Mütərəqqi milli
və bəşəri inkişafa
söykənən Azərbaycan
Xalq Cümhuriyyəti dövründə
elektrik təsərrüfatına
strateji baxış olub
Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi haqqında" və 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan
Xalq Cümhuriyyəti İli"
elan edilməsi haqqında Sərəncamları
keçmişimizə, zəngin irsimizə və böyük şəxsiyyətlərimizə,
istiqlal fədailərimizə hörmət və ehtiramı
özündə əks etdirməklə indiki
və gələcək nəsillərə dəyərli
nümunə olmaqla yanaşı, müstəqil
dövlətçiliyimizin tarixinə hüquqi-demokratik
yanaşmanın və qlobal
baxışın dərin ifadəsidir.
Ötən əsrin əvvəlləri və sonları Azərbaycan dövlətçilik tarixində keşməkeşli dövr olsa da, şanlı hadisələrlə tarixə həkk olunmuşdur. Bu dövrdə baş verən ictimai-siyasi proseslər, inqilablar, quruluşların dəyişməsi və hakimiyyətlərin bir-birini əvəz etməsi dünyanın siyasi xəritəsinin yenilənməsinə gətirib çıxardı, xüsusilə, 1917-ci və 1991-ci illərdə keçmiş Rusiya imperiyasını və Sovetlər ittifaqını əhatə edən coğrafiyada yaşayan və tarixi dövlətçiliyi olan xalqların həyatında milli və idealoji nöqteyi-nəzərdən yeni mərhələnin başlanmasına rəvac verdi. Belə bir mürəkkəb şəraitdə "millətlərin öz müqəddəratını təyin etməsi hüququ haqqından" istifadə edən bu xalqlar ulu əcdadlarından miras qalan dəyərlərinə sahib çıxaraq, öz milli azadlıqlarına qovuşdu, müstəqil dövlətlərini yaratdılar və beynəlxalq aləmə bəyan etdilər. 1918-ci ilin may ayının 28-də Müsəlman-türk dünyasında ilk müstəqil, hüquqi, demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq aləmdə, Millətlər Cəmiyyətində, yəni, 1919-cu ildə Paris Sülh Konfransındakı aparıcı güclər tərəfindən "de-fakto" tanınsa da, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi nüansına, yəni, dövlətçilik ənənəsinə malik olduğuna görə "de-yure" tanınmasına əsas oldu.
Baxmayaraq ki, Azərbaycan Xalq Cümhuriyyəti suveren dövlət kimi, 23 ay yaşasa da, milli məsələrdə, gələcək real və potensial imkanlar baxımından çox böyük işlər görə bildilər. Ən əsası isə milli məfkurə toxumunu səpdilər və zehniyyətləri dəyişdilər. Milli şüurun, milli təfəkkürün formalaşmasından başlamış milli kadr potensialının hazırlanmasına kimi. Ən mütərəqqi milli və bəşəri inkişafa doğru hesablanmış addımlardan biri isə müxtəlif sahələrdə ali təhsil almaq üçün dövlət hesabına 100-ə yaxın azərbaycanlı tələbənin Avropanın ən yaxşı məktəblərinə göndərilməsi layihəsidir. Bu zamanı qabaqlayan düşünülmüş və məqsədyönli addım idi. Məhz elə AXC-nin unikallığı ondan ibarət idi ki, zamanı qabaqlayan sistem yaratmış və çağdaş ideyalar ortaya qoya bilmişlər. Bunu insan cəmiyyətinin bütün sahələrinə birmənalı şəkildə şamil etmək mümkündür.
Bununla, məqsəd və vəzifə yeni addımlayan müstəqil dövlətin müxtəlif sahələrdə kadr çatışmazlığının aradan qaldırılması idi.
Bu istiqamətlərdən biri və vacib əhəmiyyət kəsb edən sahə elektoenergetika idi. Ümumilikdə götürəndə sahibkarların inhisarında cəmləşən elektrik təsərrüfatı dövlət maraqları baxımından əlahiddə hesab olunurdu. Həyati vacib əhəmiyyətli sahəyə çevrilirdi.
Buna görə də, qabaqlayıcı tədbirlər görüldü ki, kadr potensialı yaradılsın və ixtisaslı energetiklər hazırlanması üçün ali təhsil almalarına şərait yaradılsın.
Məhz elə tələbələrin siyahısına baxanda bu sahəyə xüsusi həssaslıqla yanaşıldığını görürük.
Cümhuriyyət tarixi ilə bağlı nəşrlərdə həmin dövrdə elektroenergetika sahəsində görülən işlərə geniş yer ayrılmır. Bununla belə tarixi sənədlərlə tanışlıq zamanı bu sahə ilə əlaqədar bəzi maraqlı məqamlara rast gəlmək mümkündür. Arxiv mənbələrdə elektroenergetika ilə bağlı məlumatların azlıq təşkil etməsinin səbəblərindən biri AXC dövründə sözügedən sahənin Poçt və Teleqraf Nazirliyinin tərkibində fəaliyyət göstərməsi olub. Həmin dövrdə elektrik enerjisi müəssisələri xüsusi mülkiyyətçilərin əlində idi. Bunun bariz nümunəsi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 26 fevral 1919-cu il tarixli 17-ci iclasında qeyd olunurdu: - "Şəhər idarəsi ticarət müəssisələrindən, işıqdan və bu kimi yerlərdən xüsusi vergi almalıdır".
