Regionların
sosial-iqtisadi inkişaf proqramları uğurla icra edilir
Bölgələrdə
istehsal obyektləri genişləndirilir
Azərbaycanda regionların sosial-iqtisadi
inkişafı ilə bağlı dövlət proqramları
uğurla həyata keçirilməkdədir. Etiraf edilməlidir
ki, sözgedən dövlət proqramlarının icrası nəticəsində
ölkənin dayanıqlı iqtisadi inkişafı təmin
edilib, Azərbaycan məhsul idxal edən ölkədən
ixracatçı ölkəyə çevrilib. Hazırda
ölkəmiz təkcə neft və neft məhsulları deyil,
eləcə də bir sıra ərzaq, sənaye və kənd
təsərrüfatı məhsullarının istehsalı və
ixracı ilə məşğuldur. Bəzu məhsullar isə
ölkəmizin brendi kimi dünya bazarına
çıxarılır. Başqa sözlə, artıq
müxtəlif çeşidli məhsullarımız təkcə
yerli tələbatı deyil, həm də xarici
istehlakçıların tələbatını ödəməkdədir.
O da etiraf edilməlidir ki, ölkənin iqtisadi
inkişafının təmin edilməsində regionların da
payı kifayət qədərdir. Daha doğrusu, həyata
keçirilən uğurlu iqtisadi siyasət nəticəsində
respublikamızın ayrı-ayrı rayon və şəhərləri
yerli tələbatı ödəməklə yanaşı,
ümumi iqtisadi inkişafa da töhvə verməkdədirlər.
Belə
rayonlardan biri də ölkənin aran iqtisadi rayonlarından
hesab olunan Mingəçevir rayonudur. Qətiyyətlə demək
olar ki, respublikamızda aparılan uğurlu iqtisadi siyasət nəticəsində
Aran iqtisadi rayonunda, xüsusilə də Mingəçevir
şəhərinin hərtərəfli inkişafı
üçün böyük işlər görülüb.
Bu proses hazırda da uğurla davam etdirilir. Rayonda
həyata keçirilən iqtisadi islahatlar nəticəsində
sahibkarlıq subyektlərinin, bələdiyyələrin və
digər maraqlı tərəflərin iqtisadi təşəbbüslərinin
dəstəklənməsi yolu ilə islahatların effektivliyi
daha da artırılıb. Xüsusən, Azərbaycan
Respublikası Prezidenti İlham təsdiq etdiyi və hazırda
uğurla icra edilən Strateji Yol Xəritələrində
qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi
rayon əhalisinin rifah halının
yaxşılaşmasına, regionun iqtisadi potensialının
tam olaraq gücləndirliməsinə, əlverişli biznes
mühitinin formalaşdırılmasına, iqtisadi və sosial
problemlərin həllinə böyük töhfə verib. Əldə etdiyimiz məlumata görə, rayonda bu
istiqamətdə mümkün olan bütün qüvvələr
səfərbər edilib. Təsadüfi deyil ki, cari ilin
yanvar ayının 10-da prezident İlham Əliyevin sədrliyi
ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında, həmçinin 29 yanvar tarixində keçirilən
regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının
dördüncü ilinin yekunlarına həsr olunan konfransda
ölkədə bütün sahələrdə aparılan
işlər müzakirə edilərək ölkəmizin
sürətlə və uğurla inkişaf etdiyi qeyd olundu.
Dövlət başçısı
çıxışlarında son 14 il ərzində Azərbaycanın
böyük və şərəfli yol keçdiyini,
dünyanın müxtəlif yerlərində risklərin,
qanlı münaqişələrin geniş vüsət
aldığı bir vaxtda xalqımızın sabitlik və təhlükəsizlik
şəraitində yaşadığını
vurğuladı. Qeyd olundu ki, 2017-ci ildə də
əldə edilmiş nəticələr ölkəmizin
ümumi inkişafına böyük töhfə verib. Nəzərdə tutulan bütün sosial proqramlar
icra edilib, aparılan islahatlar isə davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, Mingəçevir
rayonunda da regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları çərçivəsində xeyli işlər
görülüb, əhəmiyyətli layihələr
reallaşdırılıb. Sözün əsil
mənasında bu dövlət proqramları Mingəçevir
şəhəri üçün də uğurlu olub. Regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının icrası çərçivəsində
rayonun infrastrukturu yenidən qurulmaqdadır. Yeri gəlmişkən qeyd edək ki, rayonda əhalinin
fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək
üçün şəhər ərazisində 33
yarımstansiya, 140 TM fəaliyyət göstərir. Onlardan daşbina qapalı tipli TM sayı 56 ədəd,
KTP tipli transformator məntəqələrinin sayı 84 ədəddir.
