Beynəlxalq aləmdə de-fakto tanınan

Azərbaycan yalnız 23 ay müstəqil ola bildi

 

28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu

 

Əvvəli ötən sayımızda

 

Azərbaycan Xaıq Cumhuriyyəti Parlamentinin və hökumətinin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycan istiqlaliyyətinin beynəlxalq aləmdə tanınması idi. Xarici siyasətdə ilk addım olaraq Azərbaycan Respublikasının yaranması barədə dünya ölkələrinin xarici işlər nazirliklərinə məlumat verilməsi oldu.

Lakin paytaxtın Gəncədə yerləşməsi və xarici dövlətlərdə nümayəndəliklər yaradılması ilə əlaqədar olan çətinliklər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı Osmanlı dövlətinə müraciət etməsinə səbəb oldu. Nəticədə 14 iyunda Batumda "Sülhdostluq" müqaviləsinə əlavə olaraq iki saziş imzalandı. Birinci sazişdə 4 iyun müqavilənin Almaniya və Avstriya-Macarıstana da aid olduğu bildirilirdi və Azərbaycanın müstəqilliyinin müttəfiqlər tərəfindən tanınmasını Türkiyə öhdəlik kimi üzərinə götürürdü. Almaniya, Avstriya-Macarıstan, Türkiyə, Bolqarıstan və Qafqaz dövlətlərinin iştirakı ilə keçirilən İstanbul konfransında Azərbaycan hökumətini təmsil edən nümayəndələrə iştirakçı dövlətlərlə siyasi, iqtisadi və hərbi məsələlərlə bağlı müqavilələr imzalamaq səlahiyyəti verildi. AlmaniyaSovet Rusiyası arasında aparılan gizli danışıqlar nəticəsində Brest müqaviləsinə əlavə olaraq 27 avqust sazişi imzalandı. Sazişin VI fəsli Qafqaza aid idi. 13-cü maddədə Gürcüstanın müstəqilliyinin Almaniya tərəfindən tanınmasına Rusiya öz razılığını bildirdi. Azərbaycana dair 14-cü maddədə Azərbaycana Almaniyanın heç bir şəkildə yardım etməməsi və bu ərazilərdə üçüncü qüvvənin yerləşməsinə razı olmaması, eyni zamanda Bakı neftinin müəyyən hissəsinin Almaniyaya verilməsi razılaşdırılırdı. Sazişin bu hissəsi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmişdi. Bununla bağlı Azərbaycan hökuməti Alman nümayəndəsi qraf Valdburqa nota təqdim etmişdi. Beynəlxalq aləmdə vəziyyətin Antanta dövlətlərinin xeyrinə dəyişməsi və bəzi diplomatik cəhdlər nəticəsində sentyabrda Almaniya 27 avqust müqaviləsindən rəsmi olaraq imtina etdi. Eyni zamanda Azərbaycanda diplomatik münasibətlər baxımından əlaqə quracağını və rəsmən tanıyacağını bildirdi. Həmçinin Almaniya Azərbaycanın Sovet Rusiyası tərəfindən də tanınacağına vəd verdi.1918-ci il oktyabrın 30-da imzalanan Mudros barışığı Azərbaycan üçünçox ağır siyasi iz buraxmış oldu. Müqavilənin 11-ci maddəsi Türkiyənin Cənubi Azərbaycan və Cənubi Qafqazdan çıxarılmasını nəzərdə tuturdu. 10 noyabr tarixində Azərbaycan hökuməti tərəfindən ABŞ prezidentinə dünya dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması xahişi ilə müraciət olundu. Bununla yanaşı Azərbaycan nümayəndə heyəti Ənzəlidə Böyük Britaniya komandanlığı ilə danışıqlara başladı. Müttəfiq qoşunların Bakıya daxil olması ilə yaranmış çətinliklər diplomatik səylər nəticəsində müttəfiq komandanlıq tərəfindən de-fakto Azərbaycanın tanınması ilə nəticələndi. I dünya müharibəsi başa çatdıqdan sonra qalib dövlətlər öz qələbələrini razılaşdırmaq və rəsmiləşdirmək, beynəlxalq aləmdə yaranan problemləri həll etmək məqsədilə Parisdə sülh konfransı çağırmaq barədə qərar qəbul etdilər. Azərbaycan hökuməti nümayəndələri Ənzəlidə müttəfiq komandanlığın generalı Tomsonla danışıqlarda beynəlxalq sülh konfransında iştirak üçün təminat almışdılar. Sülh konfransında iştirak etməklə Azərbaycan nümayəndələri 4 mühüm vəzifəni həll etmək istəyirdilər: 1) ABŞ, Fransa, Böyük Britaniya, İtaliya müttəfiq hökumətləri və Hollandiya və İsveçrə nümayəndələri ilə görüşərək suveren dövlət kimi Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq; 2) Azərbaycan haqqında ictimai rəy formalaşdırmaq; 3) Tanınmış ictimaisiyasi xadimlərlə, təşkilat rəhbərləri ilə görüşərək Azərbaycan barədə məlumat vermək; 4) Xarici dövlətlərin ticarət-sənaye dairələri ilə kommersiya əlaqələrinə girərək, Azərbaycanın gələcəyi üçün zəruri materialların toplanması. Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov ABŞ-ın İstanbuldakı diplomatı Naesklə görüşərək, ABŞ prezidenti V.Vilsonun 14 maddəlik prinsiplərinin Azərbaycana şamil edilməsi və müstəqilliyimizin ABŞ tərəfindən tanınmasına köməklik göstərməyi xahiş etmişdi. Hollandiya, İsveç və İngiltərənin İstanbuldakı nümayəndələri ilə görüşündə Azərbaycanın hazırki vəziyyətinə dair memorandumu təqdim etmiş və həmin dövlətlərin öz ölkələrindəki diplomatik nümayəndəlikləri bu barədə məlumatlandırmasını razılaşdırmışdılar. Ə.M.Topçubaşov Denikin hökumətinin nümayəndəsi Sazonovla görüşündə, onu "vahid və bölünməz Rusiya" uğrunda mübarizə ideyasından çəkindirməyə çalışırdı. Azərbaycanın müstəqilliyinə düşmən mövqedən yanaşan İran dövlətinin xarici işlər naziri Əliqulu xan Ənsari ilə görüşündə Ə.M.Topçubaşov bu yanaşmanı yumşaltmağa nail oldu. İran nümayəndələri sülh konfransında Azərbaycanın istiqlaliyyətini müdafiə edəcəklərinə söz verdilər. Ancaq bu, söz olaraq qaldı.

