Adına oxşayan xanım
Nəzakət Kərimova-Əhmədovanın
70 illik yubileyinə
Nəzakət
xanımı ən əvvəl imzasıyla
tanımışam. Dövri mətbuatda ən çox təhsillə
bağlı məqalələrini oxumuşdum. Bununla
yanaşı, günün aktual mövzularına münasibət
sərgiləyən yazılar- şərhlər, müsahibələr,
reportajlarla da çıxış edir, ictimai fikrin yönləndirilməsində
bir ziyalı mövqeyi göstərirdi. Bu yazılar artıq
onun biliyinin, dünyabaxışının, hadisələrə
münasibətinin, cəmiyyətdə tutduğu mövqenin əsl
göstəricisi idi. Onun imzası ilə çap olunan
yazıları oxuduqca müəllifin intellektual səviyyəsinin
şahidi olurdum, gözlərim önündə əsl
ziyalı obrazı canlanırdı.
Daha sonra Nəzakət xanımla sosial şəbəkədə dostlaşdıq. Burda da onun bir-birindən maraqlı və məzmunlu statusları, feysbuk dostlarına qarşı diqqəti və onlara göstərdiyi sayğı nəzərdən qaça bilməzdi.
Doğulduğum kəndə gedərkən fürsətdən istifadə edərək Nəzakət xanımla görüşməyi qərara aldım. Evdə bu barədə söz açarkən böyük qardaşımın yoldaşı Bəsirə dedi ki, məncə biz Nəzakət xanımla qohumuq. Əmi nəvələri olmalıyıq. Biz gəlinimizlə qərarlaşıb onun Xudatdakı evinə getdik. Söz-sözü çəkdi və məlum oldu ki, biz illərlə bir-birimizdən uzaqlaşmış, əslində çox yaxın qohumlarıq. Amma bütün bunların mətləbə dəxli yoxdu. Mən dostum, sirdaşım, xətrini çox istədiyim, şəxsiyyətinə və peşəsinə böyük hörmət etdiyim bir insanın həyat yolunu yazıya köçürərək onu ətrafındakılara və yeni nəslə örnək kimi təqdim etmək istəyirəm.
Əhmədova Nəzakət Emin qızı 1948-ci il dekabrın 18-də ziyalı ailəsində dünyaya gəlib. 1966-cı ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Pedaqoji fakültəsinin qiyabi şobəsinə daxil olmuş, təhsil almaqla bərabər, Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsindəki orta məktəbdə pioner baş dəstə rəhbəri kimi işə başlamışdır. Eyni zamanda da ailə həyatı qurmuşdur. Təhsil illərində Xudat şəhərindəki 3 nömrəli 8 illik məktəbdə, 1981-ci ildən isə hal-hazıradək çalışdığı N.Nərimanov adına 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi şagirdlərinə dərs deməkdədir. Nəzakət xanım 51 ildir məktəblilərin təlim və tərbiyəsi ilə məşğul olmaqla yanaşı, müəllimlərin metodbirləşmə rəhbəri, ibtidai siniflər üzrə zona Dayaq məntəqəsinin rəhbəri kimi də əmək fəaliyyətini davam etdirməkdədir. O, müxtəlif dövrlərdə respublika elmi-praktik konfranslarında, "Pedaqoji mühazirə"lərdə, dövri mətbuatda, radio və televiziyada müxtəlif mövzularda maraqlı məruzələrlə çıxışlar etmiş və diplomlarla mükafatlandırılmışdır.
Nəzakət xanım çalışdığı illər ərzində özünü yalnız müsbət yöndən səciyyələndirmişdir. Peşəsinə sonsuz vurğunluğu, zəhmətkeşliyi, pedaqoji ustalığı, peşəkarlığı, şagirdlərlə tez dil tapmaq və ünsiyyətə girmək bacarığı onu çalışdığı məktəb kollektivi qarşısında da, rayonun təhsil yetkililəri yanında da həmişə başı uca, üzü ağ etmişdir. Onun fərqli tədris metodikası, sinifdəki şagirdləri ələ almaq qabiliyyəti, onlara nüfuz etmək, mövzunu mənimsədə bilmək istedadı həmişə örnək olmuşdur.
