Ölkənin güvənci, təhlükəsizliyimizin
qarantı- Azərbaycan Ordusu
Azərbaycan xalqına son illərdə
qəhrəmanlıq, qələbə sevinci bəxş edən
Silahlı Qüvvələrimizin 100 yaşı tamam olur.
Düz 100 il əvvəl çətin tarixi şəraitdə
yaranan Azərbaycan Ordusu ötən illərdə çox
şərəfli, qürurlu bir yol qət edib. Məlumat
üçün qeyd edək ki,
Azərbaycan Ordusu 1918-ci il, iyun ayının 26-da
yaradılıb. Şərqin il demokratik respublikası Azərbaycan
Xalq Cümhuriyyəti tərəfindən yaradılan ordunun
formalaşması zamanında olduqca çətin və
keşməkeşli olub. Bunun isə şərtləndirən
bir neçə amil vardı. İlk növbədə onu nəzərə
almaq lazımdır ki, tarix boyunca həyata keçirilən
ümumi xətt, strategiya Azərbaycanda hərbi sahənin
inkişaf etməməsi, Azərbaycan
vətəndaşlarının ordu sıralarında hərbi
biliklərə yiyələnməməsi olub.
Çar Rusiyasından müstəqil Azərbaycan Respublikası bərpa edilənə qədər olan müddətə qədər bu siyasət zaman-zaman planlı şəkildə davam edib. Hətta bir müddət Çar Rusiyası azərbaycanlıları müsəlman olduqları üçün ordu sıralarına belə cəlb etmirdi. Belə demək mümkünsə azərbaycanlılar ordudan azad edilmişdilər. Təbii ki, bu da birbaşa azərbaycanlıların hərb sənətindən, bu sahədən tamamilə kənar düşməsinə hesablanmış məqsədyönlü addım idi.
XX əsrin ikinci onilliyində, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra isə bu sahədə mövcud olan neqativ hallar tədricən aradan qalxmağa başladı. 1918-ci il, may ayının 28-də Şərqdə il demokratik respublika kimi yaranan Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran mühüm vəzifələrdən biri də ölkədə hərbi sahənin inkişaf etdirilməsi idi. Beləliklə, Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı Həmin il, oktyabr ayının 23-də isə respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Hərbi Nazirliyə Səməd bəy Mehmandarovun rəhbərlik etməsi qısa müddətdə ölkədə hərb elminin, hərbi təhsilin inkişaf etdiriləcəyinə ümidlər yaradırdı və nəticə etibarilə qısa müddətdə Azərbaycanda milli iradəyə söykənən ordu formalaşdırıldı.
Təəssüflər olsun ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti XI Qızıl Ordu tərəfindən süquta uğradıldıqdan sonra onun malik olduğu bütün resurslar kimi hərbi sənayesi, ordusu da məhv edildi, dağıdıldı. Beləliklə, Çar Rusiyası dövründə azərbaycanlılara
qarşı tətbiq edilən ədalətsiz mövqe,
yanaşma davam edirdi. Azərbaycanlılar
yenə hərbi xidmətdə yalnız tikinti işlərinə
cəlb edilir, onların hərb
sənətinin sirlərinə yiyələnməsinə
qarşı ciddi sədd çəkilirdi. Bu proses XX əsrin əvvəllərindən,
daha doğrusu Azərbaycan Xalq Cümhuriyyəti devriləndən
həmin əsrin 70-ci illərinə qədər davam etdi. Yalnız ümummilli lider Heydər Əliyevin
birinci dəfə, 1969-cu ilin iyul ayında hakimiyyətə gəlişindən
sonra hər bir sahədə
olduğu kimi hərbi sahədə də ciddi dəyişikliklər
və müsbət mənada irəliləyişlər baş
verdi.
