Süleyman Sani
Axundovun
yaradıcılığında
hekayə janrı
əvvəli ötən
saylarımızda
Qızxanım
daxmaya girib köhnə yamaqlı şalına
büründü və yenə qapıya çıxdı. Bu
vaxt qısaboylu pırtlaq göz bir cavan seyid əbasını
başına çəkib Qızxanıma tərəf yönələrək
dedi: Bacı, məni qərib seyidi Allah qonağı
saxlamağı xahiş edirəm. Qızxanım dedi: Mən
bir dul qadınam. Səni evə necə buraxım. Bunu eşidən
seyidin gözlərindən od parladı. Dedi: Bacı seyidə
şübhə etsən səni bəla tutar. Ağayi,
içəri buyurun yağış sizi isladır, deyə onu
içəri dəvət etdi. Seyid islanmış əbasını
dəyişib əyləşdi. Bacı, bəs oğlun
hardadı – deyə soruşdu. Ana oğlunun heyvan otarmağa
getdiyini və ondan nigaran qaldığını dedi. Seyid dedi: Bu saat oğlun
sağ-salamat gələr, nigaran qalma. Qızxanım: -Allah
ağzından eşitsin dedi. Əlbəttə, biz seyidlərin
ağzından çıxan allah,
peyğmbər kəlamlarıdır- dedi. Ancaq,
bacı, səndən bir söz soruşacağam. Sən belə cavan və gözəlkən nə
üçün ikinci ərə getmirsən? Ağa, mən ərimi çox istəyirdim. O öləndən
sonra onun tək varisini böyütmyə söz vermişəm.
Yağış kəsmişdi. Lakin yollardan hələ sel axırdı. Uzaqdan Qızxanımın gözlərinə bir
qaraltı göründü. Gözlədi
ki, görsün kimdir. Bir azdan sonra Mərdan
və arxasınca Bozdar gəlib çıxdı.
Oğlum, sən keç içəri, qonağımız
var, dedi. Mən inəyi sağıb gəlirəm.
O inəyi sağıb əlində bir badya süd gtirib dedi: –
Ağa başqa yeməyimiz yoxdur, gərək
bağışlayasınız. Qızxanım
sonra oğlu və seyid üçün içəridə,
özünə isə dəhlizdə yer hazırladı.
Gecənin bir yarısı Seyid yerə düşmək istədiyini
dedi. O, itdən qorxuram, siz də gəlin – dedi. Qızxanım
şalına bürünüb yerə düşdü. Seyid Qızxanmın əlindən yapışdı.
Qan həyalı qadının başına
sıçradı. Əlini çkib
şala büründü. Seyid qadının
şalını başından çəkib yerə atdı
və onu qucaqlayaraq dedi: Görürəm sən öz
xoşunla xahişimə əməl etməyəcksən. Qadın öz gücü ilə seyidin əlindən
xilas olmaq istədi. Çöldən gələn
işığa Mərdan tez bayıra sıçradı.
Tez içəri gedib tüfəngi qapdı və
həyətə çıxdı. Nə edirsən,
binamus kişi? Bunu eşitcək
seyid Qızxanımı buraxdı. Mərdan
onu qarovula götürdü. Tüfəngin
çaxmağını çəkdi. Seyid
qocaman ağac kimi yerə sərildi. Bunu görcək
Qızxanım qışqırdı: Nə etdin oğlum,
seyid qatili oldun. Bəs sən istərdin ki, mənim
anamın namusuna toxunanı sağ qoyum? Məyər
mən Mehdiqulunun oğlu deyiləm? Sən
qorxma, ana. Hamıya cavabı mən verəcəyəm –
deyə Mərdan anasına təsəlli verdi.
Tüfəngin səsinə və
Qızxanımın qışqırtısına yaxın
qonşular tökülüb gəldilər.
Əhvalatı biləndən sonra dedilər: Əhsən sənə
igid və namuslu oğlan. Lənət olsun belə
binamus seyidə.
S.S.Axundovun qələmə aldığı hekayələr
həyatda baş verən hadisələrdən
götürüldüyü üçün daha çox diqqəti
cəlb edir və sevilir.
Yazıçının «Molla Qasım» hekayəsində
İrandan Azərbaycana haçan gəldiyini bilməyən
Molla Qasım və arvadı Zeynəbin əhvalatından bəhs
edilir. Molla Qasım Güllücə kəndini bəyənib
seçmişdi. Mərkəzdən uzaqda
yerləşən Güllücə kəndi səfalı bir
yerdə idi.
