Süleyman Sani Axundovun

yaradıcılığında hekayə janrı

 

Yazıçının yazdığı hekayələrdə oxucunu düşündürən, mühakimə yürütməyə sövq edən həzin lirika qarıq şəkildə nəzərə çarpır. Belə diqqət cəlb eləyən hekayələrindən biri də iki gəncin nakam məhəbbətindən bəhs edən «Qan bulağı» hekayəsidir.

Hekayədə belə nağıl edilir ki, isti yay günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü yol ilə iki atlı gedirdi. Bunlardan biri iyirmi yaşında gənc, digəri isə yetmiş yaşında qoca idi. Bunların yaşları arasında bu qədər fərq olduğu halda zahirlərində bir qədər fərq görünmürdü. Hər ikisinin əynində çuxa, başlarında paraq, bellərində qılınc var idi. Dağlardan enib qaya döşü ilə gedirdilər. Günorta vaxtı idi. Hər iki suvari susamışdı. Ələlxüsus gənc daha çox susamışdı. Birgən gəncin qulaqlarına su səsi gəldi. Baba, irəlidən su səsi gəlir, deyə cavan atını sürdü. Qoca təbəssüm ilə ona nəzər saldı. Gənc bulağa çatanda suyun rənginin qırmızı olduğunu görür, çox susadığı üçün sudan içmək istəyir. Bu nə cür sudur deyib ayağa qaxır. Qoca deyir: Oğlum bu «qan bulağı»dır. Onun suyu yerin alğından yerin altında dəmir ilə qarışmışdır, ona görə də qırmızıdır. Cavan qocaya sual verir: Bu adı nə üçün bulağa vermişlər? Oğlum, bulağın hekaysini sənə söyləyərm. Əvvəlcə atını buraya sür, orda içməli suyu olan bulaq var. Əvvəl nahar edək, sonra hekayəni sənə danışaram. Nahardan sonra qoca yapıncasını yerə sərib uzandı. Bir azdan sonra qoca gözlərini açıb dərindən bir ah çəkib dedi: Oğlum, bu dərə bu torpaq iki yerə bölünürmüş. Belə rəvayət edirlər ki, qədim zamanlarda dərənin o tərəfində böyük bir qəbilə və onun başında Misirxan adında böyük bir başçı, digər tərəfdə isə Surxay xanın başçlığı ilə tayfalar yaşayırmış. İki tayfa arasındakı qan davası davam edirmiş. Və bu davada çox cavanlar məhv olurlar. Nəhayət bir gün Surxay xanın bir oğlu Misir xanın isə bir qızı olur. Misir xan qızı olduğunu gizlədərək onu oğlan kimi böyüdür. Misir xan oğluna Teymur xanın adını verir. Sirrini pünhan etmək üçün qayanın döşündə bir köşk bina tikib, orada yaşayır. Bu tərəfdə də Surxay xanın oğlu Paşa xan igidlikdə və gözəllikdə mşhur olur. Bu iki uşaq böyüyür on səkkiz yaşına çatır. Bunların igidliyi ətrafa yayılır. Bir gün düşmən olan hər iki tayfanın uşaqları qarşılaşır və döyüşməyə qərar verirlər. Paşa xan Teymur xanı yaralayır. Teymur xan yıxılır. Qan çeşmə kimi sinəsindən axıb baharın tər otlarını və çiçəklərini boyayır. Paşa qılıncını atıb Teymur xanın yarasını baglamaq ucun sinəsini acır və qışqırır; bu ki qadındır deyir Paşa xan Teymur xanın başını dizləri üstüna alıb deyir: toxta gözəlim, toxta. Paşa da səninlə gedir. Bunu deyib Paşa xan xəncərini çıxarıb öz sinəsinə vurur və Teymur xanı sinəsinə alıb deyir: İndi qoy mənim də qnım səninkinə qarışsın.

Qoca söhbətin yekun verib deyir: Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ alralanıb bu iki növcavanı ağuşuna alır. Bir müddət keçdikdən sonra gördüyün bu qan bulağı qaya arasndan sızmağa başlayır. Rəvayətə gör həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından əmələ gəlmişdir. Yazıçı «Qan bulağı» hekayəsində köhnəliyə iki tayfa arasındakı qan düşmənçiliyini qələmə almışdır.

