Xocalı haqqında Zori Balayandan dəhşətli
etiraf: "9-11 yaşlı
qız meyitinin sinəsinə basıb yeridim"
Xocalı
soyqırımının ildönümü günündə
növbəti dəfə erməni yazarlarının
etirafları yada düşür. Soyqırımın nə
qədər dəhşətli olduğunu təsəvvür
etməkdən ötrü ermənilərin
fəxarətlə yazdıqları etirafları təqdim
edirik. Xaçatur türk uşağını
hissə-hissə doğradı Qarabağ hadisələrinin
iştirakçışı, ermənilərin ən
çox sevdiyi ideoloqlarından biri,
yazıçı-şair Zori Balayan "Ruhumuzun
dirçəlişi" adlı kitabında 1992-ci ilin 26
fevralında Xocalıda törətdikləri soyqırım
haqqında yazır: "Biz Xaçaturla Xocalıda
ələ keçirdiyimiz evə girərkən
əsgərlərimiz 13 yaşlı bir türk
uşağını pəncərəyə
mismarlamışdılar. Türk uşağı çox
səs-küy salmasın deyə, Xaçatur uşağın
anasının kəsilmiş döşünü onun
ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün
başından, sinəsindən və qarnından dərisini
soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə
sonra qan itirərək dünyasını dəyişdi. Ruhum
sevincdən qürurlandı. Xaçatur daha sonra
ölmüş türk uşağının cəsədini hissə-hissə
doğradı və bu türklə eyni kökdən olan
itlərə atdı. Axşam eyni şeyi daha 3 türk
uşağına etdik. Mən bir erməni kimi öz
vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni
hərəkətlərimizlə fəxr duyacaq".
Ayağımı
9-11 yaşlı uşaq meyitinin üstünə qoydum.
Daha bir
erməni müəllif, hazırda Livanda
məskunlaşmış yazıçı-jurnalist David
Xerdiyan Xocalıda ermənilərin Azərbaycan
türklərinin başına gətirdikləri
müsibətləri "Xaç uğrunda" kitabında
fəxrlə xatırlayır. "Xaç uğrunda"
kitabının 19-76-cı səhifələrində
müəllif Xocalı soyqırımından yazır:
"Səhərin soyuğunda biz Daşbulaq
yaxınlığındakı bataqlıqdan keçmək
üçün ölülərdən körpü
düzəltməli olduq. Mən ölülərin
üstü ilə getmək istəmədim. Bunu görən
polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın.
Mən ayağımı 9-11 yaşlı qız meyitinin
sinəsinə basıb addımlamağa başladım.
Mənim ayaqlarım və şalvarım qan içində
idi. Və mən beləcə 1200 meyitin üstündən
keçdim". "Martın 2-də "Qaflan" erməni
qrupu (meyitləri yandırmaqla məşğul olurdu)
2000-ə yaxın alçaq monqolun (türkün)
cəsədini toplayıb ayrı-ayrı hissələrlə
Xocalının 1 km-liyində yandırdı.
Axırıncı yük maşınında mən
başından və qollarından yaralanmış
təxminən 10 yaşlı bir qız uşağını
gördüm. Diqqətlə baxanda gördüm ki, o
yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və
ağır yaralanmasına baxmayaraq, o hələ də sağ
idi. Ölümlə mübarizə aparan bu uşağın
gözlərini mən heç vaxt yaddan çıxarmayacam.
Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından
tutub artıq üzərinə mazut tökülmüş
cəsədlərin içərisinə atdı. Daha sonra
onları yandırdılar. Tonqaldan ağlamaq və imdad
səsləri gəlirdi..." (Axar.az)
Olaylar.-2018.- 27 fevral.- S.7.