Heydər Əliyevin liderlik

fəlsəfəsinə müasir baxış

 

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,

"İki sahil" qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

 

Ümummilli liderin gələcəyə hesablanmış strategiyası Azərbaycanın dünya siyasətində yerini rolunu müəyyənləşdirdi

 

Ümummilli Liderin bu addımı ilə mətbuatın inkişafında yeni bir mərhələnin təməli qoyuldu. KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi. Bu diqqət və qayğı 2002-ci ildə Ulu Öndərin "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini şərtləndirdi.

Demokratik cəmiyyətin atributlarından biri kimi siyasi partiyaların, ictimai birliklərin normal fəaliyyəti üçün lazımi şərait yaradıldı. Ulu öndər Heydər Əliyev bildirirdi ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə -  Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir.

Hər bir ölkənin mütərəqqi inkişafının əsası kimi dəyərləndirilən seçkilərin demokratikliyinin təmin edilməsi istiqamətində atılan addımlar da təqdirəlayiqdir. Belə ki, 2003-cü ilin mayında qəbul olunan Seçki Məcəlləsi ölkəmizdə prezident, parlament və bələdiyyə seçkilərinin, eyni zamanda, ümumxalq səsverməsinin (referendumun) demokratik, şəffaf və azad keçirilməsini şərtləndirir.

Ümummilli Lider bunları ümumiləşdirərək bildirirdi ki, müstəqil Azərbaycan dövləti sözün tam mənasında azadlıq və demokratiya prinsipləri əsasında demokratik cəmiyyət qurur. Siyasiiqtisadi islahatların paralel şəkildə aparılması uğurlara yol açan əsas amillərdəndir.

 

Heydər Əliyev yolu Azərbaycanı

dünyanın xoşbəxt ölkələri sırasına daxil etdi

 

2003-cü ildən başlanan yol Azərbaycan tarixinə Böyük Yolun davamı kimi daxil oldu. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev hər sahədə atdığı addımları ilə bu siyasətə sadiqliyini nümayiş etdirir. 2003-cü ildə keçirilən andiçmə mərasimində verdiyi ilk vədi də bu olmuşdur: "Azərbaycanı  qüdrətli  dövlətə çevirmək  üçün ən başlıcası, ölkədə  Heydər Əliyevin siyasəti davam etdirilməlidir." İllər keçdikcə görülən işlərin miqyası, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunması, ən əsası dünyanın inkişafın Azərbaycan modelindən bəhs etməsi bu vədin konkret əməli işdə təsdiqini tapdığını nümayiş etdirdi. Bu uğurlar cənab İlham Əliyevin 2008, 2013 və 2018-ci illər prezident seçkilərində qələbəsini şərtləndirdi. Cənab İlham Əliyev hər bir çıxışında xalqa arxalandığını bəyan etməklə, bu fikri bildirir ki, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ona daha böyük güc verir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amildir. Dövlətimizin başçısı İlham Əliyev neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafının vacibliyini irəli sürdübu istiqamətdə davamlı addımlar atdı. Regionların potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlənən dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə geniş yol açdı. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlandı. Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim etdi.

Bütün bunlara yol açan sabitliyin, təhlükəsizliyin təminatı həmişə olduğu kimi, son 15 ildə də dövlət siyasətinin əsasında dayandı. Bu sabitliyin təminatçısı olan xalq-iqtidar birliyini sarsılmaz edən, təbii ki, insan amilinə verilən dəyərdir. Bütün reallıqların içərisində olan xalq hər addımda özünə diqqəti görür, ölkənin hərtərəfli inkişafından qürur hissi keçirir. İnsan amilinə verilən dəyərdən qaynaqlanan addımlardan biri də cənab Prezident İlham Əliyevin "neft kapitalını insan kapitalına çevirək" tezisinin real həyatda öz əksini tapmasıdır.

Yenə də qeyd etdiyimiz kimi, iqtisadi uğurlarımıza yol açan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə dünyaya pəncərə açıldı. Artıq bu gün "Cənub Qaz Dəhlizi", o cümlədən TAP, TANAP layihələrindən bəhs olunur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Cənub Qaz Dəhlizi" görülən işlərin zirvəsidir. Enerji sektorunda davamlı uğurların əldə olunması, Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin reallığa çevrilməsi dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun artmasına, çoxtərəfli əməkdaşlığa xidmət edən yeni-yeni layihələrin gündəmə gətirilməsinə stimul verir. Ötən ilin uğurları sırasında yer alan "Yeni əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın beynəlxalq aləmdə artan roluna, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinə bir daha işıq saldı.

İqtisadi uğurlarımız beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Belə ki, Dünya Bankının hesabatlarında Azərbaycan ən islahatçı ölkə kimi yer tutur. Bildirilir ki, təkmil islahatlar müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsində əsasdır. Azərbaycanın idarəçilik sistemində həyata keçirdiyi təkmilləşmə təqdir olunur.

 

Azərbaycanın demokratiya təcrübəsi nümunədir

 

Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Son 15 ildə həyata keçirilən demokratik islahatların uğurlu nəticələrini geniş şərh etməyə ehtiyac yoxdur. İnsan amilinə dəyər dövlət siyasətinin əsasıdır. Bunun təsdiqi kimi, son 15 ildə Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə iki dəfə - 2009 və 2016-cı illərdə ümumxalq səsverməsinin keçirildiyini qeyd edə bilərik. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamına əsasən iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. İnsan hüquqlarının qorunmasına dair Milli Fəaliyyət Planının uğurlu icrası da qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas verir.

Cənab İlham Əliyev bir vacib məqamı hər zaman bəyan edir ki, hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ölkə Prezidentinin Sərəncamı ilə KİV-in inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiqlənməsi və uğurlu icrası, sənədə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və s. kimi addımlar mətbuatın inkişafına geniş yol açır. Dünyada analoqu olmayan bir mühüm addımı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyevin jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları davamlı xarakter daşıyır. Artıq iki bina tikilib istifadəyə verilibüçüncü binanın təməli qoyulub. Bütün bu addımlar ümumilikdə azad mətbuatın inkişafına, jurnalist peşəkarlığının artırılmasına xidmət edir. Atılan addımlar, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin üç dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini şərtləndirib.

Demokratiyanın inkişaf göstəricilərindən biri kimi seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün atılan addımları da xüsusi qeyd etməliyik. Belə ki, Seçki Məcəlləsinə mütəmadi olaraq edilən əlavə və dəyişikliklər bu prosesin demokratikliyinə geniş yol açır. Cari ilin 11 aprel prezident seçkiləri Azərbaycanın demokratik inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında söylədiyi "Ölkəmizdə, eyni zamanda, bütün azadlıqlar təmin edilir və edilməlidir, bu da bizim siyasətimizdir. Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilibbu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasiiqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir" fikirləri ilə demokratik islahatların aydın ifadəsini yaradır.

Ölkəmizdə vicdan azadlığı da tam təmin edilir. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Müxtəlif dinlərin, mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında körpü roluna mütəmadi olaraq yeni əlavələr edir. Məhz bunun təsdiqidir ki, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilmişdir. Möhtərəm Prezidentimiz bu uğurlarımıza söykənərək  Yeni Azərbaycan Partiyasının VI qurultayında bildirmişdir: "Bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milliya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır, bundan sonra da olmayacaq. Bu, dövlət siyasətidir və bu siyasət Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri dəyərli vətəndaşlar kimi öz işi, əməyi ilə ümumi inkişafımıza böyük töhfələr verir."

 

Ardı var...

 

Olaylar.- 2018.- 11 may.- S.14.