S.Sani Axundov «Ümid çırağı» hekaysində ilk baharın son gecəsində kiçik bir otaqda zəif çırağın şöləsində oturmuş, mütaliəsinə ara verib pəncərədən başını çölə çıarıb təmiz havanı ciyərlərinə çəkərək dərindən nəfəs alır. Gecənin dərin sükutu və zülməti gəncin qəlbinə xof salır, onu diksindirir. Bu nə uşaqdır deyə pəncrəni qapayb əvvəlki yerinə qayıtdı. Bu zaman nəzərləri masanın üstündəki cib saatına sataşdı. Gecə yarıdan keçmişdi. Lakin mən hazır deyiləm. Sabah son imtahanımı verəcəyəm. Kimsə yoxdur ki, mənə yardım etsin. Mənə ancaq səy və qeyrət lazımdır. Oxuyub həkim olacağam. Zavallı anamı məişətin bu ağır zəhmətindən xilas edəcyəm. Əli ilə o biri otğa işar edərək: yat anacığım dedi. Lakin anası yamamışdı. Gözlərini oğlunun qapısına zilləyərək düşünürdü. Bütün həyatımı sənin sədaqətinə həsr edəcəyəm deyə düşünürdü. Bir il qabaq bədbəxt bir hadisə nəticəsində qonşusuna zərər toxundurmuş, ona görə də ana daima qorxu içərisində yaşayırdı. Ana nə üçün durdun?- Deyə gənc soruşur. Bəs sən niyə yatmırsan deyə ana soruşdu. Ana, get yat, mənə mane olma deyə gənc anasına deyir. Sonra isə kitab oxumağa başlayır. Bir saat belə keçir. Qəflətən bir tüfəng açılır dağlar səda salır. Dərin sükutu pozur. Qadın çığırtısı yatmış qonşuları oyadır. Bir saat bundan əvvəl böyük ümidlərlı yaşayan gənc yerə sərilir. Qəddar bir düşmənin gülləsinə tuş gəlir. Sahibsiz ananın ümid çırağı sönür. Ümid çırağının zəif şöləsində ümidsiz ananın həzin qəlbləri oxşayan naləsi eşidənləri sarsıdırdı. Ümidləri sönmüş ananın ümid çırağı sönmüşdü.

Yazıçı «Cəhalət qurbanı» hekayəsini uşaqlıq xatirəsindən qəlbinə silinməz iz buraxmış sanki uzun müddət yox, dünən baş vermiş kimi xaırlayaraq qəmələ almışdır.

Bir gün əmim oğlunun altı yaşlı oğlu ilə oynayarkən qapımızın ağzında palanlı bir ata minmiş qoca bir kişi gördüm. Baba, kimi istəyirsiniz deyə soruşdum. Qoca əmim oğlu ilə görüşmək istədiyini dedi. Mən onu içəri dəvət etdim. O, əmim oğlu il görüşüb bir qədər söhbətdən sonra salamatlaşıb «Allah sizdən razı olsun mən qocanı ümidsiz qaytarmadınız» deyə atını minib getdi. Bundan bir neçə gün sonra həmin qoca üstünə 14 yaşında bir qız minmiş yüklü atın cilovunu, yanında da 17 yaşında digər bir qız ilə həyətə girdi. Əmim oğlu onlara xoş gəldin dedi. Qoca kiçik qızı atdan düşürtdü, sonra ata catılmış marfaşı açıb yerə saldı. Bu marfaşda bir qədər qab-qacaq və qeyri ev şeyləri vardı. Əmim oglu həyətdəki əski komanı göstərib dedi: – Budaq baba bizdə yemək yeyin bir qədər dincəlin, sonra mənzilinizi səliqəyə salarsınız. Çox razıyam deyə qoca cavab verdi indi qızlar mənzili təmizləyib palaz salarlar dedi: -Anam qabağa gəlib qızları otağa apardı. Budaq baba da atı rahat edib əmim oğluna qonaq oldu Anam qızlara yer göstərib oturtdu, sonra bacımı və məni göstərərək məni tanış etdi. Anam qızlar ilə mehribanlıq ilə danışaraq yemək hazırladı. Süfrəyə qoyub qızlar yemək təklif etdi. Lakin onlar utanıb yemədilər. Bacım qalxıb qızların əlindən tutub süfrə başına apardı. Bacıların bir-birinə bənzəmədiklərinə diqqət etdi. Qızların gözəlliyi o qədər məni cəlb etmişdi ki, qeyri-iradi kiçik qızdan sənin adın Göyərçinmidir deyə soruşdu. Qəflətən verdiyim bu sual qadınları güldürdü. Qız, xeyr mənim adım Gülbənd, bacımın adı isə Tamamdır dedi. Qızlar yeməklərini bitirib ayağa qalxdılar. Sağolun deyə gemək üçün anamdan icazə isədilər.

Yazın qızğın günləri idi. Biz uşaqlar vaxtımızın oxunu meyvə bağında keçirirdik. Heç unutmaram, bir gün bibim evinə getmişdim. Onların bağında gözünə ağacda qayrılmış bir alaçəhrə yuvasına sataşdı. Cəld ağaca dırmaşıb, əlimi yuvaya soxdum. Tüksüz ətcə balalarının üstündən ana alaçəhrəni tutub sevincək halda ağacdan endim. Bibimə görünmədən evimizə qaçdım. Həyətimizdə Tamama rast gəldim. Bibim sənə nə verdi-deyə o soruşdu. Heç zad vermədi deyə cavab verdim. Tamam məni utandırdı. O, anasız balaların halını təsəvvür edirsənmi dedi. Mən alaçəhrəni cibimdən çıxartdım. Havaya buraxdım. O sevincək uçub getdi. Tamam bir çox adətlərdən məni çəkindirdi. Dayım anamı yola gətirib məni oxumağa göndərmək istəyirdi. Anam və bacım ağlayıb məni buraxmaq istəmirdilər. Burda da Tamam mənə kömək etdi. O mənə yanaşıb dedi:

