“Muğam Dünyası" Xocali faciəsini
yad etdi
"Muğam Dünyası" klubunda "26 il Xocali bugünkü gəncliyin gözü ilə" adlı tədbir keçirilib.
"Xocalıya Ədalət" kompaniyası çərçivəsində, “26 il Xocalı bu günkü gəncliyin gözü ilə” adlı tədbir küçirilib. "Həqiqət" tarixi araşdırmalar İctimai birliyi, ƏSMID nəzdində Muğam Dünyası klubu, Milli Azərbaycan Tarixi Muzeyinin muzeyşunaslar və muzey sevərlər klubunun dəstəyi ilə Şəhidlər muzeyini ziyarət ediblər.
“Muğam Dünyası” klubunun sədri
Nicat Müslümov Xocalı faciəsindən söz
açaraq bildirib ki, erməni təcavüzkarlarının Azərbaycan
xalqına qarşı törətdiyi növbəti kütləvi
qırğın nəticəsində 613 nəfər, o
cümlədən 106 qadın, 63 uşaq, 70 qoca
amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst
olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin
taleyi isə hələ də məlum deyildir. Bu
soyqırımı aktı nəticəsində 8 ailə
tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
"Xocalı faciəsi 200 ilə
yaxın bir müddətdə erməni millətçilərinin
və onların havadarlarının Azərbaycan xalqına qarşı
apardığı etnik təmizləmə və
soyqırımı siyasətinin davamıdır. Soyqırımı
zamanı 56 nəfər xüsusi qəddarlıqla
öldürülübş, 3 nəfər diri-diri
yandırılıb, başlarının dərisi soyulub, bədən
əzaları və başları kəsilib, gözləri
çıxarılıb, hamilə qadınların qarnı
süngü ilə yarılıbdır. Bu əməllərin
qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə
görə insanların tamamilə və ya qismən məhv
edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin
beynəlxalq hüquqa əsasən məhz soyqırımı
olduğunu təsdiq edir",- klub sədri vurğulayıb.
“Bildiyiniz kimi, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi
ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən
Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin
Şah Əsərləri siyahısına daxil edilib. Biz də
özümüzə bir azərbaycanlı gənci kimi borc
bilib könüllü olaraq "Muğam Dünyası"
qrupunu yaratdıq ki, muğamımızı nəyin ki Azərbaycanda,
ölkəmizdən kənarda da təbliğ edək. Bizim
"Muğam Dünyası" qrupumuz Azərbaycan
xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti,
incəsənəti, ədəbiyyatı, turizm imkanları,
İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr,
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən
işğalının acı nəticələri haqqında
hərtərəfli məlumatlandırmaq məqsədi
daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin
vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin
özünəməxsus üslubu və ənənələri
haqqında ətraflı məlumatlar öz əksini
tapır”-deyə o bildirib.
Sonra söz “Həqiqət” tarixi
araşdırmalar ictimai birliyin icracı direktoru Rumanə
xanım Əmirəliyeva verilib. Tədbirin ərsəyə gəlməsində
əməyi keçən hər kəsə öz təşəkkürünü
bildirib. O qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin
qurucusu dahi rəhbər Heydər Əliyev Azərbaycan
tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən
biridir: "Azərbaycan tarixinin taleyüklü hadisələrlə
dolu otuz ildən artıq mühüm tarixi bir dövrü məhz
Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Bu
dövr ərzində Heydər Əliyev öz məqsədyönlü
fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən
çətin sınaqlarından çıxararaq ölkənin
ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə
nail olmuşdur".
Tədbirdə çıxış edən, Şəhidlər muzeyinin rəhbəri "General Əli bəy" Əlövsət Qasımov qeyd edilib ki, həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etmişdir. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir.
Milli Azərbaycan Tarixi Muzeyinin
muzeyşunaslar və muzey sevərlər klubunun sədri Sahibə
Ələkbərova çıxış edərək qeyd
edib ki, tədbirin təşkilində əsas məqsəd, bu
günün mahiyyətini bir daha aşılamaq, yaddaşlarda
həkk etdirməkdir. Hadisələr çox tez-tez yer dəyişirdi.
SSRİ-nin süqutu, 20 Yanvar hadisələri bizim üçün
gözlənilməz idi. Amma ermənilərin planı baş
tuturdu. Onlar buna tam 200 il və ya da çox müddət idi
ki, hazırlaşırdılar. Bütün bu hadisələr
təsadüf ola bilməzdi. Yalnız ümummilli lider Heydər
Əliyev xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə
hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı
günü kimi elan etmişdir.
Kampaniyanın məqsədi bu faciə
barədə dünya ictimaiyyətinə məlumat verməkdir.
Bildirilmişdir ki, əlbəttə, bizim bu gün
gördüyümüz işlər həlak olmuş
insanların həyatını qaytara, sağ qalmış
xocalıların yarasını sağalda bilməz. Biz o
qadınları, uşaqları və qocaları heç zaman
unutmayacağıq. Natiqlər eyni zamanda, bəyan etmişlər
ki, bu cür maarifləndirmə tədbirləri Heydər
Əliyev Fondunun vitse-preziden Leyla Əliyevanın təşəbbüsü
ilə başladılan "Xocalıya Ədalət"
kampaniyasının tərkib hissəsidir.
Olaylar.-2018.-27
fevral.-S.5.