Regional proqramlar
Mingəçevirdə uğurla icra edilir
Artıq 14 ildir ki, Azərbaycanda Regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramları uğurla icra edilir. Dövlət Proqramlarının icrası
müddəti ərzində
respublikanın ayrı-ayrı
bölgələrində görülən
işlər, həyata
keçirilən tədbirlər,
eləcə də əldə edilən nıəticələr belə
deməyə əsas verir. Dövlət Proqramlarının icrası müddətində
respublikanın bütün
bölgələri simasını
başdan-başa dəyişib
desək yanılmarıq.
Bu mənada Mingəçevir
şəhəri də
xüsusi qeyd edilməlidir.
Ümumiyyətlə, hər bir Dövlət
Proqramı çərçivəsində
görülən işlər
Mingəçevir şəhəri
üçün uğurlu
olub. Əhalinin fasiləsiz olaraq
elektrik enerjisi ilə təmin etmək üçün şəhər ərazisində
33 yarımstansiya, 140 TM fəaliyyət
göstərir. Onlardan daşbina
qapalı tipli TM sayı 56 ədəd, KTP tipli transformator məntəqələrinin sayı
84 ədəddir. Transformatorların ümumi sayı 163 ədəd, ümumi gücü 145523Kva-dır. 2012-ci ilin altı ayı ərzində 6 kv-luq hava xətlərində
3400 metr zədəli naqillər dəyişdirilib,
500 metr SİP kabel, yeni 6 kv-luq APvPUQ
1x120-1035 metr yeni kabel çəkilib, 6 ədəd yarımstansiyada
təmir işləri
aparılıb, 1960 kq
transformator yağı
dəyişdirilib, 29 ədəd
yeni tipli rubilnik və şəhər ərazisində
239 ədəd "smart-kart" tipli sayğac quraşdırılıb.
Mingəçevir şəhəri üzrə
qaz xəttlərinin ümumi uzunluğu 388 km,
o cümlədən orta
təzyiqli qaz xətlərinin uzunluğu
99 km, aşağı təzyiqli
289 km təşkil edir.
Mingəçevir Qaz İstismarı
Sahəsi şəhər
sakinlərini hər zaman fasiləsiz təbii qazla təmin edib. Bu dövr ərzində 227 fərdi evə qaz xətlərinin çəkilişi başa
şatdırılıb, şəhər
ərazisində ayrı-ayrı
ünvanlarda müxtəlif
ölçülü 9169 p/m daşıyıcı və
paylayıcı küçə
qaz xəttləri çəkilib, 394 ədəd
sayğac quraşdırılmış,
qaz tənzimləyici qurğularda cari təmir işləri aparılıb.
Mingəçevir Sukanal idarəsinin xidmət göstərdiyi
175 km su və 146 km kanalizasiya şəbəkəsi
50 ildən artıqdır
ki, fasiləsiz istismar olunur. Hazırda bu
sahə Dövlət Proqramına uyğun yenidən qurulur. 6 ayda 10 km yeni
kanalizasiya xətti çəkilib, 7 km uzunluğunda
su borusu yenisi ilə əvəz olunmuşdur.
Bu sahədə əsaslı yenidənqurma
işləri davam edir.
Mingəçevir Telekommunikasiya qovşağı
üzrə ATS-in ümumi
tutumu 21480 ədəd,
əhalinin istifadəsində
olan nömrələrin
sayı isə 20944 ədəddir. Bütün EATS-də ümumi
tutumu 3544 port olan geniş zolaqlı internet xətti (ADSL) quraşdırılaraq
şəhər üzrə
ADSL istsfadəçilərinin sayı 2750 nəfərə
çatmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Gələcəkdə görüləcək infrastruktur
layihələri də
kifayət qədərdir.
