Regional proqramlar İKT sektorunun

inkişafına da təkan verib

 

Artıq 14 ildir ki, uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə bütün sahələrdə sürətli inkişafa, tərəqqiyə zəmin yaradıb desək yanılmarıq. Ötən illər ərzində hər bir sahədə nəzərə çarpan müsbət dəyişikliklər, irəliləyiş inkişaf belə deməyə əsas verir. İstər sosial, istər iqtisadi, istərsə mədəni, təhsil səhiyyə sahələrində əldə edilən uğurların əsas hərəkətverici qüvvəsi rolunu məhz Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları oynayır.

 

Hər bir Dövlət Proqramı kimi icrası başa çatmaqda olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da öz uğurlu nəticələri ilə yadda qalmaqdadır. Bu proqramların üstün cəhətlərindən biri ondan ibarətdir ki, sözügedən sənədlər məhdud bir sahə ilə ölçülmür. Dövlət Proqramlarında hər bir sahənin inkişafı özünü əks etdirir, bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir, addımlar atılır. Bu sahələrdən biri informasiya kommunikasiya texnologiyaları sahəsidir ki, hazırda icrası başa çatmada olan bu Dövlət Proqramının icrası müddətində Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı istiqamətində kifayət qədər tədbirlər həyata keçirilib, işlər görülüb. Elə sözügedən Dövlət Proqramı qəbul edilərkən sənəddə nəzərdə tutulurdu ki,  2014-2018-ci illərdə informasiya kommunikasiya texnologiyaları (İKT) infrastrukturu inkişaf etdiriləcək, regionlarda əhaliyə müasir elektron xidmətlərin göstərilməsi imkanları daha da genişləndiriləcək, kənd yaşayış məntəqələri daxil olmaqla ölkə ərazisində genişzolaqlı, ucuz keyfiyyətli internetə çıxış təmin ediləcək. Bu sahədə qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Bu tədbirlər sırasında regionlarda inkişaf etmiş informasiya kommunikasiya infrastrukturunun yaradılması, informasiya kommunikasiya xidmətlərinin daha da genişləndirilməsi, regionlarda əhalinin İKT sahəsində bilik kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, regionlarda televiziya yayımı keyfiyyətinin daha da yüksəldilməsi özünü ehtiva edirdi.

Elə Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi bir növ 2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına dəstək xarakteri daşıyırdı desək yanılmarıq.

Buna  görə ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" (bundan sonra - Milli Strategiya) təsdiq edilmişdi. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" (bundan sonra - Dövlət Proqramı) hazırlanmışdır.Dövlət Proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulmuşdu. Milli Strategiyanın "elektron hökumət"in inkişafı" istiqamətinin yerinə yetirilməsi üzrə tədbirlər digər dövlət proqramı çərçivəsində həyata keçiriləcəkdi.

Dövlət Proqramının hazırlanmasında beynəlxalq təcrübə, texnoloji yeniliklər inkişaf meyilləri nəzərə alınmış, vətəndaş, cəmiyyət, dövlət prioritetləri onların informasiya cəmiyyətinin imkanlarından səmərəli istifadəsi əsas götürülmüşdü. Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə özəl sektorun qeyri-hökumət təşkilatlarının fəal cəlb olunması, vətəndaş ictimai təşəbbüslərin irəli sürülməsi onların reallaşdırılmasında birgə fəaliyyətə şərait yaradılması planlaşdırılırdı.

Dövlət Proqramının məqsəd vəzifələrinə gəlincə isə Dövlət Proqramının məqsədi Milli Strategiyada informasiya cəmiyyətinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulan əsas məqsəd vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir.

