Nakişilik
Fevral ayını sevmirəm. Mənə görə özündə
soyuqluq, ayrılıq,
nisgil, həsrət daşıyan fevral öz yarımçıq
"taleyi" ilə
insan taleyində də sağalmaz iz qoyur. İlin
on bir ayı
30-31 gün olduğu halda fevral bu
bütövlükdən xalidi,
28 günlə "ömrünü
başa vurur".
Fevralda sanki, bir mistika var:
bu ayda doğulanların
70-80 faizinin həyatı
yarım qalır, taleyi kəm olur. Ona görə
də qəti əminəm ki, hər kəsin fevral ayı ilə bağlı bir mistik düşüncəsi
var.
Bəlkə də fikirlərimə irad tutanlar, etiraz
edənlər olacaq, buna şübhəm yoxdu. Amma kimsənin
etiraz edə bilməyəcəyi bir fakt var ki, fevral 26 il
əvvəl Azərbaycan tarixinə "faciə" ilə
qədəm qoydu. 26 ildi 26 fevral günü Xocalı
faciəsinin törədildiyi gün kimi qeyd olunur. 26 ildi fevral
mistikası qara qüvvələrin əlindədi.
Sözümün canı fevralın 26-sı deyil,
23-üdü. Bir neçə gün əvvəl 23 fevral
tarixini xüsusi qeyd edənlər oldu. Həmin günün
nə ilə bağlı olduğunu 25 yaşdan yuxarı
olanlar yaxşı bilirlər. Sovetlər zamanında
fevralın 23-ü sovet ordusu və hərbi dəniz donanmasının
yarandığı gün kimi bayram edilirdi, daha doğrusu,
kişilər bayramı hesab olunurdu. O zamanın öz
qaydası, öz ənənəsi var idi. Təqvimdə
qırmızı işarələnmiş günlər sovet
xalqlarının "xoşbəxtliyindən"
xəbər verirdi. Zamanın tələbi belə idi:
həmin "qırmızı" günlərdə hər
kəs gülümsəməli, hər kəs xoşbəxt
görünməli idi. Ona görə də 23 fevral
gününün arxasında gizlənən xəbis
niyyətin nədən ibarət olduğunu kimsə dərk
edə bilməzdi. Bir kimsənin də ağlına
gəlməzdi ki, sovet ordusu və hərbi dəniz
donanması 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə qurudan və sudan hücuma
keçərək Azərbaycan xalqını qana bulayacaq.
İnsanların yatanda yuxusuna da girməzdi ki, daha iki il keçəcək,
yenə də həmin ordunun 366-ci alayı Xocalını
yerlə-yeksan edəcək. Bunlar SSRİ ərazisində
yaşayanlar, xüsusilə də azərbaycanlılar
üçün ağlagəlməyəcək
hadisələr idi. Amma bu hadisələr oldu. Azərbaycan
öz müstəqilliyini bərpa etmək yolunda torpağa
minlərlə şəhid verdi. Azərbaycan xalqı
azadlıq, bütövlük uğrunda canını verən
oğulları hər zaman ehtiramla yad edir. Vətən
uğrunda gedən savaşda günahsız insanların
qətlə yetirilməsini isə bağışlamır.
Ağlı başında olan azərbaycanlılar 23 fevralın
qan qoxuyan özəlliyinə nifrət edir. 23 fevralda
yaradılan bir ordu başqa bir millətin dinc sakinlərini
gülləbaran edir, qadına, qocaya, uşağa rəhm
etmir, şaxtalı havada ayaqyalın, başıaçıq,
günlərlə ac-susuz qalaraq donub ölmələrinə
faşizm mövqeyindən yanaşaraq vicdansızcasına haqq
qazandırır. Bu, insanlıqdan kənar olan bir
vəhşilikdi. Bu, nakişilikdi. Damarında tərtəmiz
azərbaycanlı qanı axanlar bu faciəni unutmurlar,
unutmayacaqlar da. İstər ölkədə yaşayan,
istərsə də dünyanın başqa
ölkələrində məskunlaşan təmizqanlı
azərbaycanlılar fevralın 23-nü kişilər
günü kimi bayram etmirlər. Bir ordu ki, sənin millətini
qanına qəltan edir, onun yarandığı gün sənin
ölkəndə kişiliyin simvolu niyə olsun? Yetmiş il o
orduya xidmət edən, hər buyurduğunu yerinə
yetirən, yolunda canını verən bir millətin
günahsız insanlarını gülləyə
"qonaq" etmək kişilikdimi? Deyil. Mən bunu azərbaycanlı
kişilərin adına yazmıram, oğullarımızın
çiyninə yükləmirəm. Bu,
NAKİŞİLİKDİ. Vətəni qorumaq hər kişinin işidir, borcudu. Bu, borc ona
ana südü ilə hopur, ata qanı ilə
ötürülür. Bəlkə
elə bu səbəbdən deyirik ki, əsgərlik kişilik məktəbidi.
