“Gığı
dərəsi”nin soyqırımı
Çar Rusiyasının 1917-ci ildə Zaqafqaziyada apardığı əhalinin siyahıyaalınması
göstəricilərinə görə Zəngəzur qəzasının
müsəlman-türk əhalisinin sayı 123 min
nəfər, 1926-ci ildə isə 5 min nəfər
olmuşdur. Qısa müddət
ərzində yerli və köklü
əhalinin sayının 25 dəfə azalmasının əsas
səbəbi bu
bölgədə əsasən XIX əsr ərzində Cənubi
Azərbaycandan və Osmanlı Türkiyəsinin şərq
bölgələrindən (Şərqi Anadoludan)
məqsədli şəkildə məskunlaşdırılmış
vəhşi və barbar hay quldurlarlının həyata keçirdikləri
amansız soyqırım siyasətinin faciəvi nəticələri idi.
Silahlı daşnak ünsürlərinin Ordubad-Mehri-Zəngilan-Qubadlı nahiyələrini əhatə edən Arazboyu ərazilərlə yanaşı Zəngəzur dağı və Oxçuçayı hövzələri arasında dinc və əliyalın əhaliyə qarşı törətdikləri qətliam-qırğınların ən geniş miqyası həm də coğrafi ərazi kimi Oxçuçay hövzəsinin "Gığı dərəsi" hissəsini də əhatə etmişdir. Azərbaycanın müsəlman-türk əhalisininə qarşı azğınlaşmış A.Ozanyanın, Q.Nijdenin, A.Srvantsyanın, D.Kananyanın quldur dəstələri tərəfindən xüsusi amansızlıqla 1905-1920-ci illərdə törədilən soyqırım bu vadinin 26 kəndini (Qovşud (bu kənddə iki türk əsgəri qalıb yaşayırdı, 1937-ci ildə ailələri ilə birlikdə Qazaxıstana sürgün olunmuşlar), Mollalı (bu kənddə 18 ev olub, 1945-46-cı illərdə ermənilər tərəfindən ərazi vahidi kimi ləğv edilib), Qarabaş, Baharlı, Suxan, Xış Pürülü, Püsəng körpüsünün yanı, Kənd Pürülü, Daş başı, Gığı, Həkəti, Çaykənd (Mahmudlu), Gərd, Keytəşin, Təyhan, Acıbac, Kurut, Kirs, Çiriş (hay vandalları da bu kəndi yer üzündən silib), Qatar ...) əhatə etmişdir. Təbii-coğrafi məkan baxımından "Gığı dərəsi" Qafan nahiyəsinin Şəhərcik kəndi ilə Xustup dağındakı (3206 m, Oxçuçay çayın mənbəyi buradadır)) Pirəmzə kəndi arasındakı dağlararası meşə və çay hövzəsini əhatə etməklə 35-40 km məsafədə uzanır, ayağında Oxçuçayın yatağı (Gıhı çayı ona qovuşur), qaşında "Qazan göl"ün (Acıbac kəndinin yaxınlığı, 2 km aralı) "Daşbaşı yaylağı" yerləşir, Zəngəzur dağlıq silsiləsinin şərq ətəkləri boyunca. "Qazan göl"dən (silsilənin qərb hissəsində Ordubad nahiyəsi ərazisində də Qazangöl dağ zirvəsi (3829 m) və "Göy göl" yerləşir, Ordubad nahiyəsində) süzülən su layı bir neçə yüz metr aralıda "Çobanboğan bulağı"nı üzə çıxarıb (suyu o qədər soyuqdur ki, "çobanlar içəndə boğulub"). Acıbac kəndi bölgənin sonuncu kəndi olmaqla bu çeşmədən 2 km aralıda yerləşir, bu hissədən başlanğıcını alan çaylar birləşib Gıhı çayına qovuşaraq sonda Oxçuçaya tökülürlər.
Vadinin bu hissəsindən Ordubad və Culfa nahiyəsinin kəndlərinə (Nürgüt, Xurs, Ələhi, Nəsirvaz...) keçmək olur.
