Müstəqil Azərbaycanın

iqtisadi inkişafının banisi

 

Sağlığında hər zaman ürəyi Azərbaycanla döyünən, Azərbaycanın inkişafı, onun dünyada tanınması, söz sahibinə çevrilməsi, müstəqillliyimizin əbədi və daimi olması üçün yorulmadan çalışan, hətta bu yolda canını fəda etməkdən belə çəkinməyən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 ili tamam olur. 80 illik həyatının bpyük bir qismini məhz yuxarıda sadaladığımız məram və məqsədlərə sərf edən Heydər Əliyev sağlığında demək olar ki, Azərbaycanla bağlı olan arzularının mütləq əksəriyyətinə çatmışdı. Heydər Əliyevin ən ümdə və daimi olan arzularından biri Azərbaycanın müstəqilliyinin daimi, əbədi olması idi ki, şükürlər olsun bu gün müstəqilliyimiz davam edir və Azərbaycan bir müstəqil dövlət olaraq öz inkişaf yolunu keçir. Düzdür, Azərbaycan müstəqilliyinin ilk illərində belə bir təhdidlə üzləşdi və yenicə, qanlar, ağrı-acılar bahasına qazandığımız müstəqilliyimizi əlimizdən almağa cəhdlər göstərildi. Lakin həmin cəhdlər də məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində zərərsizləşdirildi, onların qarşısı alındı.

Azərbaycanın müstəqilliyinə qarşı ilk ciddi təhlükə və təhdid ötən əsrin 90-cı illərinin əvvəllərində meydana gəlmişdi ki, həmin ərəfədə nəinki müstəqilliyimizi itirmək, hətta Azərbaycanın parçalanması təhlükəsi ilə baş-başa idik. Hər zaman xalqı və dövləti dar, çətin günlərdən çıxarmaq qabiliyyəti və bacarığına malik olan ümummilli lider Heydər Əliyev bu dəfə də atmış olduğu müdrik addımı ilə ölkəmizi qapının ağzında olan təhlükədən uzaqlaşdırdı. Vətəndaş müharibəsi, hərc-mərclik, xaos və anarxiyanın hökm sürdüyü bir vaxtda xalqın təkidli tələbəi ilə 1993-cü ilin iyun ayında yenidən Bakıya qayıdaraq siyasi hakimiyyətdə mühüm post tutan ümummili lider nəinki ölkəni bu bəıladan qurtardı, paralel olaraq gərgin və uğurlu fəaliyyəti nəticəsində qısa müddətdə müstəqil Azərbaycan dövlətinin qurulması və ildən-ilə möhkəmləndirilməsi kimi mühüm tarixi vəzifəni yüksək səviyyədə yerinə yetirdi. 

Heydər Əliyevin hakimiyyətinin ilk illərində atmış olduğu daha bir uğurlu addım xaotik və başıpozuq vəziyyətdə fəaliyyət göstərən ayrı-ayrı silahlı birləşmələri ləğv edərək nizami ordu yaratması idi. Əgər əvvələr Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə qarşı ayrı-ayrı hərbi birləşmələr, batalyonlar mərkəzi idarəçilik, koordinasiya olmadan mübarizə aparırdılar və bu mübarizə də effektsiz alınırdısa, artıq nizami ordu yaradıldıqdan sonra bu kimi mənfi tendensiya aradan qalxmağa başladı və hətta yenicə formalaşan nizamli Azərbaycan Ordusu ermənilərə qarşı bir neçə uğurlu hərbi əməliyyat keçirərək düşməni atəşkəs rejiminə əməl etmək məcburiyyətində qoydu.

Ümumilli liderin Azərbaycan qarşısındakı mühüm və əvəzolunmaz xidmətlərindən biri də "Əsrin müqaviləsinin" imzalanması idi. Beləliklə, 1994-cü il, sentyabr ayının 20-də  Heydər Əliyev Ermənistanın təcavüzünün qarşısını alaraq cəbhədə atəşkəsə, iqtisadi tənəzzülün, kəskin inflyasiyanın qarşısının alınmasına, respublikanın iqtisadi potensialının üzə çıxması üçün "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Eyni zamanda, ümummilli lider Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlərini qaydaya salaraq, bu münasibətlər sistemində dövlətimizin mövqeyinin güclənməsini, ölkəmizin ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması üçün diplomatik uğurların əldə olunmasını təmin etdi.

