Regional proqramlar
Ağstafada uğurla
icra edilir
Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramları respublikanın
hər bir bölgəsində olduğu kimi Ağstafa rayonunda
da uğurla icra edilib. Dövlət Proqramlarının
uğurla icra edildiyi ötən 14 il ərzində Ağstafada
görülən işlər, həyata keçirilən tədbirlər,
islahatlar belə deməyə əsas verir.
Təkcə "Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın icrası
çərçivəsində keçən il Ağstafa
rayonuna 34,8 milyon manat özəl investisiya qoyulub, bundan 25 milyon
manatı xarici investisiyadır. Ağstafa rayonunda
sahibkarlığın dəstəklənməsi və
inkişaf etdirilməsi istiqamətində
həyata keçirilən tədbirlər nəticəsində
ötən dövr ərzində 7009 yeni iş yeri
açılıb. Yeni iş yerləri təkcə kənd təsərrüfatı
ilə bağlı sahələrdə deyil, rayonun sənayesini
əhatə edən yeni müəssisələrin və
turizmin inkişafı
hesabına artıb. Ağstafa rayonunda həyata
keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların
həyatında, onların maddi rifah halının
yaxşılaşdırılmasında mühüm rol
oynayır. Məhz bunun nəticəsidir ki, son 7 ildə rayonda
ümumi məhsul buraxılışının həcmi 2,9 dəfə,
sənaye məhsulu istehsalı 2,2 dəfə, kənd təsərrüfatı
məhsulları istehsalı 2,0 dəfə,
tikinti-quraşdırma işlərinin həcmi 8,6 dəfə,
əsas kapitala yönəldilən investisiyalar 9,2 dəfə,
orta aylıq nominal əmək haqqı 1,4 dəfə
artıb.
Dövlət
başçısının müvafiq
tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda
icra olunan sosial infrastruktur layihələr çərçivəsində
"Ağstafa Aqrar Sənaye Kompleksi"nin layihə üzrə
saatda 25 ton istehsal gücündə olan dənli və
paxlalı bitkilərin toxumu istehsalı zavodu, ümumi emal
gücü 36 min ton taxıl olan çeşidləmə-qurutma
və saxlama anbarının tikintisi, sutkada 120 ton emal
gücündə dəyirman kompleksi, sutkada 48 ton istehsal
gücündə çörək və yarımfabrikat
zavodunun, sutkada 36 ton istehsal gücündə olan makaron
zavodunun, əhaliyə hazır məhsulların və fastfud
xidmətlərinin həyata keçirilməsi
üçün 2400 kv metr sahədə müasir ticarət mərkəzinin,
280 oturacaq yeri olan çox funksiyalı sərgi mərkəzinin
və 130 yerlik müasir yeraltı avtomobil dayanacağı
parkının tikintisi başa çatdırılmaq üzrədir.
Gələcəkdə 8 hektar torpaq sahəsində istixana
kompleksinin quraşdırılması və 10 min tonluq soyuducu
anbarların tikintisi nəzərdə tutulur. Almaniya şirkətlərinin
avadanlıq və texnologiyalarından istifadə edilən
kombinatda 310 nəfər yeni iş yeri ilə təmin ediləcək.
Layihənin ilkin dəyəri 36 milyon manatdır.
Özündə
istehsal və emal müəssisələrini birləşdirən
"Karvan-L" EKO sənaye parkında istehsal gücü
sutkada 500 kv. metr olan keramika dam örtüklərinin
istehsalı müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir.
Hazırda sənaye parkında biorqanik istixana kompleksi, polietilen
örtüklərin istehsalı müəssisəsi, plastik
kütlələrin təkrar emalı müəssisəsi,
xüsusi dəmir konstruksiyalar istehsalı müəssisəsi,
istismara yararsız avtomobil şinlərinin təkrar emalı
müəssisəsi, dəmir dam örtüklərinin
istehsalı müəssisəsi, şüşə və
şüşə konstruksiyaların istehsalı müəssisəsi,
plastik qapı-pəncərə və plastik konstruksiyaların
istehsalı müəssisəsi, üzvi turşuların
istehsalı qurğusu, günəş enerjisi ilə dolan
batareyaların istehsalı sahəsi, yerli xammaldan bəzək
və mozaika daşlarının istehsalı müəssisələri
fəaliyyət göstərir.
"ATİLO"
MMC-nin inşasına başladığı "Sərinləşdirici
İçkilər Zavodu" müasir texnologiyalara əsaslanan
istehsal sahəsidir. Zavodda sərinləşdirici içkilər
istehsalı, pivə istehsalı, şüşə qablar
istehsalı, sərin içki məhsullarının
saxlanması və qablaşdırılması nəzərdə
tutulur. İstehsal müəssisəsində xammal kimi regionda
mövcud olan təbii resurslardan istifadə olunması nəzərdə
tutulur. Layihə çərçivəsində 120 nəfər
daimi işlə təmin ediləcək.
Qədim
xalçaçılıq ənənələrinin qorunub gələcək
nəsillərə çatdırılması məqsədilə
Ağstafa şəhərində Xalça fabrikinin tikintisi
başa çatdırılmışdır. Layihə çərçivəsində
120 qadının daimi işlə təmin edilməsinin
rayonumuz üçün xüsusi əhəmiyyəti
vardır. 150 nəfərin çalışdığı
"Akkord Tekstil" MMC-nin tikiş fabrikində istehsal olunan məhsullar
Azərbaycan brendi ilə Avropaya, Rusiyaya və bir sıra Asiya
ölkələrinə ixrac olunur.
400 nəfərin
çalışdığı "Saloğlu"
istehsalı müəssisəsinin nəzdində İki hektar ərazisi olan 7 istehsal
sahəsindən ibarət "Modern" mebel fabriki uğurla fəaliyyət
göstərir. Fabrikdə Ağac yonqarı lövhələrinin
və laminatların kəsilməsi və
quraşdırılması, mebellər üçün metal
hissələrin və mexanizmlərin yığılması,
yumşaq mebellər üçün taxta-karkasların, dəri
və parça üzlüklərin, döşəklərin,
yataq və qonaq otaqları üçün mebel dəstlərinin
istehsalı sahələri ən müasir səviyyədə
qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı
şirkətlərinin avadanlıqları ilə təchiz
olunub. Eyni zamanda 4 istehsal sahəsindən ibarət olacaq "Venzana" mebel fabrikinin layihəsi
üzrə işlər davam etdirilir. İstehsal ediləcək
məhsulların daxili bazarla yanaşı, Almaniyaya,
Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və
İsveçə ixracı nəzərdə tutulur.
İşçilərin istirahəti, onların məişət
şəraitinin yaxşılaşdırılması
üçün burada körpələr evi-uşaq
bağçasının, əyləncə və ticarət mərkəzlərinin
inşası planlaşdırılır. Bundan başqa, ərazidə
mebel mərkəzi ilə yanaşı, "Yaşıl
Bazar" satış kompleksi və mehmanxana da tikiləcəkdir.
Layihənin icrası nəticəsində 2500 nəfər
daimi işlə təmin ediləcəkdir. Ağstafa rayonunun
yol-nəqliyyatı sisteminin əsaslı surətdə yenidən
qurulması həyata keçirilmişdir. 141 km respublika və
yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş
və 5 avtomobil körpüsü inşa edilmişdir.
Hazırda 10 km uzunluğunda
Düzqışlaq-Xılxına-Qarahəsənli avtomobil
yolunun tikintisi davam etdirilir.
2017-ci ildə
rayonun sosial-iqtisadi inkişafı sahəsində artan
dinamika daha da inkişaf edib,
ümumi məhsul buraxılışının həcmi 53.5
faiz artaraq 208.8 milyon manata çatıb. Ümumi məhsul
buraxılışının tərkibində sənaye məhsulunun
həcmində 29.7 faiz, kənd təsərrüfatı məhsulları
istehsalının həcmində 28.4 faiz, tikintidə 2.2 dəfə,
nəqliyyat xidmətində 4.0 faiz, rabitə xidmətində
6,0 faiz, ticarətdə 4.7 faiz artım olub. Əsas kapitala
yönəldilən investisiyaların həcmi 2.2 dəfə
artmış və 95.2 milyon manat həcmində olub. Ümumi
məhsul buraxılışının tərkibində
tikinti-quraşdırma işlərinin xüsusi çəkisi
42.4 faiz təşkil edir. Rayon üzrə orta aylıq nominal əmək
haqqı 241.7 manat təşkil edir. Ağstafa rayonunun
yaşayış məntəqələri 98 faiz mavi qazla təmin
olunub. Ötən il
Muğanlı, Sadıqlı və Ağgöl kəndlərinə
təbii qazın verilməsi bərpa olunub. Yaxın vaxtlarda
Böyük Kəsik kəndinə də təbii qazın
verilməsi ilə Ağstafa rayonu tam olaraq təbii qazla təmin
edilmiş rayonların siyahısına daxil ediləcəkdir.
Tarixə qovuşan 2017-ci il Ağstafanın yol-nəqliyyat təsərrüfatı
sisteminin kompleks şəkildə əsaslı surətdə
yenidən qurulması kimi yaddaşlara həkk olundu. Ümumi uzunluğu 15,5 km olan
Ağstafa-Köçəsgər, Eynallı,
Qırılı, 24 km uzunluğu olan Vurğun-Köhnəqışlaq,
9,8 km uzunluğunda
Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu,
9,5 km uzunluğunda Köçvəlili-Qarayazı-Həzi
Aslanov avtomobil yolları yenidən qurularaq
ağstafalıların istifadəsinə verildi. Ağstafa rayonu ərazisində əhalinin
rahat və təhlükəsiz gediş-gəlişini təmin
etmək məqsədilə 4 körpünün tikintisi
başa çatdırılıb və istifadəyə
verilib. 2017-ci ildə rayonda ictimai siyasi vəziyyət sabit
olub. Cari ildə daha böyük və həcmli layihələrin
icrasının həlli, yeni və müasir sosial obyektlərin
tikintisinin artırılması, abadlıq, yenidən qurma və
tikinti işlərinin genişləndirilməsi, qəsəbə
və kəndlərdə sosial infrastrukturun yenilənməsi,
rayonda sahibkarlığın inkişafı və yeni iş
yerlərinin açılması sahəsində daha
böyük həcmdə layihələrin icrası
planlaşdırılır.
Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına uyğun olaraq rayonda həyata keçirilən abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Görülən işlər çərçivəsində həmçinin çoxmənzilli yaşayış binaları təmir olunur, ətrafda abadlıq işləri həyata keçirilir. Belə ki, binaların dam örtükləri tamamilə yenidən qurulur, qapı və pəncərələri müasir tələblərə uyğun yenilənir, pilləkən qəfəsələri əsaslı təmir olunur, köhnə suvaq qatları yenisi ilə əvəz olunaraq rənglənir, kommunikasiya xətləri səliqəyə salınır, mərkəzləşdirilmiş istilik sistemi quraşdırılır, binalar və ətrafları müasir işıqlandırma sistemi ilə təchiz olunur, əraziyə brusçatka tipli döşəmə daşları düzülür, sakinlərin dincəlmələri üçün müvafiq istirahət guşələri yaradılır.
Beləliklə ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələri əsasında son illər Ağstafa rayonunda görülən və görüləcək işlər onu deməyə əsas verir ki, gələcəkdə rayona cəlb olunacaq sərmayə artan dinamika ilə davam edəcəkdir. Bu da öz növbəsində Ağstafanın sosial-iqtisadi inkişafını sürətləndirməklə ağstafalıların məşğulluğunun maksimum dərəcədə təmin edilməsinə və sosial rifah halının daha da yüksəlməsinə zəmin yaradacaq.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2018.- 14 mart.- S.15.