Növbədənkənar prezident seçkiləri  milli maraqların qorunması baxımından tam əsaslıdır

 

Seçkilərin qanunvericiliyə, demokratik norma prinsiplərə uyğun keçirilməsi üçün bütün şərait yaradılacaq

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Dövlət başçısının imzaladığı sərəncama əsasən, bu il keçirilməsi nəzərdə tutulan prezident seçkiləri oktyabr ayında deyil, bir qədər tez, aprel ayının 11-də baş tutacaq.

 

Dövlət başçısının məlum sərəncamı demək olar ki, günə damğa vurdu. Dünəndən bu istiqamətdə başlanan müzakirələr davam etməkdədir heç şübhəsiz ki, seçki bitənə qədər belə Azərbaycan Prezidentinin növbədənkənar seçkilərlə bağlı sərəncamı müzakirə ediləcək. Onu xüsusi olaraq qeyd etmək lazımdır ki, dövlət başçısının məlum sərəncamı daha çox müxalifət düşərgəsində, bir qədər konkretləşdirsək radikal düşərgədə şok effekti yaradıb. Seçkilərin oktyabr ayında keçiriləcəyinə arxayın olan radikal müxalifət bütün hazırlıqları məhz o dövr üçün hesablamışdı. Hətta bu səbəbdən indidən namizəd müəyyən etməyə tələsmirdi. Ancaq dövlət başçısının növbədənkənar seçki qərarı radikal müxalifətin bütün seçki planlarını demək olar ki, alt-üst etdi. Bu ərəfədə eyni zamanda radikal düşərgədə ənənəvi müşahidə edilən gözdənsalma, ictimaiyyəti çaşdırma fəaliyyəti özünü büruzə verməyə başlayıb. Belə ki, seçki qərarından şok effekti yaşayan radikal düşərgə bu qərarda müxtəlif bəhanələr axtarmağa, onu nəyəsə bağlamağa çalışır. Amma müsbət tendensiya ondan ibarətdir ki, cəmiyyət müxalifətin hər zaman olduğu kimi bu dəfə əsassız, qeyri-obyektiv yanaşmasını qəbul etmir. Əksinə Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarını dəstəkləyir. Demək olar ki, Azərbaycan cəmiyyətinin müxtəlif sferalarını əhatə edən insanlar birmənalı olaraq aprelin 11-də ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncama dəstək nümayiş etdirir. İstər parlamentarilər, istər siyasilər, istərsə vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 11-də ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalamasını dəstəkləyib. Millət vəkili Eldəniz Səlimov bildirib ki,  bu, çox məntiqli düzgün qərardır. Onun sözlərinə görə, bu məsələ ətrafında xüsusi kampaniya aparmağa, hay-küy qaldırmağa, ajiotaj yaratmağa heç bir əsas səbəb yoxdur: "Təəssüflər ki, məlum sərəncamın mürəkkəbi qurumamış bəzi qüvvələr, ayrı-ayrı şəxslər bu məsələ ətrafında reallıqdan həqiqətdən uzaq fikirlər səsləndirməyə, dövriyyəyə buraxmağa cəhd göstərir, "bulanıq suda balıqtutma" sevdasına düşməkdədirlər. Qeyd etdiyim kimi, bunlara heç bir səbəb əsas yoxdur. Həmin qüvvələr, şəxslər, sadəcə, hər zaman elə indi aldıqları tapşırıqlara uyğun olaraq, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq istəyirlər. Bu cəhdlər əbəsdir, faydasızdır. Azərbaycan cəmiyyəti kifayət qədər müdrik yetkindir, onu artıq iləsə aldatmaq olmaz". Eldəniz Səlimov deyib ki, Azərbaycan insanı, Azərbaycan vətəndaşı ağı qaradan seçməyi yaxşı bacarır bu baxımdan, ölkə prezidentinin məlum sərəncamını müsbət, yüksək qiymətləndirir: "Bir çox siyasi həmfikirlərimin, partiyadaşlarımın deputat həmkarlarımın da qeyd etdikləri kimi, bu il Azərbaycanda çox vacib əhəmiyyətli tədbirlər keçiriləcək. "Cümhuriyyət ili" ilə bağlı həm parlament, həm dövlət səviyyəsində çox mühüm tədbirlərin keçirilməsi gözlənilir bunlar vaxtlı-vaxtında keçiriləcək. Belə olan təqdirdə, prezident seçkilərinin önə çəkilməsi çox məntiqli normal haldır". Millət vəkili hesab edir ki, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti növbədənkənar prezident seçkilərini beynəlxalq standartlara uyğun şəkildə keçirərək, "Cümhuriyyəti ili"nə töhfəsini vermiş olacaq: "Opponentlərimiz narahat olmasınlar, yəni, sosial şəbəkələrdə, isti kabinetlərində oturub, seçkilərlə bağlı reallıqdan həqiqətdən uzaq fikirlər səsləndirməkdənsə, bu vacib prosesə kölgə salmaqdansa, seçkilərə hazırlaşsınlar. Onsuz da onların cəmiyyətdə nüfuzları, sosial dayaqları yox dərəcəsindədir, Azərbaycan cəmiyyəti seçimini çoxdan edib, ancaq yenə az-çox varlıqlarını, mövcudluqlarını davam etdirmək istəyirlərsə, siyasi boşboğazlıqdan əl çəkib, seçkilərlə bağlı hazırlıqlara başlasınlar".