Bundan başqa, Parlamentin 13 oktyabr 1919-cu il
83-cü iclasında Abuzər
bəy Rzayev küçələrin işıqlandırılması
haqqında deyirdi:
"Yadınızdadır ki,
keçən il küçələrdən keçmək
olmayırdı. Hər
yer zibil, topraq, dağılmış...
Şimdi
görürsünüz, küçələr
təmiz, zibil atılmış, elektriçeski
yanır, qonka işləyir, məktəblər
də açılır".
Parlamentin
digər üzvü -
Səməd ağa Ağamalıoğlu isə
fikir mübadiləsinə
qoşularaq
belə
demişdi:
"Hamıya da məlumdur ki, pul olmazsa, küçələr
təmizlənməz və
işıq da olmaz".
Azərbaycan Parlamentinin üzvləri arasında bu kiçik mükalimə AXC dövründə
elektroenergetika sahəsinə
də diqqətin olduğunu bariz göstərir. Məhz bu
yüksək diqqətin
nəticəsi idi ki, "İstiqlal Bəyannaməsi" qəbul
olunduqdan cəmi bir il sonra Azərbaycanda elektrik enerjisinin istehsalı xeyli artırılmış, paytaxt küçələrinin işıqlandırılması
yaxşılaşdırılmışdır.
...Ölkədə
elmin və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət Parlamenti və Hökuməti milli kadrlar hazırlanmasını
sürətləndirmək üçün xüsusi
səy göstərirdi.
Onlar bilirdilər ki, bu sahələr
bütünlükdə sosial
həyatın yüksəldilməsində,
iqtisadiyyatın, (bu sahənin bir qolu olan elektrik
təsərrüfatı) kənd
təsərrüfatının və s. dirçəlişin
əldə edilməsində
vacib rol oynayır.
Azərbaycan Parlamentinin 1919-cu il
sentyabrın 1-də keçirilən
70-ci iclasında Bakı
Dövlət Universitetinin
təsis olunması ilə yanaşı, 100 nəfər azərbaycanlı
gəncin
dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə
göndərilməsi barədə
qanun qəbul edildi.
Həmin gənclər arasında elektrotexnika elminə yiyələnmək üçün
seçilənlər də
vardı. Onlardan biri - Firidun Əliyev 1919-cu ildə Bakı Politexnik Məktəbinin elektrotexnika
şöbəsini bitirmişdi.
O, parlamentin
1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində
davam etdirmək üçün Almaniyaya göndərdi. Bəhram Hüseynzadə də təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün
həmin ölkənin
Darmştadt Ali Texniki Məktəbinə göndərildi.
O, təhsilini
başa
vurduqdan
sonra
1926-cı ildə Azərbaycana qayıtmış, əvvəlcə
Gəncə Toxuculuq Kombinatında elektrik təsərrüfatının rəisi vəzifəsində çalışmış,
sonra Azərbaycan SSR Xalq Torpaq Komissarlığında
"Azərkəndelektrik" bölməsinin rəhbəri
olmuşdur.
Avropaya
göndərilən gənclərdən digəri - Mirismayıl Səidzadə Kiyev Politexnik İnstitutunun elektrotexnika şöbəsində 2-ci
kursadək
oxumuş,
lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Azərbaycan parlamentinin
qərarına əsasən,
o, təhsilini elektrotexnika
sahəsində davam etdirmək üçün
Almaniyanın Berlin Universitetinə
göndərilmişdi. Yusif Ağasıbəyli Drezden Texniki Universitetində, Zəkəriyyə
Xiromanov isə Ştutqart İnstitutunda elektroenergetika üzrə təhsil alırdılar.
Mustafa Mustafayev təhsilini
elektrotexnika sahəsində
davam etdirmək üçün Fransaya göndərilmişdi. O, 1927-ci ildə
Azərbaycana qayıtmış,
sənayeləşmə illərində
15 il mühəndis-energetik
kimi bir sıra elektrik stansiyalarının tikintisində
çalışmışdır. Yaqub Nərimanbəyov da dövlət hesabına elektrikləşdirmə
üzrə ali
təhsil almaq üçün Paris Universitetinə
göndərilmiş, 1927-ci ildə təcrübəli
mütəxəssis kimi
Vətənə qayıtmış,
Plan Komitəsində elektrikləşdirmə
bölməsinin müdiri
vəzifəsində çalışmışdır.
