Azərbaycanlılara qarşı
soyqırımı siyasəti
sovet hakimiyyəti illərində
də davam edib
Erməni şovinistlərinin azərbaycanlılara
qarşı əsrin əvvəllərindən
apardıqları soyqırımı siyasəti Sovet hakimiyyəti
illərində də davam edib. Belə ki, ermənilər
artıq ənənə halını almış qayda və
üsullarla azərbaycanlıların Ermənistan SSR-nin ərazisindən
sıxışdırmağı, qonşular hesabına ərazilərini
gerişlərdirməyi davam etdiriblər. Bu fəaliyyətdə
Ermənistanda və xaricdə yaşayan ermənilər həmrəylik
göstəririblər və bu da "Böyük Ermənistan"
xülyasının həyata keçirilıməsi
üçün ümumi strategiyanın olduğundan xəbər
verirdi.Tehran konfransı keçirilən zaman (1943) erməni
diasporu SSRİ-nin xarici işlər naziri V.Molotova müraciət
edərək İranda yaşayan ermənilərin SSRİ-yə
köçürülməsini xahiş etmişdi.
Bu təklifə
İosif Stalinin razılığı 1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistandan deportasiyasının əsasını
qoymuş oldu. 1945-ci ildə Ermənistan rəhbərliyi
Qarabağın birləşdirilməsi məsələsini
qaldırdı və bunu Ermənistanla iqtisadi əlaqələrin
mövcudluğu ilə əsaslandırmağa
çalışdı. Bu təklif rədd edildi və belə
olan halda digər bir taktika işə salındı.1941-1945-ci
illər müharibəsi başa çatdıqdan dərhal
sonra Ermənistana xaricdən ermənilərin
köçürülməsinə başlanıldı.
1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran,
Bolqarıstan və Rumıniyadan 509000 nəfər, 1947-ci ildə
isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir,
İraq və Livandan 35400 nəfər erməni Ermənistana
köçürüldü.
1947-ci
ildə Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinın
katibi Q.Arutyunov Moskvaya müraciət edərək,
köçürülən ermənilərin yerləşdirilməsindəki
çətinliklərdən şikayət etmiş və
güya məhsuldarlığın artırılması məqsədilə
Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın
pambıqçılıqla məşğul olan rayonlarına
köçürülməsi təklifini vermişdi.
Bu
fikir İ.Stalinin imzaladığı SSRİ Nazirlər
Sovetinin iki qərarında öz əksini tapdı. "Ermənistan
SSR-dən kolxozçuların və digər azərbaycanlıların
Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi barədə" birinci qərar
1947-ci il dekabrın 23-də imzalandı. Bu sənəddə
köçürülmənin səbəbi, mexanizmləri və
real şəraiti göstərilmədən 1948-1950-ci illər
ərzində Azərbaycanın düzənlik rayonlarına
100000 azərbaycanlının köçürülməsinə
qərar verildi. Qərara əsasən 1948-ci ildə Azərbaycana
10000 nəfər, 1949-cu ildə 40000 nəfər, 1950-ci ildə
isə 50000 nəfər köçürülməli idi.
Birinci qərara əlavə kimi meydana çıxmış
"Ermənistan SSR-dən kolxozçuların və digər
azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi tədbirləri
barədə" ikinci qərar 1948-ci il martın 10-da
imzalanmışdı və sənəddə texniki-təşkilati
məsələlər öz əksini tapmışdı. Məlumatlara
əsasən 1948-ci ildə Azərbaycana 2357 ailə (11046 nəfər),
1949-cu ildə 2368 ailə (10595 nəfər), 1950-ci ildə
14361 nəfər Azərbaycana köçürülüb.
1948-1950-ci illərdə köçürülmüş 8110
ailədən yalnız 4878-i mənzillə təmin olunub.
Ümumiyyətlə, 1948-1952-ci illərdə cəmi 100000 nəfər
köçürülüb. Əsasən dağ
rayonlarından köçürülmüş və mənzillə
təmin edilməmiş əhali Aran zonasının isti hava
şəraitinə dözə bilmirdi və çoxsaylı tələfatlar
baş verirdi. Hətta belə bir vəziyyətdə
onların dağlıq ərazilərə, o cümlədən
Qarabağa köçürülməsi barədə azərbaycanlıların
və Azərbaycan rəhbərliyininin müraciətləri Mərkəz
tərəfindən rədd edilmişdi.
Bununla
yanaşı, 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir,
Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10000 erməni
köçürülmüşdü. Bu fakt onu göstərir
ki, azərbaycanlıların köçürülməsinə
nail olmuş ermənilər heç də xaricdən ermənilərin
gəlməsinə maraqlı olmamışlar. Ermənistan KP
MK-nın 1975-ci il yanvar plenumunda qeyd olunub ki, 476 kənd istifadəsiz
qalıb. Erməni millətçiləri 1990-cı ildə
etiraf ediblər ki, "Azərbaycanlıların
köçürülməsi nəticəsində
boşaldılmış torpaqlar və mənzil fondu xaricdən
gəlmiş ermənilərin yerləşdirilməsi
üçün istifadə edilməmişdir" ("Ermənistanın
səsi" qəzeti, 11 noyabr 1990-cı il).Yuxarıda qeyd
olunanlardan yalnız bir nəticəyə gəlmək olar ki,
azərbaycanlıların Ermənistandan
köçürülməsi nə xaricdən gələn
ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda
pambıqçılığın artırılması məqsədi
güdürmüş, əsas məqsəd daşnakların
çoxdankı arzusu olan təkmillətli dövlətin
yaradılması siyasətinin reallaşdırılması
olub. Stalinin ölümü köçürülmə
prosesini dayandırdı və məskunlaşmamış azərbaycanlılar
ağır yaşayış şəraitinə dözməyərək,
ermənilərin onlara qarşı göstərdiyi
ayrıseçkilik və təzyiqlərə baxmayaraq
döğma yurdlarına qayıtdılar. Bu azərbaycanlılara
qarşı erməni şovinizminin yeni dalğasının -
azərbaycanlılara qarşı mənəvi terrorun təzahürünə
səbəb oldu. Tədris müəsisələrinin
bağlanması, Azərbaycan dilində tədrisin ləğv
edilməsi, azərbaycanlı rəhbər işçilərin
ermənilərlə əvəz edilməsi, azərbaycanlı
kəndlərin məişət və təssərüfat tələbatlarının
nəzərə alınmaması, azərbaycanlılara
qarşı kampaniyaların başlanması, xüsusən də
1965-ci ildə "ermənilərin genosidinin" 50-ci
ildönümünün təmtəraqla keçirilməsi
daşnak siyasətinin açıq-aşkar
reallaşdırılması tədbirləri olub.
