İlham Əliyevin apardığı
inamlı siyasət Azərbaycan
xalqı tərəfindən böyük rəğbətlə
qarşılanır
Azərbaycan
bu gün regionda və dünyada
sürətli inkişaf dövrünü
yaşayan ölkələrdən biri kimi xarakterizə edilir. Ötən illər ərzində
ölkədə bütün istiqamətlərdə
əldə edilən nailiyyətlər, uğurlar
fonunda bunu aydın
şəkildə görmək mümkündür. Heç şübhəsiz ki,
bu uğurların arxasında dayan başlıca amil də
həyata keçirilən səmərəli və düşünülmüş siyasətdir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan həmin siyasət bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi 15 il ərzində gördüyü işlər, həyata keçirdiyi islahatlar bütün bunları deməyə əsas verir. İlk dəfə dövlət başçısı seçilən zaman hər bir azərbaycanlının prezidenti olacağını vəd edən Cənab İlham Əliyev ötən 15 ildə bu vədə ən yüksək səviyyədə əməl edib. Hətta Cənab İlham Əliyev dəfələrlə özü üçün əlamətdar olan tarixləri, ad gününü xalqla birlikdə, ayrı-ayrı regionlara səfər edərək əyalət insanları ilə görüşdə qeyd edib. Bu günlərdə dövlət başçısının növbəti ad günüdür və Cənab İlham Əliyev yenə də öz sadəliyi, dəbdəbəli ad günləri keçirməyi sevməməklə bu əlamətdar hadisəni ailə üzvləri ilə birlikdə, məhdud çərçivədə qeyd edir. Elə bu amil Cənab İlham Əliyevin hamı tərəfindən qəbul edilmıəsi, ona yüksək etimad göstərilməsini şərtləndirir. Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov dövlət başçısını ad günü münasibətilə təbrik edərək Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 15 il ərzində gördüyü işlər, əldə etdiyio nailiyyətlərdən söz açıb: "Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati Aliləri cənab İlham Əliyevin 57 yaşı tamam olur. Doğum günü münasibətilə cənab Prezidentimizi Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin əməkdaşları və şəxsən öz adımdan ürəkdən təbrik edirəm, ölkə başçımıza uzun ömür, möhkəm can sağlığı, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsinə yönəlmiş şərəfli və məsuliyyətli fəaliyyətində davamlı uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram. Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət uğurla davam etdirilib, ölkəmiz surətlə inkişaf edib, xalqın rifahı daha da yüksəlib, respublikamız regionda lider dövlətə çevrilib. Həmin dövrdə enerji strategiyası gerçəkləşdirilib, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri işə salınıb, Xəzər dənizində yerləşən "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi ilə bağlı 2050-ci ilə qədər yeni kontrakt imzalanıb. Cari ilin 29 may tarixində Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi təşkil edilib. Azərbaycan qazının Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir ki, onlardan üçü - "Şahdəniz-2" qaz yatağının işlənilməsi, Cənubi Qafqaz Kəməri, TANAP yekunlaşıb. Qaz dəhlizin dördüncü layihəsi olan TAP isə yekunlaşmaq üzrədir".
Səfir Daşqın Şikarov deyib ki, Cənab Prezidentin təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üçün əhəmiyyətli işlər aparılıb, qeyri neft sektorunun inkişaf dinamikasının artırılması məqsədilə nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye, azad ticarət zonaların yaradılması və digər sahələr təşviq edilib: "Azərbaycanın əlverişli geosiyasi məkanda yerləşməsindən məharətlə istifadə edən cənab Prezidentimiz, ölkəmizin regionda nəqliyyat qovşağına çevrilməsi istiqamətində mühüm işlər görüb. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Yaxın gələcəkdə Cənub-Şimal dəmir yolunun da istismara verilməsi nəzərədə tutulur ki, bu nəqliyyat dəhlizi vasitəsilə Cənubi Asiya istiqamətindən yüklərin Azərbaycan üzərindən Rusiya və Şimali Avropa ölkələrinə nəqli asanlaşdırılacaqdır. Bütün bunlarla yanaşı Azərbaycan Çinin təşəbbüsü olan Bir Kəmər Bir Yol meqa layihəsini də dəstəkləyib".