Məktəbdəki "N.Nərimanov xatirə muzeyi"nin təşkilatçı rəhbəridir. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi N.Nərimanovun muzeyinin təşkilinə şagirdləri də cəlb etmiş, onların səyi və köməyi nəticəsində eksponatların sayını ildən-ilə artırmağa müvəffəq olmuşdur. Üç otaqda xüsusi səliqə və zövqlə yerləşdirilmiş sənədlər, fotoşəkillər, nadir əşyalarla zəngin bu muzeyin bəlkə də ölkəmizdə analoqu yoxdur. Muzey Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "İlin ən yaxşı məktəb muzeyi" kimi qiymətləndirilmiş və Fəxri Fərmana layiq görülmüşdür. Muzey-dərsləri çox vaxt burda əyani vəsaitlərlə keçirmək məktəbdə ənənə halını almışdır. Hər il N.Nərimanovun doğum günündə - 14 apreldə məktəbdə müxtəlif tədbirlər keçirilir, gorkəmli mütəfəkkirin Bakı şəhərindəki ev muzeyinə və paytaxtın tarixi və gorməli yerlərinə şagirdlərin ekskursiyaları təşkil olunur.
O, respublikamızda, həmçinin Rusiyada, Gürcüstanda, Çexiyada çıxan mətbuat orqanlarında 60-dək elmi-metodiki, yüzdən artıq bədii-publisistik məqalənin müəllifidir.
Neçə illər ibtidai sinif müəllimləri üçün təşkil olunan kurslarda müəllimlərə mühazirələr söyləmişdir. 2008-2009-cu dərs ilində birinci sinifdə işləyəcək müəllimlər üçün fənn kurrikulumlarının tətbiqi sahəsində Azərbaycan Müəllimlər İnstitutunun Dayaq məntəqələrinin rəhbərləri üçün təşkil olunmuş "Öyrədənlərin öyrədilməsi" proqramı üzrə üç mərhələli təlim kursunu bitirmiş, bu layihənin həyata keçirilməsində fəal iştirak edərək ona "Öyrədən" sertifikatı verilmişdir.
Nəzakət müəllimə əmək fəaliyyətinin 51 ili ərəfəsində milli təhsilin tərbiyəedici xarakteri, dərslərdə interaktiv metodlardan istifadə və bu mövzular üzərində işləməkdə yeni axtarışlar sorağındadır.
Nəzakət xanım daim öz üzərində çalışır, pedaqoji ustalığının artırılması, tərbiyə işinin təşkilinin yüksəldilməsi, təhsil sahəsindəki yeniliklərin tədris zamanı tətbiq olunmasına çalışır.
İndi əsl müəllim o şəxslərə deyirlər ki, öz biliyi, bacarığı, davranışı, müasir təlim texnologiyalarına yiyələnməsi, vətənpərvərliyi ilə fərqlənsin, gənclər onların yanına həvəslə öyrənməyə getsinlər.
Nəzakət xanım çalışdığı kollektivin hər bir üzvünü oz doğması hesab sayır, onların bütün xeyir və şərində bir ağbirçək kimi iştirak edir, xeyir-duasını və məsləhətlərini əsirgəmir. Məktəbin pedaqoji kollektivi və şagirdləri arasında səmimi münasibət və qarşılıqlı hormət hkm sürür. Soz düşəndə də deyir ki, kollektiv arasında bu atmosferin, qarşılıqlı diqqət və sayğının, mehribanlığın yaradılmasında məktəbin direktoru, təcrübəli pedaqoq Sevda xanım İsgəndərovanın rolu boyükdür. O, məktəbin müəllim və şagird kollektivinin hər bir üzvünə fərdi diqqət yetirir, işinin məsuliyyətini dərindən dərk edir.
Amma işini yalnız çox sevdiyi və müqəddəslik zirvəsinə qaldırdığı müəllimliklə bitmiş hesab etmir. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir. Respublika əhəmiyyətli, dost və tanışlarının əlamətdar günləri ilə bağlı düzənlənmiş tədbirlərdə iştirak etmək üçün Xudatdan Bakıya gəlir, onların sevincinə şərik olur. Həmişə də deyir ki, dəvət olunmuş yerdən qalmaram, məni sayan dostlarımın yanında olmaqdan, onların sevinc və fərəhini bolüşməkdən, dərdlərinə şərik olmaqdan hədsiz məmnunluq duyuram. Dost mənim üçün ən qiymətli, dəyəri olçüyə gəlməz bir varlıqdır,- deyir.
