Düzgün idarəçilik,
sosial-iqtisadi inkişaf
Yaxud Azərbaycanın
nümunəvi ölkə imici qazanmasını şərtləndirən
başlıca amillər
Prezident seçkilərinə
cəmi bir ay qalıb. Aprelin
11-də Azərbaycan xalqı, vətəndaşları səsvermə
məntəqələrinə gedərək növbəti
müddətə ölkənin birinci şəxsini seçəcəklər.
Ölkə
Konstitutsiyasına edilən dəyişikliklərdən sonra
ilk dəfə baş tutacaq prezident seçkilərinin nəticələrinə
əsasən dövlət başçısı seçiləcək
şəxs əvvəlki illərdən fərqli olaraq
prezidentlik postunda 5 deyil, 7 il əyləşəcək.
Bir qayda olaraq bu və ya digər ölkədə
keçirilən hər hansı bir seçki ərəfəsində
həmin ölkədəki seçki mühiti, mövcud
ictimai-siyasi vəziyyət təhlil olunur, bu istiqamətdə
araşdırma aparılır. Aparılan
araşdırmalar, təhlillər əsasında isə
seçkiqabağı vəziyyət qiymətləndirilir.
Bəzi hallarda isə seçkiqabağı vəziyyətin
təhlil edilib, ondan əldə olunan nəticəyə
uyğun olaraq seçkilərin nəticələrinin necə
yekunlaşacağı barədə ümumi rəy, fikir
formalaşdırılır. Hazırda Azərbaycanda
da eyni situasiya, proses gedir. Aprel
ayının 11-də prezident seçkilərinin keçirilməsi
barədə imzalanan sərəncam və ondan sonrakı
müddətdə davam edən seçki
hazırlıqları prosesi istər yerli, istərsə də
beynəlxalq təşkilatlar, qurumlar tərəfindən dərindən
təhlil edilib.
Aparılan təhlillər və əldə edilən nəticələrə
diqqət yetirdikdə aydın şəkildə belə bir mənzərə
ortaya çıxır ki, ölkədə
seçkiqabağı mühit, ictimai-siyasi vəziyyət
normal, qaneedici, ən əsası sabitdir. Bu
özünü bir sıra parametrlər üzrə göstərir.
Ən əsası onu şərtləndirən
amillər kifayət qədərdir. Birincisi,
seçkiqabağı ictimai-siyasi vəziyyətin sabit, normal
olması ümumilikdə ölkədəki siyasi durum,
situasiya ilə bağlıdır. Məlumdur
ki, Azərbaycan 20 ildən artıqdır əksər dünya
ölkələrindən fərqli olaraq sabit məkan, dövlət
kimi tanınır. Ölkədə
müntəzəm olaraq həyata keçirilən siyasi
islahatlar, bütün istiqamətlərdə olduğu kimi
siyasi sahədə də plüralizmin təmin olunması Azərbaycanda
normal siyasi münasibətlər sistemi formalaşdırıb.
Düzdür, bəzi xırda elektorata malik partiyalar ölkədə
mövcud olan siyasi plüralizmdən sui-istifadə edərək
mübarizəni tamam başqa müstəviyə yönəldir,
ciddi cəhdlə Azərbaycanda xaos, anarxiya yaratmağa
çalışır, lakin qeyd etdiyimiz kimi respublikada normal siyasi
münasibətlər sisteminin mövcud olması bütün
bu pozuculuq hallarının qarşısını alır. Heç şübhəsiz ki, burada cəmiyyətin
mövqeyi, xalq faktoru da mühüm rol oynayır. Yəni, Azərbaycan cəmiyyəti mövcud
situasiyada əsasən sabitliyin tərəfdarı olduğu
üçün, seçkiqabağı mühitin də sabit
keçməsini istəyir. İkincisi,
ölkədə mövcud olan siyasi plüralizm prezidentliyə
namizəd iddiasında olanların siyasi baxışlarında
da özünü təsdiqləyir. Belə
ki, ölkənin bir nömrəli postu uğrunda gedən
mübarizədə 10-dan artıq namizəd öz
iddiasını ortaya qoyaraq prosesə qatılıb. Həmin namizədlər arasında həm iqtidar, həm
müxalifət, həm də tamamilə müstəqil olan
namizədlər var. Bir sözlə namizədlər kifayətqədər
əksqütbləri təmsil edir ki, bu da seçkilərin gərgin
mübarizə şəraitində keçəcəyindən
xəbər verir. Amma aprelin 11-də səsvermə
qutularından hansı nəticənin
çıxacağından asılı olmayaraq hər bir namizəd
qalibi təbrik etmək kimi siyasi mədəniyyət
nümayiş etdirməyə qadirdir ki, bu da ölkədə
siyasi baxımdan yüksək mədəniyyət,
sivil mübarizə mühitinin mövcudluğundan xəbər
verir.
