Regional proqramlar
Zərdabda uğurla icra edilir
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlari respublikanın bütün
bölgələrində olduğu
kimi Zərdab rayonunda da uğurla
icra edilib. İstər birinci, istər
ikinci, istərsə də üçüncü
dövlət porqramları
çərçivəsində Zərdabda infrastruktur yaradılıb, istehsal müəssisələri açılıb,
kənd təssərrüfatı
əsaslı dərəcədə
inkişaf etdirilib.
Əhalinin kommunla problemlərinin
həlli istiqamətində
də Dövlət Proqramları çərçivəsində
xeyli işlər görülüb. Həyata
keçirilən tədbirlərin
nəticəsi olaraq rayonda əhaliyə göstərilən xidmətin
həcmi, məhsul istehsalı, Ümumi Daxili Məhsul və s. də artım qeydə alınıb. Bütün bunları 2014-2018-ci illərdə Regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı çərçivəsində
Zərdabda görülən
işlər və əldə edilən nəticələrin timsalında
görmək mümkündür.
Belə
ki, 2018-ci ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli
xidmətlərin ümumi
həcmi artaraq 3590,0 min manat olub.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə
əhaliyə göstərilən
ödənişli xidmətlərin
həcmi 123,0 min manat və ya
3,5 faiz artıb. Xidmətlərin 32,4 faizi hüquqi şəxslər, 67,6 faizi
isə fiziki şəxslər tərəfindən
yerinə yetirilib. Əhaliyə göstərilən
ödənişli xidmətlərdən
ümumi həcmdə
məişət xidməti
479,8 min manat olmaqla
ötən ilin müvafiq dövrü ilə müqayisədə
3,6 faiz, iaşə dövriyyəsinin həcmi
433,3 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə
4,4 faiz artıb.
Əhaliyə göstərilən ödənişli
xidmətlərin ümumi
həcmindən hüquqi
şəxslər tərəfindən
göstərilən xidmətlər
1161,9 min manat, bunu 98,2 faizi dövlət mülkiyyəti,1,8 faizi qeyri dövlət mülkiyyəti olub. Hüquqi şəxslər tərəfindən
göstərilən xidmətlərin
1142,0 min manatı iri müəssisələrin,
19,9 min manatı isə
kiçik müəssisələrin
payına düşür.
Cari ilin yanvar-mart aylarında Zərdab rayonunda avtomobil nəqliyyatı ilə yük daşımalarının
həcmi 132,0 min ton olub. Bu göstərici
2017-ci ilin müvafiq dövrünə nisbətən
3,0 min ton və ya 2,3 faiz artıb.
2018-ci ilin yanvar-mart aylarında Zərdab rayînu üzrə
avtomobil nəqliyyatı
ilə 945 min nəfər
sərnişin daşınıb
ki, bu göstərici
də keçən ilin eyni dövrü
ilə müqayisədə
1,7 faiz çox olub.
2018-ci ilin yanvar-mart aylarında nəqliyyat müəssisələrinin yerinə
yetirdikləri xidmətlərin
dəyəri rayon üzrə
53,3 min manat olub. Xidmətlərin 95,5 faizi dövlət
müəssisələrinin, 4,5 faizi qeyri-dövlət müəssisələrinin hesabına
yaranıb. Dövlət
müəssisələrinin tərəfindən yerinə
yetrilən xidmətlərin
50,9 min manatı iri, qeyri-dövlət müəssisələri
tərəfindən yerinə
yetirilən 2,4 min manatlıq
xidmət isə kiçik müəssisələrin
payına düşür.
Rayon üzrə fəaliyyət
göstərən sənaye
müəssisələri tərəfindən
2018-ci ilin yanvar-mart ayları ərzində Zərdab rayonu sənayesində 1163,6 min manatlıq məhsul və xidmətlər istehsal olunub.
Malların istehsalı və
õidmətlərin göstərilməsinin
həcmi qida məhsullarının istehsalı
sahəsində 2,3 faiz,
elektrik enerjisinin bölüşdürülməsi və satışı sahəsində 62,6 faiz, təbii qazın bölüşdürülməsi və satışı sahəsində 27,0 faiz, suyun yığılması
və paylanması sahəsində 2,1 faiz, tullantıların yığılması
və məhv edilməsi sahəsində
görülən işin
həcmi 0,2 faiz, fiziki şəxslərdə
isə bu göstərici 5,8 faiz təşkil edib.