Yazıçının «Molla Qasım» hekayəsində
İrandan Azərbaycana haçan gəldiyini bilməyən
Molla Qasım və arvadı Zeynəbin əhvalatından bəhs
edilir. Molla Qasım Güllücə kəndini bəyənib
seçmişdir. Mərkəzdən uzaqda
yerləşən Güllücə kəndi səfalı bir
yerdə idi. Kəndin demək olar ki,
hamısının Molla Qasımın dükanına borcu var
idi. Onun dükanında demək olar ki, hər
şey var idi. Molla Qasım kəndlilərin
avamlığından istifadə edərək onlarda olan əntiq
xalça və digər şeyləri gündəlik tələbat
mallarına ucuz qiymətə dəyişirdi. Hətta kəndlilər
bir məktəb açmaq istədikdə Molla Qasım mane
olub demişdi: Canım, siz kəndlilərə məktəb nə
lazım. Uşaqlarınızı oxutsanız
onlar sizi qoyub qaçarlar. Özünüzü
bəlaya salmayın. Molla Qasımın həkimliyinə
gəldikdə ordan-burdan öyrəndiyi dərman
adlarını xəstələrə deyirdi. Xəstə öləndə isə xudanın əlindədir.
İstər öldürər, istər
sağaldar deyirdi. Aciz bəndə bir
şey edə bilməz deyə kəndliləri sakitləşdirirdi.
Molla Qasımın arvadı Zeynəb isə
yırtıcı quşa bənzər bir qarı idi. O,
zəli qoymaq, qan almaq v bu kimi başqa işlərlə məşğul
olurdu.
Hekayəmizin qəhrəmanları belə ömür
sürməkdə ikən Azərbaycanda Şura hökuməti
quruldu. Hökumət adamları kəndləri gəzib
yığıncaqlar keçirdilər. Belə
yığıncaqların birində Molla Qasım da iştirak
edirdi. Nitqi eşitdikdə molla
Qasımın bədəninə tirəmə
düşdü. Qorxudan daha məclisdə
qala bilməyib evinə getdi. Nağıl etdiyimiz zamandan
üç il keçdi.
Belə günlərin birində Molla Qasımın
qapısı döyüldü. Zeynəb qarı
qapını açdı. Yedəyində
iki at olan bir cavan qapıya durmuşdu. Zeynəb qarı
soruşdu: Nə istəyirsən? O dedi: Zeynəb nənə,
molla əmi evdədir? Bəli, evdədir. İçəri gəl. Gənc
atları qapıda bağlayıb içəri girdi.
Molla soruşdu: Xeyir ola, yoxsa hacı Cəfər
naxoşlayıb. – Xeyir molla əmi uşaqlıqdan bizim evdə
tərbiyə almış bir kürd qəflətən
naxoşlayıb öldü. İndi onu dəfn
etmək üçün sizi aparmağa gəlmişəm.
Yoldan kənar qəbir də hazır etmişik.
Molla Qasım istehza ilə dedi: Siz bolşeviklərin molla nəyinə
lazımdır – deyə istehza ilə cavab verdi.
Heyvan kimi üstünü torpaqlayın
çıxsın getsin. Gənc deyir: molla əmi, mənə
qalsa o cür edərdim. Amma atam sizin gəlməyinizi
istəyir. Zeynəblə qarı bu sözləri gəncin
dilindən eşitcək qəzəblənib deyir: Allah
kökünüzü kəssin. Dinsizlər.
Molla Qasım ayağa qalxıb atan Hacı Səfərin xatirəsinə
gedək-dedi. Yolda Molla Qasım Qəmbərə
nəsihət edirdi. Nəhayət kolluq və
qaranlıq bir yerə çatdılar. Rəhim
və Kərim qəbrin yanında oturub bunlar gözləyirdilər.
Kərim mollanın atını tutdu. Molla Qasım ölünün meyit namazını
qılıb qurtardı. Onu qəbirə
qoydular. Qəmbər yoldaşlarına dedi: Molla
duasını oxuyunca biz də baş daşını gətirək.
Kəndlilər getdilər. Molla
Qasım qəbirdən çıxan torpağın üstündə
oturdu. Qəflətən ayaqlarının
altından torpaq qaçdı. O qəbirə
yıxıldı. Molla Qasım gördü ki,
ölünün ayaqlar yuxarı qalxdı. Onun ayaqlarını əli ilə aşağı
basdı. İndi də başı
qalxdı. Bunu görəndə Molla
Qasım qışqırıb özündən getdi. Aradan on dəqiqə keçmiş kəndlilər
baş daşını gətirdilər. Kəndlilər
qəbirə baxdıqda molla Qasımın meyidi qucaqlayıb
özündən getdiyini gördülər. Rəhim qəbirə enib mollanı bayıra
çıxartdı. Xeyli səydən
sonra molla özünə gəldi. Qənbər
soruşdu: Molla əmi, sənə nə oldu? O dedi: –
Ölü xotdamışdı. Məni boğmaq istəyindi-dedi.