Ölkəmizi uzunmüddətli inkişaf yoluna çıxaran Heydər Əliyev əhalinin rifah halının təminatını, vətəndaş firavanlığını başlıca hədəf kimi müəyyən edən sosial dövlət ideyasını da uğurla reallaşdırdı.

Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan xalqı üçün misilsiz xidmətləri olub. Elə bütün bunlardan dolayıdır ki, günümüzdə Heydər Əliyev haqlı olaraq müasir Azərbaycanın qurucusu hesab edilir.  Heydər Əliyevin azərbaycançılıq ideologiyası da günümüz üçün olduqca aktual bir məsələ idi və ötən illərdə bu ideologiyanın bizim üçün nə qədər vacib olduğunu bir daha dərk etdik, onun fərqinə vardıq.  Bu gün də Heydər Əluyev  azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində yaşayır.

Ümummilli liderin siyasi fəaliyyətinin böyük bir qismi SSRİ dövrünə təsadüf etsə də, lakin o, hər zaman keçmiş təfəkkürdən, sovet ideologiyasının qadağalar, məhdudiyyətlər sistemindən kənara çıxaraq müstəqil, yeni fikirlərə üstünlük verir, onu təbliğ edirdi. Məhz elə bu səbəbdəndir ki, Heydər Əliyev  həm də sözün həqiqi mənasında bir yenilikçi idi.

Heydər Əliyevin fəaliyyəti, bilgiləri, məlumatlılıq bazası yalnız bir sahəni özündə ehtiva etmirdi.  Elə ümummilli liderin müstəqillik illərində dövlət başçısı kimi  fəaliyyətində də bu özünü göstərirdi. Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən addımları bir neçə sahə ilə məhdudlaşmırdı. Bütün sahələrdə çox genişmiqyaslı tədbirlər görüldü, islahatlar aparıldı. Heydər Əliyevin fəaliyyəti, onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısındakı xidmətləri o qədər zəngindir ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna gedib çıxmaq mümkün deyil. Zaman keçdikcə, biz Heydər Əliyevin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq.

Məhz Heydər Əliyevin dövlət xadimi kimi uğurlu fəaliyyətinin nəticəsi idi ki, ümummilli lider həm sağlığında , həm də vəfatından sonra belə dünyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunurdu. Məsələn, bəziləri Heydər Əliyevin fəaliyyətini Atatürkün fəaliyyəti ilə müqayisə edirlər. Elə Heydər Əliyevin özü də Atatürk şəxsiyyətinə böyük hörmət və etiram hissi ilə yanaşaraq deyirdi ki, Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi.

Sevindirici hal ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyevin zamanında başlamış olduğu işlər, Azərbayvanın xoş və forəvan gələcəyi üçün göstərdiyi fəaliyyətlər günümüzdə Azərbaycan Respublikasının Prezidenti Cənab lham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi və dövlət başçısımızın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan artıq yüksək səviyyədə inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin müdrik siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə və qlobal məkanda baş verən proseslər praqmatik mövqedən nəzərə alınmaqla uğurla davam etdirilməsi, ümummilli liderin əbədiyaşar ideyalarının, Azərbaycanın sabit və uzunmüddətli tərəqqi yolunu müəyyən edən inkişaf strategiyasının yüksək səviyyədə gerçəkləşdirilməsi son 15 ildə ölkəmizin bütün istiqamətlər üzrə mühüm tarixi nailiyyətlərə imza atmasına səbəb olub. Bu dövrdə dinamik və davamlı inkişaf yolunda inamla irəliləyərək Cənubi Qafqazın güc mərkəzinə çevrilən Azərbaycan özünün müasir və tolerant cəmiyyət modeli, regionda sülhə, sabitliyə və əməkdaşlığa zəmin yaradan və qlobal önəm kəsb edən möhtəşəm layihələri uğurla reallaşdırması, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınması ilə dünya birliyində nüfuzlu mövqeyə yiyələnib. Bu gün müstəqil Azərbaycanın qazandığı uğurlar bütün sferalarda özünü göstərir.Təbii ki, bütün bu uğurlar və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar Ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Heydər Əliyevin parlaq ideyaları isə həmişə bu inkişaf və tərəqqinin  önündə gedəcək.

 

Füzuli

 

Olaylar.- 2018.- 9-10 may.- S.8.