Regional proqramlar şəhər
və rayonların
simasını dəyişib
Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramları respublikanın
hər bir bölgəsində uğurla icra edilməkdədir.
Ötən 14 il ərzində icra edilən bu proqramlar nəticəsində
ölkənin siması tamamilə dəyişib, yerlərdə
yeni-yeni layihələr həyata keçirilib, çoxlu sayda
infrastruktur layihələri reallaşdırılıb, istehsal
müəssisələri yaradılıb. Paralel olaraq əhalinin
sosial və kommunal problemlərinin həlli istiqamətində
də kifayət qədər işlər görülüb.
Respublikanın
hər bir bölgəsində olduğu kimi İmişli
rayonunda da Dövlət Proqramları uğurla icra edilib,
uğurlu nəticələr əldə edilib. Hər bir
Dövlət Proqramı kimi 2014-2018-ci illəri əhatə edən
üçüncü Dövlət Proqramı çərçivəsində
də İmişli rayonunda kifayət qədər işlər
görülüb. Belə ki, aparılan genişmiqyaslı
iqtisadi islahatlar, eləcə də Dövlət
Proqramının uğurlu icrası nəticəsində
İmişli rayonunun sosial-iqtisadi inkişafında da
yaxşı nəticələr əldə olunub. Bålə ki, iqtisàdiyyàtın əsàs sàhələri üzrə 172694900 mànàtlıq məhsul iståhsàl ådilib və yà õidmət göstərilib ki, înun 61245400
manatı və ya 35.5 faizi sənaye, 59696000 manatı və ya 34.6 faizi kənd təsərrüfàtı, 7816900 mànàtı və ya 4.5 faizi tikinti, 39214500
mànàtı və 22.7 faizi ticàrət və iàşə, 4432900 mànàtı və
ya 2.6 faizi nəqliyyat, 289.200 mànàtı və ya 0,1 faizi ràbitə müəssisələrinin payına
düşür. Göründüyü kimi rayon
iqtisadiyyatında əsas yeri sənaye
və kənd təsərrüfatı məhsullarının
istehsalı tutur.
Sənàyå məhsullàrının iståhsàlı üzrə rayon əsasən
aqrar rayonu olmasına baxmayaraq bu gün sənaye məhsullarının
çəkisi ümumi məhsul
buraxılışında
üstünlük təşkil edir. 2018-ci ilin birinci
yarım ilində məlumatlara əsasən 61245400 manatlıq
məhsul istehsal edilib, İstehsal olunan sənaye məhsullarının
90.2 faizi qeyri-dövlət sektorunun payına düşür.
Kənd təsərrüfàtı məhsullàrının iståhsàlı üzrə: İmişli
rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının
istehsalı da, xüsusi yer tutur. Ölkədə aparılan
aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində
rayonda kənd təsərrüfatı inkişaf edib. Son illərdə
olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi
qalmaqdadır. Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyev ölkəmizdə
pambıqçılığın inkişafı ilə
bağlı müvafiq tapşırıq verib. Məlumat
üçün qeyd edək ki, bu il İmişli rayonunda 13645
ha torpaq sahəsində pambıq əkilib Hazırda pambıq sahələrində
becərilmə və suvarma işləri aparılır.