Tələbələrdən İsgəndərxan Rzazadə Petroqrad Politexnik İnstitutunun elektrotexnika şöbəsində
oxumuş, lakin o da maddi çətinliklə
əlaqədar təhsilini
davam etdirə bilməmişdi. O, Azərbaycan Parlamentinin qərarı ilə təhsilini elektrotexnika sahəsində başa vurmaq üçün Fransaya göndərilmişdi. İ.Rzazadə iki il Nansi Elektrotexnika İnstitutunda oxuduqdan sonra 1922-ci ilin əvvəllərində
Darmştadt (Almaniya)
Ali Texniki Məktəbinə
keçmiş və
1924-cü ildə həmin
təhsil ocağının
elektrotexnika
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, bir müddət Darmştadt şəhər elektrik stansiyasında, "Azərneft"in
Berlin kontorunda, Berlində
özəl şirkətdə
çalışmışdır. 1925-ci ilin sentyabrında Bakıya çağırılaraq
"Elektrotok" İstehsalat
Birliyində mühəndis-layihəçi
vəzifəsində çalışmış,
"Qırmızı Ulduz" elektrik stansiyası ilə leytenant Şmidt adına maşınqayırma zavodu
arasındakı yüksəkgərginlikli
elektrik xəttini layihələndirmiş,
daha sonra Şəki, Zurnabad, Zaqatala və Xankəndində də elektrik stansiyalarının layihələndirilməsi
və quraşdırılmasına
rəhbərlik etmiş,
Azərbaycan SSR 2-ci beşillik
(1933-1937) üçün elektrikləşdirilmə
planını hazırlamışdır.
O həmçinin Azərbaycan
Politexnik İnstitutunda
pedaqoji fəaliyyətlə
məşğul olmuş, kafedra müdiri işləmiş,
Azərbaycan dilində
elmi-texniki terminologiyanın
yaradıcılarından biri
kimi tanınmışdır.
İsgəndərxan Rzazadə
1931-1933-cü illərdə
Azərbaycan SSR Dövlət
Plan Komitəsində energetika
bölməsinin sədri
olmuş, ömrünün
son 4 ilini SSRİ EA Azərbaycan
filialında çalışmış,
1937-ci ildən filialın
energetika bölməsi
rəhbərinin müavini
işləmiş, bir
çox ixtiraların, elektrotexnikanın aktual problemlərinə dair elmi əsərlərin müəllifı
olmuşdur.
Göründüyü kimi, Azərbaycan Parlamentinin qərarı ilə azərbaycanlı gənclərin
dövlət
hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi
Xalq Cümhuriyyətinin mühüm töhfələrindən olmuşdur. Avropanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan gənclər sonradan Vətənə qayıdaraq,
xalq təsərrüfatının
bir çox sahələrində, o cümlədən
elektroenergetika sahəsində
fəaliyyət göstərərək,
Azərbaycanın enerjisisteminin
inkişafına mühüm
töhfələr vermişlər.
Təəssüf ki, bolşevik işğalı nəticəsində
süquta uğrayan
AXC qarşıya qoyduğu
milli və bəşəri dəyərlərə
söykənən məramına
tam müvəffəq ola bilmədi. 1920-ci
il aprelin 28-də
XI Qızıl ordu Bakını işğal etdikdən sonra "Siemens"in Azərbaycanda yerləşən
firmaları, "Elektriçeskaya
sila" Cəmiyyəti,
gərginliyi 0,4-2 kV olan
paylayıcı şəbəkə
və digər azsaylı energetika müəssisələri Azərbaycan İnqilab Komitəsinin 12 iyun 1920-ci il tarixli dekreti ilə ləğv edilərək sovetləşdirildi
("milliləşdirildi") və bu qurumların
bazasında "Elektrotok"
İdarəsi yaradıldı...
...Bu gün sürətlə inkişaf edən müstəqil Azərbaycan
Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinin
varisidir. Müasir müstəqil Azərbaycan
dövləti öz sələfinin 1920-ci il bolşevik işğalı nəticəsində
yarımçıq qalmış
bir sıra planlarını uğurla həyata keçirməkdədir.
Hazırda ölkəmizin dünyada
artan nüfuzu, sürətli inkişafı,
o cümlədən enerji
sistemində yeni islahatların gerçəkləşdirilməsi,
əlavə generasiya güclərinin tikilib istifadəyə verilməsi,
elektrik enerjisi sahəsində dayanıqlığın
və keyfiyyətin getdikcə artması müstəqilliyimizin bəhrəsidir.
Təkcə özünün deyil, regionun enerji təhlükəsizliyinin qarantına çevrilən və Avropanın etibarlı tərəfdaşı sayılan ölkəmiz tarixdən qaynaqlandığı mənbələr hesabına dərin dövlətçilik nümayiş etdirdiyinə görə məhz qısa zaman kəsiyində böyük uğurlara imza atmağa müvəffəq olub. Təbii ki, bunun kökündə sağlam təməllərə söykənən müdrik sima və unukal ideyalar dayanır. Mübaliğəsiz demək olar ki, buna Heydər Əliyev fenomeninin ustad yaradıcılığı sayəsində mümkün olmuşdur. Məhz dahi şəxsiyyət müasir Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu konsepsiyasını müəyyən etmişdir.
Yəhya M.
BABANLI,
Tarix üzrə fəlsəfə doktoru
Olaylar.- 2018.- 5 iyun.- S.8.