Azərbaycanın
yeraltı və yerüstü sərvətləri
vəhşicəsinə talan edilir
Beynəlxalq
təşkilatlar isə bütün
bunları görmək, erməni işğalına və erməni
vandalizminə "dur" demək istəmirlər. Azərbaycan XX əsrin
əvvəllərindən bu günə qədər
keçən tarixi dövr
ərzində bir çox
müsibətlər, soyqırım və terrorlar,
kütləvi qətllərlə üzləşib. Çox təəssüflər olsun ki, sivil
dünyanın gözü
qarşısında da azərbaycanlılara
qarşı müasir
dövrümüzdə soyqırımı həyata keçirilib. Tam 26 il əvvəl Xocalıda həyata keçirilən
soyqırımı bunun bariz
nümunəsidir. Araşdırmaçı ekspert, Nazirlər Kabineti Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondunun
aparıcı mütəxəssisi Rövşən Məmmədov
isə qeyd edir ki, hələ XIX əsrin əvvəllərində
Azərbaycan torpaqlarının Rusiya tərəfindən
işğal edilməsindən və ermənilərin
zaman-zaman Şimali
Azərbaycan ərazilərinə köçürülməsindən
sonra azərbaycanlıların
deportasiyası və soyqırımı faciələri
başlayıb. Onun sözlərinə görə, gəlmə ermənilər
azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan
sonra onlara məxsus
maddi-mədəniyyət nümunələrini məhv etməklə
onların izlərini silməyə çalışıb, bu, mümkün
olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin
"qədim ermənilərə" aid
olmaları barədə saxta tarix yazaraq dünya
ictımaiyyətini aldatmağa
başlayıblar: "Tarixdə ilk
erməni dövləti - 1918-ci il mayın
28-də də keçmiş İrəvan
xanlığının ərazisində yaradılıb.
1923-cü il iyulun 7-də
isə vaxtilə İrandan və
Osmanlı imperiyası ərazisindən Qarabağ
xanlığının ərazisinə
köçürülən ermənilərə süni surətdə muxtariyyət hüququ verilməklə Dağlıq Qarabağ Muxtar Vilayəti
yaradılıb. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının
bir hissəsi Ermənistana verilməklə
Naxçıvan torpağı Azərbaycandan, Türkiyə isə
türk dünyasından ayrı
salındı. Qarabağ
ərazisində e.ə. II minilliyə aid
Xocalı-Gədəbəy mədəniyyətini özündə
əks etdirən tarixi mədəniyyət
abidələri var. Bu
ərazi e.ə. IV əsrdən - eramızın
VIII əsrinin əvvəllərinədək Azərbaycan Alban dövlətinin, VIII-XII əsrlərdə
Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin,
Səlcuq imperiyasının və Azərbaycan Eldənizlər
(Atabəylər) dövlətinin, XIII-XV əsrlərdə
Elxanilər (Hülakilər), Qaraqoyunlu və
Ağqoyunlu dövlətlərinin,
1501-1736-cı illərdə Azərbaycan Səfəvilər
dövlətinin, 1748-1821-ci illərdə isə Qarabağ xanlığının tərkibində
olmuşdu". Rövşən
Məmmədov deyir ki,
Sovet hökumətinin apardığı
siyasət nəticəsində Qarabağın dağlıq
hissəsində sayca çoxluq
təşkil edən ermənilər, 1988-ci ilin
əvvəllərində rəsmi Moskvanın bilavasitə təhriki
ilə vilayəti Azərbaycan SSR-dən ayırıb Ermənistan
SSR-ə birləşdirmək niyyəti ilə
separatçı-terrorçu çıxışlara
başladılar: "Bu
çıxışlar bir qədər sonra silahlı münaqişəyə çevrildi. Ermənistanın
Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü
iki ölkə arasında müharibəyə
gətirib çıxardı. Ermənistan onu
himayə edən dövlətlərin birbaşa
hərbi yardımı nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətini
və onun ətrafındakı
rayonları işğal etdi.Ermənistanın
hərbi təcavüzü nəticəsində
Şuşada Alban məbədləri,
Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev
muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə
tarixi-memarlıq və təbiət abidələri işğal edildi. Cəbrayıl rayonu ərazisində
bölgənin çox qiymətli
memarlıq abidələri olan Xudafərin
körpüləri işğal
altındadır. 1991-1994-cü illərdə Ermənistanın
Azərbaycana hərbi təcavüzü nəticəsində
Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun
(Laçın, Kəlbəcər, Ağdam, Füzuli,
Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edildi. 20 min nəfərdən artıq azərbaycanlı
həlak oldu, 4866 nəfər itkin və əsir düşdü,
girov götürüldü.
