Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı Bərdənin simasını dəyişib
Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramının uğurlu
icrası respublikanın hər bir bölgəsində
olduğu kimi Aran zonasında da uğurla icra edilir. Məlumat üçün qeyd edək
ki, hələ sözügedən Dövlət Proqramı qəbul
edilərkən proqramda ayrı-ayrı regionlar üzrə
spesifik sahələr müəyyən edilib
qruplaşdırılmışdı. Bərdə rayonun daxil
olduğu Aran iqtisadi zonasında əsasən kənd təsərrüfatının,
heyvandarlığın, pambıqçılığın
inkişaf etdirilməsi, qeyd edilən sahələrdə emal və
istehsal müəssisələrinin
açılması nəzərdə tutulurdu. Ötən
dövrdə demək
olar ki, Bərdə rayonu üzrə qarşıya qoyulan məqsədlərə
nail olunub.
Təkcə əvvəlki Dövlət
Proqramları deyil, eləcə də Azərbaycan Respublikası
Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrası Bərdə rayonunda uğurla həyata
keçirilib. Belə ki, Dövlət Proqramının
icrası çərçivəsində təkcə 2017-ci
ildə 417,5 milyon manatlıq ümumi məhsul, o cümlədən
14,3 milyon manatlıq sənaye, 195,1 milyon manatlıq kənd təsərrüfatı
məhsulu istehsal edilib, 65,1 milyon manatlıq
tikinti-quraşdırma işləri görülüb, 6,3
milyon manatlıq nəqliyyat xidməti, 1,2 milyon manatlıq
informasiya və rabitə, 135,5 milyon manatlıq ticarət xidmətləri
göstərilib.
2016-cı
ilə nisbətən
ümumi məhsul istehsalı 26,6 faiz, sənaye məhsulu
istehsalı 5,4 faiz, kənd təsərrüfatı məhsulu
üzrə 24,8 faiz, tikinti-quraşdırma işləri 68,0 nəqliyyat
xidməti 2,6 faiz, informasiya xidməti 7,8 faiz, ticarət xidmətləri
18,9 faiz artıb.
Dövlət Proqramı çərçivəsində
sahibkarlar da diqqətdən kənarda qalmayıb və rayonda
sahibkarlığın inkişaf etdirilməsi
üçün məqsədyönlü tədbirlər həyata
keçirilib. Dövlət tərəfindən
göstərilən diqqət və qayğı sayəsində
hazırda 16,3 min nəfər hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Rayona özəl investisiya qoyuluşu və özünüməşğulluğun
təmin edilməsi üçün tədbirlər görülüb,
özəl sektor tərəfindən rayonun iqtisadiyyatına 11
milyon manatdan çox investisiya qoyulub,
çoxsaylı sahibkarlıq obyektləri, o cümlədən
3 iri heyvandarlıq kompleksi, 2 iri ticarət xidməti, 1 iri
turizm obyekti, 1 iri digər xidmət obyekti tikilib istifadəyə
verilmiş, 302 daimi iş yerləri yaradılıb. Həyata
keçirilmiş kompleks
tədbirlər keçən
il 15718 yeni iş yerləri açılmışdır. Yeni
açılmış iş
3168-sı daimi iş yerləridir.
Dövlət Proqramı çərçivəsində
rayonda təhsil sahəsinin də inkişaf etdirilməsi istiqamətində
məqsədyönlü tədbirlər həyata
keçirilib. Belə ki, 2017-ci
ildə rayonda 480 şagird yerlik
şəhər 5 saylı və 1150 şagird yerlik şəhər
6 saylı və 480 şagird yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbləri
əsaslı təmir edilmiş və məktəbin 400
şagird yerlik əlavə yeni korpusu tikilib istifadəyə
verilib, Qaratəpə kəndində 80 şagird yerlik modul
tippli məktəb tikilib. Hazırda
Hacılı kəndində
80 şagird yerlik modul tippli məktəb,
Güloğlular kənd
tam orta məktəbi tikilir.