Baramaçılığın
inkişafı rayonda uğurla inkişaf etdirilir. Carı ildə
rayon ərazisində 134 kümçüyə ipəkqurdu
paylanaraq, 10087 kq yaş barama istehsal edilib ki, bu da ötən
illə müqaisədə 25.6 faiz cox olub
2018-ci
ilin birinci yarımili ərzində heyvandarlıq və
quşçuluq sahələrinin inkişafı təmin
edilib, rayon üzrə mal-qaranın sayı 94153 başa,
qoyunların sayı 253013başa, quşların sayı isə
997090 başa çatıb. Ət istehsalı (diri çəkidə)
5144.2 ton, süd istehsalı 24960 ton, yumurta istehsalı isə
25776 min ədəd olub. Rayon ərazisində 19084 hektar sahədə
taxıl, bundan 5760 hektar sahədə arpa, 13324 hektar sahədə
buğda, 209 hektar sahədə kartof,109hektar sahədə
şəkər çuğunduru, 322.6 hektar sahədə tərəvəz
və 329.4 hektar sahədə bostan əkilib. Taxıl sahələrindən18284
hektar sahədə piçin işləri aparılıb, orta
məhsuldarlıq arpada 29.8 sentner, buğdada isə 34 sentner
olmuşdur, hazırda biçin davam edir. İlin bütün
fəsillərində əhalini təzə tərəvəz
məhsulları ilə təmin etmək üçün
müasir istixana təsərrüfatları yaradılıb.
Azərbaycan
Respublikasında "Kənd təsərrüfatı məhsullarının
istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nə
uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən
qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin
Nazirlər Kabinetinin Qərarı ilə təyinatı dəyişdirilərək
əkin dövriyyəsinə cəlb edilib. 6000 ha qış
otlaq sahəsinin isə təyinatının dəyişdirilməsi
üzrə sənədləşmə
işləri aparılır. Əkinçilik
üçün müəyyən edilmiş torpaq sahələrinin
suvarma suyu ilə təmin edilməsinə xidmət edən
kanalların lildən təmizlənməsi və genişləndirilməsi
işləri başa çatdırılıb. Rayon ərazisində
R-2, Gavur arxı, Arazyanı, MTS, Qızılarx, ikinci qol
kanallarında əsaslı şəkildə lildən təmizlənmə
işləri görülüb, Beşdən-bir, Şirinqum,
Qulubəyli kanallarında, Cavadxanlı, Muradxanlı, Məmmədli,
Aranlı, Sarıxanlı, Boşçalılar kəndləri
ərazisində olan kanallarda işlər davam etdirilir.
Dövlət
proqramları çərçivəsində İmişli
rayonunda geniş miqyaslı quruculuq-abadlıq işləri də
həyata keçirilib. Belə ki, İmişli şəhərinin
P.Həsənov, Koroğlu, Q.Qarayev, L.Vəliyev küçələrinə
25130 kv.m sahəyə asfalt örtüyü qoyulmasına
başlanılıb. Heydər Əliyev prospektində səkilərə
yeni səki daşları və tamet piltə qoyularaq
abadlıq işləri aparılır, P.Həsənov,
Koroğlu küçələrinə14960 kv-m asvalt
örtüyü qoyulub və bu istiqamətdə işlər
davam etdirilir. 14 km-lik İmişli-Yalavac -Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli
yerli əhəmiyyətli
avtomobil yolunda təmir işləri başlamış və
hazırda bu işlər davam etdirilir. İmişli rayin
Statistika idarəsinin inzibati binasında əsaslı təmir
işlərinə başlanılıb və yaxın müddətdə
bu işlər başa çatdırlacaq.
Hazırda
"ASAN Həyat" kompleksinin və "Bayraq Muzeyinin"
tikintisi işləri davam etdirilir. Bundan başqa Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
çərçivəsində 132 şagird yerlik Aqranlı kənd
2 saylı orta məktəb binasının tikintisi,
Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb
binasının quraşdırılması və "Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağrış Üzrə Dövlət Xidmətinin
İmişli rayon şöbəsinin tikintisi nəzərdə
tutulub. Qarabağ müharibəsi əlilləri və şəhid
ailələrinin mənzil şəraitinin
yaxşılaşdırılması məqsədilə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli
ictimai yaşayış binasında tikinti işləri
tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən
olan insanlar üçün fərdi yaşayış evlərinin
tikintisi nəzərdə tutulub. Dövlət
proqramının icrası müddətində əhalinin
sosial müdafiəsi ilə bağlı məsələlər
də diqqət mərkəzində olub. Belə ki, ölkəmizdə
cənab Prezident İlham Əliyev tərəfindən qəbul
olunmuş Dövlət Proqramlarının icrası uğurla
icra edilib və bunun nəticəsində İmişli
rayonunda 2018-ci ilin yanvar-iyun
aylarında 1501 iş yeri açılıb. Rayon əhalisinin
məşğulluğunun təmin olunması ilə
bağlı müvafiq tədbirlər həyata keçirilib,
yarım il ərzində 159 nəfər daimi işlə təmin
olunmuş, gəlirləri ehtiyac meyarından aşağı
olan 872 ailəyə ünvanlı sosial yardımların verilməsi
təmin edilib. Əhàlinin həyàt
səviyyəsinin yüksəlməsini səciyyələndirən
îrtà àylıq nîminàl əmək hàqqı ràyîn üzrə 2018-ci ilin birinci yarımilində 325 mànàt olub.
