Müstəqillik illəri Azərbaycan

nəsrində tarixiliyin inikası

Yunus Oğuzun yaradıcılığı əsasında

 

Təhmasib şah uzaqgörən hökmdardır. O, ölkə daxilində sabitliyi bərpa edir, hakimiyyətə can atan əyanları vəzifədən uzaqlaşdırmağa nail olur. Əsərdə böyük bir hissə Səfəvi-Osmanlı müharibələrinə ithaf olunmuşdur. Sultan Süleyman Qanuni dördə dəfə Azərbaycana yürüş edib, lakin bu yürüşlərdən sonra geri qayıdıb. Təhmasib şah təssərrüfatı dağıdır, bütün ərzağı, mal-qaranı məhv etməyi əmr edirdi. Bu onun taktikası idi. Hətta bu fakt tarixdə "yandırılmış torpaq"adı ilə məşhurdur. Sultan Süleyman onu döyüşə təhrik etsə də məğlub olacağını bildiyindən onunla döyüşə girməkdən imtina edironun məktubuna belə cavab yazır: "Bütün valıqlardan şəni uca olan Allah Quranda buyurur ki, cihad və qəzavatda özünüzü ölümə verməyin. Bir halda ki, Allah bizə hətta kafirlərlə müharibədə belə bihudə təhlükəyə düşməyi qadağan edir, mən iki müsəlman ordusu arasında müharibəyə fətva verə bilmərəm. Bərabər sayda olmayan ordunu döyüşə apararaq bu müsəlmanları təhlükəyə salmaq istəmirəm" [4, 165].

 

Yunus Oğuz əsərdə tarixi faktlardan da bəhrələnərək istifadə etmişdir. O, Təhmasib şahın xüsusiyyətlərini aydın şəkildə təsvir edə bilmək üçün Həsən bəy Rumlunun qeydlərindən bəhrələnmiş və yazmışdır ki, "Təhmasib gənclik yaşlarından sonra həmişə dövlət işləri ilə məşğul olurdu. Onun icazəsi olmadan vəzirlər, vəkillər heç kimə bir qara qəpik də verə bilməzdilər. Şah zahiri əalmətlərinə görə hündürboylu, gərilmiş simalı, qolları uzun və sarı bənizli bir şəxs idi. Atasından fərqli olaraq Təhmasib şah dövlət işlərinə daha çox diqqət yetirir, onun birliyini qoruyub saxlamaq üçün tez-tez islahatlar aparır, əhalinin güzəranı və ölkənin varlana bilməsi üçün tədbirlər görürdü" [4, 182].

Yunus Oğuz yüksək yaradıcılıq manevri edərək, əsərdə avropalılardan da bəhs edir və beləliklə, oxucuda da maraq oyatmağa müvəffəq olmuşdur: "Bu avropalılar getdikləri yerin qaydalarına hörmət edib ona uyğunlaşmaqdansa, hər yerdə özlərini göstərməyə, hətta yerli xalqı öz dillərində danışmağa belə məcbur edirdilər. Bu da bir incə siyasət idi. Onların da gücü belə şeylərə çatırdı. Hətta şərqlilər üçün tarixi də gəlib onlar yazır və hətta bu tarixi öz dillərində yazırdılar. Bu bir iltifat nümunəsi idi, yoxsa tarixi öz bildikləri kimi yazmaq siyasəti?" [4, 274-275]. Avropalıların məqsədi həmişəki kimi iki türk dövlətini - Osmanlı və Səfəviləri bir-birinə qarşı qoymaqbu qarışıqlıqdan öz mənafeləri naminə istifadə etmək idi.

Təhmasib şah özünün şahlığı dövründə çalışır ki, əsl təəssübkeş hökmdar kimi ölkənin varlığını qoruyub saxlasın, Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirsin. O, buna müəyyən dərəcədə nail olur: Şirvanı fəth edir, Şirvanşahlar dövlətinin varlığına son qoyur, Şirvan torpaqları Azərbacan bəylərbəyliyinə çevrilir. Şəki xanlığının torpaqları da Səfəviləri ərazisinə çevrilir. Lakin bütün bunlarla yanaşı, Təhmasib şah xarici ticarət əlaqələrinə də önəm verir, idxalixrac olunan mallara nəzarət etdirirdi.

Tarixi mənbələrə də diqqət yetirəndə məlum olur ki, Təhmasib şah şeirə, sənətə həvəsi olan, elmli bir insan olmuşdur. Səfəvilərin tarixindən bəhs edən tarixçi Oqtay Əfəndiyev yazır: "I Təhmasibin simasında çox cəhətlər onun ağıllı, ehtiyatlı siyasətçi olduğunu göstərir" [1, 128].  O, Təhmasib şahı belə xarakterizə edir: "Təhmasib yetkinlik yaşına çatdıqdan sonra "səhərdən axşama qədər dövlət işləri ilə məşğul olurbütün işləri özü görürdü. Belə ki, vəkillər və vəzirlər onun icazəsi olmadan heç kəsə bir fəls belə verə bilmirdilər" [1, 130].