Sənaye sahəsində yüklənmiş
mallar, görülən
işlər, göstərilmiş
xidmətlərin həcmi
əsasən elektrik enerjisi, təbii qazın bölüşdürülməsi
və satışı
sahələri üzrə
artıb. Sənayedə qeyri-dövlət sektorunun
õüsusi çəkisi
8,2 faiz, dövlət sektorununõüsusi çəkisi isə
91,8 faiz îlub.
Bu müddət ərzində
sənaye sahəsində
çalışanların îrta sayı 376 nəfər,
îrta aylıq
əmək haqqı
296,6 manat olub. Sənaye sahəsi üzrə çalışanların 31,7
faizi elektrik enerjisi və qazın istehsalı və bölüşdürülməsi
sahəsində, 66,2 faizi
su təchizatı, tullantıların təmizlənməsi
sahəsində, 2,1 faizi
emal sənayesində çalışanlardır.
Aprelin
1-i vəziyyətinə Zərdab
rayonu üzrə iqtisadiyyatında muzdla çalışan
işçilərin sayı 6286 nəfər olub, onlardan 4601 nəfəri və ya 73,2 faizi
iqtisadiyyatın dövlət sektorunda, 1685 nəfəri və ya 26,8
faizi isə qeyri-dövlət sektorunda fəaliyyət
göstərib.
Muzdla
işləyənlərin 34,5
faizi təhsil, 19,5 faizi ticarət, 7,2 faizi sənaye, 8,5 faizi əhaliyə
səhiyyə və sosial xidmətlərin göstərilməsi,
7,8 faizi dövlət idarəetməsi və müdafiə,
sosial təminat, 2,2 faizi
tikinti, 0,8 faizi nəqliyyat və
anbar təsərrüfatı,
0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 10,3
faizi kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq, 0,2 faizi maliyyə və
sığorta fəaliyyəti, 8,1 faizi isə iqtisadiyyatın
digər sahələrində məşğul olublar.
2018-ci
ilin yanvar-mart aylarında rayon üzrə iqtisadiyyatda muzdla
çalışan işçilərin orta aylıq nominal əmək
haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən
3,7 faiz artaraq 260,4 manat olub. İqtisadiyyatın
elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi
və təchizatı, maliyyə və sığorta fəaliyyəti,
peşə, elmi və texniki fəaliyyət, informasiya və
rabitə sahələrində orta aylıq nominal əmək
haqqı rayon üzrə orta göstəricidən yüksək
olub.
Qeyd edək ki, Zərdab
rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin
sıxlığı (1 kv.km düşən əhali) 68 nəfərdir.
Zərdab rayonunda
01 aprel 2018-ci il vəziyyətinə 42
yaşayış məntəqəsi olmaqla 1 şəhər,
1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi
mövcuddur. 2018-ci il yanvar-mart
aylarında Zərdab rayonun əhalisinin sayı 74 nəfər
və ya 0,1 faiz artaraq 58314 nəfərə
çatmışdır. Əhalinin 20,3
faizi şəhər, 79,7 faizi isə kənd yerlərində
yaşayır.
Cari ilin
ilk üç ayında rayonda 138, hər gün orta hesabla 1-2
körpə doğulub
ki, onların da 10,9 faizi şəhərdə, 89,1
faizi isə kənd yerlərində qeydə alınıb. Təbii artım 56 nəfər olub. Rayon
üzrə orta hesabla bir qadına bütün ömrü boyu 2,2
doğulmuş uşaq düşür və əhalinin təkrar
istehsalı təmin olunur.
2018-ci ilin yanvar-mart aylarında Zərdab rayonunda 82 ölüm
qeydə alınıb. Bundan 2 nəfəri 1 yaşa qədər
ölüm olub. 1-yaşa qədər
ölüm kənd yerlərində qeydə alınıb. 25-29 yaşda - 1, 30-34 yaşda - 2, 45-49 yaşda - 3,
50-54 yaşda - 5, 55-59 yaşda - 3, 60-64 yaşda - 3, 65-69
yaşda - 9, 70-74 yaşda - 5, 75-79 yaşda - 16, 80-84 yaşda -
16, 85 yaşdan yuxarı - 17 nəfər ölüm halları
qeydə alınıb. Keçən ilin müvafiq
dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə
hesabı ilə ölənlərin sayı 2,0-dan
1,4-ə qədər azalıb. Ölümün
əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən,
yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən
və tənəffüs orqanlarının xəstəliklərindən
ibarət olub.
