Regionların sosial-iqtisadi inkişafı bütün

istiqamətlərdə dinamik inkişafa səbəb olub

 

Artıq üçüncüsü başa çatmaqda olan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində uğurla icra edilərək qarşıya qoyulan nətiucələrə nail olunub. Hər bir region üçün spesifik sahələrin müəyyən edilib həmin sahələrin inkişaf etdirilməsi regionun inkişafına öz müsbət təsirini göstərib. Əgər şimal zonasında əsasən meyvəçilik inkişaf etdirilibsə, cənubda sitrus meyvələri, Aran zonasında pambıqçılıq öz inkişaf dövrünü yaşayıb. Regional proqramların uğurla icra edildiyi rayonlardan biri Zərdab rayonudur.

Qeyd etdiyimiz kimi Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi sənaye sahəsində inkişafa səbəb olub. Bu inkişaf Zərdab rayonunda da öz təzahürünü göstərməkdədir. Rayon üzrə fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən təkcə keçən il rayon sənayesində malların istehsalı xidmətlərin göstərilməsi 3912,7 min manatlıq olub. Malların istehsalı õidmətlərin göstərilməsinin həcmi elektrik enerjisinin bölüşdürülməsi satışı sahəsində 66,4 faiz, qazın bölüşdürülməsi satışı sahəsində 17,6 faiz, suyun yığılması paylanması sahəsində 4,5 faiz, qida məhsullarının istehsalı sahəsində 4,7 faiz, tullantıların yığılması məhv edilməsi sahəsində görülən işin həcmi 0,2 faiz, fiziki şəxslərdə isə bu göstərici 6,6 faiz təşkil edib. Sənaye sahəsində yüklənmiş mallar, görülən işlər, göstərilmiş xidmətlərin həcmi əsasən elektrik enerjisi, təbii qazın bölüşdürülməsi satışı sahələri üzrə artıb. Sənayedə görülən ümumi işin 11,3  faizi emal sənayesinin, 84,0 faizi elektrik enerjisi, qaz, buxar kondisiyalaşdırılmış hava ilə təchizatı sənayesinin, 4,7 faizi su təchizatı, çirkli suların tullantıların təmizlənməsi sənayesinin payına düşüb.

Sənaye sahəsi üzrə çalışanların 36,2 faizi elektrik enerjisi, qaz, buxar kondisiyalaşdırılmış hava ilə təchizatı sahəsində, 52,6 faizi su təchizatı, tullantıların təmizlənməsi emalı sahəsində, 11,2 faizi emal sənayesində çalışanlardır. Elektrik enerjisi, qaz, buxar kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində çalışan hər bir işçiyə düşən îrta aylıq əmək haqqı 528,9 manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz, emal sənayesində çalışan hər bir işçiyə düşən orta aylıq əmək haqqı 180,8 manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 46,7 faiz artmışdır. Su təchizatı, tullantıların təmizlənməsi emalı sahəsində çalışan hər bir işçiyə düşən orta aylıq əmək haqqı 165,6 manat olub.

Rayîn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin   davamlı inkişaf təmin îlunub. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir, heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb. Bu səbəbdən ət, süd, yumurta, yun istehsalının həcmi ötən dövrlərlə müqayisədə daha çox olub.

01 yanvar 2018-ci il vəziyyətinə rayonda 54678 baş iri buynuzlu, 113477 baş xırda buynuzlu heyvan var. 2017-ci il ərzində ət istehsalı 43744 sentner, süd istehsalı 319437 sentner, yumurta istehsalı 8075 min ədəd, yun istehsal 1786 sentner təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 12 sentner, süd istehsalı 94 sentner, yumurta istehsalı   min ədəd, yun istehsalı 127 sentner artıb.

Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilib. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda 20 süni mayalama məntəqəsi yaradılıb. 2017-ci il ərzində 2244 baş inək düyələrdə süni mayalanma aparılıb, 1183 baş sağlam bala alınıb ki, bunun da maldarlığın inkişafına böyük təsiri olub.

Mal-qaranın  yemə olan tələbatını ödəmək məqsədi ilə yonca sahələri 18612 hektara çatdırılıb. Cari ildə 118689 ton ot istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən  451 ton çoxdur.