Təxminən 100 min nəfər
yaralandı, 50 min nəfər müxtəlif
dərəcəli xəsarət alaraq əlil
oldu. Hərbi təcavüz
ölkəmizin 17 min kv.
km. ən məhsuldar torpaqlarının
işğalına, 900 yaşayış məntəqəsinin,
130939 evin, 2389 sənaye və kənd təsərrüfatı
obyektinin, 1025 təhsil və 798 səhiyyə
ocağının, 1510 mədəniyyət müəssisəsinin,
5198 km avtomobil yollarının, 348 körpünün,
7568 km su və 76940 km elektrik xətlərinin
dağıdılmasına səbəb oldu.Erməni
işğalçıları tərəfindən talan edilmiş regionun muzeylərində Azərbaycan
xalqının tarixi və mədəniyyəti
ilə bağlı qiymətli əşyalar, rəssamlıq və mədəniyyət əsərləri, dünya şöhrətli xalçalar,
Azərbaycanın görkəmli şəxsiyyətlərinin
xatirə əşyaları və digər qiymətli materiallar toplanmışdı. İşğal
olunmuş ərazilərdə Azərbaycanın
mədəni irsini təşkil edən mədəniyyət
obyektləri xüsusi qəddarlıqla
məhv edildi. Ələ keçirdikləri
ərazilərdə 12 muzey, 6 rəsm
qalereyası, tarixi əhəmiyyətli 9 saray qarət edilmiş və
yandırılmışdır. Nadir tarixi əhəmiyyətli 40 min
muzey sərvəti və eksponatı talan olundu. İşğal
olunmuş ərazilərdə qalan 152 ibadət yeri, məbəd,
o cümlədən 62 məscid erməni
təcavüzünün qurbanına çevrildi.
Dağıdılan və yandırılan 927 kitabxanada
4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edildi". Ekspert deyir ki,
Dağlıq Qarabağ bölgəsində
və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni
təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş
sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının
misilsiz mədəniyyət nümunələridir:
"Əhaliyə vurulmuş mənəvi-psixoloji
zərbə ilə yanaşı, ilkin hesablamalara görə, Ermənistan Silahlı
Qüvvələrinin təcavüzü nəticəsində
Azərbaycan iqtisadiyyatına 300 milyard
ABŞ dollarından çox ziyan dəymişdi.
Bu
gün Şuşa rayonunun 39 ərazi vahidi, Ağdam rayonunun 138 ərazi
vahidindən 80-i, Kəlbəcər rayonunun
147 ərazi vahidi, Xocalı rayonunun 52 ərazi vahidi,
Xocavənd rayonunun 83 ərazi vahidindən
10 azərbaycanlı kəndi, Laçın rayonunun
127 ərazi vahidi, Qubadlı rayonunun 94 ərazi vahidi, Zəngilan
rayonunun 85 ərazi vahidi,
Cəbrayıl rayonunun 97 ərazi
vahidindən 96-sı, Füzuli rayonunun 100 inzibati ərazi
vahidindən 54-ü, Tərtər rayonunun
77 ərazi vahidindən 13-ü, Qazax rayonunun 7, Naxçıvan Muxtar
Respublikasının 1 yaşayış məntəqəsi Ermənistan
silahlı qüvvələrinin işğalı
altındadır. Bunlardan əlavə, Dağlıq Qarabağla
və Ermənistanla həmsərhəd olan
Ağcabədi rayonunda 1 kənd, Gədəbəy
rayonunda 2 kənd, Tovuz
rayonunda 8 kənd, Naxçıvan Muxtar Respublikasında 1 kənd Ermənistanın
hərbi təcavüzü nəticəsində ziyan çəkib.
