İlham Əliyevin sosial
siyasətinin
mərkəzində vətəndaş amili dayanır
Bu, ölkə vədəndaşlarında
gələcəyə daha nikbin
baxışlar formalaşdırır
Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin
sosial iqtisadi şərtlərinin
tənzimlənməsinə yönəldilən tədbirlər
kompleksindən ibarətdir. O, gəlirlərin
bölgüsündəki bərabərsizliyin
azaldılmasına, bazar iqtisadiyyatında
gəlirlər və mülkiyyət sahəsində fərqlərin
zəiflədilməsinə, iqtisadi fəaliyyətin
iştirakçıları arasında ziddiyyətlərin
yumşaldılmasına və cəmiyyətdəki sosial ixtilafların aradan
qaldırılmasına yönəldilmişdir.
Bazar
iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalini
əmlak sahəsində mövcud olan bərabərsizliyin
müəyyən dərəcədə aradan
qaldırılmasını nəzərdə tutan və əhalinin
bütün təbəqələri üçün eyni
başlanğıc şərtlərini təmin edən sosial ədalət
prinsipləri reallaşır. Prezident
İlham Əliyev hakimiyyətə gəldiyi
gündən onun siyasətinin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Xatırladaq ki, İlham Əliyev ilk dəfə prezident
seçiləndə ölkədə 600 min
yeni iş yerinin yaradılacağını vəd etmişdi. Onda bu rəqəm bəzilərinə
xəyal kimi görünürdü.
İllər keçdi xəyal hesab edilənlər reallığa çevrildi. Ötən 15 ildə Azərbaycanda
1 milyon 900 min yeni iş yeri
yaradıldı. Bu və digər
addımların nəticəsi olaraq yoxsulluq 50 faizdən 5 faizə düşdü. Maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırıldı. Hazırda da əhalinin rifahının
yaxşılaşdırılması, sosial
problemlərin həlli, insanların müasir
səhiyyə xidmətləri ilə təmin olunması
istiqamətində ardıcıl addımlar atılır.
Son 15 ildə ölkədə minlərə
məktəb binası tikildi və ya yenidən quruldu, geniş bazaya malik təhsil infrastrukturu
yaradıldı, dörd mindən çox məktəb kompüter
avadanlığı ilə təmin edildi.
lkədə səhiyyə islahatları da
uğurla reallaşır. Bu gün
təkcə paytaxtda deyil,
bölgələrdə də müasir və
ən qabaqcıl tibb avadanlığı
ilə təchiz olunmuş müalicə-diaqnostika
mərkəzləri, xəstəxanalar tikildi,
mövcud səhiyyə ocaqları əsaslı
şəkildə yenidən quruldu,
bölgə sakinləri birbaşa yerlərdə
müalicə olunmaq imkanı
qazandı.Prezident İlham Əliyev
şəhid ailələri, müharibə veteranları və
əlillərinə daim xüsusi
qayğı ilə yanaşır. Son 15 il ərzində şəhid ailələrinə
və müharibə əlillərinə dövlət
hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox
minik maşını verildi.
Azərbaycan Prezidenti bu məqsədlə Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayırıb. Bundan başqa, şəhidlərin
vərəsələrinin maddi
vəziyyətinin yaxşılaşdırılması
məqsədilə onlara
dövlət tərəfindən
11 min manat vəsait verilməsi nəzərdə
tutulub. Artıq bu vəsaitin
verilməsi prosesi başlayıb. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. 2003-2018-ci illərdə
məcburi köçkünlərin
problemlərinin həlli
sahəsində genişmiqyaslı
işlər görüldü,
ölkədəki bütün
çadır düşərgələri,
fin tipli qəsəbələr
ləğv edildi, yeni salınmış
100-dən artıq qəsəbə
və şəhərcikdə
265 min nəfər məskunlaşdırıldı.