Şəhərin bir
sıra yaşayış
massivlərinin qazlaşdırılmasının
sürətləndirilməsi, şəhərin istilik təsərrüfatına aid qazanxanaların
modernləşdirilməsi və
yenisinin tikintisi, məhəllədaxili və
binadaxili istilik sistemlərinin bərpası,
Mingəçevirin elektrik
sisteminin yenidən qurulması, şəhərin
su təchizatının
və kanalizasiya sisteminin yenidən qurulması, şəhərin
bütün mərkəzi
və məhəllədaxili
yollarının asfaltlanması,
şəhərin mərkəzi
küçələrinin yenidənqurulması,
abadlıq işlərinin
intensivləşdirilməsi, qaçqın və məcburi köçkünlər
üçün əlavə yaşayış
binalarının tikintisinin
başa çatdırılması,
Qarabağ əlilləri
və şəhid ailələri üçün
yaşayış binasının
tikintisi bu sıraya daxildir. Eyni zamanda Az.İES
yaşayış massivində
tikintisi yarımçıq
qalmış 1296 yerlik
yeni məktəb binasının inşasının
sürətləndirilməsi, "Mingəçevir kəndi"
yaşayış massivində
tikintisi yarımçıq
qalmış 50 yerlik uşaq bağçasına
yeni binanın inşasının başa
çatdırılması, məcburi köçkün ailələri
yeni binalarda yerləşdirildikdən sonra
şəhərin 16 tam orta
məktəbinin və
uşaq bağçalarının
əsaslı təmiri,
20 şöbə, 570 çarpayılıq,
4 üçmərtəbəli korpus və 2 birmərtəbəli laboratoriya
təsərrüfat binalarından
ibarət olan şəhər Mərkəzi
Xəstəxanasının əsaslı təmiri, çoxfunksiyalı Mədəniyyət
Mərkəzinin tikintisinin
sürətləndirilməsi
"Dostluq" parkının
yeni layihə əsasında yenidən qurulması kimi qarşıda duran mühüm vəzifələr
var.
Bu mənada cari ilin birinci rübü
də Mingəçevir
şəhəri üçün
uğurlu olub. Regional proqramlar çərçivəsində
şəhərdə kifayət
qədər işlər
görülüb.
Qeyd edək ki, aprel
ayının
9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci
ilin I rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Cənab Prezident iclasda
etdiyi giriş nitqində bu ilin I rübündə dövlətimizin uğurla
inkişaf etdiyini, qarşımızda duran bütün vəzifələrin
artıqlaması ilə
yerinə yetirildiyini və ölkəmizin gücləndiyini bildirdi.
Çıxışda I rübdə Azərbaycan iqtisadiyyatının
2,3 faiz, qeyri-neft sektorunun 3 faiz, kənd təsərrüfatının
4,2 faiz, xarici ticarət dövriyyəsinin
31 faiz artdığı,
34 min yeni iş yerlərinin yaradıldığı
vurğulandı və
sosial tədbirlərin
həyata keçirilməsi
istiqamətində mühüm
işlərin görüldüyü
qeyd edildi.
"2018-ci
ilin birinci rübündə Mingəçevir
şəhərinin sosial-iqtisadi
inkişafının vəziyyəti
və qarşıda
duran vəzifələr"ə
dair hesabata, statistik göstəricilərə
nəzər yetirdikdə,
şəhərin sosial-iqtisadi
həyatında ciddi irəliləyişlərin əldə
edildiyinin şahidinə
şevrilirik.
Məlumat üçün qeyd edək ki. Nazirlər Kabinetinin
iclasındakı yekun
nitqində növbəti
dövr üçün
prioritetlərin dəyişməz
olaraq qaldığını
vurğulayan ölkəmizin
başçısı, Azərbaycanda
dayanıqlı uzunmüddətli
inkişafın təmin
edilməsi üçün
bütün sahələrdə
islahatların aparılacağını
qeyd etdi. Sənaye Parklarının
yaradılmasının artıq
gözəl nəticələr
verdiyini deyən cənab Prezident, onların arasında Mingəçevir Yüngül
Sənaye Parkını
xüsusilə qeyd etdi və növbəti
aylarda yeni müəssisələrin yaradılması
ilə bağlı təklifləri gözlədiyini
bildirdi. Cənab Prezident çıxışında
Mingəçevirin ancaq
sənaye və turizm şəhəri kimi inkişaf etməsi ilə bağlı çox önəmli addımların atıldığını
qeyd etdi.