Faciəvi dövr kimi 1918-ci ildə törədilən qətliamlar nəticəsində "Gığı dərəsi"nin çay hözələri aylarla al qana boyanmış, yüzlərlə dinc sakin milli-dini bağlılğına görə soyqırıma düçar olmuş, kəndlər-obalar, dini inanc ocaqları və qəbiristanlıqlar, körpülər, tarixi abidələr yandırılaraq dağıdılmış, xalqın milli-mənəvi sərvətləri qarət edilərək yerlə-yeksan edilmiş, əhalinin mal-mülkü yağmalanaraq aparılmışdır. Bu cür faciəvi günləri 1905-1907-ci illərdə vadinin Qatar kəndi daha ağır yaşamış, 120 ev bütünlüklə məhv edilmişdir.
Həmin illərin qanlı qırğınlarından xilas olmaq üçün ölkədaxili bölgələrə köç edən əsasən əkinçiliklə və heyvandarlıqla məşğul olan camaat ən çox Naxçıvan qəzasının Ordubad, Şərur, Culfa, Şahbuz nahiyələrinin Ələhi, Tivi, Şurut, Yengicə, Biçənək, Kolanı... kəndlərinə, Cəbrayıl və Cavad qəzalarına (Zəngilan, Qubadlı, Saatlı, Sabirabad, Tərətər nahiyələrinə), Gəncə şəhərinə köçməyə məcbur olmuşlar.
Faciə nəticəsində 3 kənd (Səncaralı, Çiriş, Mollalı) tamam boşaldılaraq xəritədən və Azərbaycan torpağından silinmişdir. Çiriş kəndində (Gığı kəndindən 7-8 km aralı) 20 ev olub, keşən əsrin 60-70-ci illərədək yurd yerləri qalırdı, çeşmələri axırdı. Mollalı kəndində 18 ev olub, Səncaralı kəndində də o qədər.
1918-ci ildə "Gığı dərəsi"nin qarlı-çovğunlu hava şəraitindən istifadə edən A.Ozanyan Oxçu kəndinə (bu toponim sonralar "Qafan şəhəri" adlandırılıb, quldurbaşının qanlı qərargahı burada yerləşib) silahlı basqın etmiş, dinc sakinlər yenə də Naxçıvan qəzasına sığınmışlar. Həmin ildə erməni keşişi Oxçu kəndində Molla Əzizlə razılığa gəlir ki, tərəfləri barışdırsınlar, hər iki tərəfdən silahlı hücumlara son qoyulsun. Kənd əhalisi görür ki, erməni keşişləri başqa yerdə quldur silahlılarla xəlvəti görüşlər keçirir, kəndə xeyli silahlı dəstə gətirib yerləşdirirlər. Keşişlərin və A.Ozanyanın təklifi ilə kənd əhli (45-50-ə qədər yaşlı-cavan adamlar) "Dəmir bina" deyilən qapalı tikiliyə yığışırlar. Cavanlardan Mustafa molla Əzizə bu hiyləyə aldanmamağı təklif edirsə də, xeyri olmur. Onda Mustafa ailəsi ilə kəndi tərk edir, bir xeyli getdikdən sonra partlayış səsi eşidir, "Dəmir bina"nın göyə sovrularaq yandığını görür...
Mustafa qonşu Almalıq kəndindən Baba adlı şəxslə əvvəlcə Ordubad nahiyəsinin Əylis kəndinə keçir, oradan Türkiyəyə gedib silahlı müqavimət dəstəsi yaratmaq məqsədilə silah-sursatla qayıdırlar. O, qonşu kəndlərdən də könüllüləri ətrafına toplayaraq hay-daşnak quldurlarına qarşı mübarizə aparmış, doğma Vətən torpaqlarını və dinc sakinləri yağılardan qorumuşlar.