– Heç qüssələnmə, doqquz aydan sona yenə gələcəksən. Axır gözü yaşlı anam, bacım və sair – əqrəbam ilə görüşüb yola düşdüm…

Nəhayət yay tətili gəlib yetişdi. Üç gündən sonra gəlib evimiz çatdım. Anam, bacım və şair qohumlarla görüşdüm. Həsrətini çəkdiyim Tamam və Gülbənd onların arasında yox idi. Mən anamdan soruşdum: Tamam və Gülbənd hardadılar? Nə üçün mənimlə görüşməyə gəlmədilər. Anam çaşqın bir hal ilə dedi: Bilmirəm nə üçün eşidib gələrlər. Mən anamdan soruşdum: Nə üçün doğrusunu demirsən? Nə olub? Bir şey yoxdur. Onlar burdan köçmüşlər. Bağımızı seyr etdikdə Məmmədrzadan soruşdum: Lələ, Bulud, Baba və qızlar hara getmişlər? Bu sualımdan Məmmədrzanın üzü qara bulud kimi tutuldu. Bir az fikirdən sonra bu göy otun üstündə oturaq, mən də onların faciəsini sənə söyləyim –dedi. Oturduq. Məmmədrza kürd qızlarının başına gələn faciəni nağıl etdi. Əmim oğlu ilə Gülbəndin sevişdiyini bilirdim. Onu zorla ayırıb bir kürd oğlana verirlər. O da özünə qəsd edir. Budaq baba böyük qızının yanına köçməyə məcbur olur. Tamam isə əmioğullarının arasına nifaq düşməsin deyə o da çıxıb getməyə məcbur olur. Hansısa varlının dəli oğluna baxmaq üçün məsum bir qız axtarırlar. Budaq babaya çoxlu pul verib onu razı salırlar. Tamamın faciəsini eşidəndə göz yaşılarımı saxlaya bilmədim. Tamam dəlinin yanından qaçıb köhnə bir qəbiristanlığın kümbəzində gizlənir. Özünü Qarqarın sularına vurur. Səhər olcaq Tamamı aramağa başlayırlar. Xeyli aradıqdan sonra meyidini Qarqarın o biri sahilində tapırlar.

Uşaqlıqdan yadımda qalan bu hekayə məni çox mütəəssir etmişdi. Ona görə də qələmə aldım.

Yazıçının «Qatil uşaq» hekayəsində yayın isti günlərində min bir zəhmətlə becərdikləri taxılı biçib qurtarmağa çalışan kəndlilərin yanında başı əmmaməli seyidlər görünürdü. Onlar xırmanlar gəzib «seyid vergisi» tələb edirdilər. Mövhumata inanan kəndlilər onları rədd edə bilmir. Gətirdikləri arabaları doldurub verirdilər… Zəmili kəndi dağın ətəyində meşənin kənarında yerləşirdi. Tarlaları yüksək yerdə olduğu üçün su çıxar bilməzdilər. Suvara bilmədikləri tarlaların çoxu məhv olub gedirdi. Bu kəndin qurtaracağında meşənin başlanğıcında əski bir daxmada Qızxanım adlı qadın oğlu ilə yaşayırdı. Oğlunun 11-12 yaşı olardı. 4-5 il olardı ki, o dul qalmışdı. Əri Mehdi Qulunu çox sevdiyi üçün öləndən sonra da ona sadiq qalmışdı. Kənd əhli də Mehdiqulunu sakit təbiətli, qanacaqlı bir adm kimi tanımışdı. Odur ki, əkinçilər Qızxanıma və onun oğlu Mərdana kömək edirdilər. Qızxanım da bu qeyrətli kəndlilərin sayəsində oğlu il xoş güzəran sürürdülər. Bir çox yerdən Qızxanıma elçi düşsələr də o sevimli ərini unutmayacağını və oğlundan ayrılmayacağını deyirdi. Mərdan cəsur bir uşaq idi. Anasını da çox sevirdi. Atası öləndən sonra Mərdan ondan qalan tüfəngi özü il götürərdi. Anası mane olmaq istədikdə deyərdi: – Anacan, qorxma tüfəngdən mənə xəta gəlməz. Atmaqda da ustayam.

Günəş dağ başına enirdi. Bir azdan günəş gözdən itib, dağın arxasında gizləndi. Aradan bir neçə dəqiqə keçdikdən sonra dağın arxasından qara buludlar göründü. Yazıq qadının ürəyi iztirabla döyünməyə başladı. Mərdan hər gün günəş batdıqda heyvanları kəndə gətirərdi. Qəflətən şimşək çaxdı. Dağlardan dəhşətli bir səda gəldi. Bu səsdən diksinən Qızxanım ürəyində dua etməyə başladı. Gurultu getdikcə artırdı. Bir azdan sonra şiddətli yağmur yağmağa başladı.

 

Ardı var…

 

Ədalət RƏSULOVA

Azərbaycan Milli Elmlər Akademiyası

Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

 

Olaylar.- 2018.- 1 noyabr.- S.12.