Araşdırmamız zamanı belə məlum oldu ki, Yunus Oğuz "Təhmasib şah" əsərində tarixi faktlardan bəhrələnərik maraqlı, diqqətəlayiq tarixi roman yaratmağa nail olmuşdur.

Yunus Oğuz "Əmir Teymur" əsərində ümumtürk tarixini qələmə almağa müvəffəq olmuşdur. O, bu əsərdə Alp Ər Tonqa, Çingiz xan kimi böyük türk fatehlərini xatırlayaraq, maraqlı, diqqətəlayiq bir əsər yarada bilmişdir. Yunus Oğuz Əmir Teymuru ümumi bir obraz kimi təqdim edir. Əmir Teymurun həyatının xronologiyası demək olar ki, oxuculara təqdim olunur. Əmir Teymurun yaşadığı mühit, onun qələbələrinin səbəbi, yaratdığı möhtəşəm dövlət əsərin əsas qayəsini təşkil edir. Əsərdə diqqəti cəlb edən məqamlardan biriodur ki, Əmir Teymur özünəqədərki böyük türk dövlət xadimləri, sərkərdələri kimi dövlət idarəçilik təcrübəsi, böyük dövlət düşüncəsi olan hökmdarlar sırasındadır. Əmir Teymur dindar insan olmasa da, islam dininin gücü, qüdrəti ilə hesablaşmışdır. Baxmayaraq ki, Əmir Teymur dahi şəxsiyyətdir, o, yeri gələndə, üləmalarla da, dərvişlərlə məsləhətləşir. Tacirlərdən təkcə ölkənin iqtisadi gücünü artırmaq üçün yox, həm bir ideoloji vasitə kimi istifadə edir. Əmir Teymurun yürüşlərinin tarixi romanda dəqiq göstərilməklə yanaşı, eyni zamanda, dövlətin tarixi-etnik əsaslarının, yerləşdiyi coğrafiyanın təsvirinə önəm verilir. Əmir Teymurun Çingiz xanın törəmələri ilə apardığı müharibələr, toqquşmalar, xüsusilə Osmanlı hökmdarı İldırım Bəyazidlə aralarında baş vermiş müharibələr əsərdə elə verilir ki, burda oxucu Əmir Teymurun birləşdirmək ideologiyası uğrunda vuruşduğunu anlayır ona haqq verir. Əmir Teymur türk dünyasını öz gücü ilə, özü təkcə siyasi baxımdan yox, həm mədəni baxımdan birləşdirməyə çalışan mütərəqqi bir sərkərdə olmaqla yanaşı, qardaşların üz-üzə gəlməsi bir-birini məhv etməsini törədən bir faciə qəhrəmanıdır.

Əmir Teymur dövlət quruculuğu sayəsində bir sıra işlər görür, yollar çəkir, şəhərlər salır. Bütün bunlar onu göstərir ki, o,  öz xalqının, insanların qayğısına qalır. Yunus Oğuz bütün bunları elə dolğun, elə canlı təsvir edir ki, bütün bunlar Əmir Teymurun təbiətinə xas xüsusiyyət kimi nəzərə çarpır.

Yunus Oğuzun digər romanları kimi bu roman da ümumtürk tarixini yazmaq bu tarixi indiki nəslə çatdırmaq baxımından çox dəyərli bir əsərdir eyni zamanda, əsərin üstün cəhətlərindən biri onun müasirliyidir. Tarixin konkret dövrdəki materialını yaxşı bilən yazıçı bütün türk dünyasının maraqla qarşıladığı sevdiyi Əmir Teymur şəxsiyyətinə ithaf olunan bu romanı ilə çağdaş dövrdəki tarixi nəsrimizdə mövcud olan əsərlər sırasına yeni bir əsər gətirməyə müvəffəq olmuşdur.

Araşdırmamız zamanı tədqiqatımızın əsas məqsədi Yunus Oğuz yaradıcılığına nəzər salmaqla çağdaş ədəbi prosesdə onun mövqeyi təsirini üzə çıxarmaqdan ibarətdir Tədqiqat nəticəsində belə fikir yürütmək olar ki, Yunus Oğuz ayrı-ayrı tarixi dövrlərə, tarixi şəxsiyyətlərin həayatına, onların yaşam tərzinə, bioqrafiyasına müraciət etməklə bir-birindən dəyərli əsərlər yaratmağa nail olmuşdur. Bu romanlarda təkcə Nadir şahın, Əmir Teymurun, Təhmasibin obrazı yaradılmır, eyni zamanda, onların yaşadığı mühit, dövrün koloriti, adət-ənənələr, canlı şəkildə təsvir olunur.  Ümumiyyətlə, müəllifin əsərlərində ümumtürk birliyi məsələsinə geniş yer verilir.

 

GÜLNAR QƏMBƏROVA

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu,

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin doktorantı

 

Olaylar.-2018.- 18 dekabr.- S.12.