Dövlət Proqramları bölgələrdə kənd

təsərrüfatının inkişafına təkan verib

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində uğurla icra edilir. Əvvəlki iki Dövlət Proqramı kimi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da uğurlu nəticələrlə yadda qalmaqdadır. Sözügedən Dövlət Proqramı çərçivəsində də bölgələrdə yeni-yeni istehsal müəssisələri yaradılıb, yerləri açılıb, infrastruktur layihələri gerçəkləşdirilib.

Regional proqramların uğurla icra edildiyi bölgələrdən biri də Bərdə rayonudur. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası davam etdirilib. Məhz Dövlət Proqramının uğurlu icrası nəticəsində rayonda makroiqtisadi göstəricilərin sabitliyi təmin edilib.

Təkcə cari ilin 6 ayı ərzində 207,1 milyon manatlıq ümumi məhsul, o cümlədən 7,6 milyon manatlıq sənaye, 92,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 32,6 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb, 3,2 milyon manatlıq nəqliyyat xidməti, 0,7 milyon manatlıq informasiya və rabitə, 70,7 milyon manatlıq ticarət xidmətləri göstərilib. 2017-ci ilin birinci yarısına nisbətən  ümumi məhsul istehsalı 7,0 faiz, kənd təsərrüfatı məhsulu üzrə 6,0 faiz, tikinti-quraşdırma işləri 10,7 faiz, nəqliyyat xidməti 4,7 faiz, informasiya xidməti 13,7 faiz, ticarət xidmətləri 7,7 faiz artıb.

Cari ilin birinci yarısında rayon büdcəsinin yerli gəlirləri proqnozuna 108,2 faiz, xərcləri proqnozuna 84,8 faiz əməl edilib. Əlavə dəyər vergisi (75,4%), sair daxilolmalar (49,0%) və torpağın icarəyə verilməsi (73,8%) istisna olmaqla bütün digər göstəricilər üzrə gəlirlər proqnozlarına tam əməl edilib. Rayonun bütün zəruri xərcləri icra olunub.

2018-ci ilin birinci yarısında rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər davam etdirilib.

Dövlət  tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 16,8 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yarım il ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 3,1 faiz artıb. Rayona özəl investisiya qoyuluşu və özünüməşğulluğun təmin edilməsi üçün tədbirlər görülməsi, iri fermer təsərrüfatlarının dəstəklənməsi davam etdirilib. Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredi təşkilatları tərəfindən 2018-ci ilin birinci yarısında 54 sahibkara 615,3 min manat güzəştli kredit verilərək 218 yeni yerinin yaradılmasına şərait yaradılıb. Proqramın əvvəlindən 3071 sahibkara 75,115 mln. manat güzəştli kreditlər verilib, bu hesaba 5641 yeni yerləri yaradılıb.

Regional proqramların həyata keçirilməsində qarşıya qoyulan əsas vəzifələrdən biriyeni yerlərinin açılmasıdır. Belə ki, hazırda icrası davam edən bu Dövlət Proqramı çərçivəsində, eləcə də  həyata keçirilmiş kompleks tədbirlər nəticəsində yarım il ərzində 9056 yeni yerləri açılıb. Yeni açılmış yerlərinin 624-ü daimi yerləridir. Yeni açılmış yerlərinin 67-si yeni yardılmış müəssisələrdə, 1-i mövcud müəssisə və təşkilatlarda, 556-sı fiziki şəxslərdə, 8432-si digər layihələrin və abadlıq işlərinin həyata keçirilməsində yaradılıb.

Ümumiyyətlə isə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları qəbul olunandan indiyədək Bərdə rayonunda 64745 yeni yerləri açılıb ki, bunun da 20726-sı daimi yerləridir.

Regional proqramlar çərçivəsində Bərdə rayonunda geniş miqyaslı qurucluq-abadlıq işləri də həyata keçirilib.  Belə ki, rayonda aparılan abadlıq işləri çərçivəsində Qaratəpə və Hacılı kəndlərinin hər birində 80 şagird yerlik modul tippli məktəb tikilib, 1150 şagird yerlik şəhər 6 saylı tam orta məktəbinin əsaslı təmiri başa çatdırılıb, məktəbə təbii qaz verilib,  220 şafird yerlik Güloğlular kənd tam orta məktəbinin və 100 yerlik körpələr evi-uşaq bağçasının, "Azərxqalça" ASC-nin Regional yunboyaq bitkilərinin tədarükü məntəqəsinin tikintisi davam etdirilib. Bundan başqa 1150 şagird yerlik şəhər 2 saylı tam orta məktəbin tikintisi üçün təşkilati işlər aparılıb və yaxın vaxtlarda tikitiyə başlanacaq. Rayon Mədəniyyət Mərkəzi müasir memarlıq üslubunda yenidən qurulub və əsaslı təmir edilib, ətraf ərazilər abadlaşdırılıb. "Bərdə" türbəsi və Torpaqqala tarixi abidələri bərpa edilib.

Rayonun Cəyirli kəndi ərazisində müasir memarlıq üslubunda tarla düşərgəsi tikilib, ərazidə 300 p/metr bardyor düzülüb, 2900 kv. metr sahə asfalt-betonla tikilib, santexniki işlər aparılıb, ərazidə ağac və güllər əkilib.  Yeni Daşkənd kəndinin baş yolunun 1,2 km-i asfalt-betonla tikilib, yolun kənarları abadlaşdırılıb, ərazidə ağac və güllər əkilib.