Ràyîn üzrə ən yüksək
îrtà àylıq nîminàl əmək hàqqı maliyyə və
siğorta fəaliyyəti sahələri üzrə olub.
Dövlət
proqramlarının icrası müdətində əhàlinin ålåktrik ånårjisi, qàz və içməli su ilə təminàtı məsələsində
də müəyyən tədbirlər həyata
keçirilib. Belə ki, 2018-ci
ilin 6 ayı ərzində istehlakçıların fasiləsiz
və etibarlı elektrik enerjisi təchizatının
yaxşılaşdırılması məqsədi ilə 10 və
0,4 kv-luq xətlərdə yenidənqurma işləri
aparılıb, mövcud istismar müddətini başa
vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilib,
yeni güc mərkəzləri yaradılıb. Bu müddətdə
50 ədəd müxtəlif
güclü transformator cari təmir, 45 ədəd trasformator
yarımstansiyası isə əsaslı təmir edilərək
əhalinin istifadəsinə verilib. Rayon ərazisində
yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində
müvafiq işlər aparılıb. Belə ki, rayonun Xəlfəli
və Telişli kəndlərində həyətyanı sahələrdən
açıq naqillərlə keçən hava xətləri
ilə həyətyanı sahələrdən
çıxarılaraq yol kənarı ilə kabel xətləri
yenidən çəkilib. Hazırda Aranlı, Qızılkənd,
Hacırüstəmli, Çaxırlı və Məzrəli
kəndlərində elektrik təsərrüfatlarında
müvafiq təmir işləri aparılır. Regional Qaz
İstismarı İdarəsinin İmişli Xidmət sahəsi
tərəfindən rayonda 2018-ci ilin 6 ayında 160 yeni fərdi
ev, 10 qeyri-əhali sektorunu təmsil edən obyekt
qazlaşdırılaraq istismara təhvil verilib. Qeyri-əhali
sektoru üzrə isə abonent sayı 116 olub. Rayonun
37 yaşayış məntəqəsinin tam
qazlaşdırılması təmin edilib. Rayonun Qızılkənd
və Aranlı kəndlərində qaz xəttinin çəkilməsi
məqsədi ilə layihə-smeta sənədləri
hazırlanıb və həmin kəndlərdə qaz xətlərinin
çəklişinə başlanıb.
Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 43 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Bununla yanaşı əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 saylı Sərəncamı ilə rayonun Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərinə yeni su xətlərinin çəkilməsi başa çatıb.
Ümumiyyətlə, Dövlət proqramlarının uğurlu icrası nəticəsində İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunub. Bundan əlavə Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün və qaçqın ailələrinə 550 mexaniki su sayğacı quraşdırılmış və abonentlərin istifadəsinə verilib. Bundan başqa diametri 800 mm olan ümumi uzunluğu 15715 p/metr olan mikrotunelin qazıntısına başlanılıb və 230 ədəd mikrotunel üçün lazım olan şaxtaların 12 ədədinin tikinti işləri aparılıb, lakin 2014-cü ildən bəri kanalizasiya xətlərinin çəkilişi işləri tam dayandırılıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2018.- 17 iyul.- S.15.