Ümummilli
liderin 1969-cu ildə respublikanın birinci katibi təyin edilməsindən
sonra hər bir istiqamətdə olduğu kimi qeyd edilən sahədə
də müsbət irəliləyişlər, tərəqqi
baş verdi desək yanılmarıq. Ölkədə hərbi
kadrların hazırlanması üçün Azərbaycan
Maarif Nazirliyi və respublika hərbi komissarlığı Azərbaycan
KP MK bürosunun 1971-ci il 29 aprel tarixli qərarını əsas
götürərək, hərbi təmayüllü internat məktəbinin
açılması üçün 1971-ci il iyunun 16-da
müraciət hazırlayır. Həmin müraciət dərhal
müzakirə olunur və 20 iyul 1971-ci ildə
"İxtisaslaşdırılmış internat məktəbinin
yaradılması haqqında" Azərbaycan KP MK bürosu qərar
qəbul edir. 1971-ci ilin noyabr ayında məktəbin
açılışı olur. Azərbaycan Kommunist
Partiyasının birinci katibi Heydər Əliyev bu təntənəli
mərasimdə iştirak edir və bildirir ki, yeni məktəbə
diviziya komandiri general Cəmşid Naxçıvanskinin adı
verilir.
Azərbaycan
Silahlı Qüvvələrinin müasir tələblərə
uyğun şəkildə formalaşması prosesində
növbəti mərhələ müstəqillik illərindən
sonra başladı. Daha doğrusu ümummilli lider Heydər Əliyevin
xalqın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıdışından sonra hər bir sahədə
olduğu kimi ordu quruculuğu istiqamətində də ciddi və
nəticəyə hesabıanmış addımlar
atılmağa başlanıldı. Müstəqilliyin ilk illərində
ordu sıralarında mövcud olan nizamsızlıq, qeyri-qanuni silahlı birləşmələrdən
formalaşmış ordudakı peşəkarlıq səviyyəsinin
aşağı olması Qarabağ səbhəsində itkilərimizin
sayını artırırdı. Yaranmış vəziyyəti
düzgün təhlil edən Heydər Əliyevin o zaman
atmış olduğu ən doğru və düzgün
addım qeyri-qanuni silahlı birləşmələrin ləğv
edilərək nizami ordu yaratması oldu. Beləliklə,
müstəqil Azərbaycan Respublikasının nizami ordusunun
yaradılması prosesinə başlanıldı. Məhz bu
istiqamətdə atılan addımlar Qarabağ cəbhəsində
də bir neçə uğurlu hərbi əməliyyat həyata
keçirməyimizə imkan yaratdı.
Bu gün
100 yaşında olan Azərbaycan Silahlı Qüvvələri,
həm də 26 iyun tarixinin bayram günü kimi qeyd edilməsinin
20-ci sevincini yaşayır. Məlum olduğu kimi Prezident Heydər
Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə
Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan
Respublikasının Silahlı Qüvvələr Günü
elan olunub. Yubiley ərəfəsində olan Azərbaycan
Silahlı Qüvvələrinin maddi-texniki bazası,
potensialı, malik olduğu imkanlara nəzər yetirdikdə
belə xarakterizə edə bilərik ki, bu gün Azərbaycan
Ordusu təkcə yerləşdiyimiz coğrafiyada, Cənubi
Qafqazda deyil eyni zamanda dünyada ən güclü və kifayət
qədər maddi-texniki bazaya malikdir. Son illər ərzində
Azərbaycan Ordusunun Qarabağ cəbhəsində həyata
keçirdiyi bir neçə uğurlu əməliyyat bunu təsdiqləyir.
2016-cı ilin dörd günlük aprel müharibəsi və
uzun illər ərzində erməni işğalı
altında olan Lələtəpənin azad edilməsi, Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinə olan
qayıdış, eyni zamanda bu günlərdə
Naxçıvan Muxtar Respublikasında Güngüt kəndi də
daxil olmaqla 11 min hektar ərazinin düşmən nəzarətindən
azad edilməsi məhz Azərbaycan Ordusunun malik olduğu
güc, potensialın göstəricisidir. Eyni zamanda bu Azərbaycan
Ordusuna, Silahlı Qüvvələrə Ali Baş Komandan, Cənab
İlham Əliyev tərəfindən göstərilən diqqət
və qayğının tərənnümüdür. Bu
gün Silahlı Q3vvələrimizdə olan ruh yüksəkliyi,
zəngin maddi-texniki baza və potensial onu deməyə əsas
verir ki, ordumuz qarşısına qoyduğu bütün hədəflərə
nail olmağa qadirdir. Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan
gücləndikcə ordumuz da güclənəcək və
ordumuz istənilən vəzifəni həll etməyə
hazırdır, buna qadirdir: "Mən həmişə deyirəm
ki, güclü dövlətin güclü ordusu
olmalıdır. Azərbaycan Ordusu nəinki bölgədə,
həm də hərbi potensialına, döyüş qabiliyyətinə,
təchizata görə dünya miqyasında güclü
ordular sırasındadır".
