Türkiyəli millət vəkili:
“Xocalı Soyqırımı ilə bağlı Məclisimizdə
qərar qəbul etməliyik”
"İlk
öncə Xocalı qətliamında həyatını itirən
bütün şəhidlərimizi rəhmətlə və
minnətlə anıram. Körpə, uşaq demədən
qardaşlarımızı, soydaşlarımızı qətl
edən zalımları şiddətlə qınayıram.
Şəhidlərimizi unutmadıq". Bu sözləri Türkiyənin AK
Partiyasından olan millət vəkili Hasan Turan
açıqlamasında bildirib. Türkiyəli millət vəkili
törədilən cinayətin cəzasız
qalmayacağını deyib:"Bir gün mütləq bu cinayətin
cəzası sorulacaq. Biz bu yolda hər cür bədəli
ödəsək də, əsla davamızdan, vətənimizdən
və inanclarımızdan vaz keçməyəcəyik. Nə
edirlərsə, etsinlər, istər ermənilər, istərsə
də onların arxalarında dayanan güclər, biz iki
dövlət, bir millət kimi hər zaman
soydaşlarımzın, qardaşlarımızın dərdlərini
öz dərdimiz, sıxıntılarını öz
sıxıntımız, acılarını öz
acımız olaraq görürük. Tarixdə
uğradığımız zülmləri əsla
unutmarıq. Unutmanın tora düşmək anlamında
olduğunu bilirik. Bu səbəbdən təkrar zalimlərin
toruna düşməmək üçün hər zaman bu
cür olayları anmağa, xatırlamağa, şəhidlərimizin
bizə buraxdığı əmanəti ən müqəddəs
varlığımız olaraq görüb, yüksəkdə
tutmağa davam edəcəyik. Beləliklə Xocalı qətliamı
başda olmaqla, tarix boyunca Azərbaycan xalqı və türk
millətinə yönələn, işlənən cinayətləri,
törədilən qətliamları unutmadıq,
unutmayacağıq".
Millət vəkili
Türkiyən Böyük Millət Məclisində Xocalı
Soyqırımı ilə bağlı qərar qəbul edilməsinin
vacibliyini vurğulayıb: "Həm Xocalı qətliamı,
həm də bunun şəxsində bizim millətimizə
qarşı baş verən cinayətlərin dünyaya
çatdırmaq baxımından bu tip qərarların
alınmasının anlamlı olduğunu
düşünürəm. Necə ki, keçmişdə
millətimizə arxadan xəncər vurmaqla, bizə
qarşı çalışırlarsa, bizlər də bu
iddialarda bulunanların zülmlərini dünyaya
çatdırmalı və Məclisimizdə qərar
altına almalıyıq. Bir daha qeyd edim ki, Cümhur
başqanımız başda olmaqla dövlət rəsmilərimiz,
AK Parti və digər partiyaların rəhbərləri
Xocalı Soyqırımını, bu zülmləri, cinayətləri
şiddətlə qınayır, gündəmdə tutur və
tutmağa da davam edəcəyik. Lakin bütün bunları
dünyaya çatdırmaq üçün Məclisdə qərar
qəbul edilməsinin gərəkliyini vurğulayır və
şəxsən Türkiyə millət vəkili kimi öz
adımdan hər zaman dəstəkləyirəm və bu haqda
üzərimizə düşən nə lazımdırsa
görəcəyik".
Olaylar.-2018.-
27 fevral.-S.2.