Araz çayı sahilləri...

1918-1920-ci illərdə...

 

Zəngəzur və Naxçıvan qəzalarını birləşdirən və "Arazboyu dəhliz" adlanan 90-100 km-lik Araz çayının sol sahil hissəsinin əski müsəlman-türk kəndlərini özündə birləşdirən Mehri nahiyəsinin (Araz çayından 2 km aralıda) işğal edilməsi, əhalisinin  qətliamı və ya köçürülməsi, qondarma hay mənşəli yaşayış yerlərinin yaradılması əsrlər boyu mənfur düşmənimizin yaxın və uzaqmənzilli hədəfində olmuşdur.

 Mehri nahiyəsinin (bu inzibati vahid 1929-cu ildə Azərbaycan KP MK-nin 1-ci katibi Levon Mirzoyan tərəfindən Ermənistan SSR-ə bağışlanılmışdır, ərazidə 1930-cu ildə rayon yaradılmışdır, sahəsi 664 kv km-dir, Arazın sol qolu olan Mehri çayı şəhəri iki yerə bölür) 26 kəndinin coğrafi mövqeyinin əlverişli üstünlüyü (yüksək Zəngəzur dağlarının dağətəyi və orta dağlıq qurşaqlara yiyələnməsi)  ilə yanaşı həm də Cənubi Azərbaycanla sərhəd qonşuluğu 1918-1920-ci illərdə A.Ozanyanın, A.Srvantsyanın və Q.Nijdenin quldur dəstələrinin bu yerlərə  qanlı  basqınları ilə nəticələnmişdir. Bu hadisələrin baş verdiyi Nüvədi kəndi Miyanbütün kəndinin ətəyində  salınmaqla o illərdə min nəfərə qədər əhalisi olub. Arazboyu aran yerlərinin  "Qarağanlıq", "Sığırlı",  "Buğda düzü", "Əyri dərə", "Canbəyi"... adlanan qış otlaqları, ardıc-qayın meşəliyinə bürünən dağlıq hissələri ("Məmmədəmin kahası", "İsmayıl bəy çəmənliyi", "Məmməd bəy çəmənliyi"...) həm də qədim tarixi yer-yura ocaqları kimi özündə tarixi keçmişimizi yaşatmışdır, bu bölgələrdə. Mehri nahiyəsinin digər kəndləri (Ərnəzir, Tuğut, Mərziyid, Əlidərə, Lehvaz, Lök (keçən əsrin 50-ci illərində adı dəyişdirilərək Vartanidzor olub), Maralzəmi, Buğakər, Əmrəkar, Tey, Tağamir, Mülk...) Qafan nahiyəsinin "Gığı dərəsi" kəndləri ilə (Oxçu, Gığı, Oxtar, Müsəlləm, Atqız, Acıbac...) qonşu olduğundan bütöv bir müsəlman-türk bölgəsi zolağı əmələ gətirmişdir ki, hay-daşnak  qruplaşmasının mərkəzi olan Qafan şəhərinin  xain Şvanidzor, Hənd, Saf, Şişkerd kəndləri tərəfindən silahlı hücumlara məruz qalmışlar. Bu  cür quldur basqınları və qanlı faciələr XIX əsrin 80-90-cı illərində, 1905-1907-ci və 1915-1916-cı illərdə də baş vermişdir.

   1905-ci ildə Nüvədi kənd sakini Məşədi Əsəd Hüseyn oğlu (1875-1905) kəndin ətrafında mal-heyvan otararkən amansızcasına qətlə yetirilmişdir. 1918-ci ildə kənddən 5-6 km aralıda olan "Əngizeyd dərəsi"ndə əkinçiliklə məşğul ikən Rüstəm Əli oğlu (1890-1918) hay quldurlarının qurbanı olmuşdur. Beləliklə, bu dövrdə Mehri nahiyəsinin bütün kəndlərinə hay- daşnak silahlılarının basqınları qeydə alınmışdır. Əhalinin xeyli hissəsi qətliam-soyqırım faciələrini yaşasalar da, bir hissəsi də (əsasən Lehvaz, Buğakər, Mülk, Lök kəndlərinin sakinləri) qonşu Naxçıvan qəzasının Ordubad nahiyəsinə ("aradakı "Soyuq dağı" aşıb keçməklə, Aza, Dırnıs, Tivi kəndlərinə) köç etmişlər.