Transformatorların ümumi sayı 163 ədəd,
ümumi gücü 145523Kva-dır. 2012-ci ilin altı
ayı ərzində 6 kv-luq hava xətlərində 3400 metr zədəli
naqillər dəyişdirilib, 500 metr SİP kabel, yeni 6 kv-luq
APvPUQ 1x120-1035 metr yeni kabel çəkilib, 6 ədəd
yarımstansiyada təmir işləri aparılıbıb,
1960 kq transformator yağı dəyişdirilib, 29 ədəd
yeni tipli rubilnik və şəhər ərazisində 239 ədəd
"smart-kart" tipli sayğac quraşdırılıb. Mingəçevir
şəhəri üzrə qaz xəttlərinin ümumi
uzunluğu 388 km, o cümlədən orta təzyiqli qaz xətlərinin
uzunluğu 99 km, aşağı təzyiqli 289 km təşkil
edir. Mingəçevir Qaz İstismarı Sahəsi
hələ 2012-ci ilin 6 ayı ərzində şəhər
sakinlərini fasiləsiz təbii qazla təmin edib. Bu
dövr ərzində 227 fərdi evə qaz xətlərinin
çəkilişi başa şatdırılmış,
şəhər ərazisində ayrı-ayrı ünvanlarda
müxtəlif ölçülü 9169 p/m
daşıyıcı və paylayıcı küçə
qaz xəttləri çəkilib, 394 ədəd sayğac
quraşdırılıb, qaz tənzimləyici qurğularda
cari təmir işləri aparılıb. Mingəçevir
Sukanal idarəsinin xidmət göstərdiyi 175 km su və 146
km kanalizasiya şəbəkəsi 50 ildən artıqdır
ki, fasiləsiz istismar olunur. Hazırda bu sahə
Dövlət Proqramına uyğun yenidən qurulur. 6 ayda 10 km yeni kanalizasiya xətti çəkilib, 7 km
uzunluğunda su borusu yenisi ilə əvəz olunmuşdur.
Bu sahədə əsaslı yenidənqurma
işləri davam edir. Rayon rəhbərliyi
bununla kifayətlənməyərək gələcəkdə
bir sıra infrastruktur layihələrin həyata keçirilməsini
planlaşdırır. Sözügedən layihələr
şəhərin bir sıra yaşayış massivlərinin
qazlaşdırılmasının sürətləndirilməsi,
şəhərin istilik təsərrüfatına aid
qazanxanaların modernləşdirilməsi və yenisinin
tikintisi, məhəllədaxili və binadaxili istilik sistemlərinin
bərpası, elektrik sisteminin yenidən qurulması su təchizatının
və kanalizasiya sisteminin yenidən qurulması, şəhərin
bütün mərkəzi və məhəllədaxili
yollarının asfaltlanması, şəhərin mərkəzi
küçələrinin yenidənqurulması, abadlıq
işlərinin intensivləşdirilməsiindən ibarətdəir.
Mingəçevirdə həmçinin əhalinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində bir
sıra ciddi addımların atılması nəzərdə
tutulur. Bunlar isə rayonda məskunlaşmış
qaçqın və məcburi köçkünlər
üçün yaşayış binalarının tikintisinin
başa çatdırılması, Qarabağ əlilləri və
şəhid ailələri üçün yaşayış
binasının tikintisi, Az.İES yaşayış massivində
tikintisi yarımçıq qalmış 1296 yerlik yeni məktəb
binasının inşasının sürətləndirilməsi,
"Mingəçevir kəndi" yaşayış massivində
tikintisi yarımçıq qalmış 50 yerlik 18 nömrəli
uşaq bağçasına yeni binanın inşasının
başa çatdırılmasından ibarətdir.
Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramları həmçinin
Şamaxı rayonunda da təsirsiz ötüşməyib. Belə ki, Azərbaycan Prezidenti İlham
Əliyevin müəyyənləşdirdiyi inkişaf
strategiyasının həyata keçirilməsi nəticəsində
2017-ci il Şamaxı rayonunda da əhəmiyyətli
soaial-iqtisadi layihələrin reallaşdırılması ilə
yadda qalıb. Nəticədə 2016-cı illə müqayisədə
2017-ci ildə ümumdaxili məhsulun həcmi 21 faiz artaraq 181,7 milyon manat olub. 2016-cı illə müqayisədə
sənaye müəssisələrində məhsul istehsalı
28,8 faiz artaraq 6,7 milyon manat təşkil
edib. Əsas kapitala investisiya qoyuluşu
tikinti-quruculuq işlərinin genişləndirilməsinə,
rayonun aqrar sektorunun inkişafına mühüm təsir
göstərib. Bütün maliyyə mənbələri
hesabına ayrı-ayrı sahələrin inkişafına 38,8 milyon manat vəsait yönəldilib. 2017-ci
ildə tikinti-quraşdırma işlərinin həcmi 92,1 faiz artaraq 38,8 milyon manat olub. Rayon ərazisində
fəaliyyət göstərən ticarət və iaşə
obyektləri üzrə pərakəndə əmtəə
dövriyəsinin həcmi 259,2 milyon manat
olmaqla əvvəlki ilə nisbətən 14,5 faiz artıb. İqtisadiyyatın başqa sahələrində
olduğu kimi əhalinin həyat səviyyəsini xarakterizə
edən əsas göstəricilərdən biri olan pullu xidmətin
həcmi xeyli çoxalıb. Əhali 53,6
milyon manatlıq pullu xidmətdən istifadə edib, ötən
illə müqayisədə 9,8 faiz artım əldə olunub.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il
tarixli 118 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionların
2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət
Proqramı"a uyğun olaraq, torpaq sahələrindən daha
səmərəli istifadə olunması məqsədi ilə
mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla
və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə
rayonun inzibati ərazisinin Padar və Yasamal adlanan qış
otlaq sahələrində yaradılmış iri
taxılçılıq təsərrüfatları 2017-ci ildə
rayonun kənd təsərrüfatı sahəsinin
inkişafına, əhalisinin ərzaqla təminatının
yaxşılaşdırılmasına və yeni iş yerlərinin
açılmasına xidmət göstərib. Onu da qeyd edək
ki, Şamaxı rayonunda vacib infrastruktur obyektləri fəaliyyət
göstərməkdədir. Regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarının içrası
nəticəsində həmin obyektlərdə də normal
iş ahəngi yaradılıb. Məlumat üçün
qeyd edək ki, Şamaxı şəhərində
"Star" LTD şirkəti tərəfindən 2004-2005-ci
illərdə televizor istehsalı zavodu tikilib istifadəyə
verilmişdir. Zavodun açılış mərasimində
dövlətimizin başçısı cənab İlham
Əliyev iştirak etmişdir. Zavodda "Toşiba"
firmasının ehtiyat hissələri əsasında
"Star" markalı 37, 54, 72, 74 dioqonal
ölçülü "LCD"-lər, "Plazma" CV-lər,
"VCD"-lər və rəqəmlı "Resiverlər"
istehsal edilir. Zavodda istehsal avadanlıqları Koreyadan,
Çindən və Tayvandan gətirilir. 7 milyondan çox
ABŞ dolları məbləğində investisiya qoyulmuş
"Star" televizor istehsalı zavodunda hazırda 250 nəfərdən
çox adam işləyir. Zavodun tam istehsal gücü bir ildə
1 milyon 200 min ədəddir. Bundan başqa, "Star" LTD
şirkətinə daxil olan Şamaxı xalça sexi
2003-cü ilin sentyabr ayından fəaliyyət göstərir.
40 ədəd dəzgahın
quraşdırıldığı bu sexdə
"Quba-Şirvan", "Naxçıvan",
"Qarabağ" və "Təbriz" xalçaları
toxunur. Hazırda xalça sexində 60 nəfər işləyir.
Rayonda maşınqayırma və ağır səneyinin
inkişafı da diqqətdən kənarda qalmayıb. Belə
ki, Şamaxı şəhərində "Azsamant" minik
avtomobili istehsalı zavodunun tikintisinə "Star" LTD
şirkəti tərəfindən 2005-ci ilin mart ayında
başlanılmışdır. Qusmən fəaliyyət
göstərən bu zavodun inşasına həmin şirkət
tərəfindən 10 milyon ABŞ dolları həcmində
investisiya qoyulacaqdır. Ehtiyat hissələri İrandan və
Fransadan gətirilir. Zavodun tam istehsal gücü bir ildə
2880 ədəddir. Həmçinin bu istehsal müəssisəsi
tam gücü ilə işləyərkən burada 900-1000 nəfər
çalışacaqdır. "Azərelektronika" məişət
cihazları istehsalı zavodunun tikintisinə iaə 2005-ci ildə
başlanılmış, 2008-ci ilin may ayında başa
çatdırılmışdır. Zavodda 250 nəfər
işçi çalışacaq. Zavod tam gücü ilə
işlədikdə 1000 nəfərin çalışması
nəzərdə tutulur. İllik istehsal gücü 600 min ədəd
kondinsionerdir. Zavodun ümumi torpaq sahəsi 12 hektar, istehsal sahəsi
20 min kvadratmetrdir.Üç mərtəbəli inzibati
binanın ümumi sahəsi 3600 kvadratmetrdir. 1000 nəfərlik
konfrans zalı vardır. Kondinsioner, soyuducu və paltaryuyan
maşınlar istehsal edəcək zavodun tikintisinə 50 milyon
manat həcmində investisiya qoyulmuşdur. Hazırda sadalanana
istehsal obyektləri rayonun iqtisadi potensialında mühüm əhəmiyyət
daşıyır, rayonda məşğulluq probleminin həll
olunmasında xüsusi paya malikdir.
Olaylar.-2018.-6
mart.-S.15.