Regional proqramlar
Hacıqabul rayonunda
bütün istiqamətlər
üzrə inkişafa səbəb olub
Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramları respublikanın
hər bir bölgəsində uğurla icra edilərək
müsbət nəticələrə səbəb olub. Ötən 14 il ərzində icra edilən bu proqramlar nəticəsində hər bir bölgənin siması əsaslı dərəcədə
dəyişib, infrastruktur yaradılıb,
turizm zonası olan rayonlarla turizm sektoru inkişaf etdirilib, yeni təhsil və
shiyyə müəssisələri, mədəniyyət
ocaqları tikilib istifadəyə verilib. Regional proqramlar çərçivəsində
bölgələrdə açılan yeni-yeni
iş yertləri əhalinin sosial rifah halının
yüksəldilməsi ilə yanaşı, eyni
zamanda işsizlik səviyyəsinin
azalması, hətta aradan qalxmasına gətirib
çıxarıb. Bölgələrdə yeni-yeni
iş yerləri açılan istehal müəssisələri, fabriklər,
şirkətlər hesabına yaradılıb ki,
bu da ümumilikdə
hər bir bölgədə istehsalın, Ümumi Daxili Məhsulun
artımını şərtləndirib.
Respublikanın hər bir bölgəsi kimi Hacıqabul rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra edilib və sözügedən proqramların icrası çərçivəsində bütün istiqamətlər üzrə müsbət tendensiya qeydə alınıb. Belə ki, 2004-cü ildən uğurla icra edilən və hazırda üçüncü mərhələsi davam edən Dövlət Proqramı nəticəsində Hacıqabul rayonunda ümumi məhsul buraxılışının həcmi 229033,3 min manat olub ki, əvvəlki illərlə müqayisədə 68874,5 min manat və ya 43,0 faiz çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 76,4 faiz təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz çoxdur. Kənd təsərrüfatı məhsulunun həcmi 100135,0 min manat, sənayedə məhsul buraxılışının həcmi 12421,8 min manat, ticarətdə məhsul buraxılışının həcmi 62934,0 min manat olub.
Bu müddətdə pərakəndə əmtəə dövriyyəsi 23620,0 min manat və ya 15,8 faiz artaraq 173120,0 min manat, iaşə dövriyyəsi 335,0 min manat və ya 13,0 faiz artaraq 2905,0 min manat, əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi 2106,0 min manat və ya 10,0 % artaraq 23186,0 min manat təşkil edib. Nəqliyyatda məhsul buraxılışının həcmi 90,4 min manat və ya 3,9 faiz artaraq 2400,0 min manat, yük daşınmalarının həcmi 7,0 min ton və ya 3,4 faiz artaraq 213 min ton, sərnişin daşınmalarının həcmi 138 min nəfər və ya 3,6 faiz artaraq 4018 min nəfər olub. Rabitə xidmətinin həcmi isə 464,2 min manat təşkil edib.
Təkcə 2017-ci ildə Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 50773,9 min manat olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır. 2017-ci ilin məhsulu üçün 14409,0 hektar sahədə taxıl əkilib ki, bu da 2016-cı ilin taxıl əkini ilə müqayisədə 616 hektar artıqdır. Taxıl əkininin 7478 hektarını buğda, 6931 hektarını isə arpa əkini təşkil edib. 14409,0 hektar taxıl sahəsindən 44861 ton məhsul əldə edilib. İstehsal olunmuş taxılın 24136,0 tonunu buğda, 20725 tonunu arpa təşkil edir. Məhsuldarlıq buğda bitkisi üzrə 32,28, arpa bitkisi üzrə isə 29,9 sentner olub.