Bundan başqa Dövlət
Proqramının icrası nəticəsində 15 mindən
çox əhalinin yaşadığı 17 kəndi birləşdirən
25 km uzunluqda Yeni Daşkənd-Umudalılar kəndlərarası
yolu yenidən qurulub, Hacılar kəndində süd toplama məntəqəsi
tikilib, Yeni Daşkənd kəndinin
baş yolunun 1,2 km-i asfalt-betonla birinci qatı tikilib,
Hüseynalılar-Qaradırnaq kəndlərarası yolun 2 km,
Lək-Qazıqurdalı kəndlərarası yolun 2 km hissəsi,
Mehdili kəndinin 11,8 km və Mustafağalı kəndinin 19,5
km daxili yolu qum-çınqılla əsaslı təmir
edilib, Bərdə-Ağdam avtomobil yolunun Tərtər
çayı üzərindəki körpü təmir olunub.
Rayon mərkəzində Heydər
Əliyev prospektində, Ü.Hacıbəyov, Bakı,
H.Aslanov, M.Cəfərov və H.Cavid, Koroğlu, küçələrində,
Heydər Əliyev adına park-bulvarda, 4 saylı Musiqi məktəbinin,
6 saylı tam orta məktəbin həyətində, kommunal
yaşayış binalarının ətrafında abadlıq işləri
aparılıb, C.Cabbarlı, Atatürk, H.Cavid, Gəncə
küçələrində və yeni yaşayış
massivində 19853 kv. metr sahə qum-çınqıl verilərək
hərəkətin rahatlığı təmin edilib , daxili
imkanlar hesabına şəhərin 22 küçəsi və
Qaradağlı və Mirzalıbəyli kənd
yollarının kənarında Yeni yaşayış məhəllələrinin
küçələri qum-çınqıl və şebenlə
təmir edilib, Kərimbəyli,
Mollaəhmədli və Qasımbəyli kəndlərində
12,8 km su xətləri çəkilib, 9 ədəd su qülləsi
quraşdırılıb, 51 ədəd bulaq və 6 krant tikilərək
1750 nəfər əhalinin içməli su təchizatı
yaxşılaşdırılıb, Nifçi, Məşədiibişli,
Kafarlı və Hacıbəyli kəndlərin 1500 nəfər
əhalisinin ekoloji cəhətdən keyfiyyətli içməli
su ilə təminatı üçün kəndlərdə
sutəmizləyici qurğular quraşdırılıb, Azərbaycan Kənd İnvestisiya
Layihəsi çərçivəsində
Dəymədağıldı kəndində 9.4 km, Bəcirəvan
kəndində 10,13 km kanalllar, Qaratəpə və
Mustafaağalı kəndlərində 24 km açıq dren
kanallar lildən təmizlənib,
rayonun 32 kəndinin elektrik
şəbəkəsində yenidən qurma işləri
aparılıb, - 172,3 km-dən çox qaz xətləri, o
cümlədən 92,9 km magistral qaz kəmərləri çəkilərək
Otuzikilər, Bayramlı və Mollalı kəndləri
qazlaşdırılıb, il ərzində 1315 ailəyə təbii
qaz verilib, rayonun Təhlə kəndində 160 nömrə
tutumlu yeni Elektron ATS quraşdırılıb, 1010 abonentə
yeni telefon rabitəsi verilib, 8 ədəd çoxmərtəbəli
yaşayış binanın dam örtükləri, fasad və
giriş hissələri əsaslı təmir edilib, küçə və
meydasnlarda 21,2 min ədəd
ağac, 16,5 min gül kolları əkilib. Hazırda Bərdə-Ağcabədi
avtomobil yolu yenidən qurulur, rayon Mədəniyyət Mərkəzi
yenidən qurulur və əsaslı təmir edilir, "Bərdə"
türbəsi və Torpaqqala tarixi abidəsi bərpa edilir,
Hacılı kəndində 80 şagird yelik modul tipli məktəb
tikilir, Yaxın vaxtda "Bərdə" türbəsinin və
Torpaqqala tarixi abidəsinin bərpası, rayon Mədəniyyət
Mərkəzinin yenidən qurulması və əsaslı təmiri,
80 şagird yerlik Hacılı kənd tam orta məktəbinin,
tarla düşərgəsinin tikintisi, 4 kənddə sutəmizləyici
qurğunun quraşdırılması işləri başa
çatacaq.
Şəhər 2 saylı tam orta məktəbin
tikintisi və 2 kəndin qazlaşdırılması artıq
2018-ci ilin investisiyası proqramına daxil edilib.