 

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, aprelin 11-ə təyin olunan növbədənkənar prezident seçkiləri hüquqi, beynəlxalq təcrübə milli maraqların qorunması baxımından tam əsaslıdır. Azay Quliyev əminliklə bildirib ki, seçkilərin qanunvericiliyə, demokratik norma prinsiplərə uyğun keçirilməsi üçün bütün şərait yaradılacaq.

 

Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin aprelin 11-nə təyin olunması Milli Qeyri Hökumət Təşkilatları Forumu tərəfindən müsbət qarşılanır.  Forumunun prezidenti Rauf Zeyni növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı prezidentin imzaladığı sərəncama münasibət bildirərkən deyib ki, bu sərəncam bilavasitə Azərbaycanın milli maraqlarına inkişafına xidmət edən bir sərəncamdır: "Ölkədə keçirilən seçkilər onun nəticələri ölkədə sabitliyin inkişafın qarantı olduğuna görə, bu seçkilər qədər vaxtında keçirilərsə ölkənin milli maraqlarına xidmət edər".

Rauf Zeyni eyni zamanda növbədənkənar seçklilərin keçirilməsi ilə bağlı verilən şərhlərə qoşularaq bu məsəllərin QHT-lər üçün vacib olduğunu bildirib. Forum prezidenti qeyd edib ki, QHT-lər ümummilli lider Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərdə fəallıq göstərəcəklər.

 

Müstəqil ekspert Əlabbas Məhərrəmli isə bildirib ki,  ölkə başcisi İlham Əliyevin nğvbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalaması mətbuatda geniş müzakirə edilib müxtəlif yanaşmalar ortaya qoyulub: "Məlum olduğu kimi dövlət başçısı ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.Mətbuatda cox aciqlamalara rast gəlinir. Niyə məhs növbədənkənar?". Əliabbas Məhərrəmli deyir ki,  kimi bunu Rusiyada baş tutacaq seçki ilə, kimi daxili sabitliklə izah edir: "Hakimiyyətin namizədi bəllidir. Hakim partiyanın sədr müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına 2 fevral Gənclər Gününə həsr olunmuş tədbirində çıxışı zamanı da İlham Əliyevin prezident seçkilərində YAP-ın namizədi olacağını bəyan edib. Bəs müxalifət edir? Düzdür bu günə qədər müxalifətdəndə bəzi idiallilar var idi. Amma umumi müxalifətin birlik formulu, birlikdə seçkiyə hazirlaşması yox idi. Məlum sərəncam əsasında seçkinin növbədənkənar olmasi sanki müxalifəti yaman yerdə yaxalamış oldu.Mənim fikrimcə qısa müddətdə namizəd bolluğu olacaq, Amma eyni zamanda məndə varam deyən namizədlər olacaq. Ümumiyyətlə, olacaqsa xeyirlisi olsun".

 

Müstəqil jurnalist Taleh Şahsuvarlı isə bildirib ki, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyev yüksək faizlə qələbə qazanacaq".  O, bildirib ki, seçkilərdən sonra ölkədəki islahatlar ciddi şəkildə sürətlənəcək, İlham Əliyev çox köklü dəyişikliklər edəcək:

"Müxalifət Rüstəm İbrahimbəyov kimi avantürist namizədlər irəli sürə bilməyəcək. İlham Əliyev "hodri meydan" dedi. Əli Kərimli seçkilərdə iştirak etməmək, Cəmil Həsənlini ya başqa birini aday göstərmək istəyəcək. Əgər buna nail ola bilməsə o, da Müsavat kimi seçkidə iştirak etməmək üçün manipulyasiyalar edəcək". Taleh Şahsuvarlı qeyd edib ki, AXCP Müsavatın seçkidə iştirak edib-etməməsi hakimiyyət üçün heç bir ciddi önəm daşımır: "Azərbaycanda siyasi müxalifətin istisnasız olaraq bütün kəsimlərinin kitabı əbədi bağlandı. Azərbaycanda yeni müxalifət 2022-23 illərdə formalaşmağa başlayacaq".

 

Süleyman

 

Olaylar.- 2018.- 7 fevral.-  S.8.