2018-ci il yanvarin 1-i vəziyyətinə Zərdab rayonu üzrə iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 6222 nəfər olub, onlardan  4575 nəfəri ya 73,5 faizi iqtisadiyyatın dövlət sektorunda, 1647  nəfəri ya  26,5  faizi isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin  34,9 faizi təhsil,  19,7 faizi ticarət,  5,3 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə sosial xidmətlərin göstərilməsi, 7,8 faizi dövlət idarəetməsi müdafiə, sosial təminat,  3,6 faizi tikinti,  0,8 faizi nəqliyyat anbar təsərrüfatı,  0,9 faizi peşə, elmi texniki fəaliyyət, 10,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı balıqçılıq, 0,2 faizi maliyyə sığorta fəaliyyəti, 8,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2017-ci ilin yanvar-dekabr aylarında rayon üzrə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 243,8 manat olub. İqtisadiyyatın elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi təchizatı, maliyyə sığorta fəaliyyəti, peşə, elmi texniki fəaliyyət, informasiya rabitə sahələrində orta aylıq nominal əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olub.

Regional proqramların icrası keçən il üçün rayonda uğurlu olub. Belə ki,  2017-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 14,1 faiz üstələyərək 78750,0 min manat olub. Ticarət dövriyyəsinin 44892,3 min manatını ərzaq məhsulları, 33857,7 min manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 53,8 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər tütün məmulatlarının, 8,6 faizi toxuculuq məhsulları, geyimlər ayaqqabıların, 5,2 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq tibbi malların, 0,9 faizi mebellərin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları çap məhsullarının, 19,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2017-ci ilin yanvar-dekabr aylarında istehlak məhsullarının 5,8 faizi hüquqi şəxs statuslu müəssisələr, 94,2 faizi fiziki şəxslər  tərəfindən satılıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 112,9 manat ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 13,2 manat çox olub.

Regional proqramların uğurlu icrası Zərdabda nəqliyyat sektorunda da müsbət dinamika yaradıb. 2017-ci ildə nəqliyyat müəssisələrinin yerinə yetirdikləri xidmətlərin dəyəri Zərdab rayonu üzrə 235,7 min manat olmuşdur. Xidmətlərin 96,1 faizi dövlət müəssisələrinin, 3,9 faizi qeyri-dövlət müəssisələrinin hesabına yaranıb.

Dövlət müəssisələri tərəfindən yerinə yetirilən 226,6 min manatlıq xidmətin 225,2 min manatı iri, 1,4 min manatı kiçik müəssisələrin payına düşür. Qeyri-dövlət müəssisələri tərəfindən yerinə yetirilən 9,1 min manatlıq xidmət isə kiçik müəssisələrin payına düşür.

Əhaliyə göstərilən 240,7 min manatlıq pullu xidmətlərin 231,6 min manatı dövlət müəssisələri üzrə, 9,1 min manatı isə qeyri-dövlət müəssisələri üzrə qeydə alınıb.

Keçən ilin eyni dövri ilə müqayisədə nəqliyyat müəssisələri tərəfindən görülən işlərin həcmi 45,5 min manat ya 23,9 faiz, əhaliyə göstərilən pullu xidmət isə 46,5 min manat ya 24,0 faiz artıb.

Zərdab rayonunda 2017-ci ildə ümumi məhsul buraxılışının həcmi 107 milyon 715 min manat olub ki, bu da əvvəlki ildəkindən 10 milyon 244 min manat çoxdur. Buraxılan məhsulun 65 milyon 400 min manatı ya 60,7 faizi bölgə iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşür.

Ümumiyyətlə son illər ərzində 19 min 753,5 hektar sahədən 58 min tondan çox taxıl istehsal olunub ki, bu, rayon tarixində ən yüksək nəticədir. Keçən il adambaşına taxıl istehsalı 1017 kiloqram olub. 2017-ci ildə 3232,3 hektardan 3199,3 ton pambıq, 202 hektardan 788 ton çəltik istehsal edilib. Hesabat ilində aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda da nəticələr yaxşı olub. Süni mayalandırma yolu ilə inişilkindən 159 baş çox olmaqla, 1083 baş cinsi yaxşılaşdırılan sağlam bala alınıb.

Ötən il rayonda əkinəyararlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məqsədilə 10 min hektar ərazinin suvarma suyu ilə təminatı üçün Kür çayından 15 kilometr su xətti çəkilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018.- 10-12 mart.- S.11.