Siyasi
mübarizədən qorxub yayınanların mitinq şousu
Üçüncüsü, ölkədə
seçkiqabağı mühitin sabit, normal olması namizədlərə
yaradılan şəraitdə də özünü təsdiqləyir. Seçkilərin
istər namizəd irəli sürmə, istər Mərkəzi
Seçki Komissiyasına müraciət etmə, istərsə
də imzaların toplanıb MSK-ya təhvil verilməsi və
namizədin namizədliyinin qeydə alınması prosesində
tam şəffaflıq, ədalət prinsipləri təmin
olunub ki, bunun özü də seçki prosesini normal atmosfer
mühitində keçdiyindən xəbər verir. Bir məqamı xüsusi qeyd etmək lazımdır
ki, bunu prezidentliyə namizədlər özləri də
açıq şəkildə etiraf edirlər. Bu amilin özü də ölkədə
seçkiqabağı mühitin normal, demokratik və şəffaf
şəkildə keçdiyini deməyə əsas verir.
Hazırda ölkədəki siyasi durum, mənzərəyə
diqqət etdikdə ilk ortaya çıxan sual bu olur. Bəs bütün bunlara
necə nail olunub?Cavab sadədir. Düzgün idarəçilik, siyasi islahatlar,
sağlam siyasi rəqabət mühiti.
Düzgün idarəçilik-Günümüzdə əsas
diqqət yetirilməli olan məqamdır. Əgər ölkədə
düzgün idarəçilik sistemi mövcud olmasa, hakimiyyət
xalqı deyil, yalnız özünü düşünsə,
ölkənin gəlirləri xalqdan gizlədilib
ayrı-ayrı dövlət məmurları, hakimiyyət
nümayəndələrinin cibinə axsa, onların daha zəngin
həyat tərzi yaşamasına sərf edilsə, o halda
ölkədə düzgün idarəçilik sistemindən
danışmaq olmaz. Düzgün idarəçilik
sistemi olmadıqda isə dövlət Misirə, Liviyaya, Yəmənı,
İraqa, Suriyaya, eləcə də Yaxın Şərqin digər
avtoritar rejimlərə xas olan ölkələrinə
çevrilir. Xalq hakimiyyətdən
narazı qalır. Etirazlar baş
qaldırır. Yaranan bu situasiyadan isə Qərbin
müəyyən dairələri, daha dəqiq desək,
demokratiya adı altında ölkələrə bədbəxtçilik,
xaos, anarxiya ixrac edən qüvvələri məharətlə
istifadə edərək rəngli inqilablarını həmin
ölkələrə ixrac edirlər. Açıq
etiraf edək ki, uzun illərdir Azərbaycan da həmin inqilab
"ixracatçılarının" hədəf dairəsindədir.
Və ciddi cəhdlə Azərbaycanı da
Yaxın Şərqdəki xaos, anarxiyanın hökm
sürdüyü ölkələr sırasına qatmaq istəyirlər.
Ancaq qeyd etdiyimiz kimi Azərbaycanda zamanında
qurulan düzgün idarəçilik sistemi həmin qüvvələrin
məkrli planlarının gerçəkləşməsinə
imkan vermir. Diqqət edək.
1994-cü
ildə ümummilli lider Heydər Əliyevin gərgin əməyi
sayəsində "Əsrin müqaviləsi"nin
imzalanmasından sonra
ölkəyə gələn neft gəlirləri
adlarını qeyd etdiyimiz ölkələrdəki kimi xalqdan
gizlədilmədi. Əksinə neft gəlirləri
daha çox xalqın rifah halının
yaxşılaşdırılması, əhalinin sosial təminatının
gücləndirilməsinə sərf edildi. Neft gəlirlərinin səmərəli istifadəsi
ölkə iqtisadiyyatının da da dirçəldilməsinə
imkan yaratdı. Tədricən
iqtisadiyyatın inkişaf etdirilməsi bir sıra sosial layihələrin,
Dövlət Proqramlarının icrasına zəmin
yaratdı. Həyata keçirilən hər
bir layihə, Dövlət Proqramı da öz növbəsində
Azərbaycan vətəndaşının rifah halının
yaxşılaşdırılmasında mühüm rol
oynadı. Artıq 20 ildən çoxdur
ki, eyni tendensiya davam edir.
