Xocalı soyqırımını
törədənlər niyə cəzasız qalıblar?
Beynəlxalq hüquq
cinayətkarların cəzalandırılmasına imkan verir
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi iş aparılır. Etiraf edilməlidir ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət kampaniyası" bu gün də davam etdirilir və uğurlu nəticələr əldə edilib. Məhz görülən işlərin nəricəsidir ki, bu gün Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Panama, İordaniya və Rumıniya tanıyır. İndiyədək ABŞ-ın 21 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidələr ucaldılıb. Lakin erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım faktlarını beynəlxalq aləmə çatdırılması üçün bununla kifayətlnmək olmaz. Elə bu səbədən də Milli Məclis Xocalı soyqırımının törədilməsindən 25 illiyi ilə bağlı qanun layihəsi hazırlayır. Sənəd soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərini əhatə edir. Belə bir qanun layihəsinin hazırlanmasında əsas məqsəd ədalət mühakiməsinin təşkil edilməsidir. Vitse-spiker Bahar Muradova deyib ki, Azərbaycan Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi üçün Beynəlxalq Hərbi Tribunala müraciət edəcək: "Azərbaycan Ermənistanın cəzalandırılması üçün Beynəlxaq Hərbi Tribunala müraciət edəcək. Xocalı soyqırımının törədilməsindən 26 il keçir və hələ də onu törədənlərə heç bir cəzalar verilməyib". Milli Məclisin deputatı Asim Mollazadə qeyd edib ki, Xocalı soyqırımını törədənlərin əksəriyyəti bu gün Rusiyada yaşayır və oranın vətəndaşlarıdır: "Bu, heç kimə sirr deyil. Həmin cinayətkarlar Rusiyada yaşayaraq, hətta iri bizneslə də məşğuldurlar. Biz hazırda Rusiyada yaşayan Xocalı soyqırımını törədənləri Rusiyadan mütləq almalıyıq. Beynəlxalq hərbi tribunallara müraciət etməklə yanaşı, Rusiyadan cinayətkarları tələb etməliyik. Beynəlxalq hüquqşünaslar səviyyəsində Xocalı cinayətkarlarını Rusiyadan aldıqdan sonra onlarla bağlı hərbi tribunal keçirə bilərik". Millət vəkili Qüdrət Həsənquliyev hesab edir ki, Azərbaycan Xocalı soyqırımı günahkarlarının cəzalandırılması ilə bağlı qiyabi də olsa məhkəmə prosesi keçirib, cinayətkarlar barədə məhkmə hökmü çıxarmalıdır. Çünki, bu məsələ Azərbayan üçün aktualdır. Ona görə də Azərbaycan cəmiyyəti Xocalı ilə bağlı hansı addımları atmalıdır və nə etməlirdir gözləntiləri yollarını axtarmalıdır. İndiyədək də Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə qoşulmayıb. Azərbaycan BMT TŞ-nın üzvü və sədri olduğu müddətdə də bu məsləni gündəmə gətirərək Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmayıb. Ona görə də 26 ildir Xocalı soyqırımı ilə bağlı cinayət işi gedir və nəticə yoxdur. Heç olmasa qiyabı məhkəmələr təşkil olunmalı və onlar barəsində hökm çıxarılmalıdır. Məhkəmənin bu qərarı XİN tərəfindən BMT TŞ-nın Baş katibinə təqdim etməlidir". Millət vəkilinin fikrincə, Azərbaycan ona görə Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq istəmir və BMT səviyyəsində qaldırmaq istəmir ki, nəticəni bilir: " Azərbaycan yaxşı anlayır ki, ABŞ və Rusiya ermənipərəst mövqe nümayiş etdirir, bu ölkələrdə islamafobiya var, Rusiya isə Ermənistanən hərbi müttəfiqidir. Reallaqıları bildiyimizdən bunu etmirik". Q.Həsənquliyev deyib ki, belə vəziyyətdə Azərbaycan özünə hərbi müttəfiq axtarmalıdır: "Azərbaycan hansısa hərbi blokun üzvü olmalı və özünə müttəfiq axtarışına çıxamalıdır. Əks halda vəziyyət elə də asan olmayacaq".