Üç ay ərzində rayon üzrə 82 nikah və
19 boşanma halı qeydə alınıb. Birinci nikaha daxil olanların
rayon üzrə orta yaş həddi kişilər arasında
27,6, qadınlar arasında isə 23,7
yaş təşkil edir.
2018-ci
ilin yanvar-mart ayları ərzində Dövlət Miqrasiya Xidmətinin
və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən
Zərdab rayonuna daimi yaşamaq üçün 39 nəfər
gələn olub ki, bu göstərici şəhər yerlərində
20,5 faiz, kənd yerlərində
79,5 faiz təşkil edib. Hesabat dövründə
gedənlərin sayı 21 nəfər olmuş və beləliklə
rayon üzrə miqrasiya artımı 18 nəfər olub.
2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində
satılmış məhsulların dəyəri əvvəlki
ilin eyni dövrünün səviyyəsini müqayisəli
qiymətlərlə 6,9 faiz üstələyərək
21312,5 min manat olub. Ticarət dövriyyəsinin 12340,0 min manatını ərzaq məhsulları,
8972,5 min manatını qeyri-ərzaq məhsulları təşkil
edib.
Hesabat
dövründə istehlakçıların pərakəndə
ticarət şəbəkələrində xərclədiyi vəsaitin
53,9 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər
və tütün məmulatlarının, 8,4 faizi toxuculuq məhsulları,
geyimlər və ayaqqabıların, 5,2 faizi elektrik
mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,4 faizi
əczaçılıq və tibbi malların, 0,9 faizi mebellərin,
0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və
çap məhsullarının, 19,0 faizi isə digər qeyri-ərzaq
məhsullarının alınmasına sərf olunub.
2018-ci
ilin yanvar-mart aylarında istehlak məhsullarının 6,4 faizi hüquqi şəxs statuslu müəssisələr,
93,6 faizi fiziki şəxslər
tərəfindən satılıb. Hesabat dövründə
əhalinin bir nəfərinə düşən orta aylıq
pərakəndə ticarət dövriyyəsi 121,8 manat və ya 2017-ci ilin müvafiq göstəricisindən
nominal ifadədə 6,6 manat çox olub.
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramları çərçivəsində
Zərdabda kənd təsərrüfatınn inkişaf etdirilməsi
istiqamətində kifayət qədər işlər
görülüb və uğurlar əldə olunub. Hər halda
ortada olan statistic göstəricilər belə deməyə əsas
verir. Belə ki, rayîn üzrə
iqtisadiyyatın bütün
sahələrində olduğu
kimi kənd təsərrüfatı sahəsinin
də davamlı inkişafı təmin îlunub. Hazırda əhalinin
heyvandarlıq məhsullarına olan tələbatını
daxili istehsal hesabına ödəmək məqsədi ilə
mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması istiqamətində
müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə
güzəştli şərtlərlə yüksək məhsuldar
damazlıq heyvan satılması işi davam etdirilir və
heyvanlar arasında aparılan süni mayalanma tədbirləri
genişləndirilir. Rayonda əvvəlki
illərə nisbətən heyvandarlığın inkişaf
səviyyəsi artıb. Bu səbəbdən ət,
süd, yumurta,yun istehsalının həcmi
də ötən dövrlərlə müqayisədə daha
çox olub. Hazırda rayonda
(01 aprel 2018-ci il vəziyyətinə) 54680 baş iri buynuzlu,
113542 baş xırda buynuzlu heyvan var. 01 aprel 2018-ci il tarixə
ət istehsalı 10812 sentner, süd istehsalı 64497 sentner,
yumurta istehsalı 2 milyon 26 min ədəd olub. Ötən
ilin müvafiq dövrünə nisbətən ət
istehsalı 2 sentner, süd istehsalı 36 sentner, yumurta
istehsalı min ədəd artıb.
Cins maldarlığın
inkişaf etdirilməsi
istiqamətində rayonda
mühüm tədbirlər
həyata keçirilib. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq
məqsədilə rayonda
10 süni mayalama məntəqəsi yaradılıb.
01 aprel 2018 ci il tarixə 732 baş inək və düyələrdə
süni mayalanma aparılıb, 355 baş sağlam bala alınıb ki, bunun da maldarlığın
inkişafına böyük
təsiri olub. Mal-qaranın yemə olan tələbatını
ödəmək məqsədi
ilə yonca sahələri 21423 hektara çatdırılıb.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2018.- 17 may.- S.15.