Yol infrastrukturunun
bərpası turizmin və
kənd təsərrüfatının
inkişafına təkan verir
Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramlarında yer alan
genişmiqyaslı sosial-infrastruktur layihələr arasında
yol infrastrukturunun yenidən qurulması xüsusi önəm
daşıyır. Bu çərçivədə
Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi respublika
üzrə bütün rayonları əhatə
edən magistral, respublika
və yerli əhəmiyyətli yollarda geniş yenidənqurma
işləri aparır.
Hacıqabul rayonunda bu layihələrdən 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12.2 km olan yolların əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə dava etdirilir. Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 84-cü km-dən ayrılan və uzunluğu 2.1 km olan Atbulaq kəndinin, magistralın 87-ci km-dən ayrılan və uzunluğu 2.5 km olan Qızılburun kəndinin və magistralın 103-cü km-dən ayrılan ümumi uzunluqları 7.6 km olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarıdır. Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 11 min nəfər əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq. Çünki yollar uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətədaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu. Tikinti layihəsi uyğun olaraq yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 18 yerdə müxtəlif diametrlərə malik dəmir-beton boruların tikintisi işləri də aparılıb. Bundan başqa layihə çərçivəsində Qızılburun və Rəncbər kəndlərinə gedən yolların üzərində yerləşən mövcud 12 metr uzunluğa malik körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub.Torpaq yatağının tikintisindən sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa edilib. Texnoloji ardıcıllığa əsasən növbət mərələdə yollara 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Qeyd olunan işlər ümumilikdə yolların 70 min kv.m-dən çox sahəsində aparılacaq. Asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür. Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə və sürətlə aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
Regionlarn sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası çərçivəsində Azərbaycanda həyata keçirilən yol layihələri avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır. Ümumilikdə bu layihələr hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərir və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirir. Bu istiqamətdə icra olunan layihələrdən biri də respublika əhəmiyyətli Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin əsaslı şəkildə yenidən qurulmasıdır. 3-cü texniki dərəcəli olan Şamaxı-Çöl Göylər-Padar-Sabirabad avtomobil yolunun Padar-Sabirabad hissəsinin uzunluğu 26 km-dir. Sözügedən hissə müasir görkəmdə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. Padar-Sabirabad avtomobil yolunun asfalt-beton örtüyü aşınmaya, torpaq yatağı təbii hava şəraiti və ağır texnikaların hərəkəti altında dağılmaya məruz qalmışdı, uzun müddət ərzində təmir olunmadığından yol boyu çalalar əmələ gəlmişdir ki, bunun da nəticəsində örtük dağılmaqda davam edirdi, yağış sularının axıdılması üçün maililiklər normaya uyğun deyildi və bəzi yerlərdə çökmələr-deformasiyalar yaranmışdı. Bunların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən torpaq yatağının qazılıb çıxarılması və əvəzinə karxanadan yararlı materialın tökülərək kipləşdirilməsi, ardınca isə asfalt-beton örtüyünün tikintisi işləri həyata keçirilib.Yenidənqurma işləri çərçivəsində 280 min kub.m həcmdə yolun qabarmış və çökmüş hissələri qazılaraq çıxarılıb, 200 min kub.m həcmdə isə yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri aparılıb. Bundan başqa karxana çınqıl materialı ilə torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması, avtoqreyderlə yayılaraq kipləşdirilməsi işləri də görülüb. Bu işlərin həcmi isə 85 min kub.m təşkil edir. Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsası inşa edilib. Əsasın alt qatının tikintisi 25 sm hündürlükdə karxana qum-çınqıl materialı ilə, alt qatının tikintisi isə 18 sm qalınlıqda optimal tərkibli qırmadaş qum-çınqıl qarışığı ilə aparılıb. Bu işlər ümumilikdə 300 min kv.m-dən çox sahəni əhatə edib. Bunun ardınca isə yol geyiminin tikintisi üçün yol boyu 182 min kv.m sahədə 3 laydan ibarət və 17 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi, 125 min kv.m sahəni əhatə edən ərazidə isə çiyinlərin 17 sm hündürlükdə optimal-çınqıl materialı ilə bərkidilməsi işləri görülüb.Tikinti norma və standartlarına uyğun olaraq yararsız vəziyyətə düşmüş suötürücü dəmir-beton boru başlıqları təmir olunub, Kür çayı və Şirvan kollektoru üzərində yerləşən körpülərin yararsız vəziyyətə düşmüş məhəccərləri və beton səki daşları yeniləri ilə əvəz edilib.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilən yenidənqurma işlərinin sonuncu mərhələsində, hərəkətin normal təşkili üçün 720 ədəd siqnal dirəyi, 50 ədəd yol nişanı və göstəricilər, 26 ədəd km göstəricisi quraşdırılıb, yolun üfiqi nişanlanma xətləri çəkilib. Qeyd edək ki, Padar-Sabirabad avtomobil yolu respublikamızın regionları və rayonları rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, iki magistral yolu, Bakı-Ələt-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi və Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yollarını birləşdirməklə tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illərdə yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər kənd yollarının yenidən qurulmasını da geniş əhatə edir. Belə layihələrdən biri də Qusar rayonu ərazisində gerçəkləşdirilir. Bu Köhnə Xudat-Həzrə marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən və 21 km uzunluğa malik avtomobil yoludur.Köhnə Xudat-Həzrə avtomobil yolu 4-cü texniki dərəcəlidir. Uzun müddət təmir olunmadan istismarı və təii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu deformasiyaya uğramış hissələr 1400 min kub.m həcmdə qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 3100 kub.m həcmdə yolun torpaq yatağının təmiri və bərpası işləri aparılıb, yolun normativ eninin alınması üçün dağ yamacları kəsilib, yolun torpaq yatağı genişləndirilib.Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 170 min kv.m sahədə yol əsasın alt və üst layının 22 sm qalınlıqda karxana çınqılı və optimal-çınqıl qaışığı ilə tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 124 min kv.m sahəni əhatə edəcək. 42 min kv.m sahədə isə optimal çınqıl qarışığından 10 sm qalınlığında bərkidilməsi, həmçinin 180 kv.m giriş-çıxış yolunun təmiri işləri aparılacaq.Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 3 km uzunluğunda yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb.Yol boyu mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranmışdı. Bu səbəbdən 60 paqon-metr uzunluğunda və diametri 0.7 metr olan yeni dəmir-beton boruların quraşdırılması işləri də aparılır.Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu 76 ədəd yol nişanı və məlumatverici lövhə, 21 km göstəricisi, 680 ədəd siqnal dirəkləri quraşdırılacaq, 63 km uzunluqda üfiqi nişanlanma xətləri çəkiləcək. Köhnə Xudat-Həzrə avtomobil yolu sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 21.5 min əhainin yaşadığı 21 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 10 iyul.- S.15.