Yanvarın 18-də başlayan Paris Sülh konfransının gedişi zamanı Vilson tərəfindən Rusiya ərazisindəki qarşı-qarşıya duran bütün qüvvələrə müraciət elan olundu və fevralın 15-də Mərmərə dənizindəki Şahzadə adasında konfrans keçirməyi təklif etdi. Azərbaycan öz müstəqilliyinin tanınması uğrunda mübarizə apardığından bu konfransda iştirakdan imtina etdi. Azərbaycan nümayəndələrindən fərqli olaraq, artıq Paris konfransında iştirak edən erməni və İran nümayəndələri Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdilər. Azərbaycan nümayəndə heyətinə yalnız mayın əvvəlində Parisə gəlmək mümkün oldu. ABŞ prezidenti V.Vilsonun təşəbbüsü ilə ilk dəfə Azərbaycan məsələsi ABŞ, Fransa, İtaliyaBöyük Britaniya hökumət başçılarından ibarət Dördlər Şurasının iclasında müzakirə olundu və Ə.M.Topçubaşovun nümayəndə heyətinin rəhbəri kimi tanınmasına razılığını verdi. Nümayəndə heyəti mayın 23-də ingilis nümayəndəsi ser Malletlə görüşündə 1919-dan Bakıdakı işğal rejiminin ləğvi məsələsi müzakirə olundu. BoğazlarQafqazda mandatlar məsələsi ilə bağlı müzakirələr ABŞ-ın marağına səbəb oldu və mayın sonu Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Prezidentə təqdim olunan memorandum Azərbaycan barədə məlumat verirdibuna əlavə 6 bənddən ibarət tələblər irəli sürüldü. Burada, Azərbaycanın müstəqilliyinin tanınması, Vilson prinsiplərinin Azərbaycana şamil edilməsi, MC-nə qəbul; ABŞ hərbi departamentliyi tərəfindən Azərbaycana hərbi yardım və ABŞ-Azərbaycan arasında diplomatik münasibətlər yaradılsın; fikirləri öz əksini tapmışdı. Lakin Vilson müstəqillik məsələsinə fikir bildirməyərək əvvəlcə rus məsələsinin həllinə tərəfdar olduğunu bildirdi.1919-cu ildə iyun ayında Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə paktı imzalandı. Pakt dövlətlərdən hər hansı birinin ərazi bütövlüyü və istiqlaliyyətinə təcavüz olardısa, digər tərəfin hərbi yardımını nəzərdə tuturdu və tərəflərin separat sülh bağlamamaq öhdəliyi burada öz əksini tapmışdı.