Sonra isə zəif səslə məni Zeynəbə yetirin
dedi. Qənbər əlini meyidin baş tərəfində
saxlayaraq, Rəhim və Kərimə tərəf dönərək
ikinizə də lənət olsun-dedi. Qəbrin
baş və ayaq tərəfini dərin qazmısınız.
Orta tərəf isə dik qalıb. Ona
görə də belə vəziyyət yaranıb dedi. Qəmbər və Kərim Molla Qasımı evlərinə
götürdülər. Zeynəb qarı ərini
belə gördükdə qışqırıq saldı.
Qəmbər Zeynəbi sakitləşdirib dedi: Qorxma, zəiflikdən
atda otura bilmədi. Ona görə də
qucağımızda gətirmişik.
Bu hadisədən sonra Molla Qasım sarılıq tutub xəstə
yatdı. O
zamandan mollanın evinin yanından keçən uşaqlar ona
sataşıb: Molla qaç, xortdan gəlir deyə
sataşırdılar. Nəhayət bir gün
Güllücə kəndinin sabiq mollası, həkimi, Tahiri və
ağsaqqalı Molla Qasım vəfat etdi.
Yazıçı
«Nə üçün?» hekayəsində
1905-ci ildə baş vermiş bir hadisəni nağıl
edirdi. Məyusluq içərisində evinə
gedən qadın evdə gözləyən kiçik
qızına bir tikə d olsun çörək
tapmamışdı. Qızcığaz
anasından yemək gətirmisənmi deyə soruşdu.
Bütün bədəni titrəyən Vera nə
cavab verəcəyini bilmirdi. Kürkünə
bürünüb bucaqda mürgüləyən 80
yaşlı baba nəvəsindən nə qərara gəldiklərini
soruşdu… Qızım, qorxuram, sabah
çar babanız çörək əvəzinə sizləri
qurğuşuna qurban etsin. Mixail baba
dodaqlarını arasında mırıldanaraq kürkünə
bürünərək yuxuya getdi. Vera Lenaya layla
çalaraq onu da ovudub yuxuya verdi.
Doqquz yanvarda Peterburq küçələri insanlarla dolu
idi. Bir xeyli keçdikdən sonra kazaklar gəldi. Ümidlə dolu insanları qılıncdan
keçirdilər. Bu zaman kiçik Lena da
anasını itirdi. Zavallı uşaq elə
qorxmuşdu ki, ayaq üstə dura bilməyib yerə sərildi.
Bu halda onun qulağına belə bir səda gəldi.
Lena qızım aç gözlərini. Bu
vaxt o anasının nərəsini quraqlarının
yanında hiss etdi. Gözlərini açanda
anasını gördü. Özünü
onun qucağına atdı. Vera ağır
yaralanmışdı. Qəddar kazaklar qəfil
də gəlib anasının qucağına sığınan
qızcığazı xəncərlə vurdu. Ağ
qarın üstü onun qanına boyandı .
zavallı ananın son naləsi
eşidildi. Onun günahı nə idi. O,
övladını qucaqlayıb öpərək gözlərini
yumdu. Lenanın solğun dodaqları «Nə
üçün, nə üçün» deyərək həmişəlik
qapandı.
Süleyman Sani Axundovun ədəbi irsini sadalamaqla
qurtarmaq mümkün deyildi. Onun qorxulu nağıllar silsiləsindən
ona «Nurəddin», «Əhməd və Məleykə», «Abbas və
Zeynəb», «Əşrəf», «Uşaqlıq həyatından
xatirələr» və hamımızın böyük maraqla
oxuduğumuz «Qaraca qız» əsəri xüsusilə diqqət
cəlb edən və təqdirəlayiqdir. Yazıçının
məktəbə, elmə və təhsilə
çağırılan əsgərlərin əsas nümunəvi
qəhrəmanlar üzərində qurulmuşdur. Həyatdakı
fənalıq və eybəcərliyə qarşı xeyirxah
hadisələrin ziyasını təsirli mənəvi vasitə
hesab edən yazıçının nəsr əsərlərinin
çoxusunda bir-birili ilə daim mübarizə edən və
rəmzi şəkildə mənalandıran iki qüvvə:
qaranlıq və işıq mövcuddur. Bu
baxımdan müəllifin ideyalarının təsdiqi hekayələrində
daha qabarıq şəkildə öz əksini
tapmışdır. Onun əsrləri
müasir dövrdə də öz aktuallığını,
cəlbediciliyini itirməmişdir.
Ədalət RƏSULOVA
Azərbaycan Milli Elmlər
Akademiyası
Nizami adına
Ədəbiyyat İnstitutunun əməkdaşı
Olaylar.- 2018.- 3-5
noyabr.- S.13.