Xalq-iqtidar birliyi, vəhdəti-Xalq-iqtidar birliyini şərtləndirən
əsas amil də məhz hakimiyyətin əhalinin sosial rifah
halının yaxşılaşdırılması istiqamətində
atmış olduğu addımlardır. Mütəmadi olaraq vətəndaşların
həyat şəraitinin yaxşılaşdırılması
istiqamətində atılan addımlar, bir sıra
sosialyönümlü layihələrin həyata keçirilməsi,
Dövlət Proqramlarının uğurlu icrası, yüz
minlərlə iş yerlərinin açılması, eləcə
də bu kimi addımlar hər bir ölkə vətəndaşında
məmnunluq yaradır ki, bu da xalqın hakimiyyətə,
iqtidara inamını artırır, hər iki tərəf
arasında birliyi, vəhdəti gücləndirir. Ona görə də Azərbaycan vətəndaşları
artıq 25 ildən çoxdur ki, hazırkı siyasətin
davam etdirilməsinə səs verir, bu siyasətə dəstək
nümayiş etdirir. Aprelin 11-də baş
tutacaq növbəti seçkilərdə də Azərbaycan vətəndaşlarının
eyni mövqedən çıxış edəcəyi, eyni
münasibəti ortaya qoyacağı şübhə
doğurmur. Çünki bu siyasət Azərbaycanı
inkişaf etdirib, onu aparıcı ölkələrin
sırasına yüksəldib. Ona görə
də Azərbaycan vətəndaşları həmin siyasətin
davam etdirilməsində maraqlıdır, ona tərəfdardır.
Bu siyasət Azərbaycanın iqtisadi qüdrətini,
ölkə iqtisadiyyatının inkişaf etdirilməsini təmin
etməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdəki
rolunu, mövqeyini də möhkəmləndirib. Artıq
Azərbaycan regionda elə bir mövqe, nüfuza malikdir ki,
dünyanın istənilən ölkəsi (təbii ki, Ermənistan
istisna olmaqla) Cənubi Qafqazda Azərbaycanın timsalında
özünə dost, müttəfiq qazanmaq istəyir. Müntəzəm
olaraq xarici ölkələrin dövlət və hökumət
başçılarının Azərbaycana səfəri,
onların ölkəmizin bilavasitə təşəbbüs
göstərdiyi və iştirak etdiyi layihələrə
qoşulmaq istəyi, birgə həyata keçirilən qlobal əhəmiyyətli
regional layihələr məhz Azərbaycanın beynəlxalq
imicinin, nüfuzunun artmasına öz müsbət təsirini
göstərən amillərdəndir. Müstəqillik illərindən
sonra "Əsrin müqaviləsi" fonunda həyata
keçirilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri,
müasir dövrümüzdə yeni əsrin yeni layihəsi
kimi tarixə düşən Bakı-Tbilisi-Qars dəmir yolu xətti
layihələri, Avropanın enerji təhlükəsizliyinin təminatında
mühüm rol oyanayacaq Cənub Qaz Dəhlizi layihəsi və
s. bu kimi layihələr deyilənləri təsdiqləyir. Hər bir layihıə öz-özlüyündə
qlobal əhəmiyyət daşıyıb Azərbaycanın
beynəlxalq münasibətlər sisteminə müsbət təsir
göstərməklə yanaşı, onun müsbət nəticələri
daxildə də özünü göstərir. Qeyd etdiyimiz kimi bu və ya digər layihələrin
həyata keçməsindən əldə edilən gəlirlərin
bir qismi daxildə infrastrukturun yaradılmasına da sərf
edilir ki, bu da ildən-ilə Azərbaycanaı daha maraqlı,
xaricilər üçün cəlbedici edir. Azərbaycana olan marağ getdikcə artır, ölkəmiz
səfər etmək istəyi formalaşır. Elə son illərdə Azərbaycana səfər edən
xarici ölkə turistlərinin sayında baş verən kəskin
artımı da şərtləndirən başlıca amillərdən
biri məhz budur. Bu aydan etibarən sərnişin
daşıması həyata keçirəcək
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə qeyd edilən
istiqamətdə daha dinamik inkişafın baş verməsinə
yol açacaq. Nəzərə alsaq ki.
Xarici turistlər bir qayda olaraq təhlükəsizlik
məkanlara, ictimai-siyasi sabit vəziyyətin hökm
sürdüyü ölkələrə səfər edirlər,
bu baxımdan Azərbaycan xarici turistlər üçün
ideal ölkə rolunu oynayır. Çünki
uzun illərdir ki. Azərbaycanda
ictimai-siyasi vəziyyət qorunur, onun pozulması, ölkədə
planlı şəkildə qarşıdurma yaradılması cəhdlərinin
qarşısı alınır, iflasa uğrayır.
Göründüyü kimi, Azərbaycan seçkilərə
sosial, iqtisadi, siyasi, mədəni, humanitar və digər sahələrdə
nailiyyətlər, uğurlarla gedir. Uzun illər ərzində
min bir əziyyət, zəhmət bahasına əldə edilən
bu nəticələrin, uğurların davamlı xarakter
daşıması, davam etməsi isə Azərbaycan vətəndaşının,
seçicisinin seçimindən asılıdır. Və Azərbaycan xalqının 11 aprel seçkilərində
bu uğurların davam etməsinə, ölkənin daha
yaxşı gələcəyinə səs verəcəyi
şübhə doğurmur.
Süleyman İsmayılbəyli
Olaylar.- 2018.- 10-12
mart.- S.8.