Azərbaycanda gender bərabərliyi yüksək
səviyyədə təmin
edilib
Qadınların
bütün sahələrdə kişilərlə bərabər
hüquqa malik olması dövlət idarəetmə kursunun
prioritet istiqamətinə çevrilib
Təhsil sahəsinin inkişafı, bu
sektorda çalışanların sosial halının gücləndirilməsi
hər zaman dövlətin əsas prioritet vəzifələrindən
hesab edilir. Müntəzəm olaraq dövlət rəhbərliyi
tərəfindən bu sahəyə göstərilən diqqət
və qayğı fonunda bunu görmək mümkündür.
Bu günlərdə Azərbaycan Respublikasının
Prezidentinin sərəncamı ilə təhsil müəssisələrində
çalışanların əmək haqqlarının
artırılması da məhz bunun əyani göstəricilərindən
biri idi. Elə millət vəkili Dilarə Cəbrayılova da
deyir ki, Azərbaycanda dövlət təhsilin inkişafı həmişə
xüsusi olaraq yanaşır. Onun sözlərinə görə,
məhz bu diqqət və qayğının fonunda təhsilin
keyfiyyətinin artırılması, həmçinin bu
yöndə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli
layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin
elmi səviyyəsinin, təfəkkürünün
inkişafına xidmət edir: "Ölkəmizdə həyata keçirilən
sosial-iqtisadi islahatlar nəticəsində ölkənin
imkanları artdıqca, dövlət əldə olunan gəlirləri
milli-intellektual potensialı reallaşdırmağa yönəldir.
Bunun nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb
inşa olunub, təmir edilib, azərbaycanlı gənclər təhsil
almaq üçün xarici ölkələrə göndərilib.
Digər tərəfdən, Azərbaycanın sürətli
inkişafı, ölkəmizin ictimai həyatının
bütün sahələrində əldə etdiyi nailiyyətlər
dövlət gənclər siyasətində də
özünü bariz şəkildə göstərir. Bir
sıra sahələr üzrə gənc kadrların məsul
dövlət vəzifələrinə təyin olunması,
dövlət quruculuğunda gənclərin iştirakına
şərait yaradılması, gənc ailələrə
kömək göstərilməsi, qaçqın və məcburi
köçkün ailələrindən olan yeniyetmə və
gənclərin hüquqlarının qorunması, sosial problemlərinin
həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi
dövlət gənclər siyasətinin əsasını təşkil
edir. Gənclərin yüksək səviyyəli və keyfiyyətli
təhsillə təmin olunması, onların bilikli və vətənpərvər
vətəndaş kimi yetişdirilməsinə yönəlmiş
addımlar da dövlət gənclər siyasətinin
mühüm elementlərindən birini təşkil edir. Bir
sözlə, təhsilin inkişafına diqqət insan
kapitalının daha da güclənməsinə xidmət
edir". Millət vəkili bildirib ki, təhsilin
inkişafı ilə bağlı dövlət
başçısının təsdiq etdiyi müvafiq Dövlət
proqramları hazırda Azərbaycan hökuməti tərəfindən
uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə
kurikulum, təhsil sisteminin informasiyalaşdırılması,
texniki peşə təhsili, Azərbaycanın ali təhsil
sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və
s. sahələri əhatə edir: "Bu gün məhz Ulu
öndər Heydər Əliyevin miras qoyduğu, özündə
yüksək norma və dəyərlər sistemini ehtiva edən
ənənələr hazırda uğurla davam etdirilir.
Dövlət başçısının yüksək diqqəti
və effektiv göstərişləri əsasında
atılan addımlar, icra edilən Dövlət proqramları təhsil
sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə
edilməsinə, yüksək nəticələrin
qazanılmasına xidmət edir. Bu da, şübhəsiz,
ölkəmizin milli kadr potensialının kəmiyyət və
keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi
işinə mühüm töhfələr verir. Ölkədə
təhsilin keyfiyyət göstəricilərinin
yaxşılaşmasını şərtləndirən ən
mühüm amillərdən biri təhsil şəbəkəsinin
müasir infrastrukturla təmin edilməsidir. Hazırda təhsilin
maddi-texniki bazasının təkmilləşdirilməsi,
müasir standartlara cavab verən yeni məktəblərin
tikilməsi xüsusi diqqət mərkəzindədir. Bu mənada
son 15 ildə ölkəmizdə təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
respublikanın hər yerində məktəb tikintisinin
geniş vüsət alması təqdirəlayiqdir.
Güclü müasir infrastrukturun yaradılması təhsil
sahəsində uğurların əsasını təşkil
edən amillərdən biridir. Ötən dövrdə məktəb
tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı
qəbul edilib. Bundan başqa, digər sahələri əhatə
edən Dövlət proqramlarında da məktəb tikintisinə
böyük diqqət yetirilir. Məsələn,
regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin
sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət
proqramlarında məktəb tikintisi ilə bağlı
geniş müddəalar öz əksini tapıb. Eyni zamanda,
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda da təhsil
müəssisələrinin infrastrukturunun yenilənməsinə
geniş yer ayrılıb. Dövlət proqramlarının
icrası nəticəsində son 15 ildə Bakı şəhərində
və respublikanın bölgələrində 3000-dən
çox yeni məktəb tikilib və yaxud əsaslı təmir
edilib. Bunun nəticəsində təxminən 1 milyon
şagirdin təhsil şəraiti yaxşılaşıb,
birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin
sayı əhəmiyyətli dərəcədə
artıb". Hazırda ölkədə gender bərabərliyi
sahəsində mövcud olan vəziyətə toxunan millət
vəkili qeyd edib ki, gender bərabərliyinin təmin
olunması dünyanın bir çox ölkələrində
aktualdır: "Qadınlara qarşı zorakılıq, o
cümlədən məişət zorakılığı ilə
mübarizə qadın və uşaqların
hüquqlarının təmin edilməsini prioritet sayan
dövlətlərin bu gün həll etməyə
çalışdığı əsas problemlərdən
biridir. Azərbaycan tarixinə nəzər salsaq görərik
ki, cəmiyyətin inkişafının bütün mərhələlərində
qadınlar kişilərlə bərabər dövlət
quruculuğunda, siyasi qərarların verilməsində fəal
iştirak etmişlər. Ölkəmizdə milli qadın
siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan
Xalq Cümhuriyyəti dövründə dövlət statusu
alıb. Həmin vaxtlarda ilk dəfə olaraq müsəlman
Şərqində qadına seçmək və seçilmək
hüququ verilib. Ümummilli lider Heydər Əliyevin siyasi
hakimiyyətə qayıdışından sonra isə cəmiyyət
həyatının digər sahələrində olduğu
kimi, gender siyasətində də böyük dəyişikliklər,
irəliləyişlər, tərəqqi əldə edildi. Ulu
öndərin fəaliyyəti
nəticəsində gender
problemlərinin həllinə
böyük təkan verildi. Hazırda bu siyasət uğurla davam etdirilir. Bu gün
qadınlarımızın bütün sahələrdə
kişilərlə bərabər
hüquqa malik olması dövlət idarəetmə kursunun prioritet istiqamətinə çevrilib. Beləliklə,
Azərbaycanda gender bərabərliyi yüksək
səviyyədə təmin
edilib".
Məhəmməd
Olaylar.-2018.-6
mart.-S.4.