  Yerli sakinlərin bildirdiyinə görə, Naxçıvan və Zəngəzur qəzalarına hücum edən quldur nizami silahlı dəstələrnin tərkibi  1915-1916-cı illərdə Osmanlı Türkiyəsinin ordusu tərkibində fərarilik  etmiş və xəyanət yolunu tutan hayəsilli döyüşçülər və zabit heyətindən ibarət idi. Bu dəstələr ilk növbədə  Mehri nahiyəsinin  AstazurLiçk kəndlərində Q.Nijdenin rəhbərliyi ilə toplanmış və istiqamətlənmişlər. O dövrün qanlı illərini xatırlayan Nüvədi kənd sakini Nənəş Kərbəlayi Babaş qızı (1870-1962) söyləyirdi ki, hay quldurlarının cəmləşməsi xəbərini eşitdikdə əhali hücumların olacağına inanmasalar da  kəndin ətrafındakı "Köç çayı", "Ülə dibi" (Sələnc çayının dərəsində), "Quzey yamacın başı"nda... Araz çayından 3-5 km uzaq məsafədə  səngər və müşahidə məntəqələri quraraq kənd cavanlarından ibarət özünümüdafiə dəstələri təşkil etmişlər - İsrafil Hacı Mustafa oğlu (1880-1920), Mustafa uşaqlarından (Kərbəlayi Ələkbər, Ələsgər, Cahangir, Məşədi Əmir, Kərbəlayi Nəbi), Oruc Kərbəlayi Babat oğlu (1885-1969), Yunis Kərbəlayi Hüseyn oğlu (1880-1952), Fərhad bəy Əsəd bəy oğlu (1884-1919) daxil olmaqla... Bu döyüşçülər sırasında Kərbəlayi Ələkbər atıcılıq və döyüş qabiliyyəti ilə fərqləndiyindən sonralar təqiblərə məruz qaldığından 1930-cu ildə Cənubi Azərbaycana keçərək orada Arazsahili kəndlərin birində yaşayıb. Digər qardaşları Kərbəlayi Nəbi və cahagir ailələri ilə 1936-cı  ildə Qazaxıstana sürgün edilmiş, Ələsgər isə həmin illərdə Zəngilan rayon həbsxanasında öldürülmüşdür.

   Amma dinc kənd sakinlərinin 30 nəfəri, o cümlədən Şükür Kərbəlayi Babat oğlu, (26 yaşında), İbrahim Qurban oğlu (28 yaşında), Məmməd Dövlət oğlu (32 yaşında)... amansızcasına haylar tərəfindən qətlə yetirilmişdir (əsasən Astazur (sonralar Şvanizor adlanıb) kənd silahlılarının basqını nəticəsində).

  Nüvədi kəndinə daxil olan hay quldurlarının dağıtdıqları tarixi-memarlıq abidələrindən biri də XIX əsrdə Təbriz şəhərindən dəvət edilmiş ustalar tərəfindən tikilmiş məscidi 1930-cu illərdə Məşədi Seyid Hüseyn ağanın  rəhbərliyi ilə yenidən bərpa etdiklərindən sonralar təqib edilən  bu din xadimi ailəsi ilə birlikdə Araz çayını keçərək Cənubi Azərbaycanda yaşamışdır.