Gıhı çayı meşə ilə əhatələnən Gığı kəndini (nahiyənin ən böyük kəndini) iki hissəyə ayırır. Bu kənddə 1905-ci ildə də qanlı qırğınlar baş verib. Keçən əsrin 50-60-cı illərində "Gıhı dərəsi" ətrafındakı dağlarda, o dövrün səngər yerlərində ( "Arpalıq", "Çay zəmi", "Güney yeri" adlanan yerlərdə) türk əsgərlərinə məxsus silahların qalıq hissələrinə (üzərində "ay-ulduz" nişanəsi, adı-soyadı olmaqla) rast gəlinirdi. Bu yerlərdə heyvan otaranlar deyilən silah hissələrini daşların altından tapırdı... Bu kənddə gözləri tutulmuş Xasan adlı yaşlı qadını hay quldurları ağır işgəncə ilə qətlə yetirəndə dediyi sözlər hələ də unudulmayıb:
-Oğlanlarım Əli, Oruc gəlib görün sizə nə edəcəklər, gavur lənət olmuşlar...
Gığı kəndinin müdafiəçilərindən Xeyrəddin Gəncalı oğlunu (1899-1918) Qafan şəhərində öz qərargahında quldur Q.Nijde xüsusi amansızlıqla qətlə yetirmişdir. Bu barədə 1951-ci ildə bu kənddə Xəlil Gəncalı oğlu Məmmədovun (1898-1998) evində olarkən Dığ kəndinin meşəbəyisi söyləmişdir, həmin qanlı olayı görəndə onun 6-7 yaşı olub. Ümumiyyətlə, Qafan nahiyəsinin 69 kəndi olub ki, onun yalnız 24-də haylar məskunlaşmışdı, o dövrdə.
O faciəvi hadisələr barədə kənd sakinlərindən Ələkbər Aslanalı oğlu (1886-1982), Cəfər Nəbi oğlu (1907-1986), Müseyib Vəliş oğlu Vəliyev (1907-1989)... söhbət etmişlər.
Həmin illərin ən ağır faciəsini Baharlı kəndinin (Gığı kəndindən 6 km aralı, Qafan şəhərinə tərəf) sakinləri də yaşamışdır. Bu kəndin 40-45 evi 3 məhəllədə yerləşib və silahlıların gecə basqını nəticəsində 1-ci məhəllədə yaşayan 18 nəfər dins cakin işkəncə ilə qətlə yetirilib.
Kurut və Gərd kəndləri dağlıq, meşəlik ərazidə ("Yeməzli yayalqları" massivində) olsa da qanlı olaylardan xilas ola bilməyib. Gərd kəndindən bir dəstə cavan müdafiə qüvvələri yaratmaq üçün Zəngilan və Qubadlı nahiyələrinə yola düşəndə Zeyvə körpüsündə (kənddən 12 km aralıda) hay quldurları ilə qabaqlaşırlar. "Müsəlləm dərəsi" istiqamətində (Əcili, Əvsərli, Müsəlləm kəndləri istiqamətində), Oxçu kəndi yaxınlığında hamısı qətlə yetirilmişdir ( bu barədə kənd sakini Qaraş İsmayılov (1910-2000) bildirmişdir).
1918-ci ilin mart-aprel aylarında azğınlaşmış hay silahlılarının "Gığı dərəsi" bölgəsinə basqınlarından xilas edən Osmanlı Türkiyəsi Ordusu Musa Kazım Qarabəkir paşanın (1882-1948) başçılığı ilə IV Ordunun və 1-ci Qafqaz İslam Ordusunun döyüşçüləri əhalini və kəndləri işğaldan azad etdikdən sonra onlara Şərqi Anadoluya köçmək təklifi olunsa da, bölgənin ağsaqqalı, Gığı kənd sakini Allahqulu Quliyev (1875-1943) kəndləri tərk etməyəcəklərini bildirmiş, buna razılıq verməmişdir.
Qeyd: Yazı Gığı kənd sakinləri Səfixan Xəlil oğlu Gəncəliyevin (1936) və Şükufə İmaməli qızının (1947) məlumatları əsasında işlənilmişdir.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2018.- 19 dekabr.- S.10.