Müsəlman dünyasının ilk

demokratik respublikası

 

Azərbaycan şərəfli bir tarixin astanasındadır. Söhbət Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyindən gedir. Artıq bir müddətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb həmin sərəncama uyğun olaraq istər ölkə daxilində, istərsə ondan kənarda silsilə tədirlər keçirilir. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixinin dünyada təbliği məqsədilə müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində məqalələr, yazılar dərc edilir.

Bu prosesdə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları onların rəhbərləri ilə yanaşı Azərbaycanın xarici ölkələrdəki səfirləri, diplomatları da fəallıq göstərir, həmin ölkələrin mətbu orqanlarında Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş yazılar dərc edirlər. Bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, onun keçdiyi şərəfli yola həsr olunmuş daha bir məqalə Birləşmiş Ərəb Əmirliklərində işıq üzü görüb. Belə ki, bu ölkədə ərəb, ingilis, çin rus dillərində nəşr olunan geniş auditoriyaya malik "Aviamost" qəzetində Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarovun məqaləsi işıq üzü görüb.  "Müsəlman dünyasının ilk demokratik respublikasını yada salaq" adlı məqalədə millətinin xatirəsində silinməz iz buraxmaqla tarixdə adları həkk olunmuş bir sıra siyasətçi, ictimai-siyasi xadim, diplomatların olduğunu qeyd edən səfir, Azərbaycan Xalq Cümhuriyyətinin spikeri xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun onlardan biri olduğunu qeyd edib. Vurğulayıb ki, tanınmış Topçubaşov ailəsində Tiflis şəhərində dünyaya göz açan Əlimərdan bəy Tiflis Gimnaziyası sonra Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitdirib.

Xristianlığı qəbul etməklə sözügedən universitetdə fəaliyyətinin davam etdirilmə təklifini rədd edən Ə. Topçubaşov, Qafqaza qayıdaraq "Əkinçi" adında ilk Azərbaycan qəzetini təsis edib. 1897-ci ildə isə Əlimərdan bəy tanınmış xeyriyyəçi Zeynalabdin Tağıyevin "Kaspi" qəzetinin baş redaktoru olmuş, həmin dövrdən başlayaraq siyasi fəaliyyətinə qədəm qoyub, qısa zaman ərzində Rusiya İmperiyası müsəlmanlarının liderinə çevrilib. Müsəlmanların diskriminasiyasına son qoyulması İmperiyanın bütün subyektlərinin bərabər hüquqlarının təmin edilməsi Topşubaşovun siyasi platformasının əsaslarını təşkil edib. 1905-ci il birinci Rusiya inqilabi ərəfəsində Azərbaycan ziyalıları burjuaziyasının məşhur görüşünün təşəbbüskarı məhz Topçubaşov olub. Həmin görüşdən sonra Rusiyada yaşayan müsəlmanların siyasi hüquqlar azadlıqların təmin olunmasına dair petisiya İmperatora ünvanlanıb.

Məqalədə, Topçubaşovun Rusiyanın ilk müsəlman partiyası olan İttifaqi-Muslimin yaradıcısı olduğu partiyanın üç konfransının keçirtdiyi vurğulanıb. Yazıda bildirilib ki Əlimərdan bəy, 1906-ci ildə seçilmiş Rusiya Dumasında müsəlman fraksiyasına başçılıq edib, lakin Parlament buraxıldıqdan sonra 3 ay müddətinə həbs olunub, deputat seçilmək hüququndan, Bakı bələdiyyəsindəki vəzifəsindən Kaspi qəzetindəki işindən məhrum olub. Məhz həmin ərəfədə Topçubaşov İran Ədliyyə Nazirliyinə dəvət olunmuş, lakin təklifi qəbul etməyərək mübarizəsini davam etdirib.

Səfir Daşqın Şikarov vurğulayıb ki, 28 may 1918-ci ildə Müsəlman dünyasının ilk demokratik Respublikasının yaradılmasından sonra, Topçubaşov yeni təsis olunmuş nazirlər kabinetinə daxil olub özünü gənc respublikanın dünya ölkələri tərəfindən tanınmasına həsr edib. O, fövqəladə səlahiyyətli nazir qismində Avropa ölkələri ilə əlaqələrin qurulması üçün İstanbul şəhərinə göndərilib, orada xarici diplomatlar siyasətçilərlə silsilə görüşlər keçirərək yeni Azərbaycanın reallıqlarını tərəf müqabillərinə çatdırıb.

BƏƏ mətbuatında nəşr olunmuş məqalədə, 7 dekabr 1918-ci ildə Ə.Topçubaşovun qiyabi olaraq ADR-in spikeri və xarici işlər naziri seçildiyi bildirilib. Eyni zamanda, Azərbaycan Parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətini formalaşdırılıb.

Ə. Topçubaşov 1919-cu ilin may ayında ABŞ, Böyük Britaniya, Almaniya, İran, Türkiyə, Polşa və bir sıra digər ölkələrin nümayəndələri ilə görüşlər keçirib. Topçubaşovun Parisdə ən böyük nailiyyəti isə ABŞ-in Prezidenti V. Vulson ilə görüşü olub. Məhz həmin görüşdən sonra Vulson "Bundan sonra Azərbaycan xalqı müstəqilliyini və azadlıqlarını qoruyub saxlamaq üçün böyük Amerikanın dəstəyini alacaqdır" sözlərini deyib.

Səfir, 15 yanvar 1920-ci ildə Ə.Topçubaşova Fransa Xarici İşlər Nazirliyində Azərbaycan xalq Cümhuriyyətinin Fransa və müttəfiq ölkələr tərəfindən de-fakto tanınmasına dair sənədin təqdim olunduğunubunun Azərbaycan diplomatiyasının böyük uğuru olduğunu bildirib.

Yazıda, qızıl ordu tərəfindən 28 aprel 1920-ci ildə Azərbaycan işğala məruz qaldıqdan sonra, Ə.Topçubaşovun vətənə dönə bilmədiyindən Parisdə qalaraq müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirdiyi bildirilib. Məqalə, "Azərbaycanın görkəmli siyasi xadimi Əlimərdan bəy Topşubaşovun 8 noyabr 1934-cu ildə vəfatından 57 il sonra onun Azərbaycan müstəqilliyinin bərpa edilməsi arzusu gerçəkləşb.

 

Məhəmməd

 

Olaylar.- 2018.- 4 may.- S.9.