Övladlığa götürmədə valideynin icazəsi hansı halda nəzərə alınmır?

 

Uşağın razılığı zaman övladlığa verilmə üçün əsas sayılır?

 

Hazırda nəinki Azərbaycanda, eləcə dünyada övladlığa uşaq götürmə prosesi mürəkkəbliyi ilə müşühidə olunur. Nəzərə almaq lazımdır ki, bu seçimin məsuliyyət məsələsinin əvvəlcədən müəyyən edilməsi sonradan baş verə biləcək neqativ halların aradan qaldırılmasına hesablanıb. Azərbaycanın ailə qanunvericiliyində övladlığa götürmə üçün yaş həddi nəzərdə tutulmayıb. Lakin, övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə nəzərdə tutulmuş yaş fərqinin olması tələb edilmir. Xatırladaq ki, Azərbaycanda övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində yalnız onların mənafeyi naminə uşağın doğumu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şəhər (rayon) qeydiyyat şöbələrində qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Valideynləri olan uşaq müəyyən hallar istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. İstisna hal kimi valideynlər valideynlik hüquqlarından məhrum edilmişlərsə bundan 1 il müddət keçmişsə ya qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab edilmişlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. Eyni zamanda, valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində ya saxlanılmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə qəyyumların (himayəçilərin), himayədar ailənin, uşaqların yerləşdiyi müəssisələrin rəhbərlərinin razılığı tələb olunur. Lakin, məhkəmə uşağın mənafeyini nəzərə alaraq bu şəxslərin razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə qəbul edə bilər. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə işə Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə Ailə, Qadım Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldükdə isə yerli icra hakimiyyətlərinin qəyyumluq himayə orqanlarının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Övladlığa götürənlərin övladlığa götürülən uşaqların hüquq vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Hər hansı şərtlər altında, hər hansı müddətə ya nümayəndələr vasitəsi ilə övladlığa götürmək yolverilməzdir. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir. Onu da qeyd edək ki, ölkə qanunvericiliyinə görə, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər. Ögey ata (ögey ana) uşağı övladlığa götürəndə nəzərdə tutulmuş yaş fərqinin olması tələb edilmir. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. Övladlığa götürən ər-arvadın soyadları müxtəlif olduqda, onların razılığı ilə övladlığa götürülən uşağa ərin ya arvadın soyadı verilir. Övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı Ailə Məcəlləsinin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı ilə dəyişdirilə bilər. Ailə Məcəlləsinin 124.6-cı maddəsində qeyd olunmuşdur ki, övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək istəyənin ailəsində yaşamışsa onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər. Övladlığa götürülənə soyad ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Əcnəbilər ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda ya vətəndaşlığından yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Azərbaycan Respublikasının Ailə, Qadım Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında yol verilir.

 

Nurlan

 

Olaylar.- 2018.- 7 fevral.-  S. 12.