Millət vəkili
Musa Quliyev deyib ki, Xocalı
soyqırımını dünya ictimaiyyətinin
diqqətinə kifayət qədər
çatdırmışıq. Xüsusilə, Ümummilli
Lider Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra bu
məsələyə çox ciddi diqqət yönəldilib. Deputatın
sözlərinə görə, ilk dəfə
olaraq Ulu Öndərin
təklifi, təşəbbüsü ilə Milli
Məclis bu məsələni müzakirə
edib və qərar qəbul edib: "Ondan sonra bir neçə dəfə
Milli Məclis tərəfindən qərarlar
qəbul olunub. Eləcə də hökumətin
müxtəlif qərarları olub və cənab
Prezident İlham
Əliyevin Sərəncamları olub. Bundan sonra hər il Prezident
Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin əmri
ilə Komissiya yaranır, işlər görülür və ölkə daxilində
maarifləndirmə işləri aparılır. Həmçinin
Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən dərsliklərdə Xocalı
soyqırımı məsələsi öz
əksini tapıb. Məktəblərdə daim
bu barədə təbliğat işləri
görülür. Televiziyalarımız,
kütləvi informasiya vasitələrimiz
lazımi işlər görürlər. Eyni
zamanda ölkə xaricində də
Xocalını tanımaq və tanıtmaqdan ötrü,
eləcə də Azərbaycan xalqına qarşı erməni
soyqırımını pisləmək və ona
qiymət verməkdən ötrü də
ardıcıl tədbirlər görülür.
Bu istər Milli Məclisin,
Azərbaycan Xarici İşlər Nazirliyinin, istərsə də qeyri-hökumət
təşkilatlarının xətti ilə baş
tutur. Məhz bunun da nəticəsidir ki,
dünyanın artıq 12 dövləti öz
parlamentlərinin qərarı səviyyəsində
Xocalını soyqırım aktı kimi
tanıyıblar və bu
soyqırımı pisləyən bəyanatlar qəbul ediblər.
ABŞ-ın 30-a yaxın ştatı artıq Xocalı qətliamını
soyqırımı kimi qəbul edib. Bu proses davam edir.
Təbii
ki, bu çətin
bir prosesdir. Bunu qısa müddət ərzində bütün
dünyaya yaymağın
özü belə həm çətin, mürəkkəb işdir,
həm də bildiyiniz kimi bizim əleyhdarlarımız
var. Buna baxmayaraq cənab
Prezidentin iradəsi ortadır. Azərbaycan xalqı öz
haqqını tələb
edir və dünyanı bu məsələyə cəlb
etməkdə haqlıdır.
Bu tək Azərbaycan
xalqının haqqı
demək deyil, həm də sülhsevər bəşəriyyətin
haqqı və eyni zamanda vəzifəsidir
ki, dünyada Xocalı kimi soyqırımları bir daha təkrar olunmasın. Vətəndaşları, insanları milli, dini mənsubiyyətinə
görə qətl etməsinlər. Məhz buna
görə dünyanın
Xocalıya qiymət verməsi lazımdır.
Xocalı soyqırımını törədənlərin cinayət
məsuliyyətinə cəlb
olunması lazımdır".
Xatırladaq ki, Xocalı soyqırımı
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Ermənistan silahlı qüvvələri
tərəfindən Rusiyanın
366-cı motoatıcı alayının
iştirakı ilə
Xocalı şəhərini
işğal edərkən,
etnik azərbaycanlılara
qarşı baş vermiş soyqırımdır.
Xocalı Ermənistan dəstələri
tərəfindən zəbt
olunduqdan sonra orada qalan mülki
əhali deportasiya olundu. Bu əməllər
mütəşəkkil formada
həyata keçirildi.
Deportasiya olunan əhalinin
əksəriyyəti Xankəndidə
saxlanıldı və
bu barədə
"DQR" hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc
əhalinin, o cümlədən
qadınların girov kimi tutulması və saxlanılması
"DQR" hakimiyyətinin Xocalının bütün
dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə
qaytarmağa hazır olması ilə bağlı bəyanatları
ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti
kəskin dərəcədə
qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə
qarşı zorakılıq
tətbiq edilmişdir.
Xocalı sakinləri qanunsuz
olaraq mülkiyyətlərindən
məhrum edildi, onların əmlakı Xankədidə və ətraf məntəqələrdə
məskunlaşan şəxslər
tərəfindən mənimsənildi.
"DQR" hakimiyyəti həmçinin şəhərdən
çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus
evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə
məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.
Xocalıya hücumda Müstəqil
Dövlətlər Birliyinin
ordusuna məxsus olan 366-cı motoatıcı
alayın hərbçiləri
iştirak etmişdir.
"Memorial" hüquq müdafiə mərkəzinin
qənaətinə görə,
MDB hərbiçilərinin münaqişə regionunda
hərbi əməliyyatlarda
və döyüş
fəaliyyətlərində iştirakı faktı, həmçinin münaqişə
tərəflərinin birləşmələrinə
hərbi əmlakın
verilməsi faktları
üzrə xüsusi araşdırmalar aparılmalıdır.
Xocalı soyqırımı
nəticəsində 63-ü uşaq, 106-sı qadın,
70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən
birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb.
1275 nəfər əsir götürülüb.
Girov götürülənlərdən
150 nəfərinin, o cümlədən
68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Hazırda Xocalı soyqırımının
tanınması Azərbaycanın
xarici siyasətinin əsas istiqamətlərindən
biri kimi müəyyənləşdirilib.
Alim
Olaylar.- 2018.- 23 fevral.-
S.11.