Elə əksər
beynəlxalq hərbi təşkilat və qurumlar da öz
hesabatlarında bu faktı təsdiqləyirlər. 2017-ci ildə
"Global Firepower" təşkilatının yekunlarına əsasən,
Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən
güclü ordusu" reytinqində 58-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, son statistik göstəricilərə görə,
Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında
18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi
və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Azərbaycan
Hərbi Dəniz Qüvvələrinin sərəncamında
13 patrul və sahil gəmiləri, 7 mina tralçısı, 4
submarinası, 1 freqat tipli gəmisi, Silahlı Qüvvələrin
silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya
qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var. Azərbaycan
ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik
zamanı isə 3 750 000 nəfər hərbi xidmətə
çağırıla bilər.
Azərbaycan
Ordusu üçün ən şərəfli və
qürurverici mücadilə
Qarabağ cəbhəsində olub. Qeyd edək ki,
Qarabağ müharibəsi başlayan zaman Azərbaycan hökuməti hərbi
qulluğa çağırışı həyata
keçirirdi və Sovet İttifaqı dağılandan sonra,
çox azərbaycanlılar həvəslə ilk aylarıda
döyüş üçün hərbi qulluğa daxil
olurdu. Azərbaycanın Milli Ordusu təxminən 30,000 nəfərdən, 10,000-ə
yaxın OMON-dan və Azərbaycan Xalq Cəbhəsinin bir
neçə min könüllüsündən ibarət idi.
Qarabağ
müharibəsi zamanı Azərbaycan 388-395 ədəd
artilleriya, 436-458 ədəd tank, 558-1264 ədəd zirehli
personal daşıyıcı, 389-480 ədəd zirehli
döyüş nəqliyyat vasitəsi, 63-170 ədəd
döyüş təyyarəsi və 45-51 helikopter istifadə
edib. Ümumi hərbi müqayisədə, 17-32 yaş qrupunda,
Ermənistanda hərbi xidmət üçün uyğun
kişilərin sayı - 550 000, Azərbaycanda isə 1,3 mln təşkil
edirdi. Hər iki tərəfdən hərbiçilərin əksəri
Sovet ordusunda xidmət etmişdi və münaqişəndən
əvvəl hərbi təcrübəyə sahib idi, o cümlədən
SSRİ-Əfqanıstan müharibəsində xidmətdə
olmuşdular. Qarabağ ermənilərin təxminən 60 faizi
Sovet ordusunda xidmət etmişdi. Lakin əksər azərbaycanlılar
Sovet ordusunda onların xidmət zamanı tez-tez
ayrı-seçkiliyə məruz qaldığından,
döyüş korpuslarından daha çox tikinti batalyonlarda
işləmək məcburiyyətində qalmışdı.
Azərbaycanda dəniz məktəbi, o cümlədən iki
zabit akademiyalarının yaradılmasına baxmayaraq, əsgərlərin
hərbi təcrübə olmaması, Azərbaycanın
müharibəyə hazır olmamasının əsas amillərindən
biri idi.
1991-1994-cü
illərdə Qarabağda və dövlət sərhədində
baş vermiş döyüş əməliyyatlarında
11.557 Azərbaycan hərbçisi şəhid olub. Ən
çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən
hərbi əməliyyatlar zamanı baş verib. Erməni
qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun
1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları
zamanı qeydə alınıb.Azərbaycan ordusunun itkiləri
isə əsasən Ağdam döyüşlərində,
habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri
geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında
baş verib.
Füzuli
Olaylar. – 2018.- 26-27 iyun.- S.9.