Dövlət Proqramı çərçivəsində Bərdədə yol infrastrukturunun qurulması istiqamətində də müvafiq addımlar atılıb, tədbirlər həyata keçirilib. Nəticədə 13 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 17,5 km uzunluqda Muğanlı-Körpüsındıran kəndlərarası yolun yenidən qurulmasına başlanıb və artıq tikinti işləri başa çatmaq ərafəsindədir. Bərdə şəhəri ərazisində Bərdə-Ağdam avtomobil yolunun Tərtər çayı üzrindəki körpüsünün tikintisinə başlanıb. Bərdə şəhəri ərazisində Tərtər çayı üzərindəki körpünün tikintisi ilə əlaqədar şəhərin Tərtər çayının sağ sahilində ümumi nömrə tutumu 1000 ədəd olan yeni Elektron ATS quraşdırılmasına başlanıb və yaxın vaxtlarda Stansiyanın tikintisi başa çatdırılacaq.

Respublika əhəmiyyətli avtomobil yollarının 7451 kv. metr dağılmış asfalt-beton örtüyü bərpa edilib, Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu avtomobil yollarında 180 ədəd siqnal dirəyi, 11159 kv. metr təhlükəsizlik xətləri çəkilib, bardyor və keçidlər rənglənib. Bundan başqa rayonun 11 kəndində 33,0 km daxili yollar qum-çınqılla cari təmir edilib, 24 km təsərrüfatdaxili arxlar lildən təmizlənib, 41 kəndin baş yollarının kənarları və 26 kənd qəbirstanlıqları kol-kosdan təmizlənib, ağaclar budanıb, kəndlərdən 102 maşın məişət tullantılarından təmizlənib.

Nifçi, Məşədiibişli, Kafarlı və Hacıbəyli kəndlərin 1500 nəfər əhalisinin ekoloji cəhətdən keyfiyyətli içməli su ilə təminatı üçün kəndlərdə 3 ədəd sutəmizləyici qurğu quraşdırılıb, hər kənddə şəbəkə tikilmiş,küçələrdə 34 bulaq inşa edilib.

İlin birinci yarısında 35/10 kv-luq yarımstansiyada 4 MVA transformator yenisi ilə əvəz edilib, 35/10 kv-luq Bəcirəvan yarımstansiyasından çıxan 10 kv-luq 1 saylı hava xəttindən qidalanan Lənbəran kəndində 6 ədəd müasir KTM quraşdırılıb,  şəbəkədə 70 ədəd 10 kv-luq və 97 ədəd 04 kv-luq betonmetal dirəklər basdırılıb, 500 ədəd 10 kv-luq zədəli izalyator və 3124 ədəd qüsurlu  sayğac yenisi ilə əvəz edilib,  326 ədəd yeni sayğac quraşdırılıb, 65,7 km SİP kabel çəkilib.

85,6 km müxtəlif diametrli qaz xətləri çəkilərək Lənbəran, Hacıbəyli və Kafarlı kəndlərində kütləvi qaydada 1149, fərdi qaydada daha 104 ailəyə təbii qaz verilib.  Hazırda Hcıəhmədli və Məşədiibişli kəndlərinin, Bərdə-Ağdam avtomobil yolunun kənarında "Meyvə bağı" adlanan ərazidəki yaşayış məhəlləsinin qazlaşdırılması üçün tədbirlər görülür;

 Dövlət Proqramının uğurlu icrası Bərdə rayonunda kənd təsərrüfatının da inkişafına təkan verib. Belə ki, cari ilin 6 ayı ərzində rayonda 92,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da keçən ilin müvafiq dövründəkindən 6,0 faiz çoxdur.

Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün suvarma kanalları 478 min kub metr, açıq dren kanalları 236,9 min kub metr lildən təmizlənib, 109,5 min kub metr torpaq işi görülüb, 1 ədəd nasos stansiyası və 8 ədəd subartezian quyusu əsaslı təmir edilib, 30 ədəd subartezian quyusunun kommunikasiya xətləri çəkilib və sayğac quraşdırılıb, Tərtər çayının məcrasında 31 min kub metr tənzimləmə işləri aparılıb.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında 18 ədəd subartezian quyusunun qazılmasına başlanıb, indiyədək Xanərəb, Kətəlparaq, Şahvəlilər, Qaradəmirçi, Əliyanı, Böyük Qacar, Qurdlar, İkinci Nazırlı, Qazaxlar, Şərəfli, Qaradağlı kəndlərinin hər birində 1 ədəd,  Piyadalar, Soğanverdilər və Əmirli kəndlərinin hər birində 2 ədəd olmaqla 17 ədəd subartezian quyusu qazılıb, hazırda Kələntərli kəndində 1 ədəd subartezian quyusunun qazılması üçün hazırlıq işləri aparılır. Qazılmış subartezian quyularından Soğanverdilər kəndindəki quyu istifadəyə verilib, İkinci Nazırlı kəndindəki subartezian quyusu fontan verib. Bunlarla yanaşı 88 ədəd hidrotexniki qurğu, 18 hidropost, 6 km beton kanal, 4 nasos stansiyası, 304 ədəd subartezian quyusu, açıq dren-kanallarda 12 borulu keçid cari təmir edilib, 15 subartezian quyusunda sazlama işləri aparılıb, açıq dren kanalların kənarlarında 1 hektar ərazidə meşə zolaqları salınıb. Əkinlərin ziyanvericilərdən qorunmasının təşkili üçün ərazilərdə müşahidə aparılıb, ziyanvericilər aşkar olunmuş ərazilərdə onlara qarşı mübarizə təıdbirləri görülməsi təmin edilib, ziyanvericilərin əkinlərə ziyan vurmasının qarşısı alınıb. 6 ay ərzində 2017-ci ilin payızında əkilmiş 13758 hektar taxıl, o cümlədən  11130 hektar buğda, 2628 hektar arpa sahələrinə aqrotexniki qaydada qulluq edilib, tarlalarda bol məhsul yetişdirilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 20 iyul.- S.15.