Tarixin ən dəhşətli soyqırımlarından biri

 

Bu günlər Azərbaycan xalqı daha bir ağrı-acılı, faciəli gününü, Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın ildönümünü qeyd edir. 26 il əvvəl ermənilər tərəfindən vəhşicəsinə həyata keçirilən bu faciənin, soyqırımın hazırlıqları hələ XX əsrin 80-ci illərindən başlamışdı desək yanılmarıq. Hər halda Xocalıdakı qətliamda iştirak edən 366-cı alayın illər öncə Dağlıq Qarabağa dislokasiya olunması belə deməyə əsas verirdi. Yaxın tarixə və araşdırma materiallarına nəzər yetirdikdə aydın olur ki, Rusiya və Ermənistan arasındakı gizli razılığa əsasən 1985-ci ildə Şəmkirdəki 366-cı motoatıcı alay Dağlıq Qarabağa dislokasiya edilir. Əslində, məhz bu ana qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində heç bir böyük hərbi hissə olmamışdı. SSRİ rəhbərliyi tərəfindən isə niyə məhz 1985-ci ildə bu addımın atılması və böyük hərbi hissənin niyə məhz Qarabağda yerləşdirilməsinə heç bir səbəb göstərilmirdi.Rusiya, nə də Ermənistan tərəfi indiyə qədər Moskvanın bu addımını hüquqi dəlillərlə əsaslandıra bilməyiblər. Azərbaycandan olan ekspertlər isə 366-cı alayın Qarabağda yerləşdirilməsinə əsas səbəb kimi Zaqafqaziya Hərbi Dairəsi rəhbərliyi ilə yüksək vəzifəli erməni millətçiləri arasında olan razılaşmanı göstərirlər. Araşdırmalardan məlum olur ki, gizli razılaşmanın tərkib hissəsi olaraq 1987-ci ildən etibarən ermənilər çaxnaşmalar törətməyə başlayır. Çaxnaşma arasında erməni separatçıları Sovet ordusunun anbarlarına hücumlar təşkil edirlər. 1990-cı il yanvarı 1-dən 1992-ci ilin iyun ayınadək Zaqafqaziyada silah anbarlarına 294 dəfə hücum təşkil edilir. Bunun 130-u Ermənistanda, 164-ü Qarabağda qeydə alınır və bütün hücumlar da məhz ermənilər tərəfindən həyata keçirilir. Sovet mənbələrinə görə, bu alay Qarabağda tam ştatla fəaliyyət göstərməyib. Əslində 1800 nəfər şəxsi heyətə sahib olan alayın tərkibində 1992-ci ilin fevralında 630 hərbçi vardı. Bunlardan 129 nəfəri zabitgizir idi. Həmin zabit və gizirlərin isə 49 nəfəri isə əslən erməni idi. 1991-ci ildən etibarən alayda xidmət edən hərbçilərin böyük bir qisminə erməni hərbi birləşmələrinin tərəfində muzdlu olaraq döyüşmək təklif edilir. Alayın zabit və hərbçilərinin böyük bir qismi buna razılıq verir. 1992-ci ilin əvvəllərindən etibarən 366-cı motoatıcı alay faktiki olaraq 23-cü diviziyaZaqafqaziya Hərbi Dairəsinin nəzarətindən çıxır. Bundan sonra onun qüvvəsindən müxtəlif işğallarda, o cümlədən fevralın 26-da Xocalı soyqırımının törədilməsində istifadə edilir. Xocalı soyqırımını törətmək üçün hazırlanmış "Xocalı əməliyyatına" o zamanlar 366-cı motoatıcı alayın 2-ci motoatıcı batalyonunun komandiri mayor Seyran Ohanyan rəhbərlik edir. Məhz bu şəxs sonralar Ermənistan ordusunun müdafiə naziri olur. Rusiya və Ermənistan mənbələri isə indiyə qədər nəinki Seyran Ohanyanın, hətta 366-cı alayın Xocalı soyqırımının törədilməsində iştirak etmədiyini bildirirlər. Xocalı Soyqırımını törətdikdən sonra Rusiya 366-cı alayın Xankəndindən çıxarılması qərarını verir. Alay komandiri polkovnik Yuri Zarviqorova ordunu şimal istiqamətində geri çəkmək haqqında əmr verilir. Lakin Zaqafqaziya Hərbi Dairəsinin bu əmrinə 2-ci motoatıcı batalyonun komandiri olan mayor Seyran Ohanyan tabe olmur. Alaydakı erməni hərbçilər Ohanyanı müdafiə edirlər. Beləliklə, ermənilər 1 tank, 2 artilleriya silahı və 20 PDM ələ keçirirlər. Bunun ardınca alay mühasirəyə alınır. Bunu görən Zaqafqaziya Hərbi Dairəsi həyəcan siqnalı ilə 328-ci və 345-ci desant alaylarını ayağa qaldırır. Onlar 366-cı alaya yardıma göndərilir. Tərəflər arasında qısa sürən atışma oluralay Qarabağdan çıxarılır. Bundan sonra 366-cı alay Gürcüstanın Vaziani şəhərinə yerləşdirilir. 1992-ci il martın 10-da alay tam olaraq Vazianidə ləğv edilir.

XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsindən 26 il keçməsinə baxmayaraq hələ də insan hüquq və azadlıqları, sülhsabitlik tərəfdarı olan dünya dövlətlərinin heç də hamısı bu faciəyə hüquqi-siyasi qiymət verib, onu törədənlərin cəzalandırılmasını tələb etməyiblər. Baxmayaraq ki, Xocalı tarixin ən böyük və dəhşətli soyqırımlarından biridir. Elə millət vəkili Əli Məsimli də belə düşünür. O, bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində törətdikləri qətlam XX əsrdə baş vermiş ən dəhşətli soyqırım və etnik təmizləmə hadisələrindən biridir. Millət vəkilinin sözlərinə görə, erməni faşistləri və Rusiyanın 366-cı motoatıcı alayı Xocalı şəhərində törədilmiş vandalizmin əsas ginayətkarlarıdır. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları, bu alçaq anauşaq qatilləri öz layiqli cəzalarına çatmalıdırlar: "Təəssüf ki, bu cinayətdən 26 il keçməsinə başmayaraq bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz layiqli cəzalarına çatmayıblar...Amma belə cinayətlər cəzasız qala bilməz. Xocali qətlamı heç vaxt yaddaşlardan silinməyəcək. Vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar". Əli Məsimli deyib ki, qondarma "erməni soyqırımı kartı"nı qardaş Türkiyəyə " təzyiq vasitəsinə çevirən  beynəlxalq dələduz qüvvələr, imperiya xisləti ilə yaşayanlar, ermənipərəst ölkələr, mifləri bir kənara qoyub, realda baş verən, minlərlə canlı şahidləri olan Xocalı soyqırımı ilə yaxından tanış olsalar onda biləcəklər ki, əsl soyqırım necə olur: "Bu qətlamı törədən cinayətkarların və dinc əhalinin kütləvi qırğınına hər cəhdlə haqq qazandırmaq istəyənlərin beynəlxalq hüququn prinsiplərinə uyğun öz layiqli cəzalarını çatmalarına təsir etmirsinizsə, heç olmasa mane olmayın". Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də təəssüf hissi ilə deyib ki, Azərbaycan xalqına qarşı həyata keçirilmiş Xocalı soyqırımını törədənlər  hələ də cinayət məsuliyyətinə cəlb edilməyiblər: "Bu soyqırımda iştirak edənlərə qarşı hüquqi prosedur niyə başlanmır?. Soyqırımın əsas təşkilatçılardan olan Ermənistan prezidenti Serj Sarkisyan, eks-medafiə naziri Seyran Ohanyan, erməni ictimai xadimi Zori Balayan, həmçinin Rusiyanın Xankəndində diskolasiya olunmuş birbaşa mülki əhaliyə qarşı cinayət törətmiş 366-cı motoatıcı alayın komandir heyətinə qarşı Beynəlxalq Haaqa məhkəməsində iddia qaldırılmalıdır. Xocalıda əlil olansağ qalanların ifadəsi bu beynəlxalq tirbunadan eşidilməlidir. Bir məsələyə xüsusi diqqət ayrılmalıdır ki, bu soyqırımın başında duran Serj Sarkisyanla aparılan danışıqlar səmərəsiz və vaxt itkisidir. O, cinayətkardır və xocalılar Ssrkisyandan şikayət etməli və Beynəlxalq Haaqa məhkəməsinin qərarı ilə o, həbs edilməlidir". Məhəmməd Əsədullazadə deyib ki, Xocalı soyqırımının biaskarları istənilən variantlarla aradan götürülməlidir: "Əks-kəşfiyyat idarəsi bu yuxarıda adı çəkilən cinayətkarlara qarşı mübarizə aparmalıdır.

Digər dövlətlərin parlamenti Xocalı faciəsini soyqırım kimi tanıyırsa, bizim Milli Məclis də Xocalı soyqırımını, faciə deyil, soyqırım kimi tanımalıdır. Xocalı genosidi Serbiya tərəfindən boşnaklara qarşı törədilən "Serbinistsa" soyqırımının eynisidir.

Serbinistsa soyqırımının caniləri bir neçə ildən sonra layiqli cəzalarını alsa da, Xocalı soyqırımını törədənlər hələdə azadlıqdadır.Təklif edirəm ki, "Xocali soyqırımı memorial komlpleksi" yaradılsın və dövlət protokoluna salınsın. Həmçinin bu memorial kompleksə " 31 mart azərbaycanlıların soyqırımı" da daxil edilsin. Xarici dövlət başçıları və rəsmiləri ölkəmizə səfəri çərçivəsində "Soyqırım memorialı" ziyarət etsin və soyqırım barədə məlumatlandırılsın. Bu, həm bizim tarximizə verəcəyimiz qiymət və dünyaya ermənilərin xalqımıza qarşı bəşəri cinayətlərini tanıdan bir yer olacaq".

 

Süleyman.

 

Olaylar.-2018.-28 fevral.- S.11.