Dövlət başçısı yerlərdə yeni iş yerlərinin açılması, sahibkarlığın
və turizmin inkişafı, infrastruktur
layihələrinin icrası,
özünüməşğulluq proqramının əhatəsinin
genişlənməsi, strateji
yol xəritələrinin
icrasından irəli gələn vəzifələrin
sürətləndirilməsi, investisiyaların cəlb edilməsi və sair kimi mühüm
tapşıqırlar verdi.
Qətiyyətlə demək olar ki, dövlət
başçısının verdiyi bütün tövsiyə
və tapşırıqlar,
eləcə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları
Mingəçevir şəhərində
uğurla icra edilir. Eyni zamanda dövlət
başçısının tapşırıq və tövsiyələri şəhər
İcra Hakimiyyəti rəhbərliyi, eləcə
də sahibkarlıqla məşğul olan iş adamları qarşısında mühüm
vəzifələr qoyur.
Qeyd edək
ki, Mingəçevir şəhərində beynəlxalq
təcrübənin tətbiq
edilməsi baxımından
da mühüm addımlar atılır, işlər görülür. Bu mənada yaradılan xarici əlaqələr xüsusi əhəmiyyət
daşıyır. Xüsusilə. Mingəçevir şəhəri İsrail dövlətinin ayrı-ayrı şəhərləri
ilə yaxın əlaqələr qurur.
Məlumat üçün
qeyd edək ki, bu ilin
2-7 yanvar tarixlərində
Mingəçevir Şəhər
İcra Hakimiyyətinin
başçısı Niyazi
Bayramovun rəhbərlik
etdiyi rəsmi nümayəndə heyəti
İsrailə rəsmi
səfər edib. Səfərdə əsas məqsəd
qardaşlaşmış şəhərlər
olan İsrailin Afula şəhəri ilə Mingəçevir şəhəri arasında
müxtəlif sahələrdə
əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan nümayəndə heyətinin
İsrailə səfəri
hər iki ölkənin xarici işlər nazirliklərinin
dəstəyi və
"Azİz" Azərbaycan-İsrail
Beynəlxalq Assosiasiyasının
təşkilatçılığı ilə baş tutub.
Nəzərə alsaq ki, həm Dövlət Proqramları, həm də prezidentin tapşırıq və tövsiyələrində sənaye zonalarının yaradılması əsas diqqət mərkəzində saxlanılır, bu mənada Mingəçevir rəhbərliyinin İsrailə səfəri, oradakı sənaye zonaları ilə tanışlıq xüsusi əhəmiyyət kəsb edir. Məlumat üçün qeyd edək ki, səfərin ikinci günü sənaye zonalarına baxışla başlayıb. Mingəçevirin nümayəndə heyəti Afulanın vitse-meri Mixail Barkanın müşayəti ilə Alon İsrael sənayə zonasını ziyarət edib, burada "Tosaf" və "Pazkar" müəssisələrinin fəaliyyəti ilə tanış olublar. Həmin müəssisələrin rəhbərliyi ilə keçirilən görüş zamanı Niyazi Bayramov Mingəçevir şəhərində yaxın vaxtlarda Texnoloji Parkın fəaliyyətə başyacağı barədə ətraflı məlumat verib və bu şirkətlərin filiallarının Mingəçevir Texnoloji Parkında açılması, onların məhsullarının Mingəçevirdə istehsalının təşkil olunmasını təklif edib. Mingəçevir rəhbərinin təklifi maraqla qarşılanıb və ətraflı müzakirə olunub.
Göründüyü kimi, Mingəçevir öz
inkişaf dövürünü
yaşayır. Həm yerli, həm də
beynəlxalq təcrübəyə əsaslanaraq həyata
keçirilən tədbirlər şəhərin sosial-iqtisadi inkişafına öz
töhfəsini verir. Elə 2017-ci ildə də əldə
edilmiş nəticələr də Mingəçevirin
ümumi inkişafına böyük
töhfə verib. Nəzərdə tutulan bütün sosial proqramlar icra edilib, aparılan
islahatlar davam etdirilib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2018.- 23 may.- S.15.