Dövlət Proqramının məqsədinə nail olunması üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

İKT infrastrukturunun cari gələcək tələbatı nəzərə alınmaqla inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi onlara çıxış imkanlarının təmin olunması. Ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, beynəlxalq internet magistrallarına alternativ yüksəksürətli birləşmələrin təmin edilməsi. Rəqabətqabiliyyətli ixracyönlü yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, elmtutumlu yüksək texnoloji məhsulların istehsalı onların dünya bazarına çıxışına şərait yaradılması, yerli xarici investisiyaların stimullaşdırılması, qabaqcıl təcrübənin yeni texnologiyaların idxalı texnoloji transferin təmin olunması. Yüksək texnologiyalar sahəsində elmi-texniki potensialın gücləndirilməsi, nüvə, nano kosmik texnologiyaların, biotexnologiyaların inkişafı üzrə elmi tədqiqatların genişləndirilməsi, informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik texnologiyaların yaradılması yayılması. İnformasiya cəmiyyəti şəraitində normativ hüquqi tənzimləmə sisteminin təkmilləşdirilməsi, vətəndaşların informasiya əldə etmək hüququnun səmərəli təmin edilməsi qorunması. Yüksək texnologiyalar sahəsinin tələblərinə cavab verən elmi ixtisaslı kadrların hazırlanması, alim mütəxəssislərin elmi fəaliyyətinin, gənclərin yeni təşəbbüslərinin "start-up" layihələrinin dəstəklənməsi;

Ölkədə işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, rəqabətədavamlı kadr potensialının formalaşdırılması məqsədi ilə peşə təhsili sistemində multimedia texnologiyalarının, distant təhsil digər müasir tədris formalarının tətbiqinin genişləndirilməsi. Cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik bacarıqlarının yüksəldilməsi yeni texnologiyalara inamın artırılması.

Bundan başqa informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın maarifləndirmənin yüksəldilməsi, milli kontentin zənginləşdirilməsi, müasir texnologiyaların tətbiqi ilə ölkənin milli-mədəni irsinin qorunub saxlanılması əhalinin ondan istifadəsinin genişləndirilməsi, informasiya cəmiyyəti quruculuğunda dövlət-sahibkar-vətəndaş tərəfdaşlığının gücləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlığın ikitərəfli çoxtərəfli müstəvidə genişləndirilməsi proqramda nəzərdə tutulan məqsəd vəzifələr sırasında yer alırdı.

Gözlənilən nəticə isə bundan ibarətdir ki, ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdiriləcək, əhalinin təhlükəsiz, ucuz keyfiyyətli İKT xidmətlərinə artan tələbatı təmin olunacaq.  Sosial-iqtisadi sahələrdə bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndiriləcək, vətəndaşların, xüsusilə aztəminatlı sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsinə əlverişli şərait yaradılacaq. Əhalinin müxtəlif qrupları, şəhər kənd yaşayış məntəqələri arasında "rəqəmli fərqlilik" azaldılacaq. İnformasiya cəmiyyəti şəraitində vətəndaşların informasiya əldə etmək hüquqlarının təmin olunmasına hərtərəfli şərait yaradılacaq.

Həmçinin ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək,  ümumi daxili məhsulda İKT-nin, poçt informasiya sektorunun payı artırılacaq, İKT sahəsinin sürətli inkişafında xarici yerli investisiyaların, o cümlədən vençur maliyyələşmənin payı artırılacaq. Bundan başqa yüksək texnologiyalar sektoru ilə elmi tədqiqatlar arasında əlaqə möhkəmləndiriləcək, kosmik, nano nüvə texnologiyaları, biotexnologiya, elektronika yeni informasiya texnologiyaları üzrə elmi tədqiqatlar onların nəticələrinin tətbiqi genişləndiriləcək, yüksək texnologiyalar, o cümlədən İKT sektorunda rəqabətqabiliyyətli, ixracyönlü innovativ iqtisadi potensial gücləndiriləcək, elmtutumlu yüksək texnoloji məhsulların yaradılması dünya bazarına çıxış imkanları genişləndiriləcək. Yüksək texnologiyalar sahəsinin ixtisaslı mütəxəssislərə elmi kadrlara olan ehtiyacının ödənilməsinə şərait yaradılacaq, təhsilin bütün pillələrində İKT-nin tətbiqi ondan istifadə genişləndiriləcək, vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunması səviyyəsi artırılacaq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2018. – 1 noyabr.- S.15.