Türkiyə
XİN Xocalı soyqırımının
ildönümü ilə
əlaqədar bəyanat
yayıb
"Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 26 il əvvəl Xocalıda üzləşdiyi qəddar hücum və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir və bu kədəri paylaşırıq".
Məlumata görə, bu barədə Türkiyə XİN-in Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatında deyilir.
“Bu qətliamı və Azərbaycan
torpaqlarının illərlə davam edən
işğalını şiddətlə qınayırıq”,
- deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, Ermənistan
Respublikasının silahlı bölmələri tərəfindən
1992-ci il fevralın 26-da Yuxarı Qarabağın Xocalı
şəhərinə edilən hücumda qadın və
uşaqlar da daxil olmaqla, yüzlərlə Azərbaycan vətəndaşı
qətlə yetirilib və yaralanıb, mindən çox insan əsir
götürülüb: “İtkin düşənlərin aqibəti
bu günə kimi öyrənilməyib. Dinc sakinlərə
qarşı edilən bu insanlıqdan kənar hücum
bütün dünya ictimaiyyətinin yaddaşına həkk
olunub və vicdanlarda dərin yaralar açıb. Bu gün hələ
də Azərbaycan torpaqlarının beşdə biri
işğal altındadır. Bir milyondan çox azərbaycanlı
öz vətənində qaçqın vəziyyətində
yaşayır”.
Türkiyə XİN Xocalı faciəsində
həyatını itirənlərə rəhmət diləyib,
başsağlığı verib.
Olaylar.-2018.-27 fevral.-S.3.