Şuşa,
Ağdam, Füzuli Cəbrayıl,
Zəngilan və Qubadlı şəhərləri Ermənistan
silahlı qüvvələri tərəfindən tamamilə viran və talan edilib. Laçın və Kəlbəcər
şəhərlərində Ermənistandan və xaricdən köçürülüb gətirilən
ermənilər məskunlaşdırılıb. Ağdam və Füzuli
şəhərlərinin bugünkü
görünüşləri 1945-ci ildə atom
bombası ilə dağıdılan Xirosima
və Naqasaki şəhərlərini
xatırladır". Rövşən Məmmədov
bildirib ki, tarixi Azərbaycan ərazisi olan
indiki Ermənistan ərazisində mindən
artıq azərbaycanlı yaşayış məntəqəsi,
yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər,
mavzoleylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü
abidələr və s. mövcud olub: " XX əsrdə ermənilərin azərbaycanlılara
qarşı apardıqları etnik təmizləmə
və tarixi abidələrə
qarşı həyata keçirilən vandallıq aktları nəticəsində
monoetnik erməni dövləti yaranıb,
azərbaycanlıların varlığını özündə
əks etdirən bütün
tarixi-memarlıq abidələri yer
üzündən silinib, qəbiristanlıqlar
dağıdılıb. XX əsrin əvvəllərində
İrəvan quberniyası ərazisində 310 məscid qeydə
alındığı halda, bu gün Ermənistan ərazisində
yalnız bir məscid - Göy
məscid qismən salamat
qalmışdır ki, onu
da xarici qonaqlara "fars" məscidi
kimi təqdim edirlər. 1988-1989-cu illərdə Ermənistanın
22 rayonundan (170 sırf azərbaycanlı
və 94 ermənilərlə qarışıq
yaşayış məntəqələrindən) 250 minə
yaxın azərbaycanlı deportasiya edildi. Bununla da tarixi Azərbaycan
torpaqlarında monoetnik erməni dövlətinin
əsası qoyuldu. Azərbaycanlıların
qoyub getdikləri yaşayış məntəqələrindəki
234 məktəb, 214 kitabxana, 268 mədəniyyət
müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət
evi ermənilərin əlinə keçdi. Azərbaycanlılara
məxsus 223 qəbiristanlıq, 49 məscid, 68
tarixi-memarlıq abidəsi tədricən erməni
vandalları tərəfindən səssiz-səmirsiz
dağıdılır.İstər Azərbaycanın işğal edilmiş ərazilərində,
istərsə də Ermənistan respublikası ərazisində
azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və
yer üzündən silinməsi prosesi bu gün
də erməni vandalları tərəfindən davam etdirilir. İşğal altındakı ərazilərdəki
Azərbaycanın yeraltı və yerüstü
sərvətləri vəhşicəsinə talan
edilərək Ermənistana daşınır. Beynəlxalq
təşkilatlar isə bütün
bunları görmək, erməni işğalına və erməni
vandalizminə "dur" demək istəmirlər. "Erməni vandalizmi:
əsirlikdə olan Azərbaycan abidələri"
adlı elektron layihədə
toplanılmış materiallarda dünyaya özlərini mədəni xalq kimi göstərməyə
çalışan ermənilərin əsl simaları əyanı
şəkildə görünür".
Məhəmməd
Olaylar.-2018.-28 fevral.-S.10.