Hesabat dövründə 828 hektar sahədə bostan, 427 hektar sahədə tərəvəz, 807 hektar sahədə qarğıdalı, 42 hektar sahədə kartof, 1203,9 hektar sahədə pambıq, 667 hektar sahədə yonca, 556 hektar sahədə şəkər çuğunduru, 156 hektar sahədə soya bitkisi olmaqla cəmi 4686,9 hektar sahədə yazlıq əkin aparılıb ki, bu da keçən ilin müvafiq dövrünün yazlıq əkinləri ilə müqayisədə 585,0 hektar çoxdur.
Hesabat dövründə 6796 ton tərəvəz,
8792 ton meyvə, 261 ton üzüm,
461 ton kartof, 9978 ton yonca,
25129 ton şəkər çuğunduru
istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə
meyvə istehsalı
7,0 ton, üzüm istehsalı
3,0 ton, kartof istehsalı
22,0 ton, qarğıdalı istehsalı 2739,0 ton, şəkər
çuğunduru istehsalı
24351,0 ton çox olub.
Regional proqramların uğurlu
icrası çərçivəsində
rayonda heyvandarlıq məhsulları istehsalında
da artım qeydə alınıb. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə süd
istehsalı 7 ton artaraq
12392 tona, yumurta istehsalı 21 346 min ədəd
və ya 9,1 faiz artaraq 257226 min ədədə çatıb.
Rayon üzrə iribuynuzlu
heyvanların baş sayı 371 baş və ya 0,1
faiz artaraq 38635 başa, xırda buynuzluların sayı isə 1139 baş və ya 0,8 faiz artaraq 136625 başa çatıb. Hesabat dövründə 6468 ton diri
çəkidə ət
istehsal edilib. Yun istehsalında da artım qeydə alınıb. Belə ki,
ötən ilin mövsüm dövrü ilə müqayisədə
yun istehsalı 3 ton artaraq 228 tona çatıb.
"Aqrolizinq" vasitəsilə
bu ilin 9 ayı ərzində kənd əməkçilərinə
568,5 ton müxtəlif növ
mineral gübrələrin və
ziyanvericilərə qarşı
3,550 ton kimyəvi preparatların
70 faiz güzəştlə
satışı həyata
keçirilib.
Hesabat dövründə 765 nəfər
buğda istehsalçısına
55334,70 manat, 2312 nəfər
kənd təsərrüfatı
məhsullarının istehsalçısına
əkin sahələrinin
becərilməsində istifadə
etdikləri yanacaq və motor yağlarına
görə hektarına
50 manat olmaqla 1000025,70
manat subsidiya verilib. Subsidiyaların verilməsi işinə
ciddi nəzarət olunub və dəqiqləşdirmələr aparılmaqla həyata keçirilib.
Hesabat dövründə
2018-ci ilin məhsulu üçün 21540 hektar
sahədə şum aparılıb. Əkinlərin su təminatının
yaxşılaşması üçün
rayon Suvarma Sistemləri
idarəsi tərəfindən
163 km-ə yaxın magistral
və təsərrüfatdaxili
kanallarda lildən təmizləmə işləri
yerinə yetirilib.
Əkinlərin suvarılması
üçün su mənbələrindən 85,11
milyon metr3 su götürülmüş, su
ayrıclarından Sudan İstifadəedənlər
Birliklərinə 64,31 milyon
metr3 su verilib.
Baş Şirvan
Kollektorunun İstismarı
İdarəsi tərəfindən
Hacıqabul rayonunun təsərrüfatdaxili və
təsərrüfatlararası kollektor-drenaj şəbəkələrində
uzunluğu 18360 pm olmaqla
45980 metr3 həcmində lildən
təmizləmə işləri
aparılıb. Baş Şirvan Kollektorunun
Hacıqabul rayonu ərazisindən keçən
hissəsində 10240 pm lildən
təmizlənmə işləri
görülüb, işin
həcmi 25740 metr3 olmuşdur.
K 2 və K 3 nasos
stansiyalarında təmir
işləri aparılaraq
saz vəziyyətə
gətirilib.