SSRİ-dəki
yenidənqurma və aşkarlıq prosesləri əks-azərbaycanlı
əhval-ruhiyyə və ərazi iddialarının yeni
dalğasına səbəb oldu. 1945-ci ildə istifadə
edilmiş taktika yenə də işə salındı və
guya Qarabağın Ermənistanla iqtisadi əlaqələrinin
olması pərdəsi altında erməni millətçiləri
azərbaycanlıların Ermənistandan qovulmasına və
Qarabağın Azərbaycan ərazisindən ilhaqına
başladılar. 1988-ci ildən kütləvi xarakter alan hədələr,
fiziki və mənəvi təzyiqlər, qətllər, kəndlərin
dağıdılması, 70 nəfər insanın, o cümlədən
21 qadın və 6 uşağın öldürülməsi
ilə nəticələnmiş Quqark faciəsi, Vardenisdə
40 nəfərin öldürülməsi və digər 11
rayonda - Yerevanda, Masisdə, Kalinində, Kacaranda, Qafan, Kirovakan,
Gorus, Sisian, Amasiya, Alaverdidə törədilmiş qanlı
hadisələr və bu hadisələrə hakimiyyət
orqanları tərəfindən rəvac verilməsi 250000 azərbaycanlını
doğma yurdlarını tərk etməyə vadar etdi.
1905-1920-ci illərin hadisələri yenə də təkrar
olundu: qadınlar və uşaqlar, qocalar qarlı dağ
aşırımlarından keçərək, itkilər verərək
Azərbaycana pənah gətirdilər. Yenə də
1948-1953-cü illərin hadisələri təkrar olundu: Sovetlər
İttifaqının mərkəzi hakimiyyətinin göstərişi
ilə qaçqınların Qarabağda yerləşdirilməsinə
icazə verilmədi, onlar çadır düşərgələrində
məskunlaşmaq zərurətində qaldılar.
Zakfederasiyanın
qərarı ilə 18 fevral 1929-cu ildə Ermənistana
verilmiş Nüvədi kəndindən azərbaycanlı əhalinin
1991-ci ilin avqustun 8-də qovulmasından sonra Ermənistan təkmillətli
respublikaya çevrildi və "azərbaycanlılarsız
Ermənistan" daşnak ideyası həyata
keçirilmiş oldu.
1988-ci
ildən sonra Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü Azərbaycanın ərazisinin 20 faizinin
işğalına, zəbt olunmuş rayonların
xarabalıqlara çevrilməsinə, bir milyonadək əhalinin
doğma yurdlarından qaçqın və didərgin
düşməsinə səbəb oldu. 10000-dən artıq
azərbaycanlı həlak oldu, on minlərlə insan
yaralandı.1992-ci ilin fevralında törədilmiş
Xocalı soyqırımı erməni millətçilərinin
azğınlaşmış və qəddar siyasətinin təzahürü
kimi uzun illər yaddaşlarda qalacaq. 1990-cu ilin qanlı
yanvarında, Bakıda dinc əhaliyə qarşı Sovet
Ordusunun hissələri tərəfindən törədilmiş
amansız qırğınlarda, şahid ifadələrinə əsasən,
ehtiyatdan çağırılmış ermənilərin də
iştirakı olub. Bütün bunlar XIX-XX əsrlərdə
erməni daşnaklarının həyata keçirdikləri
şovinist siyasətinin nəticələridir. Qeyd etmək
lazımdır ki, separatçılıq hərəkətləri
hələ də davam etməkdədir və bu gün
artıq Naxçıvan Muxtar Respublikasının Azərbaycandan
ilhaq edilməsi fikirləri səsləndirilir. Bununla
yanaşı, ermənilər dünya dövlətləri tərəfindən
"erməni genosidi" faktının qəbul edilməsinə
çalışırlar, ancaq yaddan çıxarırlar ki,
həqiqətən də soyqırımın nə
olduğunu bilən xalq başqalarına qarşı belə hərəkətlərə
yol verməz. Yaxud da onların xəstə təxəyyülü
beynəlxalq normaları özünəməxsus yozaraq həm
zavallı, həm də zülümkar sifətində
çıxış etməyi münasib bilir. Bütün
bunlar XXI əsrdə, yüksək mədəni, iqtisadi
inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin
gözü qarşısında baş verir. Nə qədər
ki, hər bir vandalizm, separatçılıq, milliyyətçilik,
terrorizm aktlarına hüquqi-siyasi qiymət verilməyəcək,
bəşəri cəmiyyət təhlükə
qarşısında qalacaq.
Nurlan
Olaylar.- 2018.- 30 mart.- S.10.