İl ərzində 8 ədəd 5 mərtəbəli,
2 ədəd 2 mərtəbəli kommunal yaşayış
binanın dam örtükləri, fasad və giriş hissələri
əsaslı təmir edilib, 1 ədəd 9 mərtəbəli,
3 ədəd 5 mərtəbəli, 1 ədəd 4 mərtəbəli
və 5 ədəd 2 mərtəbəli binada cari təmir
işləri aparılıb, 1 ədəd 9 mərtəbəli,
9 ədəd 5 mərtəbəli yaşayış
binalarının 7588 kv. metr zirzəmiləri təmiznərək
istifadəyə yararlı vəziyyətə gətirilib. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 437s
nömrəli Sərəncamı ilə Bərdə rayonunun
inzibati ərazisində yerləşən Təhlə kəndində
dövlət ehtiyat fondundan 2000,0 hektar torpaq sahəsinin əkin
dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar
kateqoriyası dəyişdirilib, İl ərzində rayonda
195,1 milyon manatlıq kənd təsərrüfatı məhsulu
istehsal edilib ki, bu keçən ilin müvafiq dövrü ilə
müqayisədə 24,8 faiz çoxdur. 9 ədəd yeni
subartezian quysu vurulub, 2017-ci ildə 53506,3 ton taxıl istehsal edilmiş,
hər hektardan orta hesabla 38,3 sentner məhsul
götürülüb. 223 hektar qarğıdalı sahəsindən
1672,5 ton məhsul toplanmış, hər hektardan orta hesabla
75,0 sentner qarğıdalı dəni götürülüb.
Rayonda Heyvandarlığı inkişaf
etdirmək üçün Hacılar kəndində süd qəbulu
məntəqəsi tikilıb.
İl ərzində 8179 baş iri
buynuzlu heyvan süni mayalandırılıb, süni
mayalandırılmış heyvanlardan 4130 baş sağlam bala
alınıb.
İlin sonunda təsərrüfatlarda 92
min 537 baş iribuynuzlu mal-qara, o cümlədən 42 min 45
baş inək və camış, 140 min 503 baş qoyun və
keçi, 420 min 300 baş quş olub. İl ərzində
iribuynuzlu mal-qaranın sayı 1,2 faiz, o cümlədən inək
və camışların sayı 0,1 faiz, qoyun və
keçilərin sayı 0,2 faiz, quşların baş sayı
0,5 faiz artıb.
İl ərzində diri çəkidə
20,4 min ton ət, 81,5 min ton süd, 31,7 milyon ədəd yumurta
istehsal edilib. 2016-cı ilə nisbətən ət istehsalı 6,3 faiz, süd
istehsalı 2,1 faiz, yumurta istehsalı 5,8 faiz artıb.
Uzun illər fasilədən sonra rayonda baramaçılığın
inkişafı üçün
tədbirlər görülüb,
rayonun 13 kəndində
2016-cı ildə əkilmiş
60712 ədəd tut tinglərinə
aqrotexniki qaydada qulluq edilib, mövcud ting ağacları
budanıb,
2017-ci ildə ərazilərdə
168950 ədəd ting əkilmiş,
cari ilin yazında isə daha 81 min ting əkiləcək.
İl ərzində rayonun 32 kəndinin elektrik şəbəkəsi yenidən
qurulması üçün
tədbirlər görülüb,
35/10 kv-luq Bəcirəvan
yarımstansiyasında 4 MVA transformator 7,5 MVA transformatorla
əvəz edilib. Şəbəkədə 85 ədəd
10 kv-luq və 253 ədəd 0,4 kv-luq beton və
metal dirəklər basdırılıb,
121,7 km SİP kabel çəkilib.
İl ərzində istehlak
edilmiş elektrik enerjisinin dəyəri 92,1 faiz, keçən
ilin müvafiq dövründəkindən 3,7 faiz
çox ödənilib.
İl ərzində podaratçı təşkilatlar
tərəfindən 172,3 km-dən çox qaz xətləri, o
cümlədən 92,9 km magistral qaz kəmərləri çəkilərək,
1 ədəd Qaztənzimləyici, 107 ədəd siyirtmə və
1090 ədəd sayğac quraşdırılaraq Otuzikilər,
Bayramlı və Mollalı kəndləri
qazlaşdırılıb, 1090 ailəyə təbii qaz
verilib. Hazırda
rayonun 110 yaşayış
məntəqəsindən 106-sı və ya 96,4 faizi, abonentlərin 99 faizindən çoxu təbii qazlaq təmin edilib.
Olaylar.-2018.-3-5
mart.-S.15.