"Regionların sosial-iqtisadi inkişafı" Dövlət
Proqramının icrası
çərçivəsində Muğan, Padar qəsəbələrində və
Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin
etmək məqsədilə
53,95 km ümumi uzunluğu
və 5 kub metr saniyə su tutumu olan
Hacıqabul Magistral kanalında işlər davam etdirilib. Hazırda magistral kanalın 28,2 km-lik hissəsi və Padar-Qarasu ərazisində
müxtəlif sərfiyatlı
21,2 km təsərrüfat daxili
qol kanallar tikilib başa çatdırılıb. Bu kanallar ilə cari təsərrüfat ilində ümumilikdə
5980 ha əkin sahələrinin
suvarma suyu ilə təmin edilməsi həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin kənd təsərrüfatının daha
da inkişaf etdirilməsi məqsədilə
verdiyi tapşırıq
və tövsiyələrin,
qarşıya qoyduğu
vəzifələrin həyata
keçirilməsi, pambıq
istehsalının artırılması,
baramaçılığın inkişafı, yeni aqroparkların salınması
və investisiyaların
cəlb edilməsi istiqamətində rayonumuzda
bir sıra işlər görülmüş
və bu işlər hal hazırda da davam etdirilməkdədir.
Bu məqsədlə rayonda
1203.9 ha sahədə pambıq
əkilib ki, bu da keçən
ilin pambıq əkinindən 677.9 ha və
ya 2,3 dəfə
çoxdur. 800 ha sahədə
pambıq əkilməsi
üçün 26 istehsalçı
ilə "MKT İK" MMC arasında, 403,9 ha sahədə pambıq əkilməsi üçün
32 istehsalçı ilə
"Hacıqabul KT" MMC arasında
müqavilələr bağlanıb.
Rayonda baramaçılığın
inkişafı da mühüm əhəmiyyət
kəsb edən sahələrdən biridir. Bu məqsədlə hələ
2016-cı ilin payızında
rayon ərzisində 28 000 ədəd
tut (çəkil) ağacı
əkilib, tinglərə
aqrotexniki qaydada qulluq edilir, becərilir və vaxtında suvarılır.
Bu il rayonda
ilk dəfə olaraq kümçülər tərəfindən
250 kq barama istehsal edilib.
Rayonda aqroparkların
yaradılması istiqamətində
bir sıra işlər həyata keçirilib.
Rayonun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması üçün 30 000 hektar torpaq sahəsinin otlaq kateqoriyasından əkin kateqoriyasına dəyişdirilməsi barədə Hacıqabul rayon İcra Hakimiyyətinin aidiyyəti nazirliklərlə razılaşdırılmış təklifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 528s nömrəli 05 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə qəbul edilib. Həmin ərazidə pivot suvarma sistemləri tətbiq etməklə iri aqroparkların yaradılması nəzərdə tutulur. Hazırda ərazinin 10 000 hektarlıq hissəsini suvarma suyu ilə təmin edəcək layihə hazırlanaraq tikintisinə başlanılıb. Tikinti işləri "Azərsu" ASC tərəfindən həyata keçirilir.
Padar, Qarasu ərazisində olan 10000 hektar əkinə yararlı iri münbit torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədi ilə 27 km uzunluğunda 1400 mm-lik boru xətlərindən istifadə etməklə 17,152 km uzunluğunda magistral suvarma kanalının çəkilməsi nəzərdə tutulub. Magistral kanal 10 km məsafədə iki xətli, təxminən 7 km məsafədə bir xətli olacaqdır. Tikintinin layihə-smeta sənədləri işlənib başa çatdırılaraq ekspertizaya təqdim olunmuşdur. Magistral kanalın neft və qaz kəmərlərindən, dəmir yolu xəttindən və avtomobil yolundan keçən hissələri ilə bağlı texniki şərtlər alınıb. Borular tədarük olunaraq montaj işləri aparılmış və 25,5 km uzunluğunda metal boruların montajı başa çatdırılıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 7-9 iyul.- S.15.