“Cənubdan şimala bir qatar gəlir” şeirlər silsiləsindən
Sənəd
imzalandı Türkmən kəndində
"Pozulsun Türkmənçay müqaviləsi,
Nə hücum, nə qırğın, nə bir dərd olsun".
Nəriman Həsənzadə
Sənəd imzalandı Türkmən kəndində,
İkiyə bölündü bu ana torpaq.
Düzü, gözləməzdim rus öz əliylə,
Xalqın tarixinə kədər yazacaq.
Şimalla cənubu ayrı
saldılar,
O tayda, bu tayda
axdı göz yaşı.
Araz da çağladı tarixlə birgə,
Yasa qarışanda
millətin başı.
Təbriz qardaşından ayrı düşəndən.
Bakının gözləri yenə
yol çəkir,
İnana
bilməsən həmin
sənədə,
Gəl, gör
ki, millətin başı nə çəkir.
Silinsin Türkmənçay müqaviləsi
"Dağılsın Türkmənçay
müqaviləsi,
O tayda, bu tayda
kədərlə birgə".
Müəllif
On fevral həminki Türkmən kəndində,
Sənəd imzalanır xalq əleyhinə.
Ortada ikiyə bölünən
vətən,
Yenə də bölünür rusun xeyrinə.
Ruslar qarşılayır bunu fərəhlə,
Onun nə vecinə torpaq kimindi.
Şimalı cənubdan ayıran
zaman,
Torpaq bizimdisə
günah kimindi?!
Ovuca sığmayan bu Ana torpaq,
Rusun nəzərində
bu gün kiçilir.
Tökülən millətin bax o
al qanı,
Qədəhə süzülüb burda içilir.
Əsgərlər durubdu dəstəbədəstə,
Onların içndə biri seçilir.
Danlaya-danlaya fikri içində,
Əhdindən indicə dönmək istəyir.
Əynində boz şinel, başında papaq,
Elə bil kim isə dinmək istəyir.
Bax budur həminki bizim qəhrəman,
Yenə də içində fəryad qoparır.
Fikirlər, duyğular aləmi
onu,
Özündən uzağa-haqqa aparır.
Səhərdən ətrafa boylanan
günəş,
Ömrü gül-çiçəklə yenə bəzəyir.
Axı
o neyləsin onun da ömrü,
Aldanmış sahibsiz itə bənzəyir.
Ağlamaq istəsən irəliyə
gəl
Torpağa tökülən həmin
göz yaşı,
Bir də bu torpaqda cücərən
deyil.
Tarlada səpilən qara buğdanı,
Kəndli bu torpaqda becərən
deyil.
O tayı bu taydan
ayırmaq üçün,
Bir can iki yerə bölündü
nahaq..
Ağlamaq istəsən irəliyə
gəl,
Sərhədin yanından birlikdə baxaq.
Bəxtiyar* bu yanda dərdli-məlalı
Ustad Şəhriyarın ruhuna
"rəhmət!",-
Hələ də söyləyir bizim babalar.
Bir xalqın dərdini bölüşmək üçün,
Tökülüb o yandan gəlir obalar.
Bəxtiyar bu yanda dərdli-məlalı,
Elə bil nə isə demək istəyir.
Nahaqdan bir xalqın qanını tökən,
O quzğun rusları görmək istəyir.
Xalq şairi Bəxtiyar Vahabzadəyə
işarədir.
Cənubdan şimala bir qatar gəlir
"Sənədi pozmağa bu gün hünərlə,
Şimalda sərhəddə dayanır
qatar".
Müəllif
Cənubdan şimala bir qatar gəlir,
O taydan bu tayı
salamlamaqçün.
Çiynində portfeldə bir xabar gəlir,
Qardaş tonqalını qalamaq üçün.
Tökülüb gözlərdən qardaş
həsrəti,
Kim bilir bu görüş baş tutacaqmı?!
O tayın bu tayla
görüş xəbəri,
Ustad Şəhriyara
heç çatacaqmı?!
Sənəd imzalanır xalqdan
xəbərsiz
Sənəd imzalanır xalqdan
xəbərsiz,
Arazın
sağında-solunda, qardaş!
Təbriz
ayrılandan yazıq millətin,
Nələr görünmədi yolunda,
qardaş?!
Millət
qalxacaqmı yuxudan görən,
Çağlayan Arazın qolunda, qardaş?!
Sərhədi keçəndə Təbriz
küləyi
Sərhədi keçəndə Təbriz
küləyi,
Büründü çadraya elin qızları.
Birgə
döyünəndə qardaş
ürəyi,
Dağıldı gözlərədn həsrət
buzları.
Səbətdə göz yaşın
tökən xonçalar,
Büründü yenidən qızıl qumaşa.
Qaradş
qardaşına həyan
olanda,
Çevrilib bu torpaq oldu
tamaşa.
Kənan AYDINOĞLU,
Gündəlik Analitik İnformasiya
Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Olaylar.- 2018.- 9 fevral.- S.11.