin vəzifə olduğunu amma etimadı doğrultmağa çalışacağımı qeyd etdim. Ulu öndər Heydər Əliyev söhbət əsnasında gənc kadrlara xüsusi diqqət göstərdiyini, onları müxtəlif vəzifələrə irəli çəkərək etimad göstərdiyini diqqətə çatdırdı və mənə "işində məsuliyyətli, ən əsası, maddi və mənəvi baxımdan təmiz ol" tövsiyəsini verdi. Beləliklə, Ümummilli lider Heydər Əliyev ilə ilk görüşümüz məhz bu cür oldu". Əhməd Əhmədzadə deyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq respublikamıza rəhbərlik etdiyi dövrdə müxtəlif sahələrin inkişafını təmin edən misilsiz işlər görməklə yanaşı, kadr hazırlığı məsələsini də daim diqqət mərkəzində saxlayırdı: "Bu mənada, Ulu öndərin azərbaycanlı gəncləri keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi xüsusilə qeyd edilməlidir. Bu, dahi rəhbərin milli təəssübkeşliyinin ifadəsi olmaqla yanaşı, Onun uzaqgörənliyini göstərirdi. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı.  O, bildirib ki, 1969-1982-ci illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər - həyata keçirilən tədbirlər respublikamızın dirçəlişini və inkişafını, eləcə də əhalinin rifahının daha da yaxşılaşmasını təmin etdi, yeni perspektivlər yaratdı: Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı.  Heydər Əliyev 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə meliorasiyasu təsərrüfatının inkişafını da xüsusi diqqət mərkəzində saxlayırdı. Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyətinin bəhrəsi olub. Ulu öndər respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının meliorasiyasu təsərrüfatı sahəsini inkişaf etdirmədən mümkün olmadığını böyük uzaqgörənliklə qeyd edirdi. "Meliorasiyasu təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik",-deyən Ümummilli liderin tapşırıq və göstərişləri əsasında bu sahədə mühüm işlər görüldü, əhəmiyyətli uğurlara nail olundu.  Bütövlükdə, 1969-1982-ci illərdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə meliorasiyasu təsərrüfatında böyük quruculuq işləri aparılıb, güclü istehsal bazasına, tikintiistismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiyasu təsərrüfatı sahəsi, su axımını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarından ibarət tutarlı meliorasiyasu təsərrüfatı kompleksi yaradılıb, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfə artıb. Həmin illərdə meliorasiyasu təsərrüfatı sahəsinə əvvəlki 50 il ərzində qoyulan vəsaitdən 2 dəfədən çox vəsait qoyulub, min kilometrlərlə suvarma kanalları, kollektor-drenaj sistemləri, iri nasos stansiyaları, hidroqovşaqlar ümumi su tutumu 3 milyard kubmetr olan su anbarları və s. tikilib istifadəyə verilib, meliorativ fondların həcmi 2 dəfədən çox artıb və bütün bunların hesabına torpaqların məhsuldarlığı qat-qat yüksəlib, suvarma əkinçiliyi özünü doğruldub, böyük səmərə verib". Əhməd Əhmədzadı deyib ki,  müstəqillik dövrünün ilk illərində ölkədə bütün sahələrdə olduğu kimi, meliorasiyasu təsərrüfatı sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və külli miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə və inkişafına ayrılan sərmayənin həcmi heçə endirilmişdi: "1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra meliorasiyasu təsərrüfatı sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Hər il meliorasiya su təsərrüfatı sistemlərinin istismarına müəyyən miqdarda vəsait ayrılaraq təmizləmə işləri həyata keçirildibu vəsaitin həcmi ilbəil artırıldı. Aqrar sahədə aparılan islahatlarla paralel olaraq meliorasiyasu təsərrüfatında da islahatların aparılmasına başlanıldı. İlk növbədə islahatların normativ hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ hüquqi sənəd hazırlandı. 1996-cı ildə "Meliorasiyaİrriqasiya haqqında", 1997-ci ildə "Azərbaycan Respublikasının Su Məcəlləsi", 2003-cü ildə "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" qanunlar qəbul edildi. "Meliorasiyaİrriqasiya haqqında"  qanunla meliorasiyairriqasiya sahəsində fəaliyyətin  əsas istiqamətləri və prinsipləri, meliorasiya  irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Azərbaycan Respublikasının "Su Məcəlləsi"nin qəbul olunması mühüm əhəmiyyətə malik oldu. Meliorasiyairriqasiya sahəsində islahatların aparılması və onun gələcək inkişafının təmin olunması üçün ümdə əhəmiyyətə malik olan bu iki qanun və onların əsasında qəbul olunmuş 30-a yaxın normativ-hüquqi sənəd meliorasiyasu təsərrüfatı sahəsində fəaliyyətin, su təsərrüfatının idarə olunmasının və su münasibətləri sahəsində islahatların əsas istiqamətlərini və prinsiplərini, habelə su təsərrüfatı obyektlərində mülkiyyət münasibətlərini müəyyənləşdirdi. O vaxt özəlləşdirmə proqramına meliorasiya obyektlərinin də özəlləşməsi məsələsinin daxil edilməsi müzakirə edilirdi. Bu barədə keçirilən iclaslardan birində meliorasiya obyektlərinin özəlləşməsi qadağan olunan obyektlərin siyahısına daxil edilməsinin məqsədəmüvafiq olduğunu Ümummilli lider Heydər Əliyevin diqqətinə çatdırdım və Ulu öndər bu təklifi dəstəklədi. Bütövlükdə, meliorasiyasu təsərrüfatı sahəsində görülən ardıcıl, məqsədyönlü işlər bu istiqamətdə əsaslı dönüşün yaranmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirilən siyasət, aparılan islahatlar gələcək inkişafın fundamental bazasını, etibarlı təməlini yaradıb və bu gün biz bunun nəticələrini bütün sahələrdə aydın görürük. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirir, bu siyasət milli maraqlara, müasir tələblər və çağırışlara cavab verir, yeni müsbət reallıqların yaranmasını şərtləndirir. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, Azərbaycan güclü - qüdrətli ölkəyə, ən əsası, regionun lider dövlətinə çevrilib. Son 15 ildə əldə edilən nailiyyətlərə, sosial-iqtisadi inkişaf sahəsində göstəricilərə nəzər saldıqda aydın görünür ki, Azərbaycan çox böyük bir yol qət edibbu günyeni zirvələr fəth edir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında öz tarixinin yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizdə bütün sahələrdə dərin islahatlar həyata keçirilir. Müxtəlif proqramların, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının və "Strateji yol xəritələri"nin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Son 15 ildə  meliorasiyasu təsərrüfatı sahəsində də çox mühüm işlər görülüb, meliorasiyairriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər istiqamətlərdə müvafiq tədbirlər həyata keçirilib.

Nəticə etibarilə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəliləyir, bütün sahələrdə davamlı nailiyyətlər əldə edir. Azərbaycan xalqı bu reallıqları çox yüksək qiymətləndirərək Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Əminliklə söyləmək olar ki, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən müasir müstəqil Azərbaycan yeni möhtəşəm uğurlar qazanacaqgüclü, qüdrətli dövlət kimi öz inkişafını uğurla davam etdirəcək".

Əhməd Əhmədzadə deyir ki, Heydər Əliyev əsl azərbaycanlı idi. Azərbaycanlı olmağı ilə fəxr edən Böyük Azərbaycanlı.

 

Məhəmməd

 

Olaylar.-2018.- 12 dekabr.- S.8.