    1918-ci ilin iyun-iyul aylarında bu kəndə daxil olan (Xudafərin körpüsünü keçdikdən sonra) Osmanlı Türkiyəsinin Ordu üzvlərinin  bir taboru (40-60 nəfərə qədər) Nüvədi kəndinəd qərargah yaratmış və qonşu kəndlərin düşməndən azad edilməsində yerli döyüşçü dəstələri ilə birlikdə iştirak etmişlər. Onlardan bur çavuş kənddə Nazlı Həsən qızı ilə evlənib, kənddən 40-50 km aralıda yerləşən Qafan nahiyəsinin Oxçu kəndi  uğrunda döyüşlərdə vuruşaraq, sonradan köçərək Türkiyənin İzmir şəhərində yaşamışdır.

    Nahiyənin Əlidərəsi (Aldərə) kəndi Araz çayının 1,5 km-də yerləşməklə ətrafındakı hay kəndləri ilə, xüsusilə Astazurla əhatə olunduğundan (arada  2 km məsafə və Müşkəsdim dağı vardı) hücumlar şimaldan (Qafan nahiyəsi tərəfdən, Xocalı dağı yönündən) və şərqdən edilmişdir. Bu kəndi iki hissəyə bölən eyniadlı çayın uzunluğu 20 km-dir, Əbgas dağının "Tanrıqulu yaylağı"ndan başlanır (bu yaylaq 1965-ci ilədək Zəngilan rayonunun istifadəsində olsa da, sonralar alının haylara verildi) və Araza tökülür.

   Bu istiqamətdə hücuma hədəf olan İyis kəndindəki (burada 300 ev olub)   1800-ci ildə tikilmiş  qədim məscid yandırılmış və dağıdılmışdır. Kənd əhalisi Cənubi Azərbaycana (Araz çayından 10 km aralıda Üçdibin kəndinə) və  Əlidərəsi   kəndinə köç etmişlər. Doğma yurd-yuvalarından didərgin düşən Abadan Gəray kəndinin əhalisi də geri qayıtmadığı üçün bu kəndin qalıqları hələ də  "göz dağlayırdı".

   Əlidərəsi kənd sakini Güləbətin Ağayar qızı (1900-1979) söhbət edib ki, sakinlər Arazı adlayıb cənuba keçəndə kənddə qalmış Niftalı adlı yeniyetmə  hayların evlərə daxil olaraq xəstə, qoca qadınları təhqir etmələrindən, evlərə od vurub yandırmaqlarından, mal-mülkü qarət edərək aparmalarından, həyətlərdə ocaq qurub şənlənmələrindən danışmışdır. Araz çayını keçərkən İbrahim Məmmədhüseyn oğlu (1904-1953) və  bacısı Zərnişan (1905-1975) digər bacı-qardaşlarının selə qurban olmalarını ağlaya-ağlaya bildirmişlər. Sonrakı illərdə Cənubi Azərbaycandan geri qayıdan əhalinin bir hissəsi Zəngilan rayonunun Baharlı kəndində məskunlaşmışlar.

   1918-1920-ci illərdə Mehri nahiyəsinin kəndlərində hay-daşnak quldurlarının yerli müsəlman-türk əhlinə qarşı törətdikləri insanlığa sığmayan, qandonduran faciələrin canlı şahidləri olmuş Əlidərəsi kənd sakinləri Məşədi Ağayar Allahyar oğlu (1865-1945, 1910-1915-ci illərdə kəndin yüzbaşısı olub), Məşədi Əli Əli oğlu (1885-1970), Məşədi Orucqulu Məhəmməd oğlu (1886-1976) həmişə söyləyərdilər:

    -ermənilər kor ilandı, kolda gizlənər, qəflətən sancar, amma yarası sağalmaz...

   -ermənilər üzümüzə gülsələr də bizə həmişə arxadan qılınc çalacaqlar...

   -ermənilər olduğu yerdə bizə imkan verməzlər ki, orda qalaq...

     Tarix  zaman durduqca   təsdiq edilmiş  nəsihətdir...

    (Yazı Mehri rayonunun Nüvədi kənd sakini Balakişi Balakişi oğlu Həsənovun (1939) və Əlidərəsi kənd sakini Həsən İbiş oğlu Məmmədovun (1931) verdikləri məlumatlar əsasında hazırlanmışdır.)

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2018.- 13 dekabr.- S.10.