O, həm də vətənpərvər, millətini sonsuz məhəbbətlə sevən bir ziyalıdır. Qarabağ müharibəsi başlanan gündən rahatlıq və dinclik tapmayan Nəzakət müəllimə rayondakı şəhid ailələrinə baş çəkir, valideynlərinə
təskinlik verir, onların problemləri ilə maraqlanır və maddi-mənəvi dəstək olmağa çalışır. Onun da yaxından iştirakı ilə yaradılmış məktəbin 12 şəhid məzununa və Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş stendlər və fəxri guşəni məktəb kollektivi, qonaqlar, valideynlər tez-tez ziyarət edirlər. Hər dəfə Bakıya yolu düşəndə "Fəxri Xiyabanı",
"Şəhidlər Xiyabanı"nı ziyarət edir, burda gordüyü və tanış olduğu xarici qonaqlara Qarabağ savaşı, Xocalı faciəsi, erməni vandalları
tərəfindən torpaqlarımızın zəbt olunması, xalqımızın doğma yurd-yuvalarından qaçqın və kçkün düşmələri və s. barədə,
həmçinin Azərbaycanın milli sərvətləri və tarixi yerləri barədə geniş və ətraflı məlumatlar verir. Budur vətəndaş movqeyi,budur Vətən, xalq, millət sevgisi.
Nəzakət müəllimənin yarım əsrdən
çox nümunəvi və örnək olunası əmək
fəaliyyəti yetərincə qiymətləndirilmişdir. Azərbaycan Respublikası
Prezidentinin 19 avqust 2008-ci il tarixli Sərəncamı
ilə Nəzakət müəllimə 2007-2008-ci tədris
ilində keçirilmiş "Ən yaxşı 100 müəllim"
müsabiqəsinin qalibi olmuşdur. 2014-ci ildə
isə Respublika prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə "Tərəqqi" medalı ilə təltif
olunmuşdur. Nəzakət müəllimə
Respublika "Pedaqoji mühazirələr"inin nəticələrinə
görə Təhsil Nazirliyi tərəfindən Tərifnaməyə
layiq görülmüşdür. Bundan
başqa rayon təhsil şöbəsi tərəfindən dəfələrlə
fəxri fərmanlar və diplomlarla
mükafatlandırılmışdır.
Nəzakət xanım həm də gözəl və
nümunəvi ailəyə sahibdir. Hazırda təqaüddə
olan həyat yoldaşı Teymur Əhmədov da 50 ildən
çox müəllim işləmişdir. Oğlu
Aydın ixtisasca ali təhsilli
iqtisadçıdır, "Azərenerji" MMC-nin
Xaçmaz rayon şobəsində çalışır. Qızı Aygün isə ixtisasca tibb
bacısıdır, Hərbi Hospitalda çalışır.
4 nəvəsi var.
Əzizim
Nəzakət xanım! Haqqınızda nə desəm, nə
yazsam az olar. Müqəddəs müəllimlik
peşəsini daha da müqəddəsləşdirən, uca
zirvələrə yüksəldən peşəkar pedaqoq,
sözün həqiqi mənasında sadiq dost, sinəsində
insanlara sevgi dolu ürək gəzdirən, bütün
varlığıyla xeyirxahlığa və ətrafına
pozitiv enerji saçmağa səy gostərən, qəlbi həyat
eşqi ilə coşub-daşan, gənc nəslin maariflənməsi
və cəmiyyətə layiq vətəndaş kimi yetişməsi
uğrunda yorulmadan çalışan bir ziyalı... daha da
davam edə bilərəm və onu yaxından tanıyanlar
yazdıqlarımla qeyd-şərtsiz razılaşarlar. Buna əminəm.
Xarakterini,
davranışlarını adına
yansıdan gözəl bacım 70-ci yaşın, yubileyin
mübarək olsun! Hər zaman üzün gülər, qəlbin
fərəhli olsun!
ƏNTİQƏ
QONAQ,
əməkdar jurnalist
Olaylar.- 2018.- 21 dekabr.- S.13.