Madam ki, özümüzün kişilik
məktəbimiz var, o
zaman nədən
özgəyə tərəf boylanırıq? Madam
ki, ordunun yarandığı gün
kişilk məktəbinin
fəaliyyətə başladığı
vaxtdı, o zaman 26 iyun tarixi nə
günə durub?
Müstəqil Azərbaycan Respublikasının 26 iyun
günü nəyə,
kimə xidmət edir? Məsələnin ən
ağrılı tərəfi
odur ki, bu məmləkətin xeyli sayda ziyalısı
23 fevral gününü
bayram edir. Özünü cəmiyyətin
üst təbəqəsinə
aid edən müəllim, həkim, mühəndis, biznesmen, tərcüməçi, iqtisadçı
və s. diplomlular ailədə övladlarına pis
nümunə sərgiləyirlər. SSRİ dövlətini
görməyən gənclər
bu günün mahiyyətinə varmadan
valideynlərinin hərəkətini təkrarlayırlar.
Təhsil ocaqlarında, səhiyyə
obyektlərində, tikinti
meydançalarında, hətta
sosial şəbəkələrdə
az qala təbrikin
biri bir qəpiyə çıxır.
Bunun adı unutqanlıq deyil. Nə də savadsızlıq, yaxud da bayağılıq ola bilməz. Bunun adı rəzalətdi. İnsan bu qədərmi
özünü tanımaz? İnsanın şüuru,
təfəkkürü bu
qədərmi "topmozlanar"?
Onlar təkcə tarixi unutmurlar, sadəcə ötən
günlərin faciəsini
saya salmırlar. Üstəlik də Azərbaycan tarixinin yaxın keçmişinin
üstündən qırmızı
ordunun əlinə bulanmış qızılqırmızı
azərbaycanlı qanının
rəngində bir xətt çəkirlər.
Yoxsa ki, bu qədər
unutqanlıq olmaz. Dünyanın hansısa
ölkəsində 23 fevral günündən başqa
kişilər üçün bayram günü qeyd
olunduğu haqqında məlumatım yoxdu. Bəlkə də
var, bilmirəm. Məncə, belə bir bayrama gərək
yoxdu. Anadan KİŞİ doğulmaq, həyatda əsil
KİŞİ olmaq, KİŞİlik nümunəsi
sərgiləmək özü bir bayramdı. Bu barədə
geniş yazmaq fikrindən uzaqlaşaraq, fevralın daha bir
gününü özəlləşdirən
kişilərimizdən yazmaq istəyirəm. 14 fevral
dünyanın xristian ölkələrində sevgililər
günü, yaxud Valentin günü kimi qeyd olunur. Valentinin kim
olduğunu, 14 fevralın niyə bayram günü elan
olunduğunu xatırlatmağa bilmirəm gərək
varmı? Amma Valentin adlı keşişin nə etdiyinin,
necə etdiyinin bizim millətə qətiyyən heç bir
aidiyyatı yoxdu. Əxlaqsızların iyrənc
hərəkətlərini ölümsüzləşdirən
katolik xristianların bu ənənəsi 1500 il
əvvələ gedib çıxır. O zamankı Roma
papası Gelasiusun əxlaqsızlığı
rəsmiləşdirdiyi 14 fevral günü azərbaycanlı
əxlaqına, şərəf və ləyaqətinə
ləkə salır. Azərbaycan kişisinin tərtəmiz
sevgisini 14 fevralda baş vermiş həmin
mənəviyyatsılıqla kirlətmək olmaz. Bilirəm
yenə də etiraz edən tapılacaq ki, onlar Valentini, yaxud
papanı yad etmirlər, onlar aldıqları hədiyyə
ilə qarşı cinsə olan sevgilərini bildirirlər.
Sevginin günümü olur, atam balası? Bəyəm sevgi
ildə bir dəfə qeyd olunur? O ürək ki, ilin on iki
ayı sevgi ilə döyünmür, o qəlb ki, bir
ömür eşq yükü daşımağa
"məhkum" olunmayıb, həmin könül sahibi 14
fevralda nəyi sübut edib, nəyi göstərə
bilər?! Yox, əgər hansısa bir günün adını
"sevgi" qoymaq lazımdırsa, o zaman 30 iyun tarixi
yaxşi deyilmi? İlham və Fərizə sevgisinin
Bakının Dağüstü parkında - Şəhidlər
Xiyabanında dolaşan ruhlarının xatirinə həmin
gün məhəbbət günü, sevgi bayramı, eşq
tarixi olsun. 14 fevral günü və 23 fevral
"bayramı" həmin sevginin qəhrəmanlıq
motivinə, vətənpərvərlik duyğusuna ləkə
salır. Fevralın soyuğuna, şaxtasına
bürünmüş 14 və 23 rəqəmini isti yay
fəslinin 26 iyun və 30 iyun günü ilə
əvəzləmək lazımdı. Hiss və
duyğuları qışın şaxtasına
bürünmüş fevral kişisindən, isti yay
günlərinin istiqanlı iyun kişisi yaxşı deyilmi?!
Züleyxa Nadir
Olaylar.-2018.-27 fevral.-S.11.