Səfir bildirib ki, Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə əldə etdiyi uğurlar danılmaz faktdır: "Ölkəmizin dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar ilə əlaqələri genişlənib və möhkəmləndirilib. Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT TŞ-nin 2012-2013-cü il üçün qeyri-daimi üzvlüyünə seçilməsi, eləcə də Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilməsi aparılan xarici siyasətin uğurunun bariz göstəricisidir. Bu il Azərbaycan və bütövlükdə regionumuz üçün vacib sayılan hadisə baş verib. 12 avqust 2018-ci ildə Xəzəryanı ölkələr Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıb. Bu sənədin imzalanması regionda əməkdaşlıq proseslərinə təkan verməsi, dənizin bioresurslarının və ətraf mühitin qorunması, təhlükəsizliyin təmin edilməsi üçün son dərəcə əhəmiyyətlidir. Azərbaycanın ağrılı məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəxlaq hüquq normaları əsasında həlli istiqamətində hərtərəfli fəaliyyət davam etdrilir. Ölkəmizin ədalətli mövqeyi bütün dünya dövlətləri tərəfindən dəstəklənir, Ermənilərin Xocalıda törətdiyi vəhşiliklər bir sıra ölklər tərəfindən soyqırım kimi tanınıb. Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə üstünlük verən cənab Prezident, eyni zamanda, Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılmasını da diqqət mərkəzində saxlayır. Görülmüş işlər nəticəsində Azərbaycan ordusu texniki bacarığı və texnoloji məharətinə görə güclü ordular sırasında qərarlaşıb. 2016-ci ilin aprel ayında Ermənistanın hərbi təxribatına layiqli cavab verilib, düşmən ordusu qısa müddət ərzində darmadağın edilib. 2018-cı il may ayında isə Azərbaycanın əlahiddə ümumqoşun ordusunun əks-həmlə əməliyyatı nəticəsində Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunmuş, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Bu əməliyyatlar Azərbaycan ordusunun gücünü nümayiş etdirib, ordumuzun Ali Baş Komandanın əmri olduğu halda işğal olunmuş bütün torpaqlarımızı azad etməyə qadir olduğunu sübuta yetirib".
Daşqın Şikarov qeyd edib ki, Azərbaycan Respublikasının beynəlxalq aləmdə olan siyasi imici, müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən və tolerantlıq simvolu olan respublikamızda Bakı Beynəlxalq Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və bu kimi digər önəmli tədbirlərin keçirilməsinə zəmin yaradıb. Onun spözlərinə görə, bu tədbirlər sırasında növbəti forum 2018-ci ilin oktyabrın 25-də baş tutub: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimində 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edib. Eyni zamanda, idman aləmində söz sahihibi olan ölkəmiz ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii gimnastika üzrə Dünya Kuboku, "Formula 1", İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Cənab İlham Əliyev müsəlman ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. 2016-cı ilin fevralında dövlət başçımızın BƏƏ-yə rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına xüsusi töhvə verib. Cənab Prezidentin kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasının artırılması istiqamətində verdiyi tapşırılıqlar və qərarlar nəticəsində Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirlikləri və Körfəz Əməkdaşlıq Şurası ölkələri bazarlarında artmışdır. Cənab İlham Əliyevin təşəbbüsü ilə turizmin inkişafı üçün həyata keçirilmiş tədbirlər nəticəsində 2018-ci ildə iki yüz minə yaxın BƏƏ vətəndaşı və Əmirliklərdə yaşayan əcnəbilər ölkəmizə səfər edib. Prezident İlham Əliyevin ölkədə apardığı inamlı siyasəti Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır və tam dəstəklənir. 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86 faizdən çox səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezidentimizin ətrafında sıx birləşən xalqımız əmindir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü-gündən çiçəklənəcək, inkişaf edəcək, işğal altında olan torpaqlarımız tezliklə erməni işğalından azad ediləcəkdir. Vətəni sevən hər bir azərbaycanlı kimi biz də böyük sevgi və həvəslə Prezidentimizin tapşırıq və qərarlarının həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq".
Məhəmməd
Olaylar.- 2018.- 25 dekabr.- S.5.