Digər məsələ
həssas təbəqədən
olan insanların sosial reabilitasiyasıdır
ki, bu istiqamətdə
də davamlı iş aparılır, nəinki, paytaxt Bakı,Sunqayıt,Gəncə MərdəkanNaftalan,Yevlaxda
yeni layihələr icra olunur və
ya mövbcud sosial obyektlər əsaslı təmir edilir. Bu ilin fevralında bu məqsəd üçün
ayrılan 15,2 milyon manatdan çox vəsait belə deməyə əsas verir ki,həmin obyektlərin cari ildə istifadəyə verilməsi
gözlənilir. Bütün
bunlar isə bir məqsədə xidmət göstərir - ölkədə hər kəsin rifahına nail olmaq və bununla
da daha güclü
Azərbaycanın gələcəyini
təmin etmək. Artıq qətiyyətlə demək
olar ki, hazırda Azərbaycan dövlətinin sosial qayğısı cəmiyyətin
bütün təbəqələrini
əhatə edir.
Son illər ərzində
sosial müdafiə və təminat xərclərinin dəfələrlə
artması, bu məqsədlə icra olunan infrastruktur layihələr, ən əsası həmin siyasətin bütün əhali kateqoriyalarını
əhatə etməsi
də bunun əyani sübutudur.
Təkcə şəhid ailələri,
müharibə və
20 yanvar əlillərinin
müavinətlərinin artırılması
ilə bağlı qəbul olunan qərar dövlətin bu sahəyə diqqətindən xəbər
verir. Azərbaycan cəmiyyətində insan dövlətin əsas kapitalıdır və həyata keçirilən hər bir tədbirin mərkəzində də
ölkə vətəndaşı
dayanır. Çünki dövlət güclü cəmiyyəti hər bir fərdin inkişafında görür
və bu hədəf dövlətin
strateji hədəflərindən
biri kimi müəyyənləşdirilib. Bütün bunlar Azərbaycanın sosial dövlət modeli, hərtərəfli
inkişaf strategiyasının
reallıqlarını nümayiş
etdirir. Bu uğurların təməlində
isə ilk növbədə
sabitlik və təhlükəsizlik amili
dayanır. Çünki sabitlik hər bir ölkənin inkişafı üçün
başlıca şərtdir
və sabitlik olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz. Xalqın güclü dəstək verdiyi bu siyasət
isə haqlı olaraq ölkə vədəndaşlarında gələcəyə
daha nikbin baxışlar formalaşdırır.
Məhz buna prezident İlham Əliyevin yürütdüyü
düşünülmüş siyasət və qətiyyətli qərarları
nəticəsibdə nail olunub.
Ümumiyyətlə, inkişaf edən
ölkəmizdə sosial
siyasət həyatımızın
bütün sahələrinə
böyük təsirini
göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə
yerinə yetiriləcək
tədbirlər, nəhəng
layihələri respublikada
əhalinin sosial vəziyyətinin getdikcə
daha da yaxşılaşması
üçün əsaslı
zəmin yaradır.
Onu da qeyd etmək
yerinə düşərdi
ki, insana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi
üçün zəruri
şəraitin yaradılması
Azərbaycan dövlətinin,
Prezident İlham Əliyevin apardığı
siyasətin mühüm
prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl
müşahidə olunan
inkişaf meylləri,
ayrı-ayrı sahələrdə
əldə edilən müsbət nəticələr
dövlətin sosialyönümlü
siyasətinin daha da gücləndirilməsinə
imkan verir. Eləcə də iqtisadiyyatda həyata keçirilən
köklü dəyişikliklər
ölkədə iqtisadi
sabitliyi təmin etməklə bərabər,
əhalinin sosial müdafiəsini gücləndirmək
üçün möhkəm
zəmin yaradıb.
Məsələn, son illər
yüzminlərlə yeni
iş yeri açılıb ki, bu da işsizliyin
aradan qaldırılmasında
müstəsna rol oynayır. Bu, bir
daha təsdiq edir ki, Azərbaycanda
sosial dövlət quruculuğu modeli uğurla həyata keçirilməklə yanaşı,
həm də digər ölkələrə
göstərilən örnəkdir.
Dövlət başçımız xalqın güzəranının
yaxşılaşdırılması üçün bütün
imkanlardan yüksək
səviyyədə istifadə
edir və bütövlükdə, son illər
ərzində çox
ciddi sosial tədbirlərin reallaşdırılması
da buna bariz
sübutdur.
Nurlan
Olaylar.- 2018.- 25 dekabr.- S.4.