Regionda mandat almaq uğrunda mübarizədə böyük dövlətlərin maraqları toqquşurdu. Burada xüsusən ABŞ Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddialarını dəstəkləyirdi və Naxçıvan, Şərur-Dərələyəz general qubernatorluğunun yaradılmasına çalışırdı. Azərbaycan nümayəndə heyəti öz görüşlərində və vermiş olduqları etiraz notalarında bunun doğru olmadığını vurğulayırdılar. Haskelin təhlil etdiyi layihədəki müddəalara Azərbaycan hökuməti bir şərtlə razı olurdu ki, ərazi Azərbaycan tərkibində qalacaq. Noyabr ayında ABŞ missiyasının vasitəçiliyi ilə Tiflisdə Azərbaycan-Ermənistan sazişi mühüm əhəmiyyətə malik oldu. Sazişin III maddəsində tərəflər razılaşmayacaqları məsələdə ABŞ-ın münsiflər məhkəməsi rolu tanınırdı. Saziş ABŞ ordusu Qafqazı tərk etməsi ilə qüvvədən düşdü.1919-cu ilin sentyabrında Parisdəki nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşov ABŞ konqresi nümayəndələr palatasının üzvü Çandlerin ABŞ-da Azərbaycanın müstəqillik və mənafe maraqlarının qorumaq üçün vəkil təyin olunması ilə bağlı saziş imzaladı. Oktyabr ayında Fransa müstəmləkə liqasının xarici siyasət bölməsinin rəhbəri Azərbaycanın de-faktode-yure tanınmasını müdafiə etdiyini və nümayəndə göndərmək xahişi ilə Klemanso hökumətinə müraciət etdiyini bildirmişdi. 4 maddəlik İran-Azərbaycan ittifaqı haqqında sazişin imzalanması Azərbaycan nümayəndə heyətinin İranın öz sərt mövqeyini dəyişdirmək istiqamətində diplomatik uğurun nümunəsi oldu. Saziş Azərbaycanın müstəqil dövlət olduğunun tanınması barədə idi.1920-ci ilin yanvarında Parisdə Ali Şuranın iclası Azərbaycanın müstəqilliyini bəyan edən memorandum hazırladı. Xəzər dənizinin müdafiəsi, Azərbaycana maliyyə, hərbi və ərzaq yardımı göndərilməsi məsələləri öz əksini tapdı. Azərbaycan nümayəndə heyəti qarşısına qoyduğu məsələləri və əsasən müstəqilliyin tanınması məsələsini həll etmiş oldu. Mart ayında Azərbaycan-İran arasında imzalanan müqavilə müstəqilliyimizin de-yure tanınmasını bəyan etdi. Aprel ayında San-Remo konfransında Azərbaycanı maraqlandıran neft, Batum məsələsi, rus məsələsi, Türkiyə-Ermənistan sərhədləri müzakirə olundu. 1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan Azərbaycan yalnız 23 ay müstəqil ola bildi.

 

Alim

 

